Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2276/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: "Cavabdeh” MMC (MTK) İddia tələbi: qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması, naturada təhvil verilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: "Cavabdeh” MMC (MTK) Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Üçüncü şəxs: XXX oğlu Qarşılıqlı iddia tələbi: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əli yev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi X4, ilk İddiaçı, vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh MTK ilə İddiaçı arasında 06 may 2016-cı il tarixdə Bakı səhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının ikinci mərtəbəsində 95,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin dəyəri 47700 manat təşkil etmişdir. 06 may 2016-cı il tarixli maliyyə arayışına əsasən 1 5000 manat, 04 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 manat və 12 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat 21 sentyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2016-cı il tarixli müqavilə əsasında Cavabdeh MMC-yə tərəfindən inşa edilən yaşayış binasının ikinci mərtəbəsində yerləşən cizgi-plan əsasında koordinatları müəyyən edilən qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində iddianın rədd edilməsi qənaətinə gəlsə də, nəticə etibarı ilə sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi və həmin sahənin ona aid olması qənaətinə gəlmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinə dair alqı-satqı barədə 06 may 2016-cı il tarixli müqavilədəki imzalar və möhürlər X1 aid deyildir və həmin müqavilədək i imzalar ona məlum olmayan digər şəxslər tərəfindən icra edilmişdir. Həmin müqavilə Cavabdeh MMCnin sədrinin iradə ifadəsini əks etdirmir. Həmin əmlak XXX oğluna satılmış və əmlakın dəyəri tam olaraq sonuncu tərəfindən ödənilmişdir. Bu halda, həmin əmlak iddiaçı tərəfindən əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə iclasları cavabdehin nümayəndəsinin iştirakı və məlumatı olmadan keçirildiyindən o, İddiaçı tərəfindən təqdim edilmiş 06 may 2016-cı il tarixli müqavilədəki imzanın X1 deyil, digər şəxslərə məxsus olması barədə sübutları təqdim etmək hüququndan məhrum edilmişlər. Apellyasiya baxışı zamanı "Cavabdeh” MMC qarşılıqlı iddia qaldıraraq, 06 may 2016cı il tarixli müqavilənin və həmin sahəyə dair verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi apellyasiya şikayətinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC cavabdeh olmasına baxmayaraq məhkəmədən xəbərsiz olmuş, rəsmi olaraq məhkəmə bildirişlərini əldə etməmişlər. Məhkəmə öz qətnaməsində nəticə etibarı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337- ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən ödənilməsi və həmin sahənin ona aid olması qənaətinə gəlmişdir. Amma, əslində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95.7 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsinə dair alqı-satqı barədə 06 may 2016-cı il tarixli müqavilədəki imzalar və möhü rlər X3 tərəfindən deyil, digər şəxslər tərəfindən çəkilmişdir. Həmin müqavilə Cavabdeh MMC-nin iradə ifadəsini əks etdirmir. Mübahisə olduğu halda, müqavilə imzaların həqiqiliyinin ekspertiza rəyləri ilə müəyyən edilməsinə zərurət vardır. Məhkəmədə iştirakları təmin edilmədiyindən və məhkəmə iclaslarından xəbərsiz olduğundan qarşılıqlı iddia ərizəsi vermək hüquqlarından istifadə edə bilməmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5674/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi t ərəfindən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bu hal mülki-prosessual qanunvericiliyin tələblərini pozduğuna görə qətnamənin ləğv edilməsi üçün əsasdır. İş materiallarına əsasən, cavabdehlə iddiaçı arasında qeyd edilən qeyri-yaşayış sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Cəmiyyətin sədri tərəfindən pay dəyərinin tam ödənilməsi və qeyri-yaşayış sahəsinə dair cavabdehin hər hansı iddia tələbinin olmayacağı barədə iddiaçıya maliyyə arayışı verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mübahisələndirdiyi əqdin və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddət ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən i ddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Üçüncü şəxs XXX oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərib Qəribli apellyasiya məhkəməsinin qətnaməsi ilə razı deyil və hesab edir ki, qətnamə qəbul edilərkə n maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırılmamışdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, XXX oğlu və cavabdeh “xxxx” MMC (MTK) arasında “xxxx” müqavilə bağlanmışdır. Müqavilə cavabdeh MMC-nin direktoru Cahangir Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə imza təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən alıcıya, yəni Qərib Qəribliyə təhvil verilməli, sonuncu tərəfindən isə mənzilin dəyərini təşkil edən 52.000 manat MMC-yə ödəni lməlidir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri Qərib Qəribli tərəfindən yerinə yetirilmişdir. Belə ki, Qərib Qəribli 52.000 manat məbləğində pulu MMC-yə ödəmiş və bununla bağlı onun adına maliyyə arayışı verilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Hazırki işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış zamanı Cavabdeh MMC-nin təşəbbüsü ilə Qərib Qəribli iş üzrə üçüncü şəxs qismində cəlb edilsə də, bu cəlbetmə formal xarakter daşımışdır. Belə ki, Qərib Qəribli məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, ona məhkəmə bildirişi göndərilməmiş, işin baxılmasında onun iştirakı təmin edilməmiş, bununla da o, işin yuxarıda göstərilən halları barədə məhkəməyə məlumat verməkdən və bu halları təsdiq edən sənədləri təqdim etməkdən məhrum olmuşdur. Məhkəmələr tərəfindən Qərib Qəriblinin məhkəmə iclaslarında iştirakı üçün lazımi şərait yaradılmadığına görə, mübahisəli əmlakla bağlı mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə İddiaçı və Cavabdeh MMC-yə qarşı 06 may 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi barədə ayrıca iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən müqavilənin etibarlılığı Qərib Qəribli tərəfindən məhkəmə qaydasında mübahisələndirildiyinə görə, hazırki iş üzrə icraat dayandırılmalıdır. Çünki, Qərib Qəriblinin iddiası əsasında başlanılmış mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı hazırki mülki işin nəticələrinə təsir göstərə bilər. İşə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyası tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. İlk iddia üzrə iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddiaçı, onun vəkili və nümayəndəsi isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsi üçüncü şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəy yənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı Cavabdeh MMC-yə qarşı yaşayış sahəsin ə istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılmasına dair iddiasının rədd ediməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti, eyni zamanda Cavabdeh MMC-nin İddiaçı qarşı 12 iyul 2016cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılmasına dair 01 sentyabr 2020-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş Qərib Qəribliyə təqdim edilmiş, Qərib Qəribli həmin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini də məhkəməyə bildiməmişdir. Halbuki, həmin məhkəmə iclasında Qərib Qəriblinin də ayrıca mübahisələndirdiyini göstərdiyi əqdin etibarsız hesab edilməsinə dair MMC-nin qarşılıqlı iddiasına baxılırdı və o, tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları apellyasiya məhkəməsinə təqdim edə bilərdi. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən Qərib Qəriblinin prosessual hüquqlarınının həyata keçirilməsi imkanı təmin edilmişdir. Apellyasiya məhkəməsi cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əqdin və maliyyə arayışının etibarsız hesab edilməsinə əsas verən halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, eyni zamanda əqdin etibarsızlığının mübahisə edilməsi ilə bağlı qanunla müəyyən edilən kəsici müddəti ötürmüşdür. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kass asiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2276/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2276/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver