Məhkəmə qərarları › İş №2(102)-2278/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2278/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2278/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh1 və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, xCavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2985/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixl i qətnaməsindən iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC (bank) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və xCavabdeh2 bankın xeyrinə 20.07.2012-ci il tarixli 19Umink12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28.08.2017-ci il tarixli 40Y/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1 038 902,68 manat, faiz borcu üzrə 103 823,07 manat, cərimə borcu üzrə 29 105,55 manat olmaqla, cəmi 1.171.831,30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın, dövlət rüsumu qismində 30 manatın tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən 0,0939 ha torpaq sahəsinə və onun üzərindəki 272 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd olunan pul məbləğlərinin banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 400.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh3 çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 07 noyabr 2018ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 və xCavabdeh2 bankın xeyrinə 20.07.2012-ci il tarixli 19Umink12 saylı əsas kredit müqaviləsi çərç ivəsində bağlanmış 28.08.2017-ci il tarixli 40Y/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.038.902,68 manat, faiz borcu üzrə 103.823,07 manat, cərimə borcu üzrə 10.000 manat olmaqla, cəmi 1.152.725,75 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın, dövlət rüsumu qismində 30 manatın müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən 0,0939 ha torpaq sahəsinə və onun üzərindəki 272 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd olunan pul məbləğlərinin banka ödənilməsi, ipoteka predmetinin ilki n satış qiymətinin 550 000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh3 çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova və Ş.Məhərrəmova) 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2620/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən 103.823,07 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 və xCavabdeh2 müştərək qaydada “xxxx” KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 86.321,19 (səksən altı min üç yüz iyirmi bir manat 19 qəpik) manat müəyyənləşdirilmiş, Qətnamə Cavabdeh1 mübahisələn dirdiyi qalan hissədə, yəni “Cavabdeh1 cərimə borcu üzrə 10.000 manatın tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 550.000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə məhkəmə xərcləri məsələsidə həll edilmişdir. İddiaçı “xxxx” KB ASC və vəkili Vəkil2 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2985/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 və vəkili Vəkil1 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2985/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara (hesabdan çıxarışlar, maliyyə arayışı və s.) ekspert rəyi ilə qarşılıqlı şəkildə baxılmadığından, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından məhkəmə faiz borcunun müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan ekspert rəyindən aydın olur ki, rəydə borc məbləğinin hansı qaydada müəyyənləşdirilməsi göstərilməmişdir. Ekspert sadəcə mövcud ödənişlər barədə məlumat vermiş və yekun borc məbləğini qeyd etməklə kifayətlənmişdir. Halbuki, işdə olan borc məbləği məlumatlarının hansı qaydada müəyyən olunması və borcun hesablanma üsulu dəqiq göstərilm əli idi. Ekspert rəyinin qeyri-dəqiq olması rəydə göstərilən məlumatların dəqiqliyinə əsaslı şübhə yaradır. Ekspert, məhkəmənin ekspert qarşısında qoyduğu suallara, iş materiallarına və iddia ərizəsinə lazımi diqqət yetirmədiyindən, hesablamalarını düzgün aparmamış bununla da səhv nəticəyə gəlmişdir. Nəticədə borc məbləğinin hesablanmasında ciddi uyğunsuzluq yaranmışdır və rəydə olan borc məbləği real borc məbləğini əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halların heç birini nəzərə almamış və hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Apellyasiya i nstansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız ekspertin rəyinə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müdafiə etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas kredit müqaviləsinin və ipoteka müqaviləsinin faktiki olaraq Cavabdeh1la bağlanmasına və xCavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılaraq onun zamin durmasına baxmayaraq, kommersiya məqsədləri üçün kreditor tərəfindən verilmiş krediti faktiki olaraq xCavabdeh2 götürmüş, həmin kredi t vəsaitindən o, istifadə etmişdir. Verilmiş əsas kredit məbləğindən Cavabdeh2xqismən ödəniş etmiş, sonradan ödənişi dayandırmış, kreditor da buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 27.05.2015-ci il tarixli, 19Uminki 12-2 saylı sonrakı ipoteka müqaviləsinə dair imzalanmış 01.08.2017-ci il tarixli Sazişə əsasən ipoteka predmeti olan xüsusi mülkiyyətdə olan ünvanndə yerləşən 0.0939 ha torpaq sahəsinin və onun üzərində yerləşən 272 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 (dörd yüz min) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə təyin etdiyi ekspertizaya əsasən "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.09.2018-ci il tarixli, H/43-GHM saylı rəyindən də göründüyü kimi ünvanndə ye rləşən 0.0939 ha torpaq sahəsi və onun üzərində yerləşən 272 saylı fərdi yaşayış evi 550.000 (beş yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Buradan da göründüyü kimi ilkin satış qiyməti ilə sonrakı ekspert rəyində göstərilən qiymət arasındakı fərq 150 000 (bir yüz əlli min) manat məbləğində təşkil edir ki, bu da böyük fərq deməkdir. Buna görə apelyasiya instansiyası məhkəməsi də əmlakın yenidən qiymətləndirilməsi barədə ekspertiza təyin etmiş və müvafiq ekspertiza rəyinə görə sözü gedən əmlak yenidən 541.000 (beş yüz qırx bir min) manat məbləğində qiymətləndirilmişdir. Bu qiymət də ilkin satış qiymətindən yüksək olsa da, əksinə birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş qiymətdən yenə də aşağıdır. Bu da ədalət prinsipinin pozulması deməkd ir. Çünki, əksinə daşınmaz əmlakın qiyməti günü-gündən bahalaşdığı bir vaxtda qiymətləndirici ekspertizanın ikinci rəyinə münasibətdə daşınmaz əmlakın qiyməti bir azda ucuzlaşdırılmışdır. Digər bir dəlili də qeyd edim ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun vəkilinin orderi iş materiallarına əlavə edilsə də birinci instansiya məhkəməsi, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərməmiş, vəkilin və eləcə də cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, çəkişmə prinsipi pozulmuş və nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə olan halda qəbul olunmuş məhkəmə aktı prosessual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə prosessual hüquq normasının poz ulması ilə qəbul edilən məhkəmə aktı ləğv edilmək üçün əsasdır. Həmin bu prosessual hüquq normasının pozulmasına apelyasiya instansiyası məhkəməsi də səti yanaşmışdır. Apellyasiya instansiyası məhkəməsi 103.823,07 (bir yüz üç min səkkiz yüz iyirmi üç manat yeddi qəpik) manat məbləğində faiz borcunun azaldılaraq 86.321,19 (səksən altı min üç yüz iyirmi bir manat on doqquz qəpik) manat məbləğində təmin etsə də, dəbbə (cərimə) borcu üzrə olan 10.000 (on min) manat məbləğində pulun rədd edilməsini təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili X3 tərəflərindən verilmiş kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digər proses işti rakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, 20 iyul 2012-ci il tarixli 19Umink12 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 387 000 manat kredit verilməsi razılaşdırılmış, 01 avqust 2017-ci il tarixli sazişlə kredit limiti 1 100 000 manata artırılaraq müqavilə müddəti 01.08.2022-ci il tarixinədək uzadılmış, 28 avqust 2017-ci il tarixli əlavə kredit müqaviləsi əsasında Cavabdeh1 illik 18 faizlə 1 058 923 manat kredit verilmiş, kredit öhdəliklə rinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən 0,0939 ha torpaq sahəsi və onun üzərindəki 272 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, 28.08.2017-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə Cavabdeh2 xCavabdeh1 kredit öhdəlikləri üçün zamin qismində öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 oktyabr 2019-cu il tarixli, 15004 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 20 iyul 2012-ci il tarixli, 19Umink12 saylı kredit müqavi ləsi üzrə Cavabdeh1 19 mart 2018-ci il tarixədək banka olan borcu aşağıdakı kimi müəyyən edilir: 1.058.923,00 manat əsas, 86.321,19 manat faiz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Cavabdeh2 xzamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Birinci instansiya məhkəməsi faiz borcunun məbləğini yalnız iddiaçı bankın təqdim etdiyi maliyyə arayışı əsasında müəyyənləşdirməklə səhvə yol vermişdir və cavabdehlərdən apelyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğdə faiz borcu tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi ipotekanın satış qiyməti ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 550.000 manat müəyyən edilmiş, ipoteka predmetinin qiymətinin daha yüksək olması ilə bağlı apelyasiya şikayətində irəli sürülən mülahizələrin yoxlanılması üçün apelyasiya baxışı zamanı yenidən qiymətləndirmə təyin olunmuş, əmlak 541.000 manat qiymətləndirilmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyənləşdirmişdir. Həmçinin birinci instansiya məhkəməsi apellyatordan tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddə qədər azaltmışdır, cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apelyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəz ərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi qətnaməsinin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavi lənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müq avilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipote ka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan əsas və faiz borcu, həmçinin ipotekanın satış qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmi şdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə kollegiyası kassatordan tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddə olması və cərimənin tamamilə silinməsi üçün qanuni əsas olmaması barədə apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Caavbdehin öz müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi iş materialları ilə təqdiq edilir. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Məhkəmə kollegiyası kasasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən təl əblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kasasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorıara münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2985/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qə tnaməsi kassatorlara münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar