Məhkəmə qərarları › İş №2(102)-2278/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2278/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2278/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: aliment Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2113/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xəzər Rayon Məhk əməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2009-cu il tarixində nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsində, xx.xx.2013-cü il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2023cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan doğulmuş xx.xx.20185-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində 220,0 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

2. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(094)-173/2024 qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul şəklində 500 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İd dia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Baklı DOST Mərkəzi tərəfindən verilən 16 avqust 2024-cü il tarixli arayışa əsasən işləmir. Habelə himayəsində qalan Avadh İmranın saxlanılması üçün səyyar əmək fəaliyyəti ilə məşğul olarkən dəmir təmir konstruksiyasından yıxılaraq uzun müddətli səhhətində yaranan xəstəliklə əlaqədar yataq xəstəsi olmuşdur. Belə ki, sağ mil sümüyünün sınması və sağ biləkdə kəskin ağrıların olmasına görə uzun müddət əmək fəaliyyətindən uzaq olmuşdur. Halbuki, himayəsində yaşayan X3 orta məktəbin son siniflərini bitirdiyinə görə, təhsilində geriləməməsi üçün dərsdən sonra təlimçilərin (repetitor) ödənişlərini həyata keçirə bilmir. Belə ki, vəziy yətin dəyişməsi və maddi durumun pisləşməsi bu addımı atmağına zərurət yaratmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birgə nikahdan olan övladlarından birinin onun himayəsinə verilməsini nəzərə alaraq cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X1 üçün və xərclərin mütənasib bölünməsi, hər ay sabit pul şəklində 500 manat aliment tutularaq ona ödənilməsi ədalət baxımından daha məqsədəuyğundur. Uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və uşaqlardan biri onun yanında qaldığından hesab edir ki, cavabdehdən aliment tutulmalıdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı əsassız iddia vermişdir bu isə vaxtının itirilməsinə səbəb olur, buna görə də ondan qanunvericiliyə uyğun olaraq müəyyən pul tutulmalıdır.

7. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-369/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Faiq Qasımov) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilsə də, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh h ər ay sabit pul şəklində 220,0 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbinə baxılarkən uşaqlardan biri İddiaçı, digəri isə Cavabdeh himayəsinə verilmişdir. İddiaçı həmin işə baxılarkən uşaq onun yanında saxlanılacağı təqdirdə onun xeyrinə aliment tutulması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə isə Cavabdeh yanında qalan uşağın saxlanılması üçün İddiaçı alimentin tutulmalı olması barədə qənaətə gəlmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi həmin dövrdə işə baxan məhkəmə Cavabdeh az təminatlı valideyn olaraq nəzərə almışdır. Hazırki məsələyə baxılarkən də məhkəmə iş üzrə hər hansı halın dəyişməsini müəyyən etməmişdir. Bundan başqa, idd iaçının sübut növü kimi məhkəməyə təqdim etdiyi sənədlər isə hazırkı vəziyyətdə hər hansı halın dəyişməsini təsdiq etmir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-22.2.2ci, Mülki Prosessual Məcəllənin 77.1, 81, 89.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının verdiyi arqumentləri qətnamədə qeyd etməsinə baxmayaraq, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4saylı Baklı DOST Mər kəzi tərəfindən verilən 16 avqust 2024-cü il tarixli arayışa əsasən işləmir. Habelə himayəsində qalan Avadh İmranın saxlanılması üçün səyyar əmək fəaliyyəti ilə məşğul olarkən dəmir təmir konstruksiyasından yıxılaraq uzun müddətli səhhətilə yaranan xəstəliklərlə əlaqədar yataq xəstəsi olmuşdur, belə ki, sağ mil sümüyümün sınması və sağ biləkdə kəskin ağrıların olması əmək fəaliyyətindən uzun müddət uzaq olmasına səbəb olmuşdur. İddianı təmin olmasına əsas olsa da, məhkəmə iddianı təmin etməmiş, iş üzrə hər hansı halın dəyişməsini müəyyən etməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) 2(103)-2113/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda iddiaçı iş yerində xəsarət aldığını və işləyə bilmədiyini qeyd etməklə yeni əsasla məhkəməyə müraciət etmişdir. Kollegiyası qeyd etmişdir ki, göstərilən hal iddiaçının xeyrinə alimentin tutulması yox, xəstəliyi ilə bağlı onun yaranmış aliment borclarını ödəməkdən tamamilə və ya qismən azad edilməsi, ondan cavabdehin xeyrinə tutulmuş alimentin azaldılması və ya aliment ödəməkdən azad olunması üçün əsas ola bilər. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, hər iki valideyndən də eyni zamanda aliment tutulması bu institutun mahiyyətinə ziddir. Belə hallarda qanunverici bir valideyndən az təminatlı digər valideynin xeyrinə alimentin t utulmasını müəyyən edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkil- Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

18. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli (maddə 22.2.1); uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir (maddə 22.2.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlil lər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhk əmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarla rında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun po zuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2113/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar