Məhkəmə qərarları › İş №2(102)-228/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-228/2024

01.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-228/2024 Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin Cavabdeh “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)342/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. 2.Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X5 Bi.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı şirkəti (bundan sonra – iddiaçı və ya şirkət) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra –cavabdeh) Şirkətin saziş ərazi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1.397663.225 4478452.357; 2. 397675.164 4478444.745; 3. 397665.836 4478429.223; 4. 397653.673 4478436.835 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazsi hüdudları daxilində lazımi icazələr alınma dan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikli inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirilməsinə ciddi maneə yaratığından, İddiaçı şirkətinin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud şəkildə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X5 Bi.Vi və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar gəstərilməyibsə. Saziş Hökümət taminatı və Əlavalar Sazişin qüvvədə olduğu müddət ərzində bu Saziş, Hökümət taminatına va əlavələrə uyğun gəlməyən va ya zidd olan Azarbaycan Respublikasının hər hansı başqa mövcud va ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (va ya onların hissələrinin) müddalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdan sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər baglanmiş hər hansı saziş kontrakt va ya bu cur başqa sənədlə verilə bilən bütü n digər hüquq va vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin Hökümət taminatının va Əlavələrin şərtlərinə müvafiq surətdə va qüvvədə olduğu butün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Sazişin 2 və 8-ci maddələrinin va X5 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti ("Podratçı Tərəflər") və X4 şirkətlər arasında imzalanmiş Birgə əməliyyat Sazişinin 5-ci maddəsinin müddəlarına əsasən, Sazişin 2-ci əlavasinda göstərilən koordinat perimetrləri daxi1ində ayrı1mış Kontrakt sahəsində, əmaliyyat şirkati qisminda faaliyyat göstaran "Binəqədi Oy1 Kompani" şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq veri1mişdir. Azərbaycan Respublikasə Höküməti tərəfindən Saziş üzrə ver ilən təminat və öhdəliklərin 1 (a) bəndində Hökümət Saziz üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsnə təminat verir; 1 (e) bəndində isə Hökümətin aşagıda sadalanan təaminatı öz əksini tapmişdır: "Podratçı Tərəflərin heç bir hüququ, manafeyi va ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilmaz, milliləsdirilə bilmaz va ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mü bahisələndirlən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına maneə olmur. Belə ki, qeyd edilən məsələlərlə bağlı Azərbaycan Respublikas Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış qərardadı mövcuddur. Bundan başqa, cavabdeh tərəfindən Dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə, qanunvericiliyin müddəaları pozulmuşdur.

5. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları və Şirkətin saziş ərazi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1.397663.225 4478452.357; 2. 397675.164 4478444.745; 3. 397665.836 4478429.223; 4. 397653.673 4478436.835 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikili cavabdehin hesabına sökülərək və tikilinin yerləşdiyi ərazi boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti norm alarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçı “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb etmək hüququna sahibdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmamış, bu səbəbdən də birinci instansiya məhkəməsində iştirak edə bilməmiş və beləliklə müdafiə hüququndan məhrum olaraq iş üzrə zəruri sübutları təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdehin iştirakı təmin edilmədən və iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun olub-olmaması araşdırılmadan, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, cavabdehin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki,Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarınındaxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları və Şirkətin saziş ərazi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülm əsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması qət edilmişdir. Mübahisəli torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsinin müvafiq qərarı mövcuddur və cavabdehin həmin torpaq sahəsinə “gözlənti” hüquqi normaya və sözügedən əmlakla bağlı hüquqi akta əsaslandığından,“qanuni” hesab edilməlidir. Cavabdeh tərəfindən alqı-satqı nəticəsində aldığı torpaq sahəsinin iddiaçının istinad etdiyi Sazişdə sadalanan fəaliyyətlə, yəni neft yataqlarının bərpası, işlənməsi və hasilatı, neft-qaz əməliyyatlarının aparılması ilə heç bir aidiyyatı yoxdur. Yəni, birinci instasniya məhkəməsi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmədə subyektiv hüququ olub-olmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Bununla yanaşı, hesab edilmişdir ki, iddiaçının belə bir hüququ /mövcuddur, belə olan halda, yuxarıda istinad olan maddi hüquq normalarına əsasən cavabdehə müvafiq kompensasiya ödənilməsi zəruridir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5915/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6789 nömrəli, 23 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəməyə 24 oktyabr 2022-ci il tarixli ekspertizanın aparılması üçün müəyyən məlumatların təqdim edilməsi zəruri olduğundan vəsatət göndərilmişdir lakin vəsatətin verildiyi tarixdən 1 aydan çox müddət keçməsinə baxm ayaraq mütəxəssislər tərəfindən tərtib edilməli rəy Mərkəzə təqdim edilməmişdir.Bu səbəbdən hazırki iş üzrə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İmanov, M.Məmmədov, F.Talışinski) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

13. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, birinci instansiya məh kəməsi iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmadığını yoxlamamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı hesab etməmişdir. Belə ki, xx.xx.2004-cü il tarixdə imzalanan Saziş və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müdd ət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq vermişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə nef t (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

15. Eyni zamanda cavabdehin Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən özbaşına olaraq tikdirdiyi evin altındakı və ətrafındakı 300 kv.metr torpaq sahəsini Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 846 nömrəli qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m. torpaq sahəsinin bir hissəsi olaraq sonuncudan aldığını qeyd etsə də, həmin alqı-atqı qanuni hesab edilə bilməz. Belə ki, sözügedən Saziş imzalandıqdan sonra və qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir.

16. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq mülki iş üzrə iddiaçının sökülməsi tələb olunan, cavabdehin yaşadığı tikilinin və onun yerləşdiyi torpaq sahəsinin sərhədləri yerində müəyyən olunması məqsədi ilə 04 oktyabr 2022-ci il və 22 fevral 2023-cü il tarixlərində (iki dəfə) məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş olsa da, toraq sahəsinə baxış keçirilməsinə cavabdeh tərəfindən şəraitini yaradılmaması və Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli qərarı ilə ayrılmış toraq sahəsinin coğraği yerləşmə yerinin müəyyən etməyə imkan verən sxemin təqdim edilməməsi səbəbində rəy verilməsi mümkün olmamışdır. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

17. Kollegiya öz mövqeyini, İnsa n hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 846 saylı, xx.xx.2006-cı il tarixində verilmiş Qərarına əsasən, mübahisə predmeti olan ərazidə yerləşən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sa həsi xx.xx.2016-cı il tarixində evlərin alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən alınmışdır. Məhkəmə öz qətnaməsində sözügedən torpaq sahəsinin xx.xx.2006-cı il tarixində cavabdeh tərəfindən almasının heç bir hüquqi qüvvəsinin olmadığını göstərmişdir. Məhkəmə bələdiyyənin torpağı vətəndaşın istifadəsinə ayırmasına dair müvafiq aktlarının qanuniliyini araşdırmalı və bu barədə bələdiyyə orqanına müvafiq sorğular göndərərək sənədlərin təqdim edilməsini tələb edə bilərdi. Məhkəmə sadəcə iddiaçının qeyd etdiklərini dinləmiş və cavabdehin iştirakını belə təmin etməmişdir. Məhkəmə öz qətnaməsi ilə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respu blikası Qanunun 19.1-ci maddələri kimi, mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı vaxtdan yaranır. Həmçinin icarə münasibətlərində də 11 aydan artıq icarə verilmişdirsə, dövlət qeydiyyatına alınması imperativdir. Bununla bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmənin iddianı təmin etməkə düzgün hüquqi nəticəyə gəlməmişdir. İş üzrə heç bir ekspertiza təyin edilməmiş, torpaq sahəsinə baxış keçirilməmişdir. Qeyd edilən iddia tələbinin verilməsinə iddiaçının subyektiv hüququnun olub-olmaması da mübahisəlidir və məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdeh tərəfindən alqı-satqı nəticəsində aldığı torpaq sahəsinin iddiaçının istinad etdiyi Sazişdə sadalanan fəaliyyətlə, yəni neft yataqlarının bərpası, işlənməsi və hasilatı, neft-qaz əməliyyatlarının aparılm ası ilə heç bir aidiyyəti yoxdur. Yəni, birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmədə subyektiv hüququ olub-olmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Ötən müddət ərzində ekspert tərəfindən verilən vəsatət məhkəmə tərəfindən təmin edilmədiyindən mükli iş xx.xx.2022-ci il tarixdə rəy verilmədən geri qaytarılmış, bundan sonra iş materialları yenidən mərkəzə daxil olmamışdır. Məhkəmə tərəfindən yalnız bir dəfə iş ekspertizaya göndərilmiş, həmin vaxt da müvafiq sənədlər təqdim edilməsi zərurəti olduğundan ekspert rəy verə bilməmişdir ki, həmin sənədləri cavabdeh təqdim etməli deyildir. Belə ki, iddia tələbində qeyd edilən faktların sübut edilməsi yükü iddiaçının üzərinə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

24. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

26. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulm ası (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

27. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində az addırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: 28. 1-ci bənd. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X5 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. 29. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 30. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nə zərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etir azının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmişdir. Həmçinin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin sökülməsi barədə iddianı təmin edərkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsi baxımından qiymətləndirmə aparmamışdır.

39. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsi və sakinlərin çıxarılması tələbləri ilə bağlı olan “Əhmədova Azərbaycana qarşı” işi üzrə qərarında Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması ba xımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməsə də, Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilmədi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir.

40. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

41. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət ki mi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və c avabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehlərin qətnam ə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orq anlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.

42. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

43. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsi baxımından qiymətləndirmə aparmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-342/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar