Məhkəmə qərarları › İş №2(102)-2282/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2282/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2282/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddia tələbi: kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi (Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət) 22.06.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11619/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank) 23 saylı filialı arasında imzalanmış 329/F23 saylı, 08 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, kreditor borcluya 24 ay müddətinə 18 faiz illik ödəmək şərti ilə 35000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tarixdə tərəflər arasında imzalanmış 329/F23 saylı ipoteka müqaviləsi ilə göstərilə n kredit müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 100 nömrəli, 2 mərtəbəli, ümumi sahəsi 224,1 kv.m. olan, 4 otaqlı fərdi yaşayış evini (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla aralarında bağlanmış 329/F23 saylı, 08 iyun 2012-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2012-ci ildə bir nəfər türk vətəndaşı ilə tanış olmuş və həmin şəxsin vasitəsi ilə Bankda adına hesab aç ılmışdır. İddiaçının hesabından pul bankın idarə heyətində təmsil olunan başqa bir türk vətəndaşına məxsus “xxxxx” MMC-yə köçürülmüşdür. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bank onu aldadaraq kredit müqaviləsindən başqa 08 iyun 2012-ci il tarixli ipoteka müqaviləsinə də imza etdirmişdir. İddiaçı gözdən əlildir və buna görə də, kredit və ipoteka müqavilələrini imzalayarkən, Bank tərəfindən hansı müqaviləyə imza atması, həmin müqavilələrin şərtləri barədə ona heç bir izahat verilməmişdir. Bu səbəbdən də, hər iki müqavilə etibarsız hesab edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2044/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-11619/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsinə əsasən Bank iddiaçıya 24 ay müddətinə 18 faiz illik ödəmək şərti ilə 35000 manat məbləğində kredit vermiş, iddiaçı isə borc öhdəliklərinin təmin edilməsi məqsədilə, ipoteka predmetini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notariat kontorunda təsdiq edilərkən, iddiaçının ailə üzvləri - x1 və x2 fərdi yaşay ış evinin ipotekaya qoyulmasına etiraz etməmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya qeyd etmişdir ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədikdə, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etdikdə və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmadıqda vacib əhəmiyyətli yanılmadan söhbət gedə bilər. Lakin hazırkı işlə bağlı belə hallar mövcud deyil və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübutlar təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqdlərin etibarsızlığı ilə mübahisə açmaq üçün bir illik müddət kəsici nəzərdə tutulmuş, iddiaçı həmin müddəti ötürmüşdür. Beləliklə, kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından və bununla bağlı hər hansı bir sübüt məhkəməyə təqdim edilmədiyindən, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmişdir. Cavabdeh iddiaçının Konstitusiya ilə nəzərdə tutulmuş toxunulmaz hüquqlarını pozmuş, ondan sui-istifadə etmişdir. İddiaçı ilə Bank arasında olan əqd iddiaçıya yalan məlumat verilməklə və onda yanlış fikirlər oyatmaqla bağlanmış, Bank iddiaçının fiziki qüsurundan istifadə edərək və yalnız öz mənafeyini düşünərək digər tərəfi həmin əqdi bağlamağa sövq etmişdir. Bununla da iddiaçının konstitusion hüquqları, mülki hüquqları və digər qanunvericilik aktlarına əsaslanan hüquqları pozulmuş və iddiaçı böyük maddi ziyana düçar olmuşdur. Belə ki, Bank kredit müqaviləsinin şərtlərini pozaraq iddiaçı tərəfindən qrafikə uyğun 23.07.2012-ci il tarixdəBanka ödəniş edəcəyi halda, Bank 20.07.2012-ci il tarixdəiddiaçının icazəsi olmadan, kreditin ödəniş vaxtı çatmadan onun hesabından 1222,34 manat əsas borc və 490 manat faiz borcu çıxarmışdır. Halbuki, kredit müqaviləsinin 7-ci bəndində vaxtından əvvəl tələbetmənin şərtləri göstərilmişdir ki, həmin şərtlərin heç biri yaranmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən 23.07.2012-ci il tarixdəBanka yenidən 1750 manat kredit ödənilmişdir. Bankın iddiaçının hesabında olan pul məbləğinə özbaşına müdaxiləsi onu göstərir ki, Bank kredit müqaviləsinin şərtlərini tanımır. Bu səbəbdən Bankın müddət tətbiq etməsi əsassız və gecikmələrə görəiddiaçıdan faiz və dəbbə pulu tələb etməsi qanunsuzdur. Həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçının Banka olan borcu 41576,34 manat olmuş vəiddiaçı bu borcunu tam şəkildə ödəmişdir. Bundan başqa iddiaçının Banka borcu qalmamışdır. Lakin cavabdeh iddiaçıya 2500 manat borcunun olduğunu, gecikməyə görə faiz və dəbbə pulunun olduğunu iddia edir, bu isə yanlışdır.Bank heç bir qanuni sənədəəsaslanmadan onu hesablamış və aralarında bağlanılan müqavilədə gecikdirilmiş ödənişə görə müəyyən edilən cərimə bu qaydada öz əksini tapmamışdır.Bank kredit və ipoteka müqavilələrinin şərtlərini kobudcasına pozmuşdur. Həmçinin iddiaçı gözdən əlil olduğu üçün və gözü görmədiyi üçün ipoteka müqaviləsini imzalayarkən Bank tərəfindən hansı müqaviləyə imza atmağını, həmin müqavilənin şərtləri barədə iddiaçıya heç bir izahat verilməmişdir. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddiaçı MPM-in 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətşiz əqdlər ola bilər (maddə 337.1). Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəs ində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.1, 339.2). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılman ın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: -şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; -şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; -tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (maddə 347.2). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahis ə edilə bilər (maddə 354.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səvh tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illik kəsici müddəti tətbiq etməklə iddianı rədd etmişlər. Bu baxımdan iddiaçının 8 il əvvəl bağlanmış kredit və ipoteka müqavilələrinin onun iradə ifadəsi olmadan bağlanması ilə bağlı dəlilləri mübahisənin məhkəmələr tərəfindən qanuna uyğun həll edilmədiyi barədə qənaətə gəlmək üçün əsas verə bilməz. Eyni zamanda kassasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı tələbində cavabdehlə araların da bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını xahiş etsə də, kassasiya şikayətində kredit borcunu tam qaytardığına, Bank tərəfindən ödənişlərin düzgün hesablanmadığına və müqavilə müddəalarının pozulduğuna istinad edir. Sadalanan dəlillərlə isə iddiaçı faktiki olaraq cavabdehlə aralarında etibarlı kredit hüquq münasibətlərinin yarandığını etiraf etmiş olur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-11619/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar