Məhkəmə qərarları › İş №2(102)-2284/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2284/2025

10.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2284/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati təhbeh barədə əmrlərin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(103)-2142/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində (bundan sonra Mərkəz) həkim kimi fəaliyyətə başlamışdır. Milli Hematologiya və X1 hüquqi şəxsinin 18 sentyabr 2024- cü il tarixli 2339 saylı əmri ilə Terapevtik xidmətlər şöbəsinin 1ci şöbə müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin «ç» bəndinə əsasən xitam verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin onun barəsində töhmət verilməsinə dair 25 iyul 20 24-cü il tarixli və 31 iyul 2024cü il tarixli əmrlərinin, onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrin ləğv edilməsi, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi, onun Milli Hematologiya və X1 hüquqi şəxsinin Terapevtik xidmətlər şöbəsinin 1ci şöbə müdiri vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində 20032009-cu illərdə təhsil almış, 2009-2010-cu il tarixlərdə X4 hemotologiya ixtisası üzrə internatura keçmiş, 2010-2020-ci il tarixlərdə X4 hemotoloq həkim işləmişdir. 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkim kimi işə başlamışdır. 2021-ci il yanvar ayından terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı beynəlxalq və ölkə daxili hemotoloji konfranslarda iştirak və çıxışlar etmiş, 22 dekabr 2023-cü il tarixdə Naxçıvan MR-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 21 oktyabr 2023-cü il tarixdə Şimali Kipr Respublikasında konfransda iştira k etmişdir. İddiaçı işlədiyi 15 il müddətində, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də işlədiyi uzun müddət ərzində barəsində heç vaxt şikayət olmamış, işində heç bir nöqsan olmamış, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamışdır. 22 may 2024-cü il tarixdə X7 Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-yə direktor təyin edilmişdir. 23 may 2024-cü il tarixdə Sərdar Əjdər oğlu Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞnin hüquqşünası işçilərin bir qismi ilə söhbət etmiş, ona siyahı verildiyi və həmin şəxslərin işdən könüllü çıxmaları üçün ərizə yazmalı olduqlarını bildirmiş, əks halda prokurorluq orqanlarına müraciət ediləcəyi və kobud pozuntular ilə işdən çıxarılacaqlarını qeyd etmişdir. Ondan sonra 10-a yaxın işçi məcbur qalaraq, ərizələri ilə iş dən çıxarılmışlar. Lakin o, etiraz etmiş, heç bir səbəb olmadığını və edilən tələbin qanunsuz olmasını bildirmiş, ona qanunsuz və əsassız töhmətlər verilmişdir. İlk töhmət verilməsi iş qrafiki olmadığı saatda baş vermiş hadisə ilə bağlı olmuşdur. Belə ki, onun iş saatı 09:00-da başlayır, xəstə isə ondan bir neçə saat əvvəl mərkəzə gətirilmişdir. İkinci töhmət barədə isə heç bir məlumat verilməmiş, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilmişdir. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İclas keçirilsə də, onun izahatı alınmamış, iclasda hər hansı intizam tənbehi verilməsi barədə məlumat verilməmiş, elan edilməmişdir. Həmçinin iclasda onun işində heç bir qüsur barədə sübut təqdim edilməmiş, müzakirə olunmamı ş, sadəcə əvvəlki töhmətlərin verilməsi üçün deyilən səbəblər səsləndirilmiş, şifahi ittihamlardan kənara çıxılmamışdır. Bundan başqa fəaliyyəti ilə bağlı hər hansı nöqsan tapılmadığından mərkəzdə əvvəllər olmuş xəstələr mərkəzin həkimləri tərəfindən çağırılır və təzyiq edilərək, onun barəsində yalan məlumat verilməsi tələb edilir. Bunları təsdiq edən səs yazmalar mövcuddur. Gülnaz Bədəlova və Nərminə Novruzova xəstələri çağırıb, məcbur etməyə çalışıb, lakin xəstələr onun tərəfindən deyil, əksinə xəstələr onların özlərinə rüşvət verdiklərini bildirmişlər. İşdən çıxarılma əmrinin verilməsi üçün heç bir hüquqi əsas olmamışdır, İşdən çıxarılma qanuni olsa idi, işdən çıxarılma elan edildikdən sonra, bir neçə gün iddiaçıya təkidlə ərizə yazıb ərizə ilə işdən çıxması tələb edilməzdi.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələblərini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, 15 ildir ki, həkim kimi işləyir. 2024-cü ilin may ayında yeni direktor təyinindən bir gün sonra işdən çıxarılması barədə ona məlumat vermişlər. İyun ayında o, işdə olmadığı vaxt, saat 07:45də xəstə gətirilib və o, həmin günü qanuni icazəli olmuşdur. Buna baxmayaraq, ona ardıcıl olaraq 2 dəfə töhmət verilib. Töhmətlərdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılmışdır. Himayəsində 2 azyaşlı uşaq var, tək ailə başçısıdır və aliment almır. Xəstəxanaya xəstə daxil olarkən onun qəbul edilməsi onun səlahiyyətinə aid deyildir. Adı qeyd edilən xəstə saat 07:45-də gətirilmişdir. 09 iyul tarixində saat 10:20-də işə gəlmiş və həmin günü rəsmi icazəsi olmuşdur. Birinci töhmətdə xəst ə 07:45-də gətirilmiş və o, həmin gün icazəli olmuşdur. Qarşı tərəf iddia edir ki, o, özəl xəstə qəbul etmişdir. Xəstə ona şikayətlə yaxınlaşıb və o, sonuncuya köməklik göstərmişdir. Bu səbəbə görə təhqirə məruz qalmış və 7 nəfərin şahidliyi ilə ona töhmət verilmişdir. İyul ayının 3-ü bülletenə çıxmış, 4-ü klinikaya geri qayıtmış və işə çıxacağı barədə məlumatları var idi. Həmin gün ona işə çıxmasının qanunsuz olduğunu demiş və bülleteni ondan tələb edərək xəbərdarlıq vermişlər. İyul ayının 3-ü ölüm hadisəsinin olduğu gün işə saat 10:20-də gəlmiş və xəstə 10:30-da vəfat etmişdir. 16 iyul tarixdə iclas keçirilmiş, şantaj və təhdidə məruz qalmışdır. 18 sentyabr tarixində əmək kitabçasına 70-ci maddənin «ç» bəndi vurulmuşdur. Sənədlər Nəsimi Rayon Prokurorluğuna verilmişdir. Aytən Şirinovaya görə 5 dəfə Bakı şəhər Baş Korrupsiya İdarəsinə gedib izahat vemişdir. O, işdə olduğu təqdirdə adından saxta sənəd çıxarılıb. Bütün saxta sənədlərin müəllifi Aytən Şirinovadır. Hal-hazırda onun yerində şöbə müdiri vəzifəsini yerinə yetirir. Qarşı tərəf Aytən Şirinovanın vəzifəni müvəqqəti icra etdiyini bildirir, halbuki bütün xəstələri sistemdən keçirib özü baxır.

5. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, X2 həmin gün işə gəlməməyi ilə bağlı rəsmi icazə almamış və işə gəldikdən sonra da xəstə ilə maraqlanmamışdır. Daxil olan xəstə ilə bağlı heç bir ambulator kart açılmamış, lazımi qeydiyyat aparılmamışdır. Xəstə həmin gün reanimasiyaya gətirilməli olduğu halda gətirilməmişdir və bununla bağ lı işçilərə töhmət verilmişdir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, İddiaçı Mərkəzin Terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öz vəzifə öhdəliklərini icra etməkdən imtina etmişdir. Qeyd edir ki, şöbə müdirinin vəzifə öhdəliyi şöbənin fəaliyyətini planlaşdırmaq və təşkil etmək, şöbənin işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, növbətçilik cədvəl inin tərtibatında iştirak etmək, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, şöbənin həkimlərinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə, tibbi sənədləşdirmənin aparılmasına, habelə şöbə müdiri tərəfindən hazırlanmış iş planının yerinə yetirilməsinə müntəzəm nəzarəti həyata keçirməkdən, həmçinin Mərkəzin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək və onların qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir. Lakin iddiaçı onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmək əvəzinə özünün dediyi kimi yalnız «özəl» xəstə qəbulu ilə məşğul olmuş və belə olan halda şöbənin iş fəaliyyətinə nəzarət edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublika sı Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin aidiyyəti bəndlərini rəhbər tutaraq tibb müəssisələrin tibbi qeydiyyat sənədlərinin nizama salınması, səhiyyə müəssisələrinin fəaliyyətini əks etdirən məlumatların tamlığını və düzgünlüyünü təmin etmək məqsədilə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş 100 nömrəli əmrlə təsdiq edilmiş tibbi qeydiyyat sənədlərinin nümunələrinə uyğun olaraq ambulator kart tərtib edilməli olmasına baxmayaraq, bu tələblərə riayət edilməmiş, nəticədə həm şöbənin, həm də işin ahəngi pozulmuş və bu da haqlı olaraq mərkəzə müraciət edən vətəndaşların ciddi narazılıqlarına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya rəhbərlik tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, iddiaçı bunlara məhəl qoymayaraq qanunazidd hərəkətlərinə davam etmişdir. Bundan əlavə, i craçı direktor tərəfindən Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətini daha da gücləndirmək məqsədi ilə nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq əmr və sərəncamlar verilmiş, Mərkəzin işinin təşkil edilməsi, vəzifə öhdəliklərinin keyfiyyətlə və daha rahat həyata keçirilməsi məqsədilə İddiaçı ayrıca otaq ayrılmış, lakin bunlara baxmayaraq İddiaçı əmr və tapşırıqları icra etməkdən imtina etmiş, bununla yanaşı xəstələri Səhiyyə Nazirliyinin «Qaynar xətt» xidmətinə və Mərkəzin rəhbərinə şikayət etməyə sövq etməklə əhalidə yanlış olaraq Azərbaycan Səhiyyəsinə və Mərkəzin fəaliyyətinə qarşı mənfi rəy yaranmasına səbəb olmuşdur. Bununla yanaşı nəzərə çatdırır ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, işlədiyi müddət ərzində işində heç bir nöqsan olmamış, barəsində nəinki töh mət, xəbərdarlıq belə olmamışdır. Lakin iddiaçının şəxsi işində olan sənədlərdən görünür ki, İddiaçı dəfələrlə davamiyyətin pozulması hallarına yol verərək nizam-intizam qaydalarını pozduğuna görə ona şifahi xəbərdarlıqlardan sonra icraçı direktorun xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə yazılı xəbərdarlıq edilmiş və belə halların davam edəcəyi halda barəsində qanuna uyğun tədbir görüləcəyi qeyd edilmişdir. İddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçıya ilk xx.xx.2024-cü il tarixli töhmət növündə intizam tənbehinin verilməsi səbəblərindən biri xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olan xəstənin ölüm faktı ilə bağlı olmuşdur. Belə ki, xəstə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş və növbətçi hə kim tərəfindən qəbul edilmişdir, iddiaçı şöbə müdiri olaraq şöbəsinə ağır vəziyyətdə daxil olan xəstə ilə nəinki maraqlanmamış, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbir görməmiş, hətta iş fəaliyyəti 09:00-da başladığı halda, öncədən rəhbərlikdən rəsmi və şifahi şəkildə icazə almadan işə gec gəlmiş, işə gəldikdən sonra belə xəstənin vəziyyəti ilə maraqlanmamış, öz öhdəsinə düşən tədbirləri görməmiş, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməmişdir. Bu məsələ ilə bağlı Mərkəzdə İddiaçı və digər aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə iclas keçirilmiş və icraçı direktor səlahiyyətləri daxilində öz iradlarını bildirmişdir, lakin iddiaçı subordinasiya qaydalarına riayət etmədən icraçı direktorun sözünü tez-tez kəsmiş, xəstəyə baxmağın ona aid olmadığını bildirmişdir. Halbuki, iddiaçı şöbə müdiri olaraq məsuliyyət daşıdığı üçün şöbəsinə ağır vəziyyətdə daxil olan xəstələrlə bu barədə məlumat aldığı andan maraqlanmalı, onların adlarına ambulator kartların açılmasını və xüsusi qeydlərin aparılmasını təmin etməli, zəruri tədbirlərin görülməsini və tibbi sənədləşmənin aparılmasını koordinasiya etməlidir. Qeyd olunanlarla əlaqədar iddiaçıdan yazılı izahat alınmış və töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Buna baxmayaraq, İddiaçı ona verilmiş töhmətdən nəticə çıxarmamış və iş fəaliyyətində bir çox nöqsanlara yol verməyə davam etmişdir. Beləliklə, növbəti xx.xx.2024-cü il tarixli töhmət növünd ə intizam tənbehinin verilməsi Terapevtik xidmətlər şöbəsinin təşkilində aşkar edilmiş nöqsanlar və problemlərlə bağlı olmuşdur. Belə ki, Terapevtik xidmətlər şöbəsinin həkimləri iş gününün səhər saatlarında xidməti otaqlarında olmamış, bununla əlaqədar xəstələr arasında narazılıqlar yaranmış, bundan əlavə ambulator kartların və həkimlərin növbətçilik cədvəllərinin tərtib edilməməsi, arayışların yazılmasına nəzarət edilməməsi aşkar edilmişdir. Şöbə müdiri İddiaçı şöbəsində baş verənlərlə maraqlanmamış, yalnız özünün dediyi «özəl» xəstə qəbulu ilə məşğul olmuş, şöbənin fəaliyyətinini tənzimləməməklə Terapevtik xidmətlər şöbəsinin və ümumillikdə Mərkəzin iş ahəngini pozmuşdur. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Mərkəzdə İddiaçı iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. Mərkəz in Terapevtik xidmətlər şöbəsinin fəaliyyətində aşkar edilmiş ciddi qüsurlar, nöqsanlar və qanun pozuntularının araşdırılması məqsədilə Mərkəzin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində monitorinq keçirilmişdir. Yoxlamanın gedişatında Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətində, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında nöqsanlar, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq, saxtakarlıq və İddiaçı tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirildiyi aşka r edilmişdir. Nəticədə İddiaçı şöbənin fəaliyyəti ilə məşğul olmadığından, vəzifə öhdəliklərini yerinə yetirmədiyindən töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı əmrlə tanış olmuş, lakin bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. İddiaçı iddia ərizəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehinin ləğv edilməsini tələb etsə də, bu intizam tənbehinin növü Mediasiya Təşkilatı tərəfindən keçirilmiş iclasda iddiaçının nümayəndəsi tərəfindən işıqlandırılmamış və ləğv edilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmiş, hətta «Mediasiya prosesinin tətbiqi barədə təklif» Mərkəzə göndərildiyi vaxtda sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi İddiaçı verilməmişdir. Beləliklə, iddiaçının şöbə müdiri olaraq öz vəzifə öhdəliyini yerinə yetirməməsi, iş ahəngini pozması, tutduğu vəzifədə fəaliyyət göstərə bilməməsi, şöbənin iş fəaliyyətini tənzimləyə bilməməsi səbəbindən bir çox ciddi nöqsan və qüsurların olması bu töhmətlərin verilməsinə səbəb olmuşdur. Odur ki, qeyd edilən töhmətlər əsaslı şəkildə və qanunun tələblərinə riayət edilməklə verilmişdir. Xəstə 07:45-də daxil olan gün Elvira xanım saat 10:20-də işdə olmuşdur. Elvira xanımın şöbəsi tərəfindən xəstə daxil olarkən müvafiq tibbi sənədlərin qeydiyyatı aparılmalı, ambulator kart açılmalı idi. Xəstə saat 10:30-da vəfat etmişdir. Xəstə vəfat edən vaxt Mahmud doktorun şöbəsində olmuşdur. Bu hadisə ilə bağlı Prokurorluğa ona görə şikayət olunmayıb ki, işçilərlə bağlı müvafiq tədbirlər görülmüş və töhmət verilmişdir. Elvira xanımın gəlməməyi ilə bağlı kadrların rəsmi məlumatı yox idi. Xəstələr tərəfindən Elvira xanım barədə şikayət olunmasının tələb edilməsi barədə rəsmi şikayət olunmayıb. Töhmətlərin verilməsi iclası protokollaşdırılıb, sənədlər təqdim olunub, Elvira xanım tanış olub və imza etməyib. Elvira xanım vəzifə təlimatına uyğun olaraq xəstələri qəbul edib müayinə etməlidir. Həmin şöbənin fəaliyyətinin yoxlanılması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmişlər və müraciət əsasında monitorinq aparılması üçün nümayəndə ayrılıb. Şöbə müdirinin fəaliyyətində qanunsuzluq aşkarlanıb. Hal-hazırda şöbə müdiri Aytən xanımdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı iclaslarda iştirak etmədiyini bildirmişdir. Halbuki, iştirak etdiyi təqdirdə eyni məsələlər müzakirə olunmuş, əmək funksyalarını pozması dəfələrlə vurğulanmışdır. 5 dəqiq əlik iclaslarda da iddiaçı hər dəfə iştirak etmiş və eyni məsələlər müzakirə olunmuşdur. Müzakirə olunan məsələlərin hər biri monitorinqdə öz əksini tapmış və protokollar həmin məsələlər üzrə tərtib olunmuşdur. İclaslarda iddiaçıya bildirilən iradları şantaj və təhdid kimi qəbul edirdi. X8 isə vəzifəsini müvəqqəti icra edir, vəzifəyə təyin olunmamışdır. Xəstə klinikaya daxil olduqda adlarına mütləq müalicə ilə bağlı ambulator kart açılmalıdır. Əks halda ambulator kartın açılmaması problem yaradır. Korrupsiya İdarəsindən sorğu göndərilib və Elmira Quliyevanın da adı siyahıda qeyd olunub. 10 nəfər xəstənin adına olan ambulator kartı istəyirlər. Belə ki, 2 nəfər xəstə onlarda qeydiyyatdadır, lakin 8 nəfər xəstənin ambulator kartı, nə də tibbi müayinədən keçməsinə dair sənəd yoxdur. İddianı əs assız hesab edir və bununla bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Lakin bu vaxta kimi qarşı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi sənədlərə hüquqi qiymət verilməsini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 2(006)-567/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının şöbə müdiri olaraq öz vəzifə öhdəliyini yerinə yetirməməsi, iş ahəngini pozması, tutduğu vəzifədə fəaliyyət göstərə və şöbənin iş fəaliyyətini tənzimləyə bilməməsi səbəbindən bir çox ciddi nöqsan və qüsurların olması qeyd edilən töhmətlərin verilməsinə səbəb olmuşdur. Bu pozuntular iddiaçının xx.xx.2021ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməməsində, xx.xx.2024cü il tarixdə iddiaçının rəsmi və ya şifahi icazə almadan işə gec gəlməyində, işə gəldikdən sonra belə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş konkret xəstənin vəziyyəti ilə maraqlanmamasında, öz öhdəsinə düşən, yəni, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbirlər görməməsində, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməməsində, daha sonra vəzifə təlimatına uyğun olaraq xəstələri qəbul edib müayinə etməməsində, xəstə klinikaya daxil olduqda adlarına mütləq müalicə ilə bağlı ambulat or kart açılmamasında, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında yol verilmiş nöqsanlarda, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq və tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirməsində, bir sözlə, onun şöbənin fəaliyyəti ilə müvafiq təlimata uyğun məşğul olmaması və vəzifə öhdəliklərini lazımınca yerinə yetirməməsində, konkret günlərdə heç bir rəsmi sənəd təqdim etmədən bütün iş günü işə gəlməməsində, töhmət növündə intizam tənbehləri aldıqdan sonra dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, bundan nəticə çıxarmamasında və sair ifadə olunur.

8. Məhkəmə göstərmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının i ştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində keçirilmiş monitorinqin nəticələri ilə də təsdiqlənir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsindən Mərkəzə göndərilən sorğuda Elmira Quliyevanın da adı siyahıda qeyd olunmaqda 10 nəfər xəstənin adına olan ambulator kartı tələb edilmişdir ki, bunlardan da 2 nəfər xəstənin Mərkəzdə qeydiyyatı olsa da, 8 nəfər xəstənin nə ambulator kartı, nə də tibbi müayinadən keçməsinə dair sənəd aşkar edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin iddiaçının barəsində töhmət verilməsinə dair 25 iyul 2024-cü il, 31 iyul 20 24-cü il tarixli, eləcə də barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrlərin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.

10. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəz ərdə tutmuşdur və məhkəmənin qənaətinə görə araşdırma zamanı iddiaçının yol verdiyi müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona qarşı qərəzli münasibət sərgilənməsinə dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsi ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkr arlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. Həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir. İddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisə ləndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrinin ləğv edilməsi hissəsi də əsassızdır və təmin edilə bilməz.

15. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2,3, 10, 15, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 72, 76-cı maddəsinin 2-ci hissəsi, 70-cu maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1ci hissəsi, 186, 187, 189, 190-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İşəgötürən tərəfindən Azərba ycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına qiymət verilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Töhmət əmrlərinin verilməsinə əsas olmuş iddiaçının yol verdiyi nöqsan əsaslı olmuş olsa belə, işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatı na uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir. İşçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsi, əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. İddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud hesab edilir. Bu pozuntunun həmin maddədə göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir. Bu səbəbdən, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa Əmrin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli, 2 nömrəli iclas protokolunda iclasda iştirak edənlərin sayı 5 nəfər göstərildiyi halda, bu şəxslərin imzaları göstərilməmişdir. İclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Eyni zamanda iştirakı qeyd edilən şəxslər cavabdeh müəssisənin əməkdaşlarıdır, onların məsələyə obyektiv baxışı özü şübhəlidir. Həmçinin, 18 sentyabr 2024-cü il tarixli, 2339 saylı əmrin məzmunundan görünür ki, əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq yalnız məcəllənin 72-ci maddəsinin “ç” bəndinin dispozisiyası ilə əsaslandırılmış, işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmişdir. İşdə də iddiaçının barəsində töhmət barədə əmrlər verilən vaxt onun izahatı alınmamış, qanunvericiliyin tələbinə formal yanaşılmış, birinci instansiya məhkəməsi isə bu hala göz yummuşdur. İlk töhmət verilməsi İddiaçı iş qrafiki olmadığı saatda baş vermiş hadisə ilə bağlı olmuşdur. Belə ki, onun iş saatı 09:00-da başlayır, xəstə isə ondan bir neçə saat əvvəl mərkəzə gətirilmişdir. İkinci töhmət barədə isə heç bir məlumat verilməmiş, iclas keçirilmədən və onun iştirakı olmadan, izahat ı alınmadan qəbul edilmişdir. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İclas keçirilsə də, İddiaçı izahatı alınmamış, iclasda hər hansı intizam tənbehi verilməsi barədə məlumat verilməmiş, elan edilməmişdir. Həmçinin iclasda İddiaçı işində heç bir qüsur barədə sübut təqdim edilməmiş, müzakirə olunmamış, sadəcə əvvəlki töhmətlərin verilməsi üçün deyilən səbəblər səsləndirilmiş, şifahi ittihamlardan kənara çıxılmamışdır. Hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan davamiyyətin pozulması, iş fəaliyyətini pozması və digər hallar öz təsdiqini tapmış olsaydı belə cavabdeh həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək iddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyət ində olmuşdur. Lakin, hazırki əmrlərdən pozuntunun aşkar olunduğu tarix əmrlərdə göstərilməmiş, əsaslandırılmamışdır. Hesab olunur ki, cavabdeh qanunvericiliyin tələbi olan 1 aylıq müddətə əməl etməmişdir. 19.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) 14 aprel 2025-ci il tarixli, 2(103)-2142/2025 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ilk töhmət növündə intizam tənbehi xx.xx.2024-cü il tarixdə verilmiş və onun verilməsi səbəblərindən biri xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olan xəstənin ölüm faktı il ə bağlı olmuşdur. Mərkəzdə İddiaçı və digər aidiyyəti şöbələrin əməkdaşlarının iştirakı ilə keçirilmiş iclas protokollarından görünür ki, xx.xx.2024-cü il tarixdə xəstə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş və növbətçi həkim tərəfindən qəbul edilmişdir, iddiaçı şöbə müdiri olaraq şöbəsinə ağır vəziyyətdə daxil olan xəstə ilə nəinki maraqlanmamış, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbir görməmiş, hətta iş fəaliyyəti 09:00-da başladığı halda, öncədən rəhbərlikdən rəsmi və şifahi şəkildə icazə almadan işə gec gəlmiş, işə gəldikdən sonra belə xəstənin vəziyyəti ilə maraqlanmamış, öz öhdəsinə düşən tədbirləri görməmiş, xəstə barəsində tibbi sənədlərin tərtib edilibedilməməsinə nəzarət etməmişdir. Bu məsələ ilə bağlı keçirilmiş iclasda icra çı direktor səlahiyyətləri daxilində öz iradlarını bildirmiş, iddiaçı isə xəstəyə baxmağın ona aid olmadığını bildirmişdir. 21.Halbuki, iş materiallarında olan müvafiq təlimatdan görünür ki, şöbə müdirinin vəzifə təlimatına əsasən şöbəsinə ağır vəziyyətdə daxil olan xəstələrlə bu barədə məlumat aldığı andan maraqlanmalı, onların adlarına ambulator kartların açılmasını və xüsusi qeydlərin aparılmasını təmin etməli, zəruri tədbirlərin görülməsini və tibbi sənədləşmənin aparılmasını koordinasiya etməlidir. 22.İddiaçıdan yazılı izahat alınmış və töhmət növündə intizam tənbehi verilmiş, lakin iddiaçı qeyd edilən töhmət növündə intizam tənbehindən məlumatlı olduğu halda onu dərhal mübahisələndirməmişdir. 23.İddiaçıya töhmət növündə digər intizam tənbehi xx.xx.2024-cü il tarixli əmrlə verilmiş və buna səbəb Terapevtik xidmətlər şöbəsinin təşkilində aşkar edilmiş nöqsanlar və problemlərlə bağlı olmuşdur..Belə ki, Terapevtik xidmətlər şöbəsinin həkimləri iş gününün səhər saatlarında xidməti otaqlarında olmamış, bununla əlaqədar xəstələr arasında narazılıqlar yaranmış, bundan əlavə ambulator kartların və həkimlərin növbətçilik cədvəllərinin tərtib edilməməsi, arayışların yazılmasına nəzarət edilməməsi aşkar edilmişdir. Şöbə müdiri İddiaçı şöbəsində baş verənlərlə maraqlanmamış, şöbənin fəaliyyətini tənzimləməməklə Terapevtik xidmətlər şöbəsinin və ümumillikdə Mərkəzin iş ahəngini pozmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, ikinci töhmət verilməmişdən əvvəl xx.xx.2024-cü il tarixdə Mərkəzdə İddiaçı iştirakı ilə geniş tərkibdə ic las keçirilmişdir. 24.Daha sonra Mərkəzin Terapevtik xidmətlər şöbəsinin fəaliyyətində aşkar edilmiş ciddi qüsurlar, nöqsanlar və qanun pozuntularının araşdırılması məqsədilə Mərkəzin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində monitorinq keçirilmiş və yoxlamanın gedişatında Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətində, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında nöqsanlar, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq, saxtakarlıq və İddiaçı tutduğu vəzifənin öhdəliklərinə qa rşı laqeydlik nümayiş etdirildiyi aşkar edilmişdir. Nəticədə İddiaçı şöbənin fəaliyyəti ilə məşğul olmadığından, vəzifə öhdəliklərini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 25.İşəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bütün iş günü ərzində işdə olmamışdır ki, bu da əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsasdır. İşəgötürən əmək müqaviləsinə xitam verərkən iddiaçının özünün izahatını, Elmi şuranın xx.xx.2024-cü il tarixli protokolunu, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü i l tarixli protokolunu və s. sənədləri əsas götürmüşdür. 27.Apellyasiya instansiyası məhkəməsi iddiaçının barəsində intizam tənbehinin tətbiq olunması ilə bağlı müddətin keçməsinə münasibətdə hesab etmişdir ki, həmin müddət işəgötürən tərəfindən buraxılmamış, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əməl olunmuşdur. 28.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətində yol verdiyi pozuntular barədə Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən də cavabdeh təşkilata müvafiq təqdimat daxil olmuşdur. Təqdimatda onun Mərkəzdə müzakirə olunması və pozuntuların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tələb olunmuşdur. Həmin təqdimat əsasında müəyyən edilmişdir ki, iddiaçı xəstəxanaya müraciət etmiş çağırışçı X3 barəsində bir gün i ntervalla fərqli diaqnozlarla xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında aktlar tərtib etmiş, həmin aktlardan biri natamam formada tərtib edilmiş, həmçinin hər iki akt Mərkəzin ümumi şöbəsində çıxış nömrəsi verilərək qeydiyyata alınmaqla SHXÇDX-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. 29.Prokurorluq iddiaçı tərəfindən fərqli diaqnozlu aktların tərtib olunmasını müəyyən etsə də, onun həmin aktları tamah və sair şəxsi niyyətlə tərtib etməsini müəyyən etmədiyindən xx.xx.2024-cü il tarixli qərarla barəsində cinayət işi başlanmasını rədd etmişdir. 30.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edə rək onunla əmək münasibətlərinə xitam vermişdir.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 9, 10, 15-ci maddəsinin 4-cü hissəsi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 1-ci hissəsi, 70, 71-ci maddəsinin 2-ci hissəsi, 71-ci maddəsinin 3-cü hissəsi, 72, 76-cı maddəsinin 2ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsinin 3-cü hissəsi, 187-ci maddəsinin 3-cü hissəsi, 311, 187-ci maddəsinin 4-cü hissəsi, 190-cı maddəsinin 3-cü hissəsi, 311-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətini eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırma üçün heç bir konkret hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir.

34. İddiaçı tərəfindən təqdim olunan sübutlara nədənsə məhkəmə maddi hüquq norması tətbiq etməkdə çətinlik çəkib. Lakin, cavabdehin etiraz ər izəsində nə qeyd olunubsa demək olar ki, hər birini sübut kimi qəbul edib.

35. Hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan davamiyyətin pozulması, iş fəaliyyətini pozması və digər hallar öz təsdiqini tapmış olsaydı belə cavabdeh həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək iddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırki əmrlərdən pozuntunun aşkar olunduğu tarix əmrlərdə göstərilməmiş, əsaslandırılmamışdır. Hesab olunur ki, cavabdeh qanunvericiliyin tələbi olan 1 aylıq müddətə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişd ir. təmin Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 68.Hissə 1.Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

38. Maddə 70 bənd ç). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

39. Maddə 71.Hissə İİ. Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

40. Maddə 71.Hissə İİİ.İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Maddə 72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasın ı pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

42. Maddə 186.Hissə İİ.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər.

43. Maddə 186.Hissə İİİ.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyə tini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

44. Maddə

187. Hissə

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Hissə

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra int izamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Hissə

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

45. Maddə 190.Hissə İİİ.İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, məhkəmə kollegiyası da apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığına görə həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

59. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır

60. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 103, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli 2(103)-2142/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar