Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2285/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 CavabdehƏ qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 nömrəli, 27 fevral 2024- cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağcabədi rayonun İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m olan yaşayış evi (bundan sonra-mübahisəli fərdi yaşayış evi) üzərində İddiaçı1 10/35 hissədə, İddiaçı2 2/35 hissədə, X3 2/35 hissədə, X6 2/35 hissədə, İddiaçı3 1/35 hissədə, İddiaçı4 1/35 hissədə, Cavabdeh 1/35 hissədə, İddiaçı5 8/35 hissədə və İddiaçı6 8/35 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********53-10301,qeydiyyat nömrəsi **********) olmaqla xx.xx.2022-ci il tarixdə qeydiyyata alı nmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 doğma oğludur. İddiaçı1 mərhum əri X11 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ondan mübahisəli fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış əmlaka dair adlarına vərəsəlik haqqında şəhadətnamə veril mişdir. Payçılardan Nəzrin və Hacı azyaşlı olmaqla anaları Əslinin himayəsində olmuşlar. Cavabdeh paylı mülkiyyətlərində olan torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən onların sərbəst istifadə etmələrinə imkan vermir, daşınmaz əmlakın öz aralarında bölünməsinə isə razılaşmır. Bu da onların mülkiyyət hüquqlarını pozur. Bundan sonra onların payına düşən hissənin dəyərinin ödənilməsi qarşı tərəfə təklif olunaraq tələb olunmuş, lakin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh kompensasiya verməyə maddi imkanı olmadığını bildirmişdir.
4. Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/387 saylı eksper t rəyi ilə, Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, “İnşaat Norma və Qaydalarının” 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
5. Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(0 17)-79/2023 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilərək, mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (İddiaçı1 Sarxan qızına 10/35 pay, İddiaçı2 2/35 pay, X4 2/35 pay; X9 2/35 pay; İddiaçı3 1/35 pay; İddiaçı4 1/35 pay; Cavabdeh 1/35 pay; İddiaçı5 8/35 pay və X7 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, digər mülkiyyətçi olan cavabdehin kompensasiya vermək imkanı olmadığından mübahisəli fərdi yaşayış evi hərracda satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hi ssəsibə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.3, 220.4, 220.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən fərdi yaşayış evi ilə bağlı digər mülkiyyətçilərlə razılığa gəlmək üçün heç bir cəhd göstərilməmişdir. Bun unla bağlı, ilk öncə məhkəməyə müraciət etməzdən əvvəl payçılar arasında müəyyən razılığın olub-olmamasını aydınlaşdırmaq lazım idi. Halbuki, məhkəmə tərəfindən ona hər hansı bildiriş göndərilməmiş, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi zərfdən və poçt izləməsindən görünür ki, 1 iyun 2023-cü il tarixli iclas üçün ona göndərilən bildiriş 15 iyun 2023-cü il tarixdə onun tərəfindən qəbul edilmişdir. Bununla bərabər özü və iki övladı gözdən birinci qrup əlildir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən ekspertizanın keçirilməsi zamanı onların iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavab deh izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi atasından miras qalmışdır. Həmin evdə anası ilə yanaşı onun özü, arvadı Nümayəndə və uşaqları yaşamışdır. İddiaçı2 vəfat edən qardaşının arvadı olmuşdur. Digər iddiaçılar qardaş və bacılardır. Onlara ayrı ev tikilib verilmişdir. Onlar onun əlilliyinə görə müavinət aldığını görüb evi satdıraraq, onu evdən çıxarmaq istəyirlər. Qeyd etmişdir ki, 0,21 ha torpaq sahəsi başqa yerdə yerləşir. Mübahisəli evin bütün xərclərini özü çəkmişdir. Digər iddiaçıların həmin evdəki paylarına uyğun pul məbləğini ödəyərək evi almaq üçün maddi imkanı olmamışdır. Hətta onun ailəsinə mütəmadi olaraq müvafiq dövlət qurumları tərəfindən maddi yardımlar edilir. Həmçinin ona evdən cüzi - 1/35 hissə düşmüşdür ki, iddiaçılarla mübahisəli evə görə kompensasiy a barədə hər hansı razılaşma əldə etmək mümkün olmamışdır. İddiaçılar da ona istədiyi məbləği təklif etməmişlər, çünki iddiaçıların əsas məqsədi onun və ailəsinin həmin evdən çıxması olmuşdur. Həmin evdən başqa evləri olmamışdır, xəstə olduğu üçün həmin evdən çıxmayacaqdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Nümayəndə izahatında bildirmişdir ki, o cavabdehin arvadıdır. Mübahisəli evdə qayınanası İddiaçı1 və onların ailəsi yaşamışdır. Fərdi yaşayış evi yeddi otaqdan ibarət olmuşdur. O, cavabdeh və uşaqları iki iç-içə olan otaqda yaşamışlar. Qalan otaqların qapısını İddiaçı1 bağlayaraq, həmin otaqlardan onlardan istifadə etmələrinə maneçilik törətmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli q ətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Cahid İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiqi edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi icraatında tərəflərin izahatlarında kompensasiya üzrə hər hansı razılaşmanın mümkün olmadığı müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh (vəkili Vəkil2) kassa siya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ümumiyyətlə miras əmlakının bölünməsindən heç bir xəbəri olmamışdır. Sonralar hazırki mülki mübahisəni araşdırılarkən ona məlum olmuşdur ki, xeyli saxta hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, o, arxiv idarəsinə müraciət edərək təsərrüfat başına kitabı tələb etmiş və həmin kitabçada onun adı qeyd olunmamışdır. Lakin Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, o, X8 məxsus təsərrüfatda olmuşdur və ayrılmağı ilə bağlı heç bir hüquq müəyyənedici sənəd mövcud deyil. Qeyd olunan miras əmlakı dövlət aktında 0,21 ha kimi qeyd olu nmuşdur. Daha sonra Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 qalan miras əmlakı ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti istənilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə X1, xx.xx.2022-ci il tarixdə X2 vərəsəlik hüququ haqqında şəhadətnamələr mövcud olmamışdır. Qeyd olunan miras əmlakına faktik olaraq o və həyat yoldaşı Nümayəndə sahiblik etmişlər. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan Ağcabədi Rayon Məhkəm əsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
16. Həmçinin, özü və iki övladı gözdən İ qrup əlil olmasına baxmayaraq birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi sənədlərinin qanunsuz olaraq onun tərəfindən imzalatmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29, İİİ və İV hissələri. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs mə hkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikasının Mülki Məcəlləsi
1. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
2. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
3. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi h üququna malikdir
4. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
5. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
6. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
7. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı
8. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyəri nin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
9. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r
13. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
16. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. İddia üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini tələb edib qətnaməni bütünlüklə mübahisələndirdiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
22. Belə ki, verilmiş iddia tələbi paylı əmlakın bölünməsi mümkün olmadığına görə əmlakın açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi barədə tələbdir. Həmin iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir.
23. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, «paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
24. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cüml əsi).
25. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında verilən izahlardan aydın şəkildə görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: a. ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; b. kompensasiya (payın dəyəri) ödənilməsi; c. əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib sur ətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
27. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.
28. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəl mişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan suiistifadəyə yol verilməməlidir.
29. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki,...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul ko mpensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
30. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir».
31. Baxılan işdən görünür ki, əmlakın 9 paylı mülkiyyəyçisindən 8 nəfəri onlara düşən hissənin naturada ayrılmasını, əks təqdirdə əmlakın hərracda satılmasını tələb edir. İşin bu halı əşyanın bölünməsi qaydalarının tətbiqini şərtləndirir.
32. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında ifadə olunduğu kimi Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam v erilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
33. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eyn ilik təşkil edir.
34. Əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
35. Məhkəmə kollegiyası hazırkı iş üzrə bildirir ki, mübahisəli evin naturada paylara uyğun bölünməsi mümkün olmadığına görə əmlakın hərracda satılması barədə gəlinən nəticə əsaslıdır. Lakin məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb olan əsas hal kimi qeyd edir ki, paylı mülkiyyətdə ola n əşyanın bölünməsi və payın ayrılması barədə iddialara baxılarkən, əmlakın hərracdan satılması barədə iddia təmin olunduğu halda satılmalı olan əşyanın satış qiymətinin müəyyən edilməli olub-olmaması barədə məhkəmə təcrübəsində fərqli mövqelər olmuşdur. Buna görə də MPM-nin 418-1-ci maddəsinə uyğun olaraq həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmış, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilmişdir. Həmin qərardadda ifadə olunan hüquqi mövqeyə görə, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması ba rədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
36. Bu baxımdan hazırda baxılan iş üzrə hərraca çıxarılmalı olan evin bazar dəyərinə uyğun ilkin satlş qiyməti müəyyən edilməlidir.
37. Bundan başqa, adıçəkilən Qərardadda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
38. Hərracın forması tərəflə rin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
39. Göründüyü kimi iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında paylı mülkiyyətdə olan əmlakın bölünməsinə dair işlər üzrə müəyyən olunmuş məhkəmə təcrübəsinə uyğun gəlmir.
40. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və işə yenidən baxılıb Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda adı çəkilən 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadında ifadə olunmuş məhkəmə təcrübəsinə uyğunlaşdırılması üçün göndərilməlidir.
41. Bundan başqa, məhkəmə kollegiyası kassatorun mübahusəli evin hüquqi rejimi ilə bağlı kassasiya şikayətində göstərdiyi dəlillər araşdırma predmeti ola bilməz. Çünki Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipi baxımından, tərəflərin mübahisəli evin üzərində mülkiyyət hüququnun qeydiyyatının qanuniliyi hazırkı icraatda mübahisələndirilə bilməz. Buna görə də, Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri əsasında həm in reyestr qeydiyyatının həqiqiliyi qəbul olunur.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-199/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.