Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(103)831/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 21 noyabr 2013-cü il tarixli 01315 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC-nin “Sənaye” filialı tərəfindən Cavabdeh nəqliyyat vasitəsinin alınması üçün 60 ay müddətinə, illik 18% ödəməsi şərtilə 33670 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə öhədliklərinin icrasının təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Hyundai SantaFE” markalı, 90ST844 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. 3. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə ilə Bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 4. “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 21 noyabr 2013-cü il tarixli 01315 saylı kredit müqaviləsinin ləğv edilməsi, 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 25971,86 ABŞ dolları əsas, 6109,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32081,13 ABŞ dolları borcun, habelə 30 manat dövlət rüsum unun İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “Hyundai SantaFE” markalı, 90ST844 dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, avtomobilin açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra qalıq məbləğin cavabdehə qaytarılması, avtomobilin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Cavabdeh tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
5. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi qətnamə ləğ v edilərək, “X3 Edilməsi Agentliyi” MMC-nin iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə baxılmamış saxlanılmışdır.
6. Hazırkı iddia ərizəsi 25 iyul 2022-ci il tarixdə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 20352,90 ABŞ dolları, faiz borcu üzrə 6109,27 ABŞ dolları olmaqla, cəmi 26462,17 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 224,96 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.
9. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh nümayəndəsi, vəkil X2 vasitəsi ilə məhkəməyə ərizə verərək, iddia müddətinin tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(010)3782/2022 nömrəli qətnaməsi ilə (hakim A.A.Qasımov) iddia rədd olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 21 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 36 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş, beləliklə qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
12. Məhkəmə həmçi nin qeyd etmişdir ki, Cavabdeh qarşı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə buna səlahiyyəti olan hazırki iddiaçı - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti deyil, “X3 Edilməsi Agentliyi” MMC müraciət etdiyindən həmin iş üzrə qəbul olunmuş qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra isə İddiaçı QSC 30 sentyabr 2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsi üzrə dövlət rüsumu ödənilmədiyindən məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülməyərək geri qaytarılmışdır. Bu hal isə ona dəlalət edir ki, iddiaçının həmin müraciəti müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyünü təsdiq etmir və belə olan halda məhz hazırki iddia tələbi ilə 22 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət edilməsi iddia müddətinin keçməsinə dəlalət edən haldır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2, 381.1, 425.1, 739.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(010)-3782/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(103)-831/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər S.X.Bəhrəmzadənin və X.A.Mərdanovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(010)3782/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq göstərmişdir ki, cavabdehlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəz ərdə tutulmuş müddət 21 noyabr 2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
17. Məhkəmə hesab etmişdir ki, 21 noyabr 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 21 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. Kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması m üqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 21 noyabr 2021-ci il tarixdə bitmişdir, iddiaçı isə hazırkı iddia ərizəsi ilə 25 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.
18. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı Cavabdeh qarşı əvvəllər irəli sürülmüş “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən baxılmamış saxlanıldığını irəli sürsə də, işin hallarından aydın olur ki, həmin tələb səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyi üçün baxılmamış saxlanılmışdır.
19. Hazırkı iş üzrə iddia müddətinin kəsilməsinə əsas verən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka son uncu ödəniş 17 avqust 2016-cı il tarixdə həyata keçirilmişdirsə, iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən etiraf edici hərəkət edilməmişdir. BOKT-un adından “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı daha əvvəllər irəli sürdüyü iddia tələbi isə səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyindən “müəyyənləşdirilmiş qaydada irəli sürülən iddia” kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə, sonuncu, müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kred it borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik olmamışdır. Belə bir imkan 01 yanvar 2018-ci il tarixədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən mümkün olmuşdur.
20. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, işin hallarından adı çəkilən Agentlik tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 01 fevral 2019-cu il tarixində müvafiq iddia tələbinin irəli sürüldüyü, həmin iddia tələbi üzrə 11 mart 2019-cu il tarixdə qətnamə çıxarıldığı, bu qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən 07 aprel 2021-ci il tarixində ləğv edilərək iddianın baxılmamış saxlanıldığı aydın olur. Bu isə o deməkdir ki, hətta həmin iddia “müəyyənləşdirilmiş qaydada irəli sürülmüş iddia” kimi qiymətləndirilsə belə, iddia baxılmamış saxlanıldıqdan sonra iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş, beləliklə də hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 25 iyul 2022-ci il tarixində iddia müddəti ötürülmüş olmuşdur. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
21. Apellyasiya instansiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 379.1, 379.3, 379.4, 380.1, 380.2, 381.1, 382, 385, 386.1, 442, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı QSC BOKT kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(103)-831/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcə llənin 373.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçının əvvəllər hazırki iddia ilə məhkəməyə müraciət edilməsi nəzərə alınmamışdır. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci hissəsinə öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalır. Bundan başqa apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gö stərə bilər.
27. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətb iq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 29. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında irəli sürdüyü mövqeyə uyğun olaraq cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra etmədiyi ni və onun kredit müqaviləsi üzrə borcunun yaranmasını, yəni iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişdir.
34. Bu zaman məhkəmə iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişdir. Belə ki, hazırki qərarın birinci bəndində göstərildiyi kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öhdəliyinin icra müddəti 21 noyabr 2018-ci il müəyyən olunmuşdur. Lakin son tarix kimi 05 iyun 2017-ci il qəbul edilsə belə, iddiaçı hazırki iddianı 06 sentyabr 2021-ci il tarixdə verməklə, qanunla müəyy ən olunmuş 3 illik müddəti ötürmüşdür.
35. İddiaçının əvvəllər eyni tələblə müraciət etməsinə dair kassasiya şikayətinin dəlili əsassız hesab olunmalıdır. İlk olaraq əvvəllər iddianı İddiaçı QSC BOKT deyil, səlahiyyəti olmayan “X3 Edilməsi Agentliyi” MMC vermişdir. Digər tərəfdən həmin iddia baxılmamış saxlanılmaqla, İddiaçı QSC BOKT-un sonradan verdiyi yeni iddia geri qaytarılmaqla, Azərbaycan Respublikası MM-in 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və hazırki iddia verilərkən artıq müddət ötürülmüşdür.
36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(103)-831/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.