Məhkəmə qərarları › İş №2(102)-2295/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2295/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2295/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025- ci il tarixli, 2(103)-1555/2025 nömrəli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikin tisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. 2. 11 may 1995-ci il tarixli, 7177 nömrəli Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı Vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən üç otaqlı 22 nömrəli mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MTK cavabdehlər X2, X14, X12, X5, X19 və Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzinin verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m. 2 saylı mənzilinin əvəzin ə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X9 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.m. 4 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X8 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m. 8 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X4 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,8 kv.metr 9 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X15 məxsus olan ünvan 2 ü nvanında yerləşən ümumi sahəsi 90,8 kv.m. 12 saylı mənzilinin əvəzinə ünvan 3 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,5 (artırma ilə 93) kv.metr 22 saylı mənzilinin əvəzinə ünvan 3 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mən zilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K. Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsində qe ydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilib. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilib. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitib, qə zalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, ar matur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bugünkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizamı, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlər ə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaldıblar. Cavabdehlər ilə dəfələrlə danışıqlar aparılıblar, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilib. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməyib. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfi ndən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinib və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçüblər. Hazırda cavabdehlər yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanıb, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqd adır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlayıb, itirilmiş vaxta görə də binanın təhvil tarixi zəruri səbəblərdən ləngiyir. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısı sökülüb, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə İddiaçı MTK həmin ünvanda inşa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kv.m. sahəsi olan təmirli yeni mənzil verilməsi nəzərdə tutulur, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün İddiaçı MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər mənzildən müvəqqəti çıxarılmalıdır.

5. Cavabdehin Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçının Cavabdeh qarşı iddia tələbi aşağıdakı səbəblərlə qanunsuz və əsassızdır:

1. İddiaçı şirkət qeyd edilən ərazidə tikinti aparılması üçün Azərbaycan Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsindən müvafiq icazəni almayıb;

2. İddiaçı şirkət hazırkı iddia ərizəsində qeyd etdiyi layihəni icra etməyə yetərli maliyyə vəsaitinə, texniki və insan resurslarına malik deyil, qeyri-peşəkarcasına idarə edilir, sökülməsi istənilən ərazidə yaşayan sakinlərə qarşı qanunsuz təzyiqlər göstərilir, o cümlədən gecə vaxtı söküntü işləri aparılır, şirkəti n qanunsuzluğu, özbaşınalığı səbəbindən əraziyə narkotik maddə istifadəçilərinin cəmlənməsi müşahidə edilir, evlərindən köçməyən sakinlərə elektrik enerjisinin verilməsi qanunsuz dayandırılır və sair zorakı, özbaşına, hüquqa zidd hərəkətlərlə insanların mülkiyyət hüququna şirkət tərəfindən qəsd edilir;

3. İddiaçı şirkət iddia edir ki, guya hər şeyi düz edir, lakin şirkət sakinlərə imzalamağı təklif etdiyi müqavilə üzrə öz öhdəliklərini icra etməsinin təminatı (zaminlik, girov yaxud bank qarantiya məktubu və s.) nəzərdə tutulmayıb. İddiaçı şirkət 5-10 aydan sonra öhdəliklərini icra etmədiyi təqdirdə, cavabdehin ziyanını kimlər və hansı məbləğdə ödəyəcəklər, heç kimə məlum deyil. İddiaçı şirkət xeyriyyə təşkilatı deyil, bu layihələrdən pul qazandığı mübahisəsizdir. Belə olan halda, şirkət ca vabdehin risklərinə görə müvafiq təminatlar təqdim etməlidir. Misal üçün, şirkət öhdəliklərini icra etmədiyi yaxud lazımınca icra etmədiyi təqdirdə, cavabdehə dəymiş ziyanının ödənilməsi barədə bank qarantiya məktubu verməlidir. İddiaçı biznes qurumudur və biznes qaydalarına uyğun vicdanla hərəkət etməlidir. Görüldüyü kimi, şirkətin adi biznes risklərinin idarə edilməsi və sığortalanması barədə səriştəsiz hərəkət etməsi faktdır. Belə olan halda, cavabdehdən hər hansı bir şəkildə sahib olduğu əmlakın əvəzləşdirilməsini, sökülməsi və s. kimi riskli hərəkətlər etməsini tələb etmək əsassız və qanunsuzdur;

4. İddiaçının iddia tələbində istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamında daşınmaz əmlakın mülkiyyətçiləri ilə qarşılıqlı razılıq ə sasında mülki münasibətlərin tənzimlənməsindən bəhs edilir. Yəni, iddiaçı özbaşınalıq edə bilməz, zorla cavabdehi evdən çıxarda bilməz, hətta bu barədə iddia ərizəsi verməsi də qanun pozuntusudur;

5. İddiaçı tərəfindən iddia tələbində istinad edilən, Azərbaycan Respublikası FHN-nin Tikintidə X6 Agentliyinin xx.xx.2021-ci il tarixli “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə rəy” isə qanunsuz və əsassızdır. Hüquqlarının müdafiə etdiyi Cavabdeh məxsus mənzil monolit olub, “stalinka” tiplidir və çox sağlam binadır. Rəyin gizli tərtib edilib, sakinlərdən gizlənməsi onu deməyə əsas verir ki, FHN TTNDA-nın xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev və İmadəddin Nə simi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə rəyi şirkətin qanunsuz kənar müdaxiləsi nəticəsində və hətta ola bilsin ki, qanunsuz maraqlar naminə tərtib edilib;

6. Bu günədək iddiaçı Cavabdehla normal ünsiyyət qurub, ağlabatan, məntiqli real təkliflə gəlməyib, əksinə davamlı bildirirlər ki, məhkəmənin nəticəsi məlumdur, “sakinlər küçəyə atılacaqlar”, “uduzacaqlar”;

7. Sadalananlara əsasən, bir daha vurğulamaq istəyir ki, şirkət, guya ona tapşırılmış Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların sakinlərinin qarşılıqlı razılıq əsasında köçürülməsi işini həyata keçirmək istəmir, əksinə, hər cür üsulla, o cümlədən administrativ resurslardan qanunsuz istifadə edərək, sakinlərin əmlakını ucuz qiymətə alıb, yüksək məbləğlərdə qazanc əldə etmək məqsədi ilə hərəkət edir. İddia tələbi, tam qanunsuz və əsassızdır, iddia tələbinin əsas məqsədi şirkətin, cavabdehin əmlakını ədalətsiz dəyər-dəyməzə əldə etməsidir. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunmayıb. Onlara iki ədəd 3 otaqlı təmirli mənzil təklif edilib. Onların mənzilinin sahəsi 94 kv.m-dir, həmçinin qarajları var. Bundan başqa, onlara hissə-hissə ödənilməklə 400.000 manat təklif edilir. Onlar yeni mənzilin tikintisini deyil, yeni mənzil alınıb verilməsini istəyirlər. Onlar mənzil tapıblar, lakin satıcılar mənzilin dəyərinin hissə-hissə ödənilməsi ilə razı olmurlar. İddiaçının təklif etdiyi məbləğ onları qane etsə də, ödənişin hissə-hissə 6 ay ərzində ediləcəyinə inamı yoxdur. Başqa sakinlərə mənzil alınıb verilib. Binada söküntü işləri aparılsa da, onun mənzilində bərpa işləri aparıla bilər.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, 2 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Q.Əliyeva).

8. İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Mə hkəməsinin 2(007)1846/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi, Cavabdeh ünvan 7 ünvanda yerləşən 81.5 kv.m. (artırılmaqla 93 kv.m.) sahəsi olan 22 saylı mənzilin əvəzinə təqribən 71% əlavə olunmaqla 1 saylı binada 9-cu mərtəbədə 65 kv.m. yaşayış sahəsi olan 1 ədəd iki otaqlı təmirli 2C-58 saylı mənzil və həmin binada 11-ci mərtəbədə 94 kv.m. yaşayış sahəsi olan 3 otaqlı 3C-11 saylı təmirli mənzil (cəmi 159 kv.m.) yəni, iki təmirli mənzilin verilməsi, mənzilini könüllü olaraq tərk etdiyi 21 oktyabr 2024-cü il tarixdən yeni mənzillər təhvil verilən günədək MTK tərəfindən ona hər ay 700 manat, eləcə də ona məxsus olan sənədsiz sahəsinə görə mənzilini könüllü olaraq tərk etdiyi xx.xx.2024-cü il tarixindən yeni mənzillər təhvil verilən günədək hər ay 300 manat aylıq kirayə haqqının ödənilməsi, Cavabdeh ünvan 8 ünvanda məxsus olan 22 saylı mənzilin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuşdur, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti bar ədə xx.xx.2021-ci il tarixli rəyinə istinad etmişdir. Lakin həmin rəydə yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsi isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Göründüyü kimi qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı hüquqi tənzimlənmə müəyyən edilmişdir. Hazırkı iddia tələbi isə qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, həmin norma ilə ziddiyyət təşkil edir və iddiaçı binanın qəzalı vəziyyətdə olması əsası ilə məhkəmədə iddia qaldıracaq subyektlər dairəsinə daxil deyil. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı MTK icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında heç bir razılıq əldə olunmamış, cavabdehin səlahiyyətli nümayəndələri özlərinin iddiaçının təklifləri ilə razı olmadıqlarını” və ya “razı olmadıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırk ı tələbinin cavabdehin hüquqlarına uyğun olub-olmadığı müəyyən edilməmişdir. İddia tələbinin əsaslandığı dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin cavabdehin istifadəsində olan yaşayış sahələrinin istismar müddətinin bitməsi, binanın vəziyyətinə dair mötəbər hesab ediləcək sübutlar təqdim edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 16, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1-ci, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 1075.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1- ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı, “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərarı, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1, 28.2, 28.3, 28.4, 28.4-1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

11. İddiaçı Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, BŞİH-nin həmin sərəncamına uyğun olaraq İddiaçı MTK-da qeyd olunan yaşayış binalarında, o cümlədən 47/13 saylı binadakı mənzil sahibləri ilə danışıqlar aparılmışdır, demək olar ki, bütün mənzil mülkiyyətçiləri ilə əsas və ilkin razılaşmalar əldə edilmiş, bütün mənzillərin sakinləri, eləcə də 47/13 saylı binanın bütün sakinləri mənzillərini boşaldaraq binaları tərk etmişlər. Eləcə də Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin “Azərdövlətlayihə” institutunun xx.xx.2024-cü il tarixli rəyi əsas götürülərək ərazidəki 39, 41, 43 və 43/17 saylı binaların mənzillərinin boşaldılması, istismarının dərhal dayandırılması, əlaqədar təşkilatların məlumatlandırıl ması qərara alınmışdır. Həmin qərardad icraya yönəldikdən sonra da qalan bütün sakinlər, o cümlədən 47/13 saylı binanın 22 saylı mənzilinin sahibi Cavabdeh və ailə üzvləri də öz mənzillərini tərk edərək İddiaçı MTK-nın təklif etdiyi kirayə mənzilinə köçmüşdür. Müvafiq dövlət qurumlarının da iştirakı və məlumatlandırılması şəraitində həmin binaların, o cümlədən 47/13 saylı binanın qaz, su, elektrik, istilik xətləri müvafiq dövlət orqanları tərəfindən ümumi sistemdən ayrılmışdır. Bu, ətraf mühitin və əhalinin təhlükəsizliyi məqsədilə zəruri tədbir kimi həyata keçirilmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, həmin binadakı ayrı-ayrı mənzil sahibləri ilə razılıq əldə edildikdən sonra mənzillərini kooperativə təhvil verən sakinlər öz mənzillərinin qapı və pəncərələrini söküb aparmış, da m örtüyünü sökmüş, mənzillərində söküntü işləri aparmış, bununla da binaların tam yararsız hala düşməsinə səbəb olmuşlar. Dam örtükləri sökülən, mərtəbələrdə qapı və bayır pəncərələri olmayan binalara payız fəslində yağan yağışlar dolmuş, nəticədə binaların onsuz da çürümüş metal və ağac elementləri tam məhv olmuşdur. Belə bir şəraitdə həmin binanın məhdud işlək vəziyyətdə olması barədə məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Həmin qətnamədə gəlinən nəticə işin faktiki hallarına da uyğun gəlmir. İddiaçı MTK eyni sərəncama və rəylərə istinad edərək, eyni əsaslarla 43 saylı binanın mənzil mülkiyyətçilərinə qarşı Nizami Rayon Məhkəməsində iddia qaldırmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə oxşar tələbin təmin edilməsi barədə 2(007)-2329/2024 saylı qətnam ə qəbul edilmişdir. Həmin qətnamə barədə məhkəməyə şifahi məlumat verilsə də, məhkəmə işin bu faktiki halını da nəzərə almamışdır. Cavabdehə məxsus mənzilin ümumi sahəsi 81 kv.m. təşkil edir. Bakı şəhərində daşınmaz əmlaklarla bağlı təşəkkül tapmış bazar qiymətlərinə əsasən cavabdehə məxsus mənzilin yerləşdiyi ərazidə 1 kv.m. mənzilin dəyəri təxminən 2000 manat təşkil edir. Mülki Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Cavabdehə onun mənzilinin bazar dəyəri də təklif edilmiş, lakin cavabdeh əsassız olaraq bu məbləğlə razılaşmaqdan imtina etmiş, mülkiyyət hüquqlarından sui-istifadə hərəkətlərinə yol vermişdir. Lakin işə baxan məhkəmə cavabdehin sui-istifadə hərəkətlərinə yol verdiyini aşkar surətdə görsə də, onun bu hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, beləliklə də Mülki Məcəllənin 560-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsinə yol verilmir. Bununla bağlı olaraq bildirmişdir ki, həmin binadakı digər mənzil mülkiyyətçiləri ilə iddiaçı arasında qarşılıqlı razılaşmalar əldə edilmiş və mənzilini təhvil verib vətəndaşlar yeni binaların tikintisini gözləyirlər. Cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində söküntü və tikinti işləri uzanır və bu da həmin sakinlərin mənzil və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göründüyü kimi, hazırkı işdə məhkəmənin Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad etməsi düzgün tətbiq etmə h esab edilmir. Çünki hazırkı işdə məsələ qəzalı olan binanın yenidən qurulması deyil, sökülərək yerində yeni yaşayış binasının tikilməsidir. Bu mənada, məhkəmə Mənzil Məcəlləsinin 28-ci maddəsini düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən olunan göstərişlərdən kənara çıxmışdır. Odur ki, məhkəmənin həmin qətnaməsi ləğv edilməlidir. Bundan əlavə, qeyd etmək lazımdır ki, cavabdeh iddia tələbini qəbul etməməklə, eləcə də digər təklifləri də rədd etməklə tikinti işlərinin səbəbsiz uzanmasına və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli Qərarında mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirilmişdir. L akin işə baxan məhkəmə Qərardakı bu hüquqi qiymətləndirməni də nəzərə almamışdır. Hazırda həmin ərazidə bina və mənzillərin hamısı boşaldılmışdır. Boş qalan mənzillərin və sahələrin qaz-su, elektrik xətləri açıq dövriyyədə qaldığı halda təhlükə törədə bilər. Təhlükə törədən digər tikinti elementlərinin (dam örtükləri, dağılmış vəziyyətdə olan divarlar və s) də sökülməsi həmin ərazidə real zərurət kimi meydana çıxmışdır. Cavabdehin mülkiyyət hüquqlarından sui-istifadəsi və nəticədə işlərin dayandırılması iş üzrə nəzərə alınmalı olan digər faktiki hallarla ziddiyyət təşkil edir. İddiaçı cavabdehin mənzil və ya mülkiyyət hüquqlarını pozmadığını bildirir. Cavabdehə mənzil təklif edilir, lakin cavabdeh hüquqdan sui-istifadə edir. Məhkəmə isə bu halları düzgün qiymətləndirməmişdir.

13. İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 338 nömrəli sərəncamına əsasən torpaq sahəsi yaşayış binalarının tikintisi üçün iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin yaşadığı bina yaşayış üçün yararsızdır və istismardan çıxarılmalıdır. Sərəncam verilməmişdən əvvəl müraciət edilib. Müvafiq dövlət qurumuna müraciət edilib və axtarış işləri aparılıb, sökülməli binalara baxılıb. Sərəncam verilən zaman xüsusi diqqət göstərilir, araşdırmalar aparılır. MTK sadəcə yeni binanın tikintisi üçün müraciət etmişdir. Yaxın dövrdə dövlət proqramı imzalanmışdır ki, köhnə binalar, istismara yararsız binalar sökülməlidir. Çünki, həm şəhərin görünt üsünü pozur, həm də vətəndaşlar üçün təhlükə yaradır. Hansısa MTK müraciət edən zaman İcra Hakimiyyəti hansı rayonlarda köhnə, yarasız binaların olmasını araşdırır və məlumat verir. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu rəy vermişdir. xx.xx.2021-ci il tarixli rəydə binaların yükdaşıyan divarlarında aşınmaların döşəmələrin ağac elementlərində deformasiyaların və ciddi aşınmaların olması qeyd edilmişdir. Binanın sakinləri qanunsuz əlavələr etməklə binanı yükləmişlər. Bunları əsas götürərək İcra Hakimiyyəti sərəncam imzalamışdır. MTK sakinlərlə də cavabdehlə də söhbətlər aparıb. Cavabdehə 20% sahə əlavə verməklə təmirli yeni mənzilin verilməsini və hər ay 600 manat kirayə haqqının ödənilməsini təklif etmişlər. Cavabdehin yaşadığı binanın sökülüb yeni bina inşa edilməsi və cavabdehə eyn i yerdən mənzil verilməsini təklif etdilər. Kirayə haqqı 400-500 manat olsa da, MTK 600 manat təklif etmişdir. Sakinlərin əksəriyyəti ilə iddiaçı razılıq əldə etmişdir. Hər ay 70.000 manata yaxın kirayə haqqı ödəyirlər. Onlar cavabdehin köçürülməsini də MTK-nın hesabına olacağını demişlər. Lakin cavabdeh razılaşmır. Onlar da məcbur qalıb iddia qaldırdılar. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən tədbirlərin həyata keçirilməsi qeyd edilib. Sakinlər binadan köçürülməli, binalara girişin qadağan edilməsi və binaların ətrafı çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. MTK müvəqqəti təminat tədbiri ilə müraciət etmişdir ki, bina dərhal təxliyə edilsin. Binanın vəziyyəti yaşamağa yararlı deyil. Başqa bir şəxslə problem olmuşdur, evinə qay ıtmaq istəmişdir, lakin icrası mümkün olmadı. Binanın divarları çatlaqdır, vəziyyəti istismara qətiyyən uyğun deyil. Məhkəmə Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad etməklə yanlış hüquq normasını tətbiq etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qəzalı mənzil fondunun yenidən qurulması prosesində həmin maddə tətbiq edilə bilməz. Çünki qəzalı binanın sökülməsi ayrı bir vəziyyətdir. Bina sadəcə olaraq qalıb, qaz, su və s. xətləri müvafiq dövlət orqanları tərəfindən sistemdən ayrılmışdır. İddiaçı cavabdehi mülkiyyətindən məhrum etmir. 3 otaqlı ev verməyə hazırlar. İddianın rədd edilməsi başqa vətəndaşların gözlənti hüququnu pozur. Onlar 70% əlavə verməyi təklif etmişlər. Bazar qiymətinə əsasən 1 kv.m mənzilin dəyəri təxminən 2000 man at təşkil edir. İddiaçı da cavabdehə ədalətli və bazar dəyərindən yuxarı təklif etmişdir. MTK son olaraq 71% əlavə olunmaqla 1 saylı binada 9-cu mərtəbədə 65 kv.m yaşayış sahəsi olan 1 ədəd iki otaqlı təmirli mənzil və həmin binada 11-ci mərtəbədə 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı təmirli mənzil verməyə razıdır. Cəmi 159 kv.m edir, iki təmirli mənzilin verirlər. Bütün sakinlərlə razılaşma əldə edilib. Məsələ həll edilib. Hazırda 2 mübahisə var. Həm də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu rəy verənədək sərəncam verilmir. Fövqəladə Hallar Nazirliyin araşdırma aparır. Qəzalı ərazilər araşdırılıb.2 dekabr rəy verilib. Həmin ilin 23 dekabrında onlara sərəncam verilib. Rəy veriləndən 21 gün sonra sərəncam verilib. Əvvəl 1 mənzil verirdilər, indi 2 əlavə mənzil də verirlər. Kirayə haqq ı 600 manat dedilər, 650-700 manat tapsalar MTK narazılıq etməyəcək. Onların digər sakinlər qarşısında öhdəliyi də var. Onlar gözləyirlər. Köhnə binanın istismarı artıq dayandırılıb. Kommunikasiya xətləri də ayrılıb. Onu heç bir qurum bərpa etməyəcək. MTK hər ay kirayə haqqı ödəyir. İşin yekunlaşmasını xahiş edir. Binanın layihəsini təqdim etmişlər. Kirayə haqqını da 700 manat verə bilərlər. Əlavə olaraq qaraj üçün də 300 manat kirayə haqqı verməyə hazırdırlar. Təmirli mənzil təklif etmişlər. İşin yekunlaşmasını xahiş etmişlər. Qarşı tərəfin artırma sahəsini də qəbul ediblər. 1 saylı binada 9-cu mərtəbədə 65 kv.m yaşayış sahəsi olan 1 ədəd iki otaqlı təmirli mənzil və 11-ci mərtəbədə 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı mənzil təklif etmişlər.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı M TK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, məhkəmə analoji işlərlə bağlı fərqli qərar qəbul edə bilməz. 94 kv.m sahəsi olan 3 otaqlı və 65 kv.m sahəsi olan 1 ədəd iki otaqlı təmirli mənzili cavabdehə təklif etmişlər. Şirkətlə razılaşan vətəndaşların müqavilələrini məhkəməyə təqdim edib. Üç vətəndaşla ziddiyyət yaranıb. 70% əlavə təklif edən yeganə MTK iddiaçıdır. Azlığın mənafeyi çoxluğun mənafeyindən üstün ola bilməz. Sakinlərin çoxu da onlarla razılaşıb. Digər vətəndaşların mənafeyini məhkəmə nəzərə almamışdır. Ümumilikdə kirayə məbləğini qarajla birlikdə 1000 manat verirlər.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı biznes qurum udur və vicdanla hərəkət etməlidir. Cavabdehin orada 2 maşınlıq qaraj üçün yeri var. Cavabdeh dəfələrlə bildirib ki, ona iki ev lazım deyil, amma iddiaçı təkidlə 2 ev təklif edir. Cavabdeh bir ev ilə təmin olunmaq istəyir. İstədiyi mənzilin şəhərə yaxın olmasıdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun rəyi tamamilə qanunsuz və əsassızdır. Cavabdehin evi “stalinka” adlanan tip evdir və onun istismar müddəti çoxdur. Fövqəladə Hallar Nazirliyin qurumu rəyi tərtib edərkən nümunə götürməlidir, ölçmə işləri aparılmalıdır. Rəy necə tərtib edilib cavabdehə məlum deyil. Sadəcə baxış keçirməklə tərtib edilən rəy necə əsaslı ola bilər. “Stalinka” adlanan tip evlərin istismar müddəti 2095-ci ilə qədərdir. İddiaçının bildirdiyi kimi yararsız, təhlükəli deyil. Binanın qəza şəraitində olma səbə bi birbaşa iddiaçının günahıdır. İddiaçı və cavabdeh əvvəl razılaşmışlar, sonra isə razılaşma əldə edilmədi. İddiaçının bildirdiyi kimi binadan çıxarılma olmayıb. Gecə vaxtı, pis hava şəraitində sakinləri oradan çıxarmağa çalışıblar. Cavabdehin ailəsini inicidiblər, ailəsini ağlayaraq çıxarmağa çalışıblar. Cavabdehin nəvəsi bu hadisələrdən çox qorxub, o, azyaşlı uşaqdır. İddiaçının sakinlərə qarşı bu cür qanunsuz və təzyiq göstərərək davranması düzgün və ədalətli deyil. Sakinləri oradan biabırçı şəkildə çıxarmağa çalışıblar. Bütün bunları edən də MTK-nın əməkdaşları olub. Hətta cavabdehin evindən “iPad” oğurlanıb. Kirayə haqqı 600 manat deyil. Evlə və qarajla bağlı çıxarış var, təqdim edə bilərlər. 6 sakin qalıb. Evdən köçənlər problem yaşadıqlarını deyirlər. Əvvəlcə razılaşma Nərimanov m/ s yaxınlığında olacaqdı. Sonra iddiaçı pozdu. Cavabdehin istəyi 120 kv.m. mənzildir. İddiaçı ilə razılıq mümkün olmur. İddiaçı sadəcə şərtlərini qəbul etdirməyə çalışır. Hazır tikili yeni mənzil verilsin. Gələcəkdə bina tamamlanmaya bilər. Heç kim zəmanət vermir. Əvvəlcə razılaşma Nərimanov və ya Gənclik m/s yaxınlığında olacaqdı. Sonra razılaşmanı iddiaçı pozdu. MTK inadkarlıq göstərir. Hər iki tərəfin mütənasib qazancı olmalıdır. MTK əgər lazımsız xərclərini azaltsa cavabdehə kompensasiya məbləğini ödəyə bilər. MTK biznesi düzgün qura bilməyib. Ona görə də mənzillə bağlı aşağı kompensasiya təklif edirlər.

16. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, onlar mebellərinə, əşyalarına ziyan vurmuşlar. Onlara qarşı qərəzli mövqe göstərir lər. Qonşuluqdakı başqa millətdən olana bu cür münasibət göstərmirlər, amma onlar bu ölkənin vətəndaşı ola-ola onları incidirlər. Onun anasının vəziyyəti yaxşı deyil. Uşağı azyaşlıdır, olanlardan qorxur. 120 kv.m ev versinlər, başqa nəsə istəmirlər. İndi verilsin, daha gec verilməsin. Atasını, anasını, uşağı evsiz qoya bilməz. Yaşlı anası var. Binaları təhlükəli vəziyyətdə deyil. Onlar çıxmaq istəməmişlər. MTK-dan istədikləri 1 ev verilməsidir. Onlara qarşı şübhələri var. Evdən könüllü çıxmamışlar, zorla onları çıxarıblar. Uşaqları qorxurlar. Onlar sakit yaşamaq istəyirlər. Evə 20 nəfər basqın edib onları çıxarıblar. Özləri də etiraf ediblər ki, pulları yoxdur, 1 ev verilsin. Anasının halı pisdir. Valideynləri çox narahatdırlar. Qarşılıqlı razılaşma əldə etmək olmur.

17. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(103)-1555/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi, Cavabdeh ünvan 9 ünvanda yerləşən 22 saylı mənzilin əvəzinə inşa ediləcək 1 saylı binada 9-cu mərtəbədə 65 kv.m yaşayış sahəsi olan 1 ədəd iki otaqlı təmirli 2C-58 saylı mənzil və həmin binada 11-ci mərtəbədə 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı 3C-11 saylı təmirli mənzilin təhvil verilməsi, xx.xx.2024-cü il tarixdən yeni mənzillər təhvil verilən günədək İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh hər ay 700 manat, qaraj sahəsinə görə hər ay 300 manat aylıq kirayə haqqı ödənilməsi qət edilmişdir (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov).

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 16(007)-270/2024 nömrəli qərardadı ilə MTK-nın ərizəsi təmin olunaraq Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının əlavə tikililərlə birlikdə istismarının dərhal dayandırılması, bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının sakinləri binalardan və onların mənzillərindən köçürülməsi, həmin mənzillərin tam boşaldılması, binalara giriş qadağan edilməsi və binaların ətrafının şərti olaraq çəpərlənmə si və müvafiq xəbərdarlıq nişanları qoyulması, sözügedən yaşayış binalarının mövcud sakinlərinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin İddiaçı MTK-ya həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlı şəxslər X17, X7, X3, X16, Sevil Məmmədova, X18 və Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilərək, həmin qərardad ləğv edilmiş, İddiaçı MTK-nın müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 16(007)-270/2024 nömrəli qərardadı sonradan ləğv edilsə də həmin qərardadın icrası zamanı cavabdehin də mənzilində qismən söküntü aparılmışdır. O cümlədən, sakinlərlə iddiaçı arasında ar tıq razılaşma əldə edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-cu il tarixli qərarında qeyd edilir ki, “...Mənzil Məcəlləsinin 28.1ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşı yır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddə sində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq hə yata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.”

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1, 28.7, 85-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikay ətinin dəlilləri

21. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hər tərəfli araşdırma aparılsaydı MTK-nın nümayəndəsinin məhkəmə kollegiyasına verdiyi izahatın yalanlar toplusundan ibarət olduğu üzə çıxacaqdı. Lakin təəssüflər olsun ki, MTK-nın nümayəndəsi cavabdeh Həsənovlar ailəsini belə qələmə vermişdir ki, guya onların binasında bütün sakinlər MTK ilə razılığa gəliblər yalnızca Həsənovlar ailəsi razı deyil və öz narazılıqları ilə digər sakinlərin hüquqlarının pozulmasına səbəb olurlar. Halbuki, bir binada azı 9 nəfər narazı sakin vardır və MTK məhkəmələri aldatmaq və yayındırmaq məqsədyönlü hərəkət edərək bütün bu sakinləri ayrı-ayrılıqda məhkəməyə verərək məhkəmələrdə elə göstərirlər ki, guya ki, bu dəfə də hamı razıdır, bu cavabdeh isə narazıdır, hüququndan sui-istifadə edir. Məhkəmələr də ətraflı araşdırma aparmadıqları üçün MTK-nin izahatını əsaslı hesab etmişdir.

23. Hal-hazırda bütün yeni tikiləsi binalar birmənalı şəkildə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmaqla, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin icazəsi və razılıq verdiyi layihə əsasında həyata keçirilməlidir. Lakin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci bəndi belə özlüyündə qeyd etmişdir ki, fərdi maraqların qorunması kimi bir prinsip var və bu daim prioritet yerdə dayanmalıdır. Yəni dolayısı ilə İddiaçı MTK pul qazanacaq deyə halal mülk sahibləri iradələrinə zid d evlərindən çölə qeyri-insani şəkildə atılmamalıdırlar. Əgər MTK iddia edirsə ki, sözügedən yaşayış binası qəzalıdır, belə olan halda buyurub Mənzil Məcəlləsinin 28-ci maddəsinin bəndləri üzrə nəzərdə tutulan normaların tələblərinə cavab verən tərzdə hərəkət etdiyini, lakin bu hərəkətin heç bir nəticə vermədiyini sübut etsin. Əlbəttə ki, bu sübutları MTK heç bir şəkildə ortaya qoya bilməz, çünki MTK-nın məsələyə “qəzalı binadır ona görə sökürəm” deməsi vaxtilə Bakı şəhərində vüsət almış söküntülərdə şirkətlərin istifadə etdiyi bir vasitə kimi yolu kimi FHN-dən necə alındığı hamıya məlum olan rəydən istifadə etmiş və Mənzil Məcəlləsinin bu maddələrindən bixəbər olduğu üçün, artıq sınanmış vasitə olan rəyə arxayın olmuşdur. Lakin sözügedən binalar geniş və gözəl həyətləri olan stalinka tipl i tikililərdir. Əgər doğrudan da belə bir qəzalı vəziyyət mövcud idisə, həmin məsələni vaxtında aradan qaldırmaması İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı suallar doğurur.

24. Prokurorluğun məktubları və FHN-nin rəyinə dair şübhələr məhkəmə tərəfindən nəzərə alınmamış, MTK-nın qanunsuz və təminatsız fəaliyyətinə hüquqi qiymət verilməmişdir. MTK-nın qanunsuz və təminatsız fəaliyyətinə hüquqi qiymət verilməmişdir. FHN-in xx.xx.2021-ci il tarixli rəyinin hansı əsaslarla verildiyi məlum deyil, sakinlərin bu barədə məlumatı olmamışdır. Rəyin obyektivliyi araşdırılmadan iddia tələbinin əsasına çevrilib. İddiaçı MTK ümumiyyətlə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazəni almamışdır və gələcəkdə tikinti şərtlərinə əməl edəcəyinə dair heç bir təminat mövc ud deyildir. Bu səbəbdən mülkiyyətçilərin mənzillərini tərk etməməsi haqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

27. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzi ndə təmir və bərpa etmək vəzifəsini daşıyır.

28. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir.

29. Maddə

85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırı lmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edil mişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması ma raqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

47. Kollegiya bildirir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 19 mart 2025-ci il tarixli, 2(103)1555/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar