Məhkəmə qərarları › İş №2(102)-2298/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2298/2025

29.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2298/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 və "Sumqayıt Tibb Mərkəzi" X4rşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Sumqayıt Tibb Mərkəzi" X4rşı işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-337/2025 nömrəli 11 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 2023-cü il tarixdən 12 avqust 2024-cü il tarixə kimi Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. 2. xx.xx.2024-cü il tarixli, 18-1-66/3-1-5651-2024 saylı əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi ilə əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) xitam verilmişdir. 3. xx.xx.2024-cü il tarixli 18-1-66/xx-xx/2024-cü il tarixli “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydaları ilə Tibb xidmətinin təşkili hissəsində 15.3-cü bəndə əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək müəyyən edilmişdir. 4. “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək olması barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı bu qaydanı kobud surətdə pozmuş, nəticədə İsrail Rəsulov xəstə Cəmilə Rəsulovanın (Mirzəcanovanın) olduğu palataya daxil olaraq onu qətlə yetirmişdir.

5. İddiaçı tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə daxili qaydaları pozaraq xəstələrlə görüş vaxtının saat 18:00-dan 20:00-dək olduğunu bildiyi halda vətəndaş İsrail Rəsulovu xəstə Cəmilə Rəsulovanın olduğu palataya çıxmasına icazə verdiyini etiraf etmişdir.

6. Azərbaycan Respublikası Cavabdeh1 "Sumqayıt Tibb Mərkəzi" X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-66/3-4438/2024 saylı xidməti məruzədə qeyd olunur ki, xəstəxanalarda xəstə ziyarəti saat 18:00-dan 20:00-a olmasına baxmayaraq mühafizəçi İddiaçı vəzifə öhdəliyini və vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməmiş, vətəndaş X6 Mirzəcanovanın yanına buraxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsinə mühafizəçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi ilə əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrlə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı bildiri r ki, işlədiyi yerdə xəstələrlə görüş saatı hər gün saat 18:00-dan 20:00-a kimidir. Hadisə baş verən günü cinayət hadisəsini törədən həmin şəxs iddiaçıya yaxınlaşıb ondan təkidlə xahiş etmişdir ki, qardaşının yoldaşı xəstəxanada yatır və onu təcili şəkildə görməlidir. İddiaçı ona bildirmişdir ki, görüş vaxtı deyil. Lakin o, təkidlə iddiaçıdan xahiş etmişdir. İddiaçı onda narahatlıq hiss etmiş və bir insan kimi humanist davranaraq ona icazə vermiş və sakit şəkildə 5 dəqiqə ərzində görüşüb qayıtmasını bildirmişdir. Bir neçə dəqiqə sonra yuxarıdan səs-küy, qışqırıq səsi gəldiyi üçün iddiaçı yuxarı çıxmış və həmin şəxsin xəstənin başını kəsdiyini görmüşdür. İddiaçı, onun iş yoldaşı Rahib Hüseynov və şöbə müdiri Aqil həkimlə birlikdə müdaxilə etmiş və xəstəni onun əlindən almağa çalışmışdırlar. Lakin həmin şəxs xəstənin başını kəsmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, xəstə intihara cəhd edib və xəstəxanaya bu səbəblə yerləşdirilmişdir. Lakin mühafizə xidməti olaraq iddiaçıya bu barədə hər hansı məlumat verilməmişdir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə təlimatlandırılmamışdır. Həmin şəxsin üzərində hər hansı bir kəsici alətin olmasını müəyyən etmək üçün iddiaçıya hər hansı bir aparat verilməmişdir. İddiaçı bildirir ki, onun üzərində bıçaq olduğunu müəyyən edə bilməzdi. Əgər müəyyən etmək mümkün olsaydı, o, birmənalı şəkildə bu halın qarşısını ala bilərdi. Xəstəni öldürən şəxsin niyyəti onu öldürmək olub və o, bunu görüş saatında da edə bilərdi. Yəni o humanistlik edərək, həmin şəxsə xəstəsini görmək üçün şərait yaratmışdır. O, isə bundan sui-istifadə edə rək, cinayət əməlini törədib. İddiaçı hesab edir ki, bu kobud pozuntu hesab oluna bilməz. Ona görə də iddiaçının işdən çıxarılması əsassız və qanunsuzdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X7 nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim X1) 2(060)-6786/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İVİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək olması barədə məlumatlı olmasına baxmayaraq, bu qaydanı kobud surətdə pozmuş nəticədə İsrail Rəsul ov xəstə Cəmilə Rəsulovanın (Mirzəcanovanın) olduğu palataya daxil olaraq onu qətlə yetirmişdir. Bu səbəbdən “Sumqayıt Tibb Mərkəzi" X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-66/3-1-5651-2024 saylı əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qərəzli olaraq onu işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. İşdə olan xx.xx.2024cü il tarixli 18-1-66/xx-xx/2024 nömrəli “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarından görünür ki, Tibb xidmətinin təşkili hissəsində 15.3-cü bəndə əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək müəyyən edilmişdir. Lakin onu həmin qaydalarla rəsmi qaydada tanış etməyiblər, yalnız şifahi şəkildə bildiriblər. Bundan əlavə bildirir ki, günün istənilən saatında istənilən şəxs bir zənglə xəstə yanına çıxa bilir. Buna etiraz etdikdə isə bir zənglə bu öz həllini tapırdı. Hazırkı vəziyyətdə bu r eallığa münasibət bildirən yoxdur. Bundan əlavə növbəni təhvil aldığı vaxt ona xəstəxanada belə bir xəstənin olması barədə məlumat da verilməmişdir. Halbuki bu barədə də ona məlumat verilməli idi. Çünki ondan öncə növbədə olan şəxs hadisə barədə məlumatlı olub. O isə məlumatsız şəkildə növbəni təhvil almışdır. Bu hadisənin baş verməsinə qəsdən səbəb olmamışdır. Sadəcə insanlıq etmişdir. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi) X5 və X2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə da ir qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçı tərəfindən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını kobud surətdə pozması və əmrin ləğv olunması üçün əsasın olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır.

17. Belə ki, baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı 2023-cü il tarixindən 12 avqust 2024-cü il tarixə kimi Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsində mühafizəçi işləməsi işin mübahisəsiz halıdır.

18. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şə rtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir.

19. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00 -dan 18:00-dək olması barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı bu qaydanı kobud surətdə pozmuş, nəticədə İsrail Rəsulov xəstə Cəmilə Rəsulovanın (Mirzəcanovanın) olduğu palataya daxil olaraq onu qətlə yetirmişdir. Bu baxımdan, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil ) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsin i xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi yerdə xəstələrlə görüş saatı hər gün saat 18:00-dan 20:00-a kimidir. Hadisə baş verən günü cinayət hadisəsini törədən həmin şəxs ona yaxınlaşıb təkidlə xahiş etmişdir ki, qardaşının yoldaşı xəstəxanada yatır və onu təcili şəkildə görməlidir. O isə bildirmişdir ki, görüş vaxtı deyil. Lakin o, təkidlə xahiş etdi. O, narahatlıq hiss etdi və bir insan kimi humanist davranaraq ona icazə verdim və sakit şəkildə 5 dəqiqə ərzində görüşüb qayıtmalı olduğunu bildirdi. Bir neçə dəqiqə sonra yuxarıdan səs-küy, qışqırıq səsi gəldiyi üçün o, yuxarı çıxdı və həmin şəxsin xəstənin başını kəsdiyini gördü. O, iş yoldaşı Rahib Hüseynov və şöbə müdiri Aqil həkim birlikdə müdaxilə etmiş və xəstəni onun əlindən almağa çal ışmışlar. Lakin həmin şəxs xəstənin başını kəsdi. Ona sonradan məlum oldu ki, xəstə intihara cəhd edib və xəstəxanaya bu səbəblə yerləşdirilib. Lakin mühafizə xidməti olaraq ona bu barədə hər hansı məlumat verilməyib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə təlimatlandırmayıblar. Həmin şəxsin üzərində hər hansı bir kəsici alətin olmasını müəyyən etmək üçün ona hər hansı bir aparat verilməyib. Yəni o, onun üzərində bıçaq olduğunu müəyyən edə bilməzdi. Əgər müəyyən etməyi mümkün olsaydı, o, birmənalı şəkildə bunun qarşısını ala bilərdi.

22. Xəstəni öldürən şəxsin niyyəti onu öldürmək olub və o, bunu görüş saatında da edə bilərdi. Yəni o, humanistlik edərək, həmin şəxsə xəstəsini görmək üçü şərait yaratmışdır. O, isə bundan sui-istifadə edərək, cinayət əməlini törədib. Hesab edir k i, bu kobud pozuntu hesab oluna bilməz. Ona görə də iddiaçının işdən çıxarılmağı əsassız və qanunsuzdur Cavabdeh qərəzli olaraq onu işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 18-1-66/31- 59/2024-cü il tarixli “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarından görünür ki, Tibb xidmətinin təşkili hissəsində 15.3-cü bəndə əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00dək müəyyən edilmişdir. Lakin o, həmin qaydalarla rəsmi qaydada tanış edilməyiblər, yalnız şifahi şəkildə bildiriblər. Bundan əlavə, günün istənilən saatında istənilən şəxs bir zənglə xəstə yanına çıxa bilir. Onlar buna etiraz etdikdə isə bir zənglə bu öz həllini tapırdı. H azırkı vəziyyətdə bu reallığa münasibət bildirən yoxdur.

23. Bundan əlavə, o, növbəni təhvil aldığı vaxt mənə xəstəxanada belə bir xəstənin olması barədə məlumat da verilməmişdir. Halbuki bu barədə də məlumat verilməli idi. Çünki iddiaçıdan öncə növbədə olan şəxs hadisə barədə məlumatlı olub. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 68, 1-ci hissə. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər

26. Maddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

27. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak ol ması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

28. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddəl əri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddiaçı kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsində apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-337/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar