Məhkəmə qərarları › İş №2(102)-2299/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2299/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2299/2020 22.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı x1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5960/2019 nömrəli iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı x2 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2013-cü il tarixli, 156/13 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 20 faiz hesablanmaqla 24 ay müddətinə 25000 manat kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2013-cü il tarixli, 156/13/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı evin 1 saylı mənzilini (bundan sonra – ipoteka predmeti) iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İpoteka müqaviləsi bağlanarkən Cavabdeh2 notariat qaydada təsdiq olunmuş ərizə verərək, mənzilin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmiş, əmlaka gələcəkdə ödəniş yönəldiyi halda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götümüşdür. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə kreditə görə 19398,40 manat, faiz borcuna görə 743,35 manat, cərimə borcuna görə 372 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 20543,75 manatın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildə faktiki yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək mənzilin 1 (bir) ay ərzi ndə boşaldılması, mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borclu kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş və Banka tələb olunan məbləğdə borcu yaranmışdır. İşə baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəyə əsasən ipoteka predmetinin 28.092018-ci il tarixinə bazar dəyəri 80432 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-10/2018 nömrəli, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 əsas borc üzrə 19398,40 manat, faiz borcu üzrə 681 manat, cərimə borcu üzrə 372 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20481,40 manat məbləğində pul alınaraq ləğv prosesində olan Banka verilməsi, tutmanın Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 80432 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti satıldıqdan sonra bir ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-5960/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin (cavabdehin) sübuta yetirilməyən dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyi üçün ləğv edilm əlidir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyindən qətnamə həmin cavabdehə aid hissədə yoxlanılır. Mülki işə tə tbiq edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 3 19.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər b elə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5960/2019 nömrəli iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar