Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2299/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-392/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Kütləvi oferta”ya əsasən oferent – “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli, 73 nömrəli lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bank ASC-dir (bundan sonra – Bank). Həmin “Kütləvi Oferta”nın 2.4-cü bəndinə əsasən “Müştəri”nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən “Bank” tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Bankda olan “POS-terminal” vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsi nə göndərilə bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. “Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur; 2.12-ci bəndinə əsasən kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: + 99412 117) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır; 2.13-cü bəndinə əsasən kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti isti sna olunur.
2. Bank ilə Cavabdeh arasında bağlanmış 2782sSUMb/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik 25% olmaq şərtilə xx.xx.2024-cü il tarixinədək kredit ayrılmış, kreditin ilkin limiti 10000 manat təyin edilmişdir. Bank bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağa öhdəsinə götürür. Ödəniş kartın istifadə müddəti 60 aydır. 3. 18 iyul 2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə əsasən Bank Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavələrdə” və ya elektron daşıyıcılarda qeyd edilən mə bləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi bütün tələbləri üzrə bütün hüquqlarını "xxxx" MMC-yə satmışdır. Müqaviləyə 32 saylı əlavədə olan borc qalıqlarına dair cədvəlin 197-ci qrafasında qeyd edilən 2782sSUMb/21 nömrəli müqavilə üzrə Cavabdeh 6719,86 manat qalıq borcuna dair irəli sürülə biləcək tələblər İddiaçı2 ASC-yə satılmışdır.
4. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən “İnstaqram” sosial şəbəkəsində Banka aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elana xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, bağlar massivi fərdi evdə yaşayan Cavabdeh lotoreyada iştirak etmək üçün həmin link vasitəsi ilə səhifəyə daxil olub, orada istifadəsində olan 050 ******* saylı mobil nömrəni qeyd edərək, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:13-də Banka aid “8117” saylı nömrədən “SMS” vasitəsi ilə göndərilən “890900” saylı məxfi şifrəni əldə edib, “unibbankazllogin.ml” linkdə olan səhifəyə daxil etdikdən sonra sonuncunun istifadəsində olan “**********251610” nömrəli albalı kredit kartının hesabından xx.xx.2022-ci il tarixdə saat 23:16-da xeyli miqdarda 9700 manat məbləğində pul naməlum şəxs tərəfindən gizli olaraq oğurlanmışdır. Qərarda göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır.
5. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən ona məxsus Albalı k redit kartı hesabından 9700 manat məbləğində pulun gizli olaraq oğurlanması ilə əlaqədar Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
6. Bank tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istina d etməklə tələbini belə əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5542,59 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etm əyərək öhdəliklərini dövrü olaraq pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə tələb olunan məbləğdə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
9. Cavabdeh tərəfindən iddiaya etiraz verilərək qeyd edlmişdir ki, qeyd olunan kredit muqaviləsi əsasında kredit kartı vasitəsilə təqdim edilən kredit vəsaiti tərəfindən istifadə edilməmişdir. Muvafiq vəsait Banka məxsus UBANK mobil tətbiqin təhlukəsizlik sisteminin zəif təşkil edilməsi səbəbindən, ilk öncə mobil tətbiqin, daha sonra mobil tətbiq vasitəsilə bu kartla əməliyyatlar edilməsi yolu ilə kartdakı vəsait digər unibank kartına köçürülmə yolu ilə xx.xx.2022-ci il saat tə xminən 23:13-23:17 tarixində 9700 manat vəsait oğurlanmışdır. Mobil tətbiq vasitəsilə digər hesablara eyni zamanda “Western Union” sistemi ilə Cuneyt Salih adına pul köçürmələri və digər əməliyyatlar edilmiş, lakin Bank bu əməliyyatların heç birinə reaksiya verməmiş, yalnız növbəti gün xx.xx.2022-ci il saat təxminən 15:00-da Bankın təhlükəsizlik departamentinin əməkdaşı kartda şübhəli əməliyyat qeydə alınması haqqında məlumat vermişdir. Bank əməkdaşları növbəti günlər hansı vasitə ilə geri qaytarmaları haqqında heç bir rəsmi məlumat təqdim etmədən vəsaitin təxminən 3300 manat hissəsini geri qaytardıqlarını və qalan vəsaitin ona borc olaraq ödəməli olduğunu bildirmişlər. O, isə vəsaiti haqlı olaraq xərcləmədiyi üçün ödəməkdən imtina etmişdir.
10. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qə bul etməyərək bildirmişdir ki, sosial şəbəkədə link vasitəsi ilə ad, soyadını qeyd etmiş, lakin sonra heç bir əməliyyat aparmamışdır. Sonradan məlum olmuşdur ki, kartından başqa telefon vasitəsi ilə başqa kartlara köçürmələr edilmişdir. 9700 manat pulun karta köçürülməsindən hardasa 12-14 saat sonra Bank əməkdaşları ona zəng edərək kartdan şübhəli əməliyyatların aparılmasını ona bildirmişdir. Həmin vaxta Bank əməkdaşına kartının dondurulmasını təklif etmişdir. O zaman karta pul daxil olmuşdur. Bank tərəfindən mobil vasitəsi ilə kreditin götürülməsinə dair təhlükəsizlik tədbirləri tam təmin olunmur. Kartdan pul çıxarılmasına dair ona heç bir sms gəlməmişdir. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
11. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 2(028)-3/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5542,59 manat əsas borc, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə borcu, cəmi 6633,47 manat borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı Bankın xeyrinə tutulması qət edilmişdir (hakim Elmir Hüseynov).
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Bu səbəbdən iddia təmin olunmalıdır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilm əsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi və eyni zamanda işi mübahisəsiz halıdır ki, Bank tərəfindən açılmış **********251610 nömrəli “Albalı” kredit kartı hesabından xx.xx.2022-ci il tarixdə naməlum şəxslər tərəfindən mobil tətbiq məlumatlarının qanunsuz olaraq ələ keçirilməsi ilə 9700 manat məbləğində pul vəsaiti gizli olaraq oğurlanmışdır. Baş vermiş fakt ilə bağlı cavabdehin müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanı laraq icraata qəbul edilmişdir. İddiaçı tərəfindən görülən tədbirlər nəticəsində oğurlanmış 9700 manat pulun təqribən 4200 manat hissəsi geri qaytarılmışdır, qalan 5542,59 manat vəsaitin isə qaytarılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəfindən əsassız olaraq oğurlanmış pul vəsaiti əsas götürülərək tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı qeyd edilərək borc məbləği və faizlər hesablanmışdır. Halbuki, onun kredit müqaviləsi münasibətlərinin yaranması ilə bağlı iradə ifadəsinin olmadığı da iş üzrə mübahisəsiz haldır. O, əqd bağlamamış və iddiaçının kredit xətti üzrə tələb etdiyi 5542,59 manat pul vəsaiti kredit deyil, ondan oğrulanmış pul vəsaitidir. Belə olan halda, kredit faizlərinin və cərimənin hesablanması üçün də müqavilə və ya qanuni əsas olmamışd ır. İddiaçı tərəfindən faizlər və cərimə ona vurulmuş zərərə hesablanmışdır ki, bu da Mülki Məcəllənin normaları baxımından qanuna ziddir. Məhkəmə tərəfindən onun əqdlə bağlı iradə ifadəsinin olmadığı araşdırılmamış, tərəflər arasında borc münasibətlərinin mövcudluğuna dair yanlış və qanunazidd nəticəyə gəlinmişdir. Tərəfindən bildirilməsinə baxmayaraq, məhkəmə qətnamədə 5542,59 manat zərər məbləğinin formalaşmasında iddiaçının təqsiri və öhdəliyini lazımi qaydada icra etməməsi məsələsinə hüquqi qiymət verməmişdir. Məlumatlarının ələ keçirilməsi bankın proqram tətbiqində və tranzaksiyalara nəzarət sistemində olan çatışmazlıqlarla bağlı olmuşdur. İddiaçı tərəfindən mobil bank tətbiqinin və kredit kartı məlumatlarının təhlükəsizliyi kifayət qədər təmin edilməmişdir. Pul vəsaitini oğurlamış ş əxslər tərəfindən yalnız Banka məxsus adətən istifadə etdiyi “8117” nömrəsinə göndərilmiş şifrə və mobil nömrəsi öyrənilməklə mobil tətbiqdə olan hesabı ələ keçirilmişdir. Digər bank tətbiqlərində olduğu kimi ondan kart nömrəsi tələb edilməli və ya ona kodun dəyişməsi barədə sms bildiriş gəlməli idi. Ona hər hansı sms bildiriş gəlməmiş və tərəfindən kiməsə kredit kartı məlumatları təqdim edilməmişdir. Mobil tətbiqdə olan hesabı rahatlıqla ələ keçirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən tranzaksiyalara nəzarət təmin edilməmişdir. O, kartı uzun müddətdir ki, istifadə edirdi və ödənişlərinin həcmi adətən aylıq 500 manat civarında olmuşdur. Cavabdeh tərəfindən anidən hesabdan 9700 manat kimi böyük məbləğin (tam limitin) köçürülməsi nəzarətə götürülməmiş və onun təsdiqi alınmamışdır. Bankın kart məlumatlarının təhlükəsizliyinə dair öhdəliklərini icra etməməsini aşağıda göstərilənlərlə müəyyən etmək mümkündür: onun tərəfindən kart məlumatları heç kimə verilməmiş və sistemə yüklənməmişdir. Elə etirazı ondan ibarət olmuşdur ki, kənar şəxslər ondan kart məlumatları əldə olunmadan asanlıqla (bank lazımi səviyyədə proqram təminatı qurmadığından) bankın mobil tətbiqini ələ keçirə biliblər; OTP kodu onun tərəfindən kənar şəxslərə verilməmiş, bankın sistemini təqlid edən sistemə daxil edilmişdir. Bankın göndərdiyi bildirişdə, həmin kodun üçüncü şəxslərə verilməməsi tələb edilir. OTP kodun hər hansı online sistemə daxil edilməsi isə qəbul edilmiş və yol verilən praktikadır. Ən əsası OTP koda dair SMS-də nə pul vəsaitinin çəkilməsi ilə bağlı sərəncamın olduğu, nə də pul vəsaitinin məb ləği göstərilməmişdir; göndərilən SMS bildirişdə OTP kodun təyinatı göstərilməmişdir. Digər bank tətbiqlərində mobil tətbiqin şifrə dəyişikliyi zamanı göndərilən sms bildirişlərinə diqqət yetirdikdə OTP kodun təyinatı, xüsusilə də tətbiqin şifrəsinin dəyişdirilməsi məqsədilə göndərildiyi məlumatı verilir ki, bu məlumatlar oğurluq faktının qarşını alır; göndərilən SMS-də müştərinin hesabında digər mobil cihazdan giriş olması qeyd edilməmiş və pulun çəkilməsi ilə bağlı SMS göndərilməmişdir. İddiaçı tərəfindən göndərilən SMS-lərin məzmunu natamam olmuşdur. Belə ki, ilkin SMS-də “Hörmətli müştəri, sənin UBank akkauntuna yeni giriş qeydə alınmışdır” göstərilir. Halbuki, bu SMSdə konkret olaraq müştərinin hesabına digər mobil cihazdan giriş olması və ya daha dəqiq formada (müştərinin iradə ifadə sini müəyyən etmək üçün) mobil tətbiqin kodunun dəyişdirildiyi göstərilməli idi. İddiaçı özünün istinad etdiyi 02/21 tarixli, xx.xx.2021-ci il tarixli kütləvi ofertanın 5-ci bəndində qeyd edilən “SMS Bankinq” ilə bağlı öhdəliklərini yerinə yetirməmiş və müştərinin bank hesabından pul çəkilməsi ilə bağlı ayrıca OTP kodu və ya sms bildirişi göndərməmişdir. İddiaçı şübhəli əməliyyatlara nəzarəti təmin etməmişdir. İddiaçının və onunla yanaşı 10 nəfərin hesabının digər mobil cihazlarda qeydiyyata alınması, eyni akkaunta iki fərqli cihazdan daxil olunması, kodlarının eyni anda dəyişdirilməsi, bütün məbləğ limitinin eyni anda çəkilməsi, çəkilmiş bütün məbləğlərin bir karta yüklənməsi və qısa müddətdə ölkədən kənara köçürülməsi şübhəli əməliyyatlar olmuş və bankın təhlükəsizlik sistemi bu əməliyya tların qarşısını almamışdır. İddiaçının öhdəliyinin yaranması üçün Mülki Məcəllənin 385-389-cu maddələrində qeyd edilən hüquqi əsaslar mövcud olmamışdır. Belə ki, pul vəsaiti onun tərəfindən istifadə edilməyib və bu işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə müəyyən edilməli məqam pul vəsaitinin oğurlanmasının iddiaçının və ya cavabdehin təqsiri və ya öhdəliklərini icra etməməsi üzündən baş verməsidir. Məlumdur ki, mobil tətbiq və tranzaksiyalara nəzarəti bank öz məsuliyyəti ilə təşkil edir. Bu zaman bankın qurduğu sistem istifadəçinin iradəsini - hələ ki, bu bank tətbiqinin kodunun dəyişdirilməsinə yönəlibsə - ən üst səviyyədə yoxlamaq, sərəncamın istifadəçidən gəldiyinə əmin olmaq və şübhəli əməliyyatlara nəzarəti təmin etməlidir. İddiaçı tərəfindən bu öhdəliklər lazımi qaydada yerinə yet irilməmişdir. Məhkəmə tərəfindən isə onun dəfələrlə məhkəmə iclasında bildirməsinə baxmayaraq, iddiaçı tərəfindən müvafiq öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi məsələsinə qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. İş materialları ilə iddiaçı bankın öz öhdəliklərinin icrasına və müştərilərin bank məlumatlarının qorunmasına etinasız yanaşdığı və öhdəliklərini lazımi qaydada icra etmədiyi açıq-aşkar görünür. İddiaçının öhdəliklərini vicdanlı icra etməsi halında qeyd edilən oğurluq faktının qarşısının alınması tam mümkün idi. Həmçinin, məhkəmə kredit münasibətlərinin mövcudluğu faktını da düzgün araşdırmamışdır.
16. Apellyasiya baxışı zamanı İddiaçı2 ASC iddiaçı Bankın prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-392/2025 nömrəli mülki iş üzrə 9 aprel 2025ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh 1018,4 manat faiz və 72,48 manat cərimə məbləği və cəmi 6633,47 manat borc məbləğinin tutularaq, Banka ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh tutulan 5542,59 manat əsas borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər Afiq Hüsey nzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari).
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Cavabdeh müqavilənin preambulasında qeyd olunan Bankın rəsmi internet saytında yerləşdirilmiş kütləvi ofertanı akspetsiz qaydada qəbul etməsinə dair şərt də daxil olmaqla kredit müqaviləsini imzalamaqla və mobil bankçılıq vasitəsi ilə Banka məxsus tətbiqi öz telefonunda qeydiyyatdan keçməklə “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 saylı, xx.xx.2021-ci il tarixli “Kütləvi ofertadakı şərtləri də qəbul etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı Bankın təhlükəsizlik sisteminin əlverişsiz olması səbəbindən ona zərərin vurulması, Bankın vaxtında öz öhdəliklərini yerinə yetirməməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin hallarına və “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Kütləvi oferta”nın 2.12 və 2.13-cü bəndinə əsasən cavabdehə məxsus bank kartından vəsaitlərin silinməsində id diaçının məsuliyyəti istisna olunmuşdur.
20. Məhkəmə hesab etmişdir ki, “İnstaqram” sosial şəbəkəsində Banka aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elanla bağlı müvafiq məlumatların internet informasiya sisteminə daxil edilməsi nəticəsində cavabdehə məxsus mobil telefonuna kənar müdaxilə edilərək, müvafiq tətbiqlərin ələ keçirilməsindən sonra kartdan pul məbləğinin oğurlanması cavabdehin təqsiri üzündən baş verməsi və həmin məbləğin kreditora qaytarmaq vəzifəsinin də onun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur.
21. Məhkəmə həmçinin nəzərə almışdır ki, qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə məhz cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Buna görə də məhkəmə kollegiyası hesa b etmişdir ki, əsas borc tələbinə münasibətdə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
22. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin faiz və cərimə məbləği hissəsində təmin edən birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcalan müqavilə üzrə ona verilmiş kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, işin mübahisəsiz halına əsasən cavabdeh ona verilmiş kreditdən təyinatına uyğun istifadə edə bilməmiş və onun kartından pul vəsaiti kənar müdaxilə nəticəsində çıxarılmış, bu fakt ilk gündən iddi açıya da məlum olmuşdur. Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, növbəti ayın 1-10-cu günü aralığında kreditin geri qaytarılmamasına və bunun da səbəbinin iddiaçıya məlum olmasına baxmayaraq, iddiaçı cavabdehə qarşı tələbini yalnız 2023-cü ilin avqustunda irəli sürməklə, həmin dövrədək müəyyən faiz və cərimə məbləğləri hesablamışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, vicdanlılıq prinsipi və hesablanmış faiz və cərimə məbləğlərinə münasibətdə pozuntunun borcalanın cavabdeh olmadığı haldan irəli gəlməsi nəzərə alındıqda, iddia tələbinin faiz və cərimə məbləği hissəsində əsassız olması müəyyən olunmuşdur.
24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 385, 425, 448, 739-cu maddələrinə istinad edərək ə saslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qo ya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaq ədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
33. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Cavabdeh kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyas ı məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və pro sessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-392/2025 nömrəli iş üzrə 9 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.