Məhkəmə qərarları › İş №2(102)-230/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-230/2022

26.01.2022 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-230/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-636/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 ünvanda yerləşən 45 saylı mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 məxsus olmuşdur.

2. Bakı şəhəri Cavabdeh2 Başçısının № 173 saylı, 23 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, İddiaçı2 və İddiaçı1 yaşadıqları mənzilin yerləşdiyi bina da daxil olmaqla Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin ərazisində yerləşən 4 mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir.

3. İddiaçılar ilə cavabdeh arasında 03 oktyabr 2017-ci il tarixdə bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavi lənin 1-ci maddəsinə əsasən, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 30 təqvim günü ərzində İddiaçı1 və İddiaçı2 mülkiyyətçisi olduqları və Tərəflərin 155000 ABŞ dolları məbləğində qiymətləndirdikləri ünvan 2 ünvanında yerləşən 45 saylı mənzili boşaldıb sökülməsi məqsədilə "xxxx" MMC-yə təhvil verirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, "xxxx" MMC ünvan 3 ünvanındakı 4 mərtəbəli yaşayış binasında İddiaçı1 və İddiaçı2 məxsus olan ümumi sahəsi 95,26 kv.m. olan 4 otaqlı mənzilin əvəzinə həmin yerdə inşa ediləcək binada, 15-ci mərtəbədə, Vaqif prospektinə baxan hissədə 4 otaqlı 50 nömrəli 120,65 kv.m. olan yaşayış mənzilini mülkiyyətçilərə verir və həmin 120,65 kvadrat metrlik yaşayış sahəsinin dəyərinin 155000 (yüz əlli beş min) ABŞ dollarına ekvivalent olan məbləğdə manatla İddiaçı1 və İ ddiaçı2 tərəfindən tam şəkildə ödənilməsi barədə sənədi həmin şəxslərə təqdim edir. Müqavilənin 4-cü bəndinə əsasən, 3-cü bənddə göstərilən mənzil tam təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 müqavilə qüvvəyə mindiyi tarixdən 24 təqvim ayı ərzində təhvil verilməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər "xxxx" MMC hər ay İddiaçı1 və İddiaçı2 265 ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı1 və İddiaçı2 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5 faiz miqdarında cərimə ödənilməlidir.

4. İddiaçılar cavabdehin müqavilə öhdəlikl ərini yerinə yetirmədiyinə istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, iddia tələblərinin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onlar ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətindən müştərək qaydada ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğu n olaraq Azərbaycan manatı ilə iddiaçılara məxsus mənzilin dəyərini təşkil edən 155000 ABŞ dolları, 9010 ABŞ dolları məbləğində icarə haqqının, icarə haqqına dair 11381,75 ABŞ dolları cərimənin, 18097 ABŞ dollar təmir xərcinin, təmir xərcinə dair 4976.66 ABŞ dolları cərimənin, cəmi 198465.41 ABŞ dolları məbləğində pulun, 110 manat vəkil xərcinin, 30 manat məbləğində dövlət rüsumunun və 10000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

6. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılaraq, iddia tələblərinin bütövlüklə digər cavabdeh "xxxx" MMC-yə qarşı yönəldilməsini xahiş etmişlər.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2007-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********28-05101-093023), iddiaçılar Azadlıq prospekti 80 ünvanındakı 4 mərtəbəli yaşayış binasında yerləşən 4 otaqlı 45 nömrəli mənzilin mülkiyyətçiləridir. Bakı şəhər Cavabdeh2 başçısının 23 iyun 2017-ci il tarixli, 173 saylı sərancamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası ilə əlaqədar iddiaçılara məxsus mənzilin yerləşdiyi binanın sökülərək yerində Cavabdeh1 MMC tərəfindən yeni yaşayış binasının tikintisi nəzərə alınmaqla ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. Cavabdeh1 MMC ilə iddiaçılar arasında bağl anmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017-ci il tarixli müqavilənin 1,3,4-cü bəndlərinə əsasən iddiaçılar müqavilə qüvvəyə mindiyi tarixdən, yəni 03 oktyabr 2017-ci il tarixdən etibarən 30 gün müddətində tərəflərin 155000 ABŞ dolları məbləğində qiymətləndirdiyi mənzili tam boşaldıb Cavabdeh1 MMC-yə təhvil verməyi, Cavabdeh1 MMC isə 2 il müddətində iddiaçılara onlara məxsus mənzilin əvəzinə həmin yerdə inşa edəcəyi binada ümumi sahəsi 120,60 kv.m. olan, tam təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən təmir işləri cavabdeh tərəfindən aparılmalı, iddiaçılar razılaşmadığı təqdirdə isə təmir işləri iddiaçılar tərəfindən aparılmalı və Cavabdeh1 MMC iddiaçılara mənzilin hər kv.m. üçün 150 ABŞ dolları məbl əğində təmir xərcləri verməlidir. Cavabdeh təmir xəclərinin ödənilməsi ilə bağlı öhdəliyini vaxtında yerinə yetirməzsə, gecikmənin hər gününə görə gecikdirilən məbləğin 5 faizi miqdarında cərimə ödənəlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən cavabdeh yeni yaşayış sahəsinin tam hazır olması və iddiaçılara təqdim edilməsi haqqında müqavilə tərəflər arasında təhvil-təslim aktı imzalanana qədər iddiaçılara icarə xərcləri olaraq ayda 265 ABŞ dolları məbləğinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh icarə xərclərinin ödənilməsi ilə bağlı öz öhdəliyini yerinə yetirməzsə, iddiaçıların tələbi ilə gecikmənin hər gününə görə gecikdirilən məbləğin 5 faizi miqdarında cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tamamilə icra etməmişdir. Belə ki, iddiaçılar tərəfindən müqaviləyə ə sasən onlara məxsus mənzil 04 oktyabr 2017-cu il tarixdə boşaldılaraq cavabdehə təhvil verilməsinə və müqavilənin qüvvəyə mindiyi tarixdən 24 ay keçməsinə baxmayaraq, cavabdeh iddiaçıları yeni mənzillə təmin etməmiş, onların kirayədə qalması üçün 04 oktyabr 2017-ci il tarixdən başlayaraq 18 iyun 2020-ci il tarixədək (ümumi 34 ay müddət üçün) icarə haqqlarını ödəməmişdir. Göründüyü kimi, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçılar tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş və müqavilənin ləğv edilməsinə 10 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Həmin bildiriş cavabdehə 09 noyabr 2019-cu il tarixdə təqdim edilmişdir, lakin sonuncu bildirişə cavab verməmişdir. Müqavilənin şərtlərinin Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməm əsi nəticəsində iddiaçılar məcbur olaraq öz vəsaitləri hesabına kirayə mənzil tutmuş və maddi sıxıntılarla üzləşmişlər. Həmçinin iddiaçılar müqavilənin şərtlərinin həyata keçirilməsi ilə bağlı cavabdeh MMC-yə müraciət etdikdə kobud rəftara məruz qalmış, əsəb və stress keçirmişlər. İddiaçılar onlara dəymiş mənəvi ziyanı 10000 manat məbləğində qiymətləndirirlər. İddiaçılar öz hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və hüquqi yardıma görə 110 manat ödəmişlər.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, müqavilə cavabdehdən asılı olmayan səbəblərdən icra edilməmişdir. Belə ki, Cavabdeh1 MMC binanı tikib tamamlamaq üçün kifayət qədər maddi resursa malikdir, sadəcə sökülən binada yaşayan sakinlərin 98 faizi köçürülsə də 6 nəfər şəxs qalmışdır. O nlar isə mənzillərinin müqabilində külli miqdarda pul, əmlaklar tələb edirlər. Onların tələbi nəinki hüquqi şəxsin, hətta digər sakinlərin də hüquqlarını pozur. Hazırda müqavilənin icra edilməməsinin obyektiv səbəbləri vardır. Binanın tikintisi üçün zəruri tədbirlər görülür və yaxın vaxtlarda bina tamamlanıb sakinlərin istifadəsinə veriləcəkdir. İddiada təmir üçün tələb olunan 18097 ABŞ dolları hissəsi tamamilə əsassızdır, çünki əgər tərəf müqavilənin ləğvini istəyirsə və evin qiymətini tələb edirsə, bu zaman təmir xərclərini tələb edə bilməz. Çünki müqavilədə nəzərdə tutulan hər kv.m. üçün 150 ABŞ dolları məbləği müqavilə icra edilib iddiaçıya veriləcək mənzilin təmiri üçün nəzərdə tutulan məbləğdir. Bu baxımdan təmirə dair hissə ümumiyyətlə qəbul edilməzdir. Bundan əlavə iddiaya verilmiş dəqiqləşmə ilə əlaqədar artırılmış məbləğlər də əsassızdır, çünki ekspert tədqiqatı zamanı çıxarılan məbləğlərlə dəqiqləşmə arasında olan məbləğlər arasında ciddi fərqlər vardır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 19 iyun 2020-ci il tarixli, 2(004)626/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair 03 oktyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı 155000 (yüz əlli beş min) ABŞ dolları, icarə haqqına görə 8347,50 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları əlli sent) A BŞ dolları, icarə haqqına görə 835 (səkkiz yüz otuz beş) ABŞ dolları cərimə, təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimə, cəmi 184089,50 (yüz səksən dörd min səksən doqquz ABŞ dolları əlli sent) ABŞ dolları borcun, 1000 (min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 100 (bir yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 90 (doxsan) manat hissəsi Cavabdeh1 MMC-dən, 10 (on) manat hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə Mülki Məcəll ənin 421.2-ci, 423.2, 462.1-ci və 467-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” 03 oktyabr 2017ci il tarixli müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, yəni müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməməsi təsdiq edildiyindən, müqavilənin ləğv tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin müqavilənin şərtləri cavabdeh tərəfindən pozularaq, iddiaçılar yeni mənzil ilə təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin mənzilin əvəzi olaraq 155000 ABŞ dolları tələbi, mənzilin tam təmirli vəziyyətdə iddiaçılara təhvil verilməsi öhdəliyi yerinə yetirilmədiyindən 18097 ABŞ dolları məbləğində təmir xərci (120,60 kv.m. x 150 ABŞ dolları) tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə icarə haqqı məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçılar 04 oktyabr 2017-ci il tarixdən başlayaraq 18 iyun 2020-ci il tarixədək (ümumi 34 ay müddət üçün) 9010 ABŞ dolları icarə haqqı tələb edirlər, lakin həmin dövr üçün (31 ay 15 gün) icarə haqqı 8347,50 manat təşkil etdiyindən, məhkəmə hesab etmişdir ki, iddia icarə haqqı tələbi hissəsində həmin məbləğdə təmin edilməlidir. Məhkəmə, təmir və icarə xərclərinin məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun onlara münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq təmir xərcləri üzrə 1810 ABŞ dolları, icarə xərcləri üz rə isə 835 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 16 fevral 2021-ci il tarixli, 2(103)-636/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(004)-626/2020 saylı qətnaməsi qismən - Cavabdeh1 MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları və təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimənin tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi hissələri ndə ləğv edilməsi, iddia ərizəsinin həmin hissələrdə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçılar "mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" 03 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən sökülmək üçün cavabdehə təhvil verdikləri mənzilin razılaşdırdıqları dəyəri olan 155000 ABŞ dolları pul vəsaitini tələb etdikləri və həmin pul vəsaiti onların xeyrinə tutulduğu üçün təhvil verilməli olan mənzilə görə təmir xərcinin və ona cərimənin tələb edilməsi hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz. Buna görə təmir xərcinin və ona hesablanmış cərimənin tu tulması hissələrində qətnamə ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməlidir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

13. Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların öz tələblərini əsaslandırması cavabdeh MMC ilə bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqaviləyə istinadən olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh MMC iddiaçılara məxsus mənzilin ona təhvil verilməsindən sonra, 24 ay ərzində iddiaçılara mənzili təmirli şəkildə verməli olmuşdur. Lakin bu müddət ərzində pilot layihənin icrasında cavabdehdən as ılı olmayan problemlər yaranmışdır. Belə ki, tikiləcək çoxmərtəbəli binanın yerləşəcəyi ərazidə məskunlaşmış mənzil mülkiyyətçilərindən bəziləri pilot layihənin şərtləri və onlara edilən təkliflərlə razılaşmaq istəməmiş, nəticədə tikintini yubatmışdır. Göründüyü kimi bunlar cavabdehdən asılı olmayan, obyektiv və öncədən proqnozlaşdırıla bilinməyən hallar olmuşdur. Məlikəmə kollegiyası isə birinci instansiya məhkəməsi kimi müqavilə öhdəliklərinin icrasının obyektiv səbəblərdən irəli gəlməsini nəzərə almamışdır. AR Mülki Məcəlləsinin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığnı tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, be lə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh MMC də üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək üçün əlindən gələni etmişdir. Hazırda pilot layihənin icrası davam edir, tikinti işləri lazımi qaydada həyata keçirilir. İddiaçılara müqavilə üzrə təhvil verilməli olan mənzil təmirli şəkildə veriləcəkdir. Bu səbəbdən iddianın təmin edilməsi üçün əsas qalmamışdır. Yəni tikintinin dayanması üçün əsas olmuş obyektiv hallar aradan qalxmış və ca vabdehin öhdəliklərinin icrası üçün hər hansı maneə qalmamışdır. Belə olan halda, müqavilənin ləğv edilməsinə və iddianın təmin edilməsinə zərurət yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilərək iddia tam rədd edilməlidir.

15. İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin qismən- iddianın cavabdeh "xxxx" MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları və təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimənin tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi hissələrində təmin edilməməsi hissəsində ləğv edilməsi və iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağl anmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" 03 oktyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə 155000 (yüz əlli beş min) ABŞ dolları, icarə haqqına görə 8347,50 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları əlli sent) ABŞ dolları, icarə haqqına görə 835 (səkkiz yüz otuz beş) ABŞ dolları cərimə, təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimə, cəmi 184089,50 (yüz səksən dörd min səksən doqquz ABŞ dolları əlli sent) ABŞ dolları borcun, 1000 (min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dö vlət rüsumunun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kollegiya qətnaməsində bildirir ki, iddiaçılar "mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" 03 oktyabr 2017ci il tarixli müqaviləyə əsasən sökülmək üçün cavabdehə təhvil verdikləri mənzilin razılaşdırdıqları dəyəri olan 155000 ABŞ dolları pul vəsaitini tələb etdikləri və həmin pul vəsaiti onların xeyrinə tutulduğu üçün təhvil verilməli olan mənzilə görə təmir xərcinin və ona cərimənin tələb edilməsi hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz. Buna görə təmir xərcinin və ona hesablanmış cərimənin tutulması hissələrində birinci instansiyanın qətnaməsi ləğv edilməli və həmin hissələrdə iddi a təmin edilməməlidir". Məhkəmənin gəldiyi nəticə müqavilə hüququnu tənzimləyən maddi hüquq normalarına ziddir. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" 03 oktyabr 2017-ci il tarixli Müqavilənin 5-ci maddəsinə əsasən, həmin müqavilə qüvvəyə mindiyi tarixdən 21 (iyirmi bir) təqvim ayı ərzində "xxxx" MMC tərəfindən iddiaçılara mənzilin təmir edilməsi məqsədilə hər kv.m. üçün 150 (yüz əlli) ABŞ dolları ödənilməlidir. Müqavilənin 1.1-ci maddəsinin) bəndinə əsasən ərizəçilərə təqdim ediləcək mənzil 120,65 kv.m. olmalı idi. Beləliklə, cavabdeh "xxxx" MMC tərəfindən idd iaçılara 18,097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları ödənilməli idi. Həmçinin həmin maddəyə əsasən əgər cavabdeh həmin öhdəliyi yerinə yetirməzsə, yaxud vaxtında və tam olaraq yerinə yetirməzsə, cavabdeh gecikmənin hər gününə görə gecikdirilən məbləğin 5% miqdarında cərimə ödəməlidir. Beləliklə, cavabdeh iddiaçıya 18,097 (on səkkiz min doxsan yeddi) ABŞ dollarını müqavilə qüvvəyə minən tarixdən başlayaraq, yəni 03 oktyabr 2017-ci il tarixdən 21 ay müddətində- yəni 3 iyul 2019-cu il tarixdə ödəməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İşin hallarından və hər iki instansiyanın gəldiyi nəticədən müəyyən olunur ki, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər kobud qaydada pozulmuşdur. Bunun nəticəsində iddiaçılar, tərəflər arasında bağlanılan müqaviləni n ləğv edilməsini tələb etmək məcburiyyətində qalmışlar. Apellyasiya instansiyasının “müqavilə ləğv edildiyindən iddiaçılar cavabdehdən mənzilə dair təmir pulunu tələb edə bilməzlər” mövqeyi, iddiaçıları müqavilə bağlandığı vaxt olduqları vəziyyətindən daha əlverişsiz vəziyyətə salır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili Vəkil1 iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə işti rak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və y a ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

23. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xar akteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

24. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra e dilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

34. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 ünvanda yerləşən 45 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 1/ 2 hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 məxsus olmuşdur.

35. Bakı şəhəri Cavabdeh2 Başçısının № 173 saylı, 23 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, İddiaçı2 və İddiaçı1m yaşadıqları mənzilin yerləşdiyi bina da daxil olmaqla Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin ərazisində yerləşən 4 mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir.

36. İddiaçılar ilə cavabdeh arasında 03 oktyabr 2017-ci il tarixdə bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilənin 1-ci maddəsinə əsasən, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 30 təqvim günü ərzində İddiaçı1 və İddiaçı2 mülkiyyətçisi olduqları və Tərəflərin 1 55000 ABŞ dolları məbləğində qiymətləndirdikləri ünvan 3 ünvanında yerləşən 45 saylı mənzili boşaldıb sökülməsi məqsədilə "xxxx" MMC-yə təhvil verirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, "xxxx" MMC ünvan 3 ünvanındakı 4 mərtəbəli yaşayış binasında İddiaçı1 və İddiaçı2 məxsus olan ümumi sahəsi 95,26 kv.m. olan 4 otaqlı mənzilin əvəzinə həmin yerdə inşa ediləcək binada, 15-ci mərtəbədə, Vaqif prospektinə baxan hissədə 4 otaqlı 50 nömrəli 120,65 kv.m. olan yaşayış mənzilini mülkiyyətçilərə verir və həmin 120,65 kvadrat metrlik yaşayış sahəsinin dəyərinin 155000 (yüz əlli beş min) ABŞ dollarına ekvivalent olan məbləğdə manatla İddiaçı1 və İddiaçı2 tərəfindən tam şəkildə ödənilməsi barədə sənədi həmin şəxslərə təqdim edir. Müqavilənin 4-cü bəndinə əsasən, 3-cü bənddə göstərilən mənzil tam təmi rli vəziyyətdə İddiaçı1 və İddiaçı2 müqavilə qüvvəyə mindiyi tarixdən 24 təqvim ayı ərzində təhvil verilməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər "xxxx" MMC hər ay İddiaçı1 və İddiaçı2 265 ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı1 və İddiaçı2 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5 faiz miqdarında cərimə ödənilməlidir. İddiaçılar müqavilə şərtlərinə uyğun olaraq 04 oktyabr 2019-cu il tarixdə mülkiyyətlərində olan ünvan 2 ünvanda yerləşən 45 saylı mənzili "xxxx" MMC-yə təhvil vermişlər. Müqavilənin 3-cü maddəsin də göstərilən mənzilin (yeni tikiləcək binanın Vaqif prospektinə baxan hissəsində yerləşdiriləcək 4 otaqlı 50 nömrəli 120, 65 kv.m. olan mənzil) tikintisinə başlanılmamışdır.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2020-ci il tarixli 3933 saylı ekspert rəyindən görünür ki, Fədək” MMC ilə Səfərova Fəridə Əhməd qızı və İddiaçı2 arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair müqavilə üzrə Cavabdeh1 MMC-nin 04 oktyabr 2017-ci il tarixdən 08 noyabr 2019-cu il tarixdə İddiaçı1 və İddiaçı2 ödəməli olduğu icarə haqqının 6625 ABŞ dolları təşkil etdiyi, hesablanmış icarə haqqında hesablanan cərimə borcunun 9950,75 ABŞ dolları məbləğində olması müəyyən edilir. Cavabdeh1 MMC i lə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 3 oktyabr 2017-ci il tarixli “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair müqavilə üzrə 08 noyabr 2019-cu il tarixdən ekspert rəyinin tərtib edildiyi 26 fevral 2020-ci il tarixədək İddiaçı1 və İddiaçı2 ödənilməli olan cərimənin 1431 ABŞ dolları təşkil etdiyi müəyyən edilir.

38. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair 03 oktyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, yəni müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməməsi təsdiq edildiyindən, müqavilənin ləğv edilməsinə dair hissədə, həmçinin müqavilənin şərtləri cavabdeh tərəfindən pozularaq, iddi açılar yeni mənzil ilə təmin edilmədiyindən, həmin mənzilin əvəzi olaraq 155000 ABŞ dolları pulun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçılar "mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" 03 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən sökülmək üçün cavabdehə təhvil verdikləri mənzilin razılaşdırdıqları dəyəri olan 155000 ABŞ dolları pul vəsaitini tələb etdikləri və həmin pul vəsaiti onların xeyrinə tutulduğu üçün təhvil verilməli olan mənzilə görə təmir xərcinin və ona cərimənin tələb edilməsi hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz.

39. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən yeni mənzilin tikintisi dövründə iddiaçıların kirayədə qalmaları üçün, onlara kirayə haqqlarının ödənilməsi öhdəliyinin yerinə yetirilməsini təsdiqləyən dəlillər təqdim edilmədiyindən, iddiaçıların 04.10.2017- 18.06.2020-ci il tarixi üzrə dövr üçün (31 ay 15 gün) 8347,50 manat məbləğində icarə haqqının tutulması, habelə icarə xərcinin miqdarını, tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq 835 ABŞ dolları məbləğində icarə xərclərinə cərimənin tutulması hissələrində qətnamənin ləğvi və (ya) dəyişdirilməsi üçün faktiki və (ya) hüquqi əsaslar müəyyən edilməmişdir. Habelə, məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçıların keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə a laraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutulması ağlabatan və ədalətli hesab etmişdir.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessua l hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-636/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar