Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4783/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, pul 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1967/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 16 aprel 2004-cü il tarixdə verilmiş Seriya FM 025212 nömrəli Qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi-12 ünvanda yerləşən, ümumi sahəsi 345,7 kv metr, yaşayış sahəsi 250,1 kv metr olan fərdi yaşayış evinin 18,6 kv metr sahəsi olan bir otağına Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 arasında bağlanmış 25 iyul 2014cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi, 12 saylı fərdi yaşayış evinin (bundan sonra – mü bahisəli fərdi yaşayış evi) ona məxsus olan 5/12 hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya 100000 manata satılmışdır.
3. DƏDRX tərəfindən verilmiş çıxarışla iddiaçının mübahisəli fərdi yaşayış evinin 5/12 hissədən ümumi sahəsi 18,6 kv metr olan 1 otaq üzərində mülkiyyəti hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə mübahisəli evin 5/12 hissəsini alması barədə 25 iyul 2014-cü il tarixli, AN-İ ******* nömrəli müqavilənin ləğv edilməsi, cavabdehlərdən 100000 manat əsas borc və 50000 manat əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyul 2014 tarixli alğı- satqı müqaviləsinə əsasən müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmamış, alğı-satqıdan xeyli sonra, məhkəmə prosesləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə ona 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X1 və X3 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə cavabdehlər onu aldatmış, 1 otaq üçün ondan 3 otağını dəyəri olan 100000 manat pul almışdır. Həmin yerdə 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1325/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmış, iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apelaysiya Məhkəməsi tərəfindən pretenziya qaydasına əməl olunmadığına görə ləğv olunmuşdur. İddiaçı bir ildən sonra yenidən eyni iddianı qaldırmışdır. Hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 müqavilənin ləğv edilməsini təklif etmişdir. Cavabdeh2 isə təklifi rədd etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvini xahiş etsə də, iddianın əsasını onun aldanması təşkil edir. Belə ki, iddiaçı qeyd ona 3 otaqlı mənzil satıldığı bildirilmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər də bu halı təsdiqləmişlər. Hətta iddia ərizəsinə nəzər saldıqda görünür ki, tələbin əsaslandırılması aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində əqdin etibarsızlığına söykənir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin müqavilənin ləğvi üçün əsas yoxdur. Müqavilə tərəfi olan Cavabdeh2 Bakı şəhəri, mübahisəli fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini yerinə yetirərək həmin hissəni iddiaçının mülkiyyətinə vermişdir
10. Məhkəmə gəldiyi nəticəni Azərbayca Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 347.1, 354.2, 421.2-ci maddələrinə və Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra - MPM) 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etdiyi sübuta cavabdehlərdən Cavabdeh1 öz əli ilə yazdığı izahata heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin izahatda G.Əsədov 12 ünvanlı evin 3 otağının onun olması, X1 və X2 heç bir hüququ olmaması barədə fikirlərini bir daha təsdiq edir. Məhkəmə nədənsə iddiann əqdin etibarsızlığı barədə olması fikrinə gəlir və daha sonra iddia müddətinin keçdiyini göstərir. Halbuki, 2000-ci ilin sentyabr ayının 1-dən qüv vəyə minmiş Mülki Məcəllənin 375ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir. Məhkəmə özü də qətnamə çıxararkən Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad edir və mahiyyətcə bu mübahisəyə doğrudan da həmin maddə tətbiq edilməlidir. Beləliklə o, aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100000 manat alınmışdır ki, əslində otağın real bazar qiyməti 30000 manatdan çox deyildir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6501/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini deyil, ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, Mülki Məcəllədə təsbit edilmiş əqdin etibarsız hesab edilməsinə dair müddalar hazırkı mülki iş üzrə tədbiq edilə bilməz.
15. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsini n) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir
16. Məhkəmə qeyd etmişdir ki, alğı-satqı müqaviləsi bağlanarkən, tərəflər öz iradə ifadələrini göstərərək qeyd olunan müqaviləni imzalamışlar və müqavilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmişlər. Müqavilə qanunvericiliyin tələblərinə riayət edilməklə və qanunla müəyyən edilmiş qaydada bağlanmış və tərəflər öz öhdəliklərini icra etmişlər. İddiaçı müqavilə bağlayarkən hətta çıxarış alarkən bütün sənədlərdə mübahisəli evin 5/12 hissədə bir otaqdan (18,6 kvadrat metr) ibarət olmasını görürdü və bilirdi.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 324.4, 324.5, 567, 568.1, 596.1, 596.2, 425.2, 421.2, 422.2,-ci maddələrinə, MPM-nin 9.1, 9.3, 217.1, 217.3, 384.0.2, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ilk icraat
18. İddiaçı (vəkil – Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2021ci il tarixl i qərarı ilə (hakimlər Əhməd Nurməmmədov – sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməmişdir.
21. Bundan başqa, İddiaçı tərəfindən irəli sürülmüş və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini əsaslandıra rkən MM-in 324, 421, 422, 568, 596cı maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1967/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev – sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Emin Mehdiyev) apellyasiya şikyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi, 12 saylı fərdi yaşayış evinin 5/12 hissəsinin alğı-satqısı barədə bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ləğv edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 100.000 manatın tutulması, İddia nın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırda ləğvi mübahisələndirilən müqavilədə göstərilən fərdi yaşayış evinin bir hissəsinin alıcıya təhvil vermək müqavilənin əsas şərtidir. Həmin şərtin yerinə yetirilməməsi halında digər tərəf olan iddiaçı müqavilənin ləğvini tələb edə bilər, bu hal müqaviləni əhəmiyyətli dərəcədə pozulmasıdır, alıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur
25. Kollegiya hesab etmişdir ki, müqavilənin mühüm şərti Cavabdeh2 tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, yəni iddiaçıya 3 otaq əvəzinə 1 otaqlı mənzil satıldığından, bununla da, iddiaçı ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan, müqavilə ləğv olunmalıdır.
26. Kolleg iya həmçinin hesab edir ki, alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri İddiaçı ilə Cavabdeh2 arasında yarandığından, iddia tələbi digər Cavabdeh1 aid hissədə təmin edilə bilməz.
27. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən MM-in 421.2, 424.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
29. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq müqavilənin etibarsızlığı ilə bağlı deyil, müqavilənin ləğvi ilə bağlı maddi normalar tətbiq e tmişdir.
30. Kassator onu da qeyd etmişdir ki, müqavilənin ləğvi ilə bağlı iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür.
31. Kassator şikayətini MM-in 421.2, 424.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
32. İddiaçı da (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin barədə qərar qəbul edilməsini, eyni zamanda cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
33. Kassator şikayətində qeyd etmişdir ki, cavabdehlərin əməlində mənimsəmə cinayətinin tövsifedici əlamətləri vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 3
5. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
37. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
38. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahiz ə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1967/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.