Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3379/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, hüquqdan sui-istifadə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)2197/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülk i işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 yanvar 2011-ci il tarixli 05-LA/11 №-li Lizinq müqaviləsi ilə İddiaçı ASC (hazırda "xxxx" ASC) tərəfindən ümumi məbləği 410109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqları, dəyərinin 82022 manat hissəsinin 19 dekabr 2008-ci il tarixli ilkin müqavilə üzrə X2 tərəfindən ödənilməsi ilkin ödəniş kimi nəzərə alınmaqla, qalan hissəsinin isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir. 2. 14 may 2012-ci il tarixli 19-LA/12 №-li Lizinq müqaviləsi ilə İddiaçı ASC (hazırda "xxxx" ASC) tərəfindən dəyəri 48800 manat olan 2 ha istixana üçün 3000 kkal gücə malik 1 ədəd qazan və o nun qaz püskürdücüsü (forsunka) avadanlıqları, dəyərinin 4900 manat hissəsi əvvəlcədən, qalan məbləği isə lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənilməklə 10 il müddətinə Cavabdeh lizinqə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC (hazırda "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 yanvar 2011-ci il və 14 may 2012-ci il tarixli Lizinq müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış və 26 yanvar 2018-ci il tarixə kimi ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 241187 manat, cərimə borcunun ödənilməsi məqsədi ilə 248874 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun, habelə qeyd edilən müqavilələri predmeti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq obyektlərinin dəyərini müqavilələrin şərtlərinə və "xxxx" uyğun olaraq ASC-yə ödəməmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək göstərmişdir ki, ASC-nin 19 yanvar 2011-ci il tarixli "xxxx" üzrə təhvil verməli olduğu soyuducu kamera istismara yararsız vəziyyətə olmuşdur. Belə ki, "xxxx" bağlanmamışdan əvvəl, yəni 19 dekabr 2008-ci il tarixdə həmin soyuducu avadanlıqla bağlı onların arasında ilkin müqavilə bağlanmış və o, ASC-yə 82022 manat məbləğində ilkin ödəniş etmişdir. 27 noyabr 2010-cu il tarixdə ASC-nin əməkdaşları tərəfindən soyuducu anbara baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, avadanlığın divarlarından etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. ASC-nin buna səlahiyyəti olan əməkdaşları ona vədlər vermişlər ki, qeyd edilən nasazlıqları aradan qaldıracaqlar. O, bu vədlərə inanaraq 19 yanvar 2011-ci il tarixdə ASC ilə "xxxx" bağlamışdır. Bundan sonra, yəni 21 yanvar 2011-ci il tarixdə ASC-nin rəhbərli tərəfindən əmr qəbul edilmişdir ki, aralarında bağlanmış 19 dekabr 2008-ci il tarixli ilkin müqavilə xitam verilsin və soyuducu kameranın avadanlıqları 10 il müddətinə ona lizinqə verilsin. Bunun üstündən uzun müddət keçməsinə baxmayaraq avadanlıq təmir edilməmiş, istismara yararlı vəziyyətə gətirilməmişdir. Baxmayaraq ki, 19 yanvar 2011-ci il tarixli "xxxx" 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ASC, lizinqin obyektini tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Soyuducu kameranın “Lizinq alana təhvil verilməsi barədə” 29 yanvar 2011-ci il tarixli aktda da göstərilmişdir ki, qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur. "xxxx" Müəssisəsinə tapşırılsın ki, qısa müddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılsın. Göründüyü kimi, əşya ona tam işlək vəziyyətdə təhvil verilməmişdir. O, bu barədə qeydlərini onunla ASC arasında “İlkin müqavilə” bağlanan zaman tərtib edilmiş 27 noyabr 2010-cu il tarixli, "xxxx" bağlanan zaman tərtib edilmiş 29 yan var 2011-ci il tarixli aktlarda, habelə onunla ASC-nin əməkdaşlarının vaxtaşırı tərtib etdikləri çoxsaylı “Üzləşmə aktlarında” qeyd etmiş və elə həmin aktlarda da yazmışdır ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin "xxxx" üzrə ödənişləri etməyəcək. Bundan başqa, soyuducuya zəruri avadanlığın quraşdırılması üçün 29 iyun 2012-ci il tarixdə müqavilə bağlandığı qeyd edilir. Soyuducu cavabdehə təhvil verilən zaman da qüsurların olduğu göstərilmişdir. 23 noyabr 2013-cü il tarixdə tərtib edilmiş aktda isə göstərilir ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi 29 iyun 2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Həmin akta da cavabdeh tərəfindən qeyd verilərək soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsi, bundan son ra ödənişləri edəcəyi bildirilmişdir. Bundan başqa, soyuducu kameranın texniki nəzarət jurnalından görünür ki, 13 may 2014-cü, 03 dekabr 2014-cü, 10 noyabr 2015-ci, 11 dekabr 2018-ci, 20 noyabr 2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilmişdir. Göründüyü kimi, maddi zərər ASC-yə deyil, əslində cavabdehə dəymişdir. Çünki o, soyuducu kameradan təyinatına uyğun istifadə edə bilməmişdir. Bu baxımdan hesab edir ki, ASC, onların arasında soyuducu avadanlıqla bağlı bağladıqları müqavilə üzrə ondan nə əsas borcu, nə də ki, cərimə borcunu tələb edə bilməz. İddia tələbinin, 2 ha istixana üçün 3000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı onunla ASC arasında bağlanmış 14 may 2012-ci il tarixli "xxxx" üzr ə yaranmış borcun ödənilməsi barədə hissəsinə gəldikdə isə, həmin müqavilə üzrə onun ASC-yə həqiqətən də borcu var. Lakin ASC bu tələbdə həmin müqavilə üzrə onun dəqiq olaraq hansı məbləğdə borcunun olması, ötən illər ərzində nə qədər ödəniş etməsini göstərilmir. ASC tərəfindən ona göndərilmiş pretenziya məktubunda isə bu müqavilə üzrə onun ASC-yə 234000 manat məbləğində borcunun yarandığı qeyd edilir.
6. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə verərək göstərmişdir ki, onunla ASC arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli "xxxx" predmeti olan soyuducu kameraya 23 noyabr 2013-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tərtib edilmiş aktda o, qeyd etmişdir ki, soyuducu kamera istismara yarasız olduğu üçün həmin müqavilə üzrə ödəniş etməyəcək. ASC-nin həmi n vaxtdan məlumatı var idi ki, həmin müqavilə üzrə ödənişlər olmayacaq. ASC həmin müqavilə ilə bağlı iddia tələbini 5 ildən çox müddət keçdikdən sonra irəli sürmüş, iddia ərizəsini 06 iyun 2018-ci il tarixdə məhkəməyə vermişdir. Buna görə də, həmin tələbə iddia müddəti tətbiq edilməli və tələb rədd edilməlidir.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş mühəndis-texniki ekspertizasının 02 sentyabr 2022-ci il tarixli rəyinə əsasən 500 ton tutumlu soyuducu kameranın hər-iki kompressor çıxışlarında yağ buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın içərisində olan 2 ədəd yağ açarlarının salniklərinin tamamilə sıradan çıxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın kondinser sisteminin daxili pətəkləri ndə sızmalarin olduğu, sistemin çıxış xətti qara metal boru olduğundan izolyasiya altında paslanıb çürüdüyü, yağ ayırıcından kondinserə çıxış xəttinin birləşmələrində sızmalar olduğu, metal hissələri korroziyaya uğradığı, 2 ədəd su nasosunun yararsız halda olduğu, çıxışlar və birləşmələrin paslandığı, 18 ədəd buzxanalarin hamısında əsas paylayıcı balonlardan və kalaşlardan buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, Şoklama otağı üçün 2 ədəd kopeland “15 hp” kompressorunun dolaq sisteminin yandığı, istifadəyə yararsız vəziyyətdə olduğu, nəmliyi ölçən qurğuların işləmədiyi, yer izolyasiya olunmadığı, beton örtüyün dağıldığı, qapıların atmosfer tənzimləyicilərinin düzgün işləmədiyi, hava buraxdığı, germetikliyi olmadığı, rezinləri çürüdüyü və yararsız olduğu, bununla da, Cavabdeh ilə İddiaçı A SC arasında bağlanmış birinci müqavilə əsasında cavabdehə lizinqə verilmiş və hazırda Şəmkir rayonu, Keçili kəndində quraşdırılan 500 ton tutumlu soyuducu kameranın istifadəyə yararlı olmadığı müəyyən edilmişdir;
8. İş üzrə təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 sentyabr 2022-ci il tarixli rəyinə əsasən cavabdeh tərəfindən iki kassa mədaxil orderi üzrə 4700 manat ödəniş edilmiş, həmin ödənişlərin hansı müqaviləyə aid olması müəyyən edilməmişdir. Kassa mədaxil orderləri məlumatları, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək (iddia ərizəsi verildiyi tarix) "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: ödənilməli borc 25400,00 manat, ödənilən borc 4700,00 manat, qalıq borc 20700,00 manat. Kassa mədaxil orderləri nəzərə alınmamaqla, ikinci müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 06 iyun 2018-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən edilmişdir: ödənilməli borc 25400,00 manat, ödənilən borc 0,00 manat, qalıq borc 25400,00 manat.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(008)49/2022 nömrəli qətnaməsi ilə (hakim Cavabdeh) iddia qismən təmin edilərək, 14 may 2012-ci il tarixli 19-LA/12 №-li müqavilə üzrə 26 yanvar 2018-ci il tarixə olan 20700,00 manat əsas borcun, 2000 manat cərimənin, cəmi 22700 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edi lməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi lizinq obyekti işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb iddiaçının Şəmkir filialına yığıldığından və bu günədək lizinq obyekti işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, birinci müqavilə üzrə borc tələb edilə bilməz.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının xeyrinə ikinci müqavilə üzrə əsas borc 20700,00 manat borc tutulmalıdır (ekspert rəyinə əsasən). Belə ki, ödənilmiş və tələb edilən məbləğlər iddiaçı tərəfindən müqavilələr üzrə bölünməmiş, cavabdeh isə ödənişləri yalnız ikinci müqavilə üzrə etmişdir.
12. İddiaçı iddia tələbində əsas borcla yanaşı, cərimə borcunun da tutulmasını istəmişdir (əsas borca ni sbətdə 103 % cərimə). İddiaçının mövqeyi nəzərə alınarsa, 20700,00 manat əsas borca 21321 manat məbləğində cərimə hesablanmalıdır. Məhkəmə hesab etmişdir ki, belə əsas məbləğə nisbətdə 103 % cərimənin hesablanması tənasübsüz surətdə yüksəkdir və 2000 manat cərimə, yəni əsas məbləğin 10 faizi miqdarında cərimənin tutulması ədalətli hesab edilir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1, 441.2, 442, 443.1, 448.1, 747.1, 748-1.5, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11, 749.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tari xli, 2(008)-49/2022 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevanın və F.Ş.Talışınskinin iştirakı ilə) iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi müəyyən edilmişdir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdü cüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə deyil. Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi lizinq obyekti – soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2011-ci il tarixli "xxxx" şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verilmədiyindən, rayon məhkəməsi 19 yanvar 2011-ci il tarixli "xxxx" üzrə yaranmış borc un ödənilməsi ilə bağlı tələbi təmin etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış 14 may 2012-ci il tarixli "xxxx" üzrə 26 yanvar 2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 20700,00 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır. Belə ki, iddiaçı ASC qeyd edilən 14 may 2012-ci il tarixli "xxxx" üzrə cavabdehin əsas bor cunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 9/3401 saylı rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 14 may 2012-ci il tarixli "xxxx" üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə də haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələb inin tam təmin edilməsi, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən Mülki Məcəllənin 390, 748-7.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-cü maddələrinin tələblərini pozmuş, müqavilənin şərtlərini nəzərə almamışdır. Belə ki, məhkəmə qərar qəbul edərkən avadanlığın təhvil və baxışı üzrə aktlarda yazılmış qeydlərə əsaslanmışdır. Halbuki, 19 yanvar 2011-ci il tarixli 05-LA/11 nömrəli müqavilənin predmeti olan soyuducu kamera zavod spesifikasiyası üzrə tam şəkildə təhvil verilmiş, lakin həmin müqavilənin texniki təsnifatında cavabdehin tələb etdiyi əlavə avadanlıqlar, yəni atmosfer kontrol və nəmləndirici qurğular olmamışdır. Buna baxmayaraq cavabdehin tələb etdiyi əlavə avadanlıqlar üzrə (atmosfer kontrol və nəmləndirici qurğular) ölkə xaricindən idxal olunması üçün lizinq alanın sifarişi əsasında yeni satınalma müqaviləsi bağlanılmışdır. Hansı ki "xxxx" ASC-nin əlavə avadanlıqların lizinq alana təhvil verilməsi öhdəliyi olmamış, lizinq alan müstəqil surətdə həmin əlavə avadanlıqların alınması ilə bağlı istehsalçı zavoddan və ya başqa təşkilat vasitəsilə sifariş vermək imkanına malik olmuşdur. Beləliklə, "xxxx" ASC ilə “Bermtech” LTD arasında soyuducu anbar üçün əlavə avadanlıqların satın alınması barədə 29 iyun 2012-ci il tarixli müqavilə bağlanması və həmin avadanlıqların tam gətirilməməsi və cavabdehlə həmin avadanlıqlara dair lizinq müqaviləsi bağlanmaması tərəflər arasınd a olan mübahisə predmetinə aid olmasa da bu hal məhkəmə qətnaməsində Cəmiyyətin əleyhinə şərh olunmuş və bu da iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə nəticələnmişdir. Soyuducu kamera avadanlıqlarının texniki vəziyyətini müəyyən etmək məqsədilə məhkəmənin müəyyən etdiyi "xxxx" X3 Şirkəti tərəfindən avadanlıqlara baxış birtərəfli qaydada həyata keçirilmişdir. Avadanlıqlara mütəxəssis baxışının keçirilməsi barədə Cəmiyyətə hər hansı məlumat daxil olmamışdır. Avadanlıq üzərində müstəsna mülkiyyət hüququ "xxxx" ASC-yə məxsus olduğu halda, həmin avadanlıqlara baxış keçirilməsi, texniki vəziyyətinə yerində baxış keçirilməsi üçün Cəmiyyətin mütləq şəkildə məlumatlandırılması başlıca şərt idi. "xxxx" X3 Şirkətinin mütəxəssisləri cavabdehin təqdimatı, göstərişləri əsasında birtərəfli rəy tərtib etmişlər. Bundan başqa "xxxx" X3 Şirkətinin mütəxəssislərinin soyuducu kamera avadanlıqları üzrə xüsusi biliyə malik olması, onların iş üzrə izahat verilməsi ilə bağlı tələblər məhkəmədə cavabsız qalmışdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında kifayət qədər ziddiyyətlər var. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən rəy tərtib olunarkən avadanlıqların işləməməsinə əsaslanmış, lakin mütəxəssis rəyində göstərilən avadanlığın istifadə olunmasına diqqət yetirməmişdir. Yəni avadanlıq işləməmişdirsə necə istifadə oluna bilərdi sualına aydınlıq gətirilməmişdir. Avadanlıqların lizinqə verilməsindən uzun müddət keçməsini və avadanlığa normal qulluğun, o cümlədən təmir və texniki qulluqların lizinq alan tərəfindən həyata keçirilməsi hallarını ekspert qeydə alma mış və əhəmiyyət verilməmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3 və 3.9-cu maddələrindən görünür ki, Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması üçün məsuliyyət daşıyır və texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir. Texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh əsaslı sübut gətirmədən texnikada yaranmış nasaz lıqları şifahi mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə isə həmin mülahizələri sübut kimi qəbul edərək iddiaçının iddia tələbini rədd etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən 14 iyun 2013-cü il, 27 iyun 2014-cü il, 27 sentyabr 2016-cı il, 24 fevral 2017-ci il və 12 aprel 2017-ci il tarixlərdə ümumilikdə 15700 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Avadanlıq istismar olunmamaşdırsa ödənişlərin hansı əsasla yerinə yetirilməsi sualı cavabsız qalmış, cavabdeh heç bir sənəd, sübut təqdim etmədən ödənişlərin digər müqavilə üzrə yerinə yetirilməsini bildirmiş, məhkəmə isə cavabdehin mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı ic raat qaydasında baxılmışdır.
23. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etirazda işin faktiki hallarına istinad olunmaqla göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, mövcud sübutlara düzgün hüquqi qiymət vermişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxladığından və iddiaçı eyni dəlillərlə apellyasiya in stansiyası məhkəməsinin qətnaməsini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olm alıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmə lidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, i tirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq ed ilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər t utduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
30. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı soyuducu anbara münasibətdə təmin etməyən məhkəmələr hesab etmişlər ki, lizinq verən olan iddiaçı lizinq obyektini işlək vəziyyətdə cavabdehə təhvil vermədiyindən, həmin müqavilə üzrə lizinq ödənişlərini tələb etmək hüququna malik deyildir.
31. Bu zaman məhkəmələr aşağı sübutlara istinad etmişlər: 31.1. Cavabdehin, iddiaçı ASC-nin və "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 2 9 yanvar 2011-ci il tarixli “Təhvil-təslim barədə” akta görə 19 yanvar 2011-ci il tarixli müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Həmin aktdan həmçinin görünür ki, soyuducu kamera avadanlıqlarından aşkar edilmiş nöqsanların aradan qaldırılması iddiaçı ASC tərəfindən "xxxx" MMM-ə tapşırılmışdır. 31.2. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 27 noyabr 2010-cu il tarixli akta görə, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, divardan etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi al ınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır (bu akt tərəflər arasında müqavilə bağlanan tarixdən əvvələ aiddir). 31.3. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 07 noyabr 2012-ci il tarixli aktdan görünür ki, soyuducu anbara yığılmış məhsulları uzun müddətə saxlamaq mümkün olmadığı üçün avadanlığın (41/12 nömrəli, 29 iyun 2012-ci il tarixli müqavilədə göstərilən texniki təsnifata uyğun olaraq) atmosfer kontrol hissəsinin bir hissəsi gətirilib və soyuducu anbarın həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılır, hazırda soyuducu anbar nasaz vəziyyətdədir, məhsul vurulmayıb, bütün kameralar boşdur. 2012-ci ilin İV rübün axırına cavabdehin borcu 40087 manat təşkil edir və o, həmin borcu soyuducu işə düşdükdən sonra ödəməyi öhdəsinə götürür. Soyuducu anbara yığılmış məhsulları uzun müddət saxlamaq mümkün olmadığı üçün 29 iyun 2012ci il tarixdə müqavilədə göstərilən əlavə avadanlığın quraşdırılması işləri aparılmışdır. 31.4. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 23 noyabr 2013-cü il tarixli aktdan görünür ki, soyuducunun soyutma sistemi faktiki işlə yir, lakin sistemə mayeni nəql etdirən 2 ədəd nasosdan birinin aşağı hissəsində boru xəttinə qoşulan hissədə buzlaşma aşkar olunur. Cavabdeh həmin aktda qeyd etmişdir ki, soyuducu 2009-cu ildən bəri normal işləməyib, soyuducuya məhsul vura bilmir, vurduğu məsul da tez zamanda xarab olur. 31.5. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 23 noyabr 2013-cü il tarixli digər aktdan görünür ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi 29 iyun 2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Cavabdeh bu aktda qeyd etmişdir ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin "xxxx" üzrə ödənişləri etməyəcək. 31.6. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri 12 iyul 2014-ci il tarixli digər akta görə, soyud ucu kameralarda qurulmalı olan atmosfer kontrol hissələr quraşdırılmayıb, müqavilədə göstərilən 8 ədəd nəmləndirici qurğu yenilənməmiş, əvvəlki müqavilə şərtlərinə nəmləndiricilər olduğu kimi saxlanılmış, müqavilədə göstərilən 9 ədəd qapı yenilənməmiş, zəruri avadanlıqlar gətirilmiş, lakin hələ quraşdırılmamış, kameralarda müqavilə üzrə görüləcək işlər tam başa çatdırılmadığı üçün avadanlıqlar tam gücü ilə işə salınaraq sahibkara təhvil verilməmişdir, quraşdırılma işləri tam başa çatdıqdan sonra təhvil təslim işləri aparıla bilər. 31.7. İddiaçı ASC-nin Şəmkir regional nümayəndəliyi tərəfindən cavabdehə ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə məxsus soyuducu anbardan sökülən soyuducu avadanlıqlar həmin Nümayəndəliyin anbarında saxlanılır. 31.8. İddiaçı ASC tərəfindən tərtib edilmiş “500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalından” görünür ki, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018- ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş və müəyyən edilmişdir ki, soyuducu kamerada nöqsanlar var.
32. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları qiymətləndirərkən, mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət etməmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
33. Belə ki, tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Li zinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərin yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilənin 3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqlardan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. Müqavilənin 3.9-cu bəndinə əsasən isə lizinq alan avadanlığa texniki qulluq və təmir xidmətlərini öz vəsaiti hesabına həyata keçirir.
34. İddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini Mülk i Məcəllənin 441.1 və 441.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Mülki Məcəllənin həmin müddəalarına görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, iş materiallarında olan Təhviltəslim barədə 29 yanvar 2011-ci il tarixli aktda “Qeyd” olaraq göstərilmişdir ki, lizinq müqa viləsinin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Məhkəmə bu nöqsanları iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi icra edilməməsi kimi qiymətləndirmişdir.
37. Lakin, həmin aktda həmçinin qeyd olunmuşdur ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən, tutumu 50 ton olan soyuducu kameranın tərkibinə məxsus texnoloji avadanlıq quraşdırılmış və komplekt halda, istifadəyə hazır təhvil-qəbul edilmişdir. Aktda olan cədvələ görə soyuducu kameralar 9 otaqdan ibarət olmaqla, 3 cihazla təmin edilmişdir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki mübahisəyə Mülki Məcəlləni n 441.2-ci maddəsinin tətbiqi üçün aktın qeyd hissəsində göstərilən nöqsanların iddiaçı tərəfindən müqavilənin şərtləndirilmiş qaydada icra olunmama kimi qiymətləndirilməsinə əsas olduğu araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu hala dair hər hansı hüquqi qiymət verilməmişdir.
39. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilsə də, ekspertin rəyində avadanlıqların ekspertiza tədqiqatı zamanı istifadəyə yararlı olmaması göstərilmişdir. Həmin zaman ekspertin qarşısında soyuducu kamera avadanlıqları təhvil verilərkən aktda göstərilən nöqsanların həmin avadanlıqların istismara yararsızlığına səbəb olub-olmamasına dair mühüm halla bağlı suallar qoyulmamışdır.
40. Həmçinin nəzərə almaq lazımdır ki, soyuducu anbarla bağlı növbəti akt təhviltəslimdən təxminən 1 il 10 ay sonra, 07 noyabr 2012-ci il tarixdə tərtib olunmuş və həmin aktda avadanlığın atmosfer kontrol hissəsinin bir hissəsi gətirilməsi və həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılması qeyd olunmuşdur. İşdə olan növbəti aktlarda da, soyuducu kameraların normal işləməsi üçün zəruri olan ehtiyat hissələrin gətirilməsi, lakin quraşdırılmaması və avadanlıqların tam yararlı hala gətirilməməsi qeyd olunmuşdur. Bununla belə, həmin aktların bəzilərində cavabdehin soyuducu kameralardan (onların bir neçəsindən) olduğu kimi istifadə etməsi, kameralarda meyvə saxlanılması qeyd olunmuşdur.
41. Nəhayət, iddiaçının 12 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, lizinq predmeti sökülərək, ASC-nin Şəmkir regional nümayə ndəliyinin anbarına təhvil verilmişdir. Lakin avadanlıqların nə vaxt və hansı vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə sübutlar iş materiallarına əlavə olunmamışdır.
42. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin düzgün həlli üçün ilk olaraq lizinq predmeti olan avadanlıqlar cavabdehə təhvil verilən zaman, istifadəyə yararlı olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, aktda göstərilən nöqsanlar mövcud olsa da, həmin avadanlıq təhvil verilərkən istifadəyə yararlı olduğu halda, tərəflər arasında bağlanmış müqavilənin 3.3, 3.8 və 3.9-cu bəndlərinə və Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən onun sonradan saz vəziyyətdə saxlamağa, texniki qulluq və təmir xidmətlərini aparmağa görə məsuliyyət cavabdehin üzərinə düşür və avadanlıqların işləməməsi (lazımi qaydada i şləməməsi) lizinq alanı lizinq ödənişləri etmək vəzifəsindən azad etmir.
43. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, lizinq predmetinin 10 ildən artıq müddətdə cavabdehin sahibliyində və istifadəsində qalmasını, iddiaçı müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu halda, cavabdehin bu müddət ərzində Mülki Məcəllənin 421-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi prosedurlara başlamamasını nəzərə almamışdır.
44. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyət li məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sad əcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
47. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən lizinq predmetinin təhvil-təslim zamanı yararlı olub-olmamasını müəyyən etmək, həmin zaman və sonrakı dövrdə müəyyən olunan nöqsanlara görə məsuliyyətin tərəflərdən hansının üzərinə düşməsini araşdırmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, tərəflərdən hansının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə məsuliyyət daşımasını müəyyən etməli, cavabdehin özdəliyini icra etməməsi müəyyən edildiyi halda, lizinq avadlanlıqlarının lizinq alana qaytarılması nəzərə alınmaqla, onun həmin müqavilə üzrə iddiaçıya olan borcun məbləği müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmi n etməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2023-cü il tarixli, 2(103)-2197/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.