Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-695/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun və cərimənin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun və cərimənin tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-471/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2012-cı il 6 dekabr tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3622.80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1816.90 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 1816.90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulm uş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87.003,29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43.501,65 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 43.501,64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 2014-cü il 1 6 sentyabr tarixli pretenziya məktubundan görünür ki, 2014-cü il 1 sentyabr tarixinədək yaranmış 4103 manat borcun ödənilməsi tələb edilmişdir. 4. "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 2016-cü il 14 iyun tarixli pretenziya məktubundan görünür ki, 2016-cı il 1 iyun tarixinə gecikdirilmiş 28.751,54 manat borcun ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti(bundan sonra-"xxxx") 2017-ci il 1 avqust tarixində Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı cavabdehdən 23.965,92 manat əsas borc, 17.922,15 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 41.918,07 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və müqavilənin ləğv edilərək, lizinq obyekti olan 52 ba ş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir.
6. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2012-ci il 06 noyabr tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələr (bundan sonra-“104-LD/12 və 50-LD/13 saylı müqavilə”) üzrə yaranmış 23.965,92 əsas borc, 40.189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 104-LD/12 və 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ö dəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 45.318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 2020-ci il 4 fevral tarixinədək 23.965,92 manat əsas borc, 40.189,63 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“Mülki Məcəllə”) 427.3, 445.2.1, 748-1.12.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra - “Mülki Prosessual Məcəllə”) 40.2-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil(bundan sonra-Vəkil”) vəsatətlə məhkəməyə müraciət edərək ekspertiza təyin edilməsini xahiş etmişdir.
10. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2017-ci il 15 noyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra-“Məhkəmə Ekspertizası Mərkəzi”) həvalə edilmişdir.(hakim -V.Həsənov)
11. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 2017-ci il 20 iyun tarixinədək Aqrolizinqə ümumi 41.888,08 manat borcu vardır.
12. Cavabdeh 2020-ci il 16 yanvar tarixində vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir.
13. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2(008)104/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Aqrolizinqin xeyr inə cavabdehdən 23.965,91 manat əsas borc, 4000 manat dəbbə pulu, cəmi 27.965,92 manat borc və 30 manat dövlər rüsumu, ümumilikdə 27.995,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.(hakim-Z.Hacıyev)
14. Cavabdeh 2021-ci il 25 fevral tarixində qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2(103)-4062/2021 saylı qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.(sədrlik edən-X.Mərdanova, hakimlərE.Həsənov və F.Babayev)
16. Cavabdeh 2021-ci il 22 iyun tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2(102)-4873/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.(sədrlik edən V.Həsənov, hakimlər –Ə.Əhmədov və İ.Şəfiyev)
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2(103)-10842/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2(008)-104/2020 saylı qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir ( sədrlik e dən-İ.Şirinov, hakimlər T.Səmədov və A.Tanrıverdiyev).
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli, 2-2(113)-1200/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 23.965,92 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 24.965,92 manat pul və 11,40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-yə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləgin 60 manat məbləğinin cavabehdən, 90 manat məbləğinin isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.( hakim-Z.Pirverdiyev).
20. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən müqavilə ü zrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqaviləyə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, onun iddiaçıya olan borcu 23.965,93 manat gecikdirilmiş borc və hesablanmış 17.922,15 manat cərimə borcu təşkil etmişdir.
21. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 104-LD/12 saylı və 50-LD/13 saylı lizinq müqaviləsi üzrə iddiaçıya olan gecikdirilmiş borcu təsdiq olunduğundan 23.965,93 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. İddiaçı 40.189,63 manat dəbbə pulu tələb etsədə ekspert rəyi ilə dəbbə pulunun məbləgi 17.922,15 manat müəyyən olunmuşdur. Tələb olunan dəbbə pulu məbləği yaranmış 23.965,93 manat borc mə bləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.
23. Hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsini nəzərə alaraq ödənilmiş 30 manat dövlət rüsumun 11,40 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,60 manat məbləğ iddiaçının özünə aid edilməlidir.
24. İş üzrə keçirilmiş Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğin 60 manat məbləği cavabdehdən, 90 manat məbləği isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
25. Məhkəmə öz qətnaməsini Mülki məcəllənin 467, 747.1, 748-10.1-ci, Mülki prosessual məcəllənin 14.2, 80, 119.2, 217.3, 217.4-cü maddələr inə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun təmin edildiyi hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı “Aqrosevis” 2022-ci il 22 iyun tarixində vəsatətlə məhkəməyə müraciət edərək, bağlanmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüldüyünü bildirmiş, ona görə də Aqrar Kredit və İnkişaf Agentliyinin işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli qərardadı ilə iddiaçı prosessual hüquq varisi Azərbayc an Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-471/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, tərəflər arasında iki lizinq müqaviləsi bağlanmışdır.
31. Müqavilələrdən görünür ki, iki müqavilə üzrə ilkin ödənişlər çıxılmaqla cavabdeh tərəfindən cəmi 45.318,54 manat (1.816,90 manat+43.501,64 manat) ödəniş edilməli idi.
32. İş materiallarından görünür ki, borcla bağlı cavabdehə 2014-cü il 16 sentyabr tarixli və 2016-cı il 14 aprel tarixli pretenziya məktubları göndərilmiş, borc ödənilmədiyindən iddiaçı 2017-ci il 1 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan sənədlər (maliyyə arayışı məlumatları) 104LD/12 və 50-LD/13 saylı lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 20 iyun tarixinə Aqrolizinqə olan əsas borcu 23.965,93 manat, cərimə borcu 17.922,15 manat olmaqla, ümumi borcu 41.888,08 manat müəyyən edilir. Rəyə əsasən cavabdeh tərəfindən iki müqavilə üzrə ödəniş qrafikləri əsasında ödənilməli olan məbləğdən 21.352,62 manat ödəniş həyata k eçirilmişdir.
34. İddiaçı tərəfindən təqdim edilmiş, iş materiallarının 1-ci cildinin 96-cı vərəqinə əlavə edilmiş maliyyə arayışında da cavabdehin qrafiklər üzrə ödənişlərinin ümumi məbləğinin 21.352,62 manat olduğu qeyd edilmişdir.
35. İddiaçı tərəfindən məhkəməyə tələb edilən 40.189,63 manat cərimənin hansı qaydada hesablanması ilə bağlı cədvəl təqdim edilmişdir.
36. Cavabdehin iddiaya etirazı bundan ibarət olmuşdur ki, cavabdehin lizinq şirkətinə qalıq borcu düzgün hesablanmamış, 80.000 manata yaxın məbləğ ödənildiyi nəzərə alınmamış, 13 baş heyvan tələf olmuş, həmin heyvanlara görə iddiaçı "xxxx" ASC –dən sığorta pulu almışdır.
37. Cavabdeh "xxxx" ASC tərəfindən cavabdehə lizinqə verilmiş və tələf olmuş mallara görə iddiaçıya hansı məbləğdə sığorta ödənişi ödənilməsi ilə bağlı məhkəmə yə hər hansı sübut təqdim etməmişdir.
38. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, lizinq müqavilələrinə əsasən tərtib edilmiş qrafiklər üzrə nağd olaraq 2013-cü il 8 may tarixində 604 manat, 2013-cü il 9 iyul tarixində 3500 manat, 2013-cü il 13 avqust tarixində 604 manat, 2013-cü il 4 oktyabr tarixində 4105 manat, 2013-cü il 4 noyabr tarixdə 4103 manat, 2014-cü il 27 yanvar tarixdə 4105 manat vəsait ödənilmişdir.
39. Cavabdeh tərəfindən sığorta haqqı ödənişləri, heyvanların saxlanma xərci ilə bağlı təqdim etdiyi mədaxil qəbzləri məhkəmə tərəfindən lizinq borcu üzrə ödəniş kimi qəbul edilməmişdir. 40. "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilsə də, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və mübahisə ilə bağlı məhkəməyə yazılı iza hat göndərməmişdir.
41. İddiaçının Sabunçu rayon Məhkəməsinə ünvanlanmış 2020-ci il 5 fevral tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə lizinqə verilmiş və tələb olmuş 22.745,06 manat dəyərində 13 baş damazlıq heyvandan 4 baş heyvana görə "xxxx" ASC tərəfindən 4.785,61 manat məbləğində sığorta ödənişi ödənilmiş, həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna yönəldilmişdir. 12.301,43 manat məbləğində 7 baş heyvanın sığorta hadisələri "xxxx" ASC tərəfindən araşdırılaraq baxımsızlıq və təsərrüfatsızlıq səbəbindən sığorta ödənişlərindən imtina edilmiş, 1.745,66 manat məbləğində 1 baş heyvanın tələb olması barədə sənədlərin cavabdeh tərəfindən sığorta hadisəsindən uzun müddət (6-8 ay) keçdikdən sonra "xxxx" ASC-nin sığorta şirkətinə müraciəti cavabsız qalmış, 1.769,25 manat məbləğində 1 baş heyvanın tələf olması barədə sənədlər isə sahibkar tərəfindən ümumiyyətlə təqdim edilməmişdir.
42. İddiaçı lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən cavabdehdən öhdəliyin ödəniş qrafikinə uyğun həyata keçirilməməsinə görə dəbbə pulu tələb etməyə haqlı olsa da, öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehin ödəməli olduğu dəbbə pulunun məbləği 40.189,63 manat deyil, ekspert rəyinə əsasən 17.922,15 manat müəyyən olunduğundan və bu məbləğ borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, azaldaraq 1000 manat həddində müəyyən edilməlidir.
43. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
44. Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 nömrəli ekspert rəyi məhkəmənin razılaşmaması üç ün apellyasiya şikayətində hər hansı əsaslı dəlil qeyd etməmişdir. Apellyasiya şikayətində istinad edilmiş 2013-cü il 27 mart tarixli 285552 saylı (damazlıq heyvanların üstəlik xərci), 2013-cü il 28 mart tarixli 286665 saylı (damazlıq heyvanların saxlanma xərci), 2013-cü il 8 aprel tarixli 288798 saylı (sığorta haqqı), 2013-cü il 8 may tarixli 357220 saylı (sığorta haqqı) kassa mədaxil qəbzlərində ödənişin təyinatı fərqli olduğundan həmin ödənişlərin cavabdehin lizinq borcundan çıxılmaması pozuntu hesab edilə və təkrar ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.
45. Lizinq müqavilələri üzrə əsas borcun tam ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən qətnamə cavabdehdən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində də əsaslı hesab edilir.
46. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, məhkəmə tələf olmuş heyvanlara görə sığorta ödənişinin məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş məktubla kifayətlənmiş, bununla bağlı üçüncü şəxsin mövqeyini nəzərə almamışdır.
47. Mülki Prosessual Məcəllənin tələbinə əsasən lizinqə verilmiş və tələf olmuş heyvanlara görə "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin məbləğinin iddiaçının qeyd etdiyi məbləğdən artıq olduğunun sübut edilməsi (sübut etmə yükü) cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bu barədə məhkəməyə sübut təqdim etmədiyindən məhkəmənin iş materiallarında mövcud olan sübutlar əsasında qətnamə qəbul etməsi pozuntu hesab edilə bilməz. "xxxx" ASC mübahisə ilə bağlı hər hansı mövqe bildirmədiyindən məhkəmə tərəfindən üçüncü şəxsin mövqeyinin nəzərə alınmadığına dair mülahizə də əsassız hesab edilir.
48. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, cavabdehə tələb edilən borc məbləği ilə bağlı iddiaçı tərəfindən pretenziya məktubu göndərilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməməsi iddianın rədd edilməsi üçün deyil, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsas ola bilərdi.
49. İş materiallarından görünür ki, hazırkı halda gecikdirilmiş borcun ödənilməsi ilə bağlı cavabdehə iddiaçı tərəfindən iki dəfə, sonuncu dəfə 28.751,54 manat məbləğində borcla bağlı 2016-cı il 14 iyun tarixində pretenziya göndərilmiş, həmin məktubların surətləri iş materiallarına ə lavə edilmişdir. (1-ci cild 11-ci və 137-ci vərəqlər). İşə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılarkən cavabdeh məhkəməyə pretenziya məktublarını almaması və bu əsasla iddianın baxılmamış saxlanılmasına dair vəsatətlə müraciət etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı pozuntuya yol verildiyi müəyyən edilmir.
50. Məhkəmə öz qətnaməsini Mülki Məcəlləsinin 385.1, 445.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci, Mülki Prosessual məcəllənin 14.2, 77.1, 102.2, 259.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
51. Qətnamə 2022-ci il 18 iyul tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
52. Cavabdeh 2022-ci il 14 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
53. Mülki Məcəllənin 462.2-ci maddəsinin tələbi pozulmuşdur. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməməsini tələb edə bilməz. Məhkəmə tərəfindən 1.000 manat dəbbə pulunun tutulması qət edilmişdir. Hesab edir ki, məhkəmə düzgün hesablama aparmadığından iddiaçıya borc qalmadığından dəbbə pulu da tutula bilməz.
54. Mülki Məcəllənin 442-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinin tələbi pozulmuşdur: Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İş hələ Sabunçu Rayon Məhkəməsində olarkən ekspertiza təyin olunması barədə vəsatət vermişdik, həmin vəsatətə ödənilmiş pullarla bağlı kassa mədaxil qəbzləri əlavə etmişdik. Lakin həmin qəbzlərə ekspertin rəyində öz əksini tapmamışdır və məhkəmə həmin kassa mədaxil qəbzlərə hüquqi qiymət verməmişdir. Sabuncu Rayon Məhkəməsində hakim Zaur Hacıyevin icraatında mülki iş olarkən düzgüm hesablanma aparılmadığından təkrarən ekspertiza keçirilməsi barədə 2020-ci il 16 yanvar tarixində vəsatət vermişdik, lakin vəsatət təmin olunmamışdır. Məhkəməyə dəkdim edilmiş 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 1.498, 35 manat ödənilmişdir, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 8 000 manat ödənilmişdir, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 7000 manat ödənilmişdir, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 3525 manat ödənilmişdir. Lakin, cavabdehə əlavə ödənilmiş 20.023,35 manat nəzərə alınmamışdır. Daha sonra iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında olarkən mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdik. Lakin, yenə də vəsatət təmin edilməmişdir.
55. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1 məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydada əməl etməmişsə və bu qaydanı tətbiq imkanı itirilməmişsə; Mülki iş materiallarında olan müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və həlli 30 gün müddətində danışıqlar yolu ilə, mümkün olmadıqda məhkəməyə müraciət olunacaq. Göründüyü kimi, tərəflər məhkəmədən əvvəl pretenziya ilə müraciət etməlidirlər. Lakin, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 23.965,92 manat əsas və sair tələblə bağlı cavabdehə müraciət etməmişdir.
56. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbi pozulmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mə hkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Cavabdehin Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş 2020-ci il 5 fevral tarixli məktubundan göstərilmişdir ki, guya sığorta ilə bağlı 4.785, 62 manat məbləğində sığorta ödənişi təmin edilmiş həmin məbləğ cavabdehin ərizəsi əsasında borcuna silinmişdir. Göstərilmiş 4.785,62 manat məbləğ iddiaçı tərəfindən silinməsi göstərilsə də ekspertin rəyində öz əksinin tapmamışdır və ümumiyyətlə silinmə ilə bağlı Cavabdeh ərizəsi məhkəməyə təqdim edilməmişdir. Hesab edirəm məhkəmə yalnız iddiaçının məhkəməyə sığorta ilə bağlı təqdim etdiyi məktubla kifayətlənməməli idi, 3-cü şəxsin mövqeyini nəzərə almalı idi. Həmin məktuba göstərilmişdir ki, 13 baş damazlıq heyvandan 4-ü ilə bağlı sığorta pulu alınıb, 7 heyvanla bağlı( 12.301,43 manat) imtina olunması göstərilmiş, 1 baş heyvanla bağlı(1.745,66 manat) "xxxx" ASC ləğv olunması ərəfəsində olduğundan cavabsız qalmış, 1 baş heyvanla bağlı sənədlərin sahibkar tərəfindən təqdim edilmədiyi göstərilmişdir. Lakin göstərilən dəlilərlə bağlı iddiaçı tərəf heç bir sənəd təqdim etməmişdir, çünki həmin heyvanlarla bağlı iddiçı tərəf pul almışdır. Həmiçinin sığorta şirkətinin ləğv olunması imtina üçün əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
58. Şikayətin əsas borc üzrə düzgün hesablama aparılmadığından cərimə borcunun tutula bilinməməsinə dair dəlili də əsassızdır. Halbuki, qətnaməyə nəzər yetirdikdə apellyasiya məhkəməsinin gecikdirilmiş əsas borcun müəyyənləşdirilməsi məqsədilə ətraflı araşdırma apardığı açıqca görünür. Belə ki, məhkəmə qətnamədə gecikdirilmiş borc məbləğinin yaranmasının sadə riyazı hesablama aparmaqla belə müəyyən etməyin mümkünlüyünü göstərmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alan a əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymət ləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə 89.3 Yazılı sübutlar 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. “Maddə
102. Əlavə və təkrar ekspertiza... 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və ə saslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-471/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
65. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən, lizinq müqavilələrinə ə sasən tərtib edilmiş qrafiklər üzrə nağd olaraq 2013-cü il 8 may tarixində 604 manat, 2013-cü il 9 iyul tarixində 3.500 manat, 2013-cü il 13 avqust tarixində 604 manat, 2013-cü il 4 oktyabr tarixində 4.105 manat, 2013-cü il 4 noyabr tarixdə 4.103 manat, 2014-cü il 27 yanvar tarixdə 4.105 manat vəsait ödənilmişdir. Həmçinin cavabdeh tərəfindən ödənilmiş digər ödənişlər-sığorta haqqı ödənişləri, heyvanların saxlanma xərci ilə bağlı təqdim etdiyi mədaxil qəbzləri məhkəmə tərəfindən lizinq borcu üzrə ödəniş kimi qəbul edilməmişdir.
66. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
67. Məhkəmələr qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini sübut kimi qəbul etsələr də, ekspertin rəyindən tədqqiqat aparıl arkən cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinin hamısının nəzərə alınmadığı aydın olur. Cavabdehin apelyasiya və kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 1.498, 35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 3525 manat, cəmi 20.023,35 manat ekspert tədqiqatı aparılarkən nəzərə alınmamışdır. Apelyasiya məhkəməsi tərəfindən isə həmin dəlillərə müfəssəl və adekvat hüquqi qiymət verilməsi təmin edilməmiş, həmçinin rəydən ekspertin cavabdehin borcunu hansı qaydada və h ansı sənədlərə əsasən hesabladığını da müəyyən etmək olmur. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı və digər sübutlarla birlikdə məhkəmələr tərəfindən qiymətləndirilməli olduğu nəzərə alınarsa, həmin rəyin mötəbərliyi işdəki digər sübutlarla da təsdiq edilmir.
68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan qəbzlər ksero surətdir və məhkəmələr tərəfindən işə baxılarkən onların əsillərinə baxış keçirilibkeçirilmədiyi iş materiallarından aydın olmur.
69. Bundan əlavə cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmamışdır
70. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin (MM 748-10.1-ci maddəsi) tələblərinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir və lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
71. İş materiallarına əsasən isə hər iki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği (3.622,80 + 87.003,29) 90.626,09 manat təşkil edir və sadə riyazi toplama aparan zaman məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2013-cü il 13 mart tarixində 15.000 manat, 2013-cü il 27 mart tarixində 28.501,65 m anat, 2013-cü il 27 mart tarixində 1.498,35 manat, 2013-cü il 28 mart tarixində 8.000 manat, 2013-cü il 8 aprel tarixində 7.000 manat, 2013-cü il 8 may tarixində 3.525 manat, 2013-cü il 9 iyul tarixində 3.500 manat, 2013-cü il 13 avqust tarixində 604 manat, 2013-cü il 4 oktyabr tarixində 4.105 manat, 2013-cü il 4 noyabr tarixində 4.103 manat, 2014-cü il 27 yanvar tarixində 4.105 manat, cəmi 79.942 manat vəsait ödənilmişdir.
72. Mübahisələndirilən qətnamədən isə cavabdeh tərəfindən aparılmış bütün ödənişlərin mülki qanunvericiliyin istinad olunan normalarının tələbləri nəzərə alınmaqla qiymətləndirildiyi görünmür və lizinq verən tərəfindən cavabdehin apardığı ödənişlərin bəzilərinin lizinq ödənişlərinə aid edilməməsinə apellyasiya məhkəməsi işə baxan zaman düzgün hüquqi qiymət verməmiş və b irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. 73. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
75. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, kassa mədaxil qəbzlərinin əslləri, yaxud onların lazımi qaydada təsdiq edilmiş surətləri əldə olunaraq iş materiallarına əlavə edilməli, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin iştirakı təmin edilərək, işin halları (aparılmış sığorta ödənişləri) barədə mövqeyi, edilmiş sığorta ödənişlərinin məbləği dəqiqləşdirilməli, cavabdehin apardığı ödənişlər isə Mülki Məcəllənin 748-10-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməklə, mübahisənin qanuni həlli təmin edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tari xli 22(103)-471/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.