Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2300/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2300/2023 (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X39 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-637/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X16 (vəkil X25) tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 18 iyul 2011-ci il tarixli, 38 №-li əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X6 kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. 2. “Yazıçılar Poliklinikasının fəaliyyətində aşkar olunmuş nöqsanlar barədə” xx.xx.2017-ci il tarixli Əmrə əsasən, Yazıçılar Poliklinikasının işində yaranmış ciddi nöqsan və çatışmazlıqlara görə poliklinikanın baş həkimi X11 qızına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hiss əsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Yazıçılar Poliklinikasının baş həkimi Nərgiz RüstəmxanlıCəfərovaya poliklinikanın tibb bacısı vəzifəsindən Əmək Məcəlləsinə zidd olaraq işdən azad olunan X19 işə bərpa olunması, qanunvericiliyə zidd olan işə qəbul hallarının və pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün 1 ay müddətində zəruri tədbirlər görülərək nəticəsi barədə məlumat təqdim olunması tapşırılmışdır. 3. xx.xx.2019-cu il tarixli Əmrə əsasən, Əmək funksiyalarını yerinə yetirmədiyinə və intizam qaydalarını pozduğuna görə Yazıçılar Poliklinikasının baş həkimi X15 qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
4. Yazıçılar Poliklinikasının HİK-nin xx.xx.2022-ci il tarixli, 03 nömrəli Protokoluna əsasən, İddiaçı şiddətli töhmət ilə işdən azad edilməsinə qərar verilmişdir. Protokoldan görünür ki, protokol yalnızca HİK-nin sədri X27 tərəfindən imzalanmışdır.
5. İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X7 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmrinə əsasən X8 şöbəsinin müdiri İddiaçı ilə bağlanmış 110 nömrəli Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Vəzifədən azad etməyə əsas kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı xx.xx.2022-ci il tarixli m əktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, Yazıçılar Poliklinikasının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə əsasən onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbləri nəzərə alınmamış, 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri də pozulmuş, son haqq-hesabının hesablanaraq ödənilmədiyi də müəyyən edilmiş və bununla da qanun vericiliyin tələblərinin pozulduğu aşkar olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Yazıçılar Poliklinikasının baş həkimi X11 qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 14 iyun 2022-ci il tarixli MN0020544 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabının 10 gün ərzində hesablanaraq ödənilməsinin təmin edilməsi ilə bağlı Yazıçılar Poliklinikasının baş həkimi X11 qızına göstəriş xarakterli məktub ünvanlanmışdır.
7. MN0020544 saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərara əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsini n tələbləri nəzərə alınmamış, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə X11 qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 2.000 manat məbləğində cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X7 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilməklə İddiaçı Şərafəddin qızının İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X6 kadrlar şöbə sinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı – xx.xx.2022-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixindən əmək haqqı və 100 manat həcmində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı 18 iyul 2011-ci il tarixli, 38 №-li əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X6 kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Bundan əvvəl müxtəlif idarə və müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə əmək fəaliyyətində heç bir qanun pozuntusuna, inzibati xətaya yol verməmiş və bu səbəbdən də intizam məsuliyyətinə cəlb olunmamışdır. X9 kadrla r şöbəsinin müdiri işlədiyi 11 il ərzində hər hansı formada əmək qanunvericiliyinin pozulması, tutduğu vəzifəni layiqincə yerinə yetirməməsi, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və hər hansı inzibati xətaya yol verilməsi halları baş verməmişdir. İddiaçı icbari Tibbi Sığorta üzrə X37 Ərazi Bölmələrini İdarəetmə X7 baş həkimi X18 xx.xx.2022-ci il tarixli 49K №-li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) tutuduğu vəzifədən azad edilmişdir. İddiaçı müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi asaslar baxımından əsasızdır və əmr baş həkimin qərəzli mövqeyini ifadə edir. Həmin əmrdə əsas: İddiaçı ərizəsi, sonra i sə Baş Həkimin sərəncamı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə qeyd edilmişdir. Faktiki olaraq həmin əmr qeyd olunduğu kimi əmək funksiyasını və ya əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədiyinə görə deyil, X4suz hərəkətlərindən İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməsi olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı şikayət ərizəsi ilə əlaqədər X24 Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik idarəsinə dəvət olunub və iddiaçının şikayət ərizəsində göstərdiyi cinayət əməlləri ilə bağlı izahatı alınmışdır. Bundan sonra o, dərhal poliklinkaya gələn kimi İddiaçı “ərizə yaz işdən azad ol“ deyib işdən öz ərizəsi ilə azad o lmasını tələb etmiş, İddiaçı onun bu qanunsuz və əsassız tələbini qəbul etmədikdə, dərhal formal olaraq guya həmkarlar komitəsinin iclasını çağırıb, xx.xx.2014-cü il tarixdən poliklinikanın Ginekologiya kabinetində tibb bacısı işləyən X17, digər tibb bacısı Qocayevanın işə qəbulu barədə əmrin olmamasını və poliklinikanın Fizioterapiya və tibbi bərpa şöbəsinin Həkim-fizioterapevti X13 “Parenteral virus hepatitlərinin müalicəsi diaqnostikası və müalicəsi” üzrə ixtisaslaşdırma kursuna göndərilməməsi barədə əmrin olmaması və onun kursa göndərilməməsini əsas götürüb səhəri günü, yəni xx.xx.2022-ci il 49-K №-li əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən qanunsuz və əsassız azad etmiş, həmçinin əmrdə əsas kimi İddiaçı ərizəsini də qeyd etmişdir. X28, Qacayeva nın işə qəbulu barədə 116 №-li əmr və həmçinin Həkim-fizioterapevti Günel İsgəndərovanın kursa göndərilməsi barədə 190-K №-li əmr vardır. Əgər tibb bacıları Əliyeva və Qacayevanın işə qəbul edilmələri barədə əmr yoxdursa, onların uzun müddət əmək haqqı almaları təəcüb doğurur. Həkim-fizioterapevti Günel İsgəndərovanın ixtisasartırma kursuna göndərilməsi barədə əmr xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu əmrdən sonra İddiaçı əri Vaqif Rəfiyev ürək xəstəliyindən əziyyət çəkdiyindən və xx.xx.2020-ci ildə öldüyündən və İddiaçı özü uzun müddət xəstə olduğundan SN seriyalı 00006, 815103, 813585, 813620, 813668, 914714, 937767 №-li əmək qabiliyyətinin olmaması vərəqələri ilə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, həmçinin 937811, **********56, 937897, 0218804, 0230102, 0230270, ********** 399 №li əmək qabiliyyətinin olmaması vəsiqələri ilə müəyyən tarixlərdə işdə olmaması təsdiq olunur. İddiaçı əmək qanunvericiliyin tələblərini pozmadan, əmək funksiyasını və əmək müqaviləsindən gələn öhdəlikləri layiqincə yerinə yetirməsi cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli 3 №-li əmrlə təşəkkür elan edilməsində öz təsdiqini tapır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 30 oktyabr 2012-ci il tarixli 126 №-li əmrinin tələblərini pozaraq işə qəbul ilə məşğul olduğu üçün bu barədə xx.xx.2013-cü ildə ona yazılı bildirilmiş və cavabdeh də həmin sənəddə məsuliyyəti öz üzərinə götürməsi barədə imza etmişdir. Cavabdehin qərəzli mövqedən çıxış edərək Əmək Məcəlləsinə zidd olaraq işçiləri işdən azad etməsi xx.xx.2017-ci il tarixli əmrlə də təsdiq olunur. Be lə ki, poliklinkada tibb bacısı işləyən X20 Əmək Məcəlləsinə zidd olaraq işdən azad edilməsi və sonra da işə bərpa edilməsi və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən Rüstəmxanlı-X2 xəbərdarlıqla şiddətli töhmət verilməsi bunun əyani sübutudur. Baş həkim vəzifəsini icra edən sahə həkimi X14 xx.xx.2019-cu il tarixli müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi ilə bağlı tərtib edilmiş arayışla Yazıçılar Poliklinikasında baş həkim X11 qızı tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkar edilir və xx.xx.2019-cu il tarixli 77-k №-li əmrlə Rüstəmxanlı-X2 xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı tutduğu vəzifədən azad edilmə barədə əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü bəndləri həmçinin 80-ci maddənin 1 və 2-ci bəndlərinin müddəala rından irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, işəgötürən həmkarlar ittifaqı qarşısında hər hansı təqdimatla çıxış etməmiş və belə bir təqdimata baxılmamışdır. Eləcə də iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işə götürənin habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilməmiş həmçinin bu kimi halları təsdiqləyən sənəd əlavə olunmamışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Bakı Baş Polis İdarəsinə yazılan şikayətin məğzi ondan ibarət olub ki, poliknikanın sədri İddiaçı əli ilə 3 nəfərdən müxtəlif mə bləğlər alıb ki, onları Bakı şəhəri ərazisində rəhbəri olmayan poliknikalara müdir təyin etsin. Bundan sonra uzun müddət çəkib və pul verən şəxslər pullarını İddiaçı geri tələb edib. İddiaçı da X21 vətəndaşların pullarını geri istədiklərini bildirib. X24 da pulların bir qismini geri qaytarıb. Lakin 39.000 manatı geri qaytarmayıb və bildirib ki, həmin pulu geri qaytarmayacaq. Bundan sonra İddiaçı məcbur olub Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi yazıb.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, 2019-cu ildə Təbib yaradılmış və bəzi Səhiyyə müəsisələrindən başqa əksəriyyəti “TƏBİB”in tebçiliyinə verilmişdir. X22 Nazirliyindən çox Yazıçılar Birliyininin tabeliyində olan qurum olub və Yazıçılar Birliyinin üzvlərinə tibbi xidmət g östərib. Qarşı tərəf bildirir ki, Yazıçılar Poliknikasının baş həkiminə töhmət verilib və töhmət verilməsinə səbəb X18 fəaliyyətində nöqsanlara yol verməsi olub. Belə ki, elə töhmətin alınmasına da səbəbkar iddiaçının özü olub. Çünki 2019-cu ilin yanvar ayında Yazıçılar Poliknikasının baş həkimi uşağının xəstəliyi ilə bağlı xaricə getməli olmuş və bununla da bağlı Səhiyyə Nazirliyinə ərizə ünvanlayıb. Bundan sonra iddiaçı 3 ay sonra dərhal akt hazırlayıb Səhiyyə Nazirliyinə göndərir ki, guya maaşlarını ala bilmirlər. Orada bəzi işçilər də var ki, onlar maaş ala bilməyib. Onların da maaş almamalarının səbəbkarı İddiaçı olub. 2019-cu ildə X24 ölkədə olmadığı müddətdə Səhiyyə Nazirliyi tərəfindən həmin poliknikaya müvəqqəti direktor vəzifəsini icra etmək üçün İradə Səbziyeva adında şəxs təyin olunur və həmin şəxs təyin olunandan sonra müəyyən yoxlamalar aparır. Yoxlamalar nəticəsində müəyyən olunur ki, İddiaçı günahından 23 nəfər kursa gedə bilmədiyindən problemlər yaranıb və Səhiyyə Nazirliyi araşdırma aparıb ki, həqiqətəndə 23 nəfər həkim ixtisas artırma kursuna getmədiyindən həkim fəaliyyətləri dayandırılıb. Ona görə də onlara əmək haqqı yazılmayıb. 2020-ci ildə X24 ölkəyə qayıdır və öz direktor fəaliyyətini davam etdirir. Elə bu müddətdə də bu yaranmış hallar ortaya çıxır və ötən ilin sonlarında İddiaçı bir neçə korrupsiya əməlləri də ortaya çıxır. Bu hallardan biri də tibb bacılarının X21 İddiaçı onlardan hər arayışa görə 5 manat, icazəyə görə 15 manat pul almasını bildirmələri olub. Bu məsələ ortaya çıxdığına görə baş həkim İddiaçı çağırır və araşdırma aparılır. Hazırd a onda bir akt var və o aktda göstərilir ki, bəzi həkimlərin əmək müqaviləsi jurnalında adları qeyd olunmayıb və bu dövr 2011-2022-ci illəri əhatə edir. 2011-ci ildən də kadrlar şöbəsinin müdiri kimi İddiaçı işə götürülmüşdür. Bu hallar üzə çıxandan sonra X10 əlaqə saxlamış və onlar digər zəruri araşdırmalara başlamışlar. Araşdırma nəticəsində digər bir maraqlı məsələni aşkar etmişlər. İddiaçı Yazıçılar Poliknikasına təqdim etdiyi öz ixtisasını sübuta yetirən diplomu var. Həmin o diplomla bağlı Təhsil Nazirliyinə vəkil sorğusu vermiş və həmin vəkil sorğusundan müəyyən olunmuşdur ki, 2009-cu ildə verilən həmin diplom saxtadır. Yəni İddiaçı tutduğu vəzifədən heç anlayışı belə yoxdur. Bu günkü gündə İddiaçı ucbatından Yazıçılar Poliknikası hələ də əziyyət çəkir. Çünki tutduğu vəzifəsini düzgü n icra etməyib və müəyyən qanun pozuntuları edib. Etdiyi qanun pozuntuları ilə də həmin müəsissənin adına da xələl gətirib. İddiaçı öz əmək funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən azad olunub. Çünki işçilərin işə götürülüb və onların vaxtında ixtisas artırma kursuna göndərilməsi İddiaçı səlahiyyətində olan məsələ olub. 3 nəfərin işə düzəlməsi ilə bağlı X18 İddiaçı əli ilə pul alması yalandır. Çünki qarşı tərəfin vəkili də bildirmişdir ki, guya X24 o vəsaiti alıb ki, vətəndaşları boş olan poliknikalara baş həkim vəzifəsinə qoyacaq. Belə ki, X18 özü baş həkimdir. Əgər öz rəhbəri olduğu poliknikaya işə düzəldəcək desəydi bu ağılabatan olaradı. Yoxsa ki, hansısa poliknikaya baş həkim düzəldəcək deməsi absurtdur. Cünki o səlahiyyət Səhiyyə Nazirliyinin əlindədir və bunu İddiaçı da yax şı bilir. Ola bilər ki, İddiaçı kimlərdənsə işə düzəltmək adı ilə pul alıb. Lakin bunun X21 heç bir aidiyyatı olmayıb. İddiaçı ucbatından kursa gedə bilməyən həkimlərin artıq 14-nün kursa getmə məsələləri həll olunub. Yəni bugünkü gündə hələ də X24 İddiaçı etdiyi pozuntuları aradan qaldırmaqla məşğuldur. 2011-ci ildə İddiaçı Kadrlar Şöbəsinin müdiri vəzifəsinə X24 təyin edib. Burada poliknikanın baş həkiminin səhvi ondan ibarət olub ki, təqdim olunan sənədləri lazımınca yoxlamayıb. 2019-cu ilə kimi Yazıçılar Poliknikası müstəqil idi. İşçini işə götürmək və ya işdən azad etmək məsələsində müstəqil idi. Çünki Səhiyyə Nazirliyinə bir başa tabe deyildi, Yazıçılar Birliyinə tabe idi və orada olan işçilərə tibbi xidmət göstərirdi. Yazıçılar Poliknikasının baş həkimini işə təyin edən Səhiyyə Nazi rliyidir.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 25 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yol verdiyi nöqsanlara görə, həmin nöqsanları aradan qaldırmadığı üçün işdən azad edilmişdir.
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Yazıçılar Poliklinikasının baş həkim əvəzi Mətanət Məhərrəmova tərəfindən ünvanlanmış müraciət ilə bağlı həmin poliklinikada aparılan araşdırılmanın nəticəsinə dair xx.xx.2019-cu il tarixli arayışda qeyd olunmuşdur ki, Yazıçılar Poliklinikasında aparılan yoxlama göstərir ki, poliklinikada əm ək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, xüsusən Əmək Məcəlləsinin işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair tələblərinə, işə qəbulu zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2013-cü il 18 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”na riayət olunmur, əmək haqlarının hesablanmasında və ödənilməsində pozuntulara yol verilir, müəssisədə mövcud şərait sanitar-gigiyenik norma və tələblərə cavab vermir. Bundan əlavə poliklinikanın fəaliyyətində əvvəllər aşkar olunmuş kobud nöqsan və çatışmazlıqlar aradan qaldırılmamış, metodik tövsiyələrə riayət edilməmiş, əksinə eyni nöqsanlar təkrarlanmışdır. Ümumiyyətlə, həmin poliklinikanın fəaliyyəti norm ativ tələblərə uyğun təşkil olunmamışdır.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3132/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia ərizəsi qismən təmin edilmiş, İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X7 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilmiş, İddiaçı İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X7 kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının İddiaçı cavabdeh tərəfindən ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X5 tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, həmkarlar ittifaqı təşkilatının iclası barədə iddiaçıya məlumat verilməmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidməti tərəfindən yoxlanılmış və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə ə sasən xitam verilərkən Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmaması, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması müəyyən edimiş və müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə cavabdeh İddiaçı məhz xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində yol verdiyi nöqsanlara görə işdən azad etmişdir. Lakin əmək qanunvericiliyinin tələbinə əsasən işçi tərəfindən əmək və ya icra intizamının pozulması ilə bağlı xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi ümumiyyətlə verilə bilməz. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərba ycan Respublikası Əmək Məcəlləsinin 68, 70 (ç), 71, 80, 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianı işdə olan və əlavə sübutlarla və hərtərəfli araşdıraraq, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Həmkarlar İttifaqı protokolunun yalnız HİK sədri X27 tərəfindən imzalandığını qeyd etsə də, işə əlavə edilən və həmkarlar ittifaqının digər üzvlərinin də imzaladığı Akta (adı Akt qeyd edilsə də əslində bu Komitənin qərarı hesab edilməlidir) nəzər salmamış bu sübutu da araşd ırmamışdır. Həmçinin iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da tam təsdiq edilir ki, cavabdeh HİK-nın iclasını çağırmış, iddiaçının da bundan məlumatı olmuşdur. Hətta iddiaçı iclasda iştirak etmiş, orada gedən müzakirələrin maraqlarına uyğun olmadığını gördüyü üçün iclasın normal ahəngini pozaraq oranı tərk etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində HİK-nin qərarının olmadığı ilə bağlı qeyd edilənlər də həqiqəti əks etdirmir. Çünki mülki iş materiallarında yazıçılar Poliklinikası üzrə keçirilən xx.xx.2022ci il tarixli 12:00-da keçirilən iclas Aktı vardır ki, bu sənəd HİK-nin yekun qərarını özündə əks etdirir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-637/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və mə ruzəçi) Namiq Cəfərov və Elşən Kazımov) cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Yazıçılar Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3132/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçını məhz xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində yol verdiyi nöqsanlara görə işdən azad etmişdir. Lakin əmək qanunvericiliyinin tələbinə əsasən işçi tərəfindən əmək və ya icra intizamının pozulması ilə bağlı xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi ümumiyyətlə verilə bilməz. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu səbəbdən rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ali təhsilinin olmaması barədə dəlillərinə münasibətdə bildirmişdir ki, bu dəlilin hazırkı mübahisə predmetinə hər hansı bir aidiyyəti yoxdur. Bu səbəbdən həmin dəlil yoxlanılmır. Cavabdehin istinad etdiyi həmin hal işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tamamilə başqa əsası ola bilər.
22. Apellyasiya şikayətinin həmkarlar ittifaqı iclasının çağrılması və iddiaçının bu barədə xəbərdar edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda cavabdeh iddiaçının əmək müqaviləsinə xi tam verilməsi ilə əlaqədar Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsinin şərtlərinə riayət edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, həmkarlar ittifaqı təşkilatının iclası barədə iddiaçıya məlumat verilməmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidməti t ərəfindən yoxlanılmış və iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbləri nəzərə alınmaması, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması müəyyən edimiş və müvafiq qərar qəbul edilmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68(1), 70(ç), 80(1), 80(2), 80(3), 187(1), 187(2), 187(3), 300(1)-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (vəkil X25) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyada qeyd edilən normalardan da göründüyü kimi hər kəsin hüquqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Lakin, hazırki qətnamə formal çıxarılmaqla bu hüquqları da kobud şəkildə pozur. İş üzrə sübutlar dəyişilməz olsa da məhkəmə sənədlərinin bu qədər eyni olması, hətta orada istifadə olunan ifadələrin belə eyniyyət təşkil etməsi heç bir məhkəmə araşdırmasının getmədiyini, şəxsin məhkəmə müdafiəsinin pozulduğunu və şikayətə qiymət verilmədən təkrar qətnamənin çap edilib imzalandığını göstərən haldır. Daha dəqiqini desək apellyasiya məhkəməsi iş üzrə mübahisələndirilən qətnaməni və orada olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, əksinə, həm in qətnaməni nöqtə, vergülünə qədər kopyalamaqla öz qətnaməsinin daxilində yerləşdirmişdir. Hətta qətnamələrin abzaslarının bir birini ardıcıllıqla izləməsi belə eynidir.
26. Həmçinin qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutları elan edib araşdırmalı olsa da görünən odur ki, bu baş vermədiyindən məhkəmə kollegiyası sübutları ümumiyyətlə işlə əlaqələndirə bilməmişdir. Əgər məhkəmə kollegiyası sübutları elan edib araşdırmış olsaydı, o zaman tərəflərindən sübutlarla məhz iş üzrə hansı halların təsdiq olunduğunu bildirər və bu sübutların araşdırılmasında fikirlərini bildirərdilər.
27. Məhkəmə iş üzrə araşdırma apararkən sübutları qiymətləndirməlidir. Lakin, maraqlıdır ki, məhəkəmə öz qətnaməsinin 9-cu abzasında Həmkarlar Komitəsinin protokolu barədə qeyd etsə də həmin protokolun verilməsi nə əsas olan müraciət və yekun qərar barədə öz qətnaməsində bildirməmişdir. Bu isə məhkəmənin sübutlara düzgün qiymət vermədiyini göstərir. Birinci instansiya məhkəməsinə təqdim edilməklə iş materiallarına əlavə edilən cavabdehin Azərbaycan Respublikası Yazıçılar Poliklinikası Həmkarlar Komitəsinin sədri X29 xanıma ünvanlanan xx.xx.2022-ci il tarixli 33a saylı müraciətdən, həmin müraciət əsasında keçirilən xx.xx.2022-ci il tarixli iclas protokolu və həmin tarixli 01 nömrəli Akt(Qərar)dan görünür ki, məhkəmənin nöqsan kimi bildirdiyi müraciət edilmiş və Həmkarlar Komitəsinin razılığı alınmaqla Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri gözlənilmişdir. Bu isə məhkmələr tərəfindən sübutlara düzgün hüquqi qiymətin verilmədiyini göstərən haldır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
28. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
29. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 68 (2-ci hissəsinin “a” bəndi).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
31. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 71. (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
35. Maddə 80. (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
36. Maddə 80. (2-ci hissə). Həmkarlar ittifaqının üzvü ola n işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
37. Maddə 80. (3-cü hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
38. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin s ənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
39. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqavi ləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
40. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
41. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditin in (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
42. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifə sinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
44. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını ə saslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 5
6. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmiş, məhkəmənin iddianı təmin etməkdə haqlı olması qənaətinə gəlmişdir.
62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırma ğa lüzum yoxdur.
64. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
68. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərar ın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İcbari Tibbi Sığorta üzrə X34 Ərazi Bölmələrini İdarəetmə X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-637/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.