Məhkəmə qərarları › İş №2(102)-2308/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2308/2022

25.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2308/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-2308/22 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı tələbi, həmkarlar təşkilatının razılığının olmaması) Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər N azirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1rşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2408/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Lənkəran Regional X6 kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Məmmədkəhim oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lerik Rayon Meşə Təsərrüfatı və Bərpası Müəssisəsinin direktorunun 08 may 2018-ci il tarixli 78 saylı əmri ilə Lerik rayon Vizəzəmin Meşəbəyliyinin 14 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin olunub.

2. Lerik Rayon Meşə Mühafizəsi və Bərpa sı Müəssisəsinin direktorunun 01 avqust 2018-ci il tarixli 104 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilib.

3. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı oğlu (bundan sonra “iddiaçı”) X8 Təsərrüfatı Mərkəzinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lerik rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun 01 avqust 2018-ci il tarixli 104 saylı əmrinin ləğv edilib əvvəlki işinə bərpa edilməklə, işdən çıxarıldığı gündən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iki il müddətdən çox keçmə sinə baxmayaraq iddiaçı işdən çıxma barədə əmrini ala bilməmiş, nəhayət, 2020-ci il dekabr ayının 28-də əmri X8 Təsərrüfatı Mərkəzindən ala bilmişdir.

6. Lerik rayon Meşə Mühafizəsi və Meşə X2 X8 Təsərrüfatı Mərkəzinə birləşmiş və səlahiyyətləri də X8 Təsərrüfatı Mərkəzinə keçmişdir. X8 Təsərrüfatı Mərkəzi yaranandan sonra da iddiaçı bir neçə ay işini orada davam etdirmişdir.

7. Sonradan iddiaçıya deyilmişdir ki, guya X9 və Bərpası Müəssisəsi onun işdən azad olunmağı barədə əmr vermiş və o, işdən azad edilmişdir. Əmrin əsası kimi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi göstərilsə də, bunun üçün həmkarlar təşkilatının razılığı alınmamışdır. Belə ki, iddiaçı cavabdehə bu barədə müraciət edib və verilmiş cavabdan məlim olub ki, bu barədə həmkarlar təşkilatının qərarı yoxdur.

8. İddiaçı əm rin surətini son günlərdə əldə etdiyindən iddia müddətinin keçməsi üzrlü hesab edilməlidir. Belə qənaətə gəlmək olar ki, əmr sonralar köhnə tarixə yazılmışdır. Yoxsa, iddiaçının bir neçə ay Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzində işləməyinə imkan verilməzdi.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 71, 186, 188 və 3**-cü maddələrinə istinad etmişdir.

10. Cavabdehin nümayəndəsi hər hansı dəlil göstərmədən iddiaya etiraz etmişdir.

11. Lənkəran rayon Məhkəməsinin 2(049)-809/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Lerik rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şakir Lətifovun “Vizəzəmin meşəbəyiliyinin 14 saylı meşə dolayı gözətçisinin dolayda aşkar olunmuş qanunsuz qırıntıya görə Azərbaycan Respublikası Əmək Məc əlləsinin 70-ci maddəsinin ç bəndi ilə İddiaçı işdən azad olunması” barədə əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 01 avqust 2018-ci il tarixdən məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim Rəşad Məmmədov)

12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən müəyyən edib ki, İddiaçı Lerik Rayon Meşə Təsərrüfatı və Bərpası Müəssisəsinin direktorunun 08 may 2018-ci il tarixli 78 saylı əmri ilə Lerik rayon Vizəzəmin Meşəbəyliyinin 14 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin olunub, həmin Müəssisənin direktorunun 01 avqust 2018-ci il tarixli 104 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən həmin vəzifədən azad edilib.

13. Həmçinin birinci instansiya məhkəməsi Lənkəran R egional X6 iddiaçıya ünvanlanmış 23 noyabr 2020-ci il tarixli məktubuna əsasən müəyyən etmişdir ki, iddiaçının işdən azad olunması barədə X8 X3 İttifaqı Komitəsinə heç bir təqdimat daxil olmamış və barəsində qərar qəbul edilməmişdir.

14. Birinci instansiya məhkəməsi Əmək Məclləsinin 80-ci maddəsinə istinadən qeyd etmişdir ki, qanunvericilik işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işçi ilə əmək münasibətlərinə xitam verilməsini yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini nəzərdə tutur. Əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndi ilə xitam verilməsi təşəbbüsü ilə çıxış edən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. L\akin iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verən cavabdeh bununla əlaqədar müəssisəsinin həmkarlar ittifaqına müraciət etməmiş və həmkarlar ittifaqının yazılı qərarı mövcud olmamışdır. Buna görə də iddia təmin edilməlidir.

15. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 80, 3**-cü, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmaması faktını araşdırmamışdır; -iddiaçı 8 may 2018-ci il tarixli 78 nömrəli əmrlə 14 saylı meşə dolayına 3 aylıq sınaq müddətinə meşə gözətçisi təyin olunmuş, yəni onun sınaq müddəti 8 avqust 2018-ci il tarixdə bitməli idi. İddiaçı 01 avqust 2018-ci il tarixli 104 nömrəli əmrlə işdən azad olunduğu üçün onun məcburi iş buraxma dövrü cəmi 7 gündür; -iddiaçı işdən azad olunduğunu bildiyi halda, 1 ay ərzində məhkəməyə müraciət etməyərək iddia müddətini ötürmüşdür.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2408/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli, qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Samir Mayılov, Nüsrət Mirzəye v)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, işin hallarına uyğun doğru nəticəyə gəlmişdir. Qətnaməni qanunsuz saymaq üçün əsas yoxdur. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verən işəgötürən bununla əlaqədar müəssisəsinin həmkarlar ittifaqına müraciət etməmiş və həmkarlar ittifaqının yazılı qərarı olmamışdır. Halbuki Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 70ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcad an razılığı alınmaqla ləğv edilir.

20. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, cavabdeh tərəf iddiaya qarşı etirazında, eləcə də apellyasiya şikayətində iddiaçının işdən azad edilməsini əsaslandırmamış, ümumi şəkildə etiraz etsə də, etirazı ilə bağlı konkret dəlil irəli sürməmişdir. Kassasiya şikayətinin və ona etirazın a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyaiya instansiyaslna göndərilməsini xahiş edib.

22. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi tərəfindən hazırki mübahisədə iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmaması araşdırılmamışdır. Qanunvericilik yalnız həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə Əmək Məclləsinin 70-ci maddəsinin “b ” və “ç” bəndləri ilə xitam verilməsi zamanı belə razılığı zəruri edir; - Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddəti ötüb; - həm də iddiaçı 8 may 2018-ci il tarixli 78 nömrəli əmrlə meşəbəyliyinin 14 saylı meşə dolayına 3 aylıq sınaq müddətinə meşə gözətçisi təyin olunmuşdu. Sınaq müddəti 8 avqust 2018-ci il tarixdə bitməli idi. Belə olan halda iddiaçının məcburi iş buraxma dövrü cəmi 7 gündür. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqavilə si işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 80. (1 və 2-ci hissələr). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötür ənə təqdim etməlidir. Maddə 3**. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab e tmiş və tələbinin əsası kim işdən azad olunarkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasına istinad etmişdir.

30. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının, hazırki halda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasının müəyyən edilməsindən asılıdır.

31. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan da görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən həmkarlar təşkilatının razılığını almadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir.

32. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsinə əsas olmuşdur. Bu baxımdan, i şin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının həmkarlar təşkilatının üzvü olub-olmamasının məhkəmələr tərəfindən araşdırılmaması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh təşkilatda həmkarlar ittifaqının olub-olmaması, iddiaçının həmin ittifaqın üzvü olub-olmaması faktı və bu barədə müvafiq sübutlar işəgötürən kimi cavabdehdə də olmalıdır. Lakin cavabdeh belə bir dəlil irəli sürsə də, müvafiq sübutları təqdim etməmiş və apellyasiya məhkəməsi də bunu qeyd edərək, cavabdehin etirazı ilə bağlı konkret dəlil irəli sürmədiyini diqqətə çatdırmşdır.

34. İddia müddətinin keçməsi barədə dəlil də əsassızdır. Çünki cavabdehin işə mahiyyəti üzrə baxan məhkəmələrdə iddia mü ddətinin tətbiq edilməsi barədə ərizə verməsi müəyyən edilməyib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Lənkəran Regional X6 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(106)-2408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar