Məhkəmə qərarları › İş №2(102)-2309/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2309/2023

05.05.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2309/2023 05.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)6914/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında 05 may 2023-cü il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B akı şəhəri Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsində yerləşən ərazisinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 26 dekabr 2022-ci il tarixli, 2(011)-6914/2022 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasındakı mübahisənin mahiyyəti iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyə t göstərən M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyriyaşayış sahəsində yerləşən ərazisinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması ilə bağlı olmuşdur, hansı ki, mübahisəli ərazi tərəflər arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqavilə əsasında Cavabdeh radio-televiziya təmiri emalatxanasını dərnəyini idarə etmək məqsədilə verilmişdir. Bununla yanaşı, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsi (VÖEN: **********) vergi ödəyicisi olan dövlət orqanı, eyni zamanda Cavabdeh (VÖEN: **********) da “məişətdə istifadə üçün videokameraların təmir”i f əaliyyəti ilə məşğul olan sahibkardır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olduğundan iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı (Vəkil) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)-6914/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməyərək mülki işin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin kommersiya məhkəmələrində baxılması üçün dövlət orqanlarının sahibkarlıq subyektlə ri ilə müqavilə bağlanmasından irəli gələn öhdəlikləri mövcud olmalıdır. Lakin işin hallarından göründüyü kimi xx.xx.2001-ci il tarixdə M.Ə.Sabir adına Şəhər Kütləvi kitabxanası ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, xx.xx.2003-cü il tarixli, 23 nömrəli əmrə əsasən Cavabdeh xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir. Belə olan halda, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri iqtisadi məzmunlu hesab oluna bilməz. İddiaçı və Cavabdeh arasındakı məhkəmə mübahisəsi Azərbaycan Respublikası Mədəniyyət Naziriyinin balansında olan qeyri-yaşayış sahəsi ilə bağlıdır. İşin hallarından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına b axılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının da məzmunundan göründüyü kimi iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsi dövlət orqanı olmaqla cavabdehlə hər hansı sahibkarlıq münasibətində olmadığından tərəflər arasında yaranmış mübahisənin kommersiya məhkəməsinə aid deyildir. X1 qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Plenum Qərarın məzmunundan göründüyü kimi dövlət orqanları sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması ilə əlaqədar olaraq yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(011)-6914/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)- 6914/2022 saylı qərardadından iddiaçı (vəkili-müdafiəçisi) tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin cavabdehlə X2 adına kitabxana arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması, onlar arasında sahibkarlıq münasibətlərinin olmaması, əmək münasibətlərinin mövcud olmasına istinad edərək tərəflər arasında olan münasibətlərin əmək münasibətləri olduğuna dair dəlili işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, Cavabdeh ilə əmək müqaviləsi iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ilə deyil “X2” adına kitabxana ilə bağlanılmış və hazırki mülki iş üzrə t ərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Digər tərəfdən cavabdehin iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansında olan obyektdən sahibkarlıq fəaliyyəti ilə məşğul oduğu təkzib edilməz hal olmuşdur. Odur ki məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh tərəfin sahibkarlıq fəaliyyətini keçirdikləri zaman yaranan əşya-hüquqi münasibətlərdən irəli gəldiyinə görə hazırki iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malik dirlər. Maddə 403-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməli, qərardad ləğv edilərək, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xətai rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edə n şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barə də qərardadında tərəflərin dövlət orqanı və sahibkar olmasına, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin isə tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əsasında cavabdehin istifadəsinə verildiyini göstərək mübahisənin mahiyyət etibarilə iqtisadi xarakterli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərindən yarandığı qənaətinə gəlmiş, həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsi qərardadında isə xx.xx.2001-ci il tarixli əmək müqaviləsinin iddiaçı ilə deyil, onun tabeliyindəki M.Ə.Sabir adına kitabxana ilə bağlanmasına, tərəflər arasında əmək münasibətlərinin olmamasına, bu mübahisənin cavabdehin iddiaçının balansında olan obyekdə sahibkarlıq fəaliyyəti həyata keçirdiyi zaman yaranan əşya hüquq münasibətlərindən irəli gəldyinə istinad edərək mülki işə ko mmersiya məhkəməsində baxılmalı olduğunu göstərmişdir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və ziddiyyətli hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə münasibəti mövcud deyildir. Dövlət orqanı olan iddiaçı ilə sahibkar olan cavabdeh arasındakı mübahisə dövlət əmlakının qanunsuz sahiblikdən geri qaytarılması barədə əşya hüquqi münasibətlərdən irəli gəlir. Əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi meyarları isə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında dəqiq göstərilmişdir. Belə ki, həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şə xsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrıayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dövlət orqanı olmaqla, cavabdehlə hər hansı müqavilə münasibətində olmadığından bu tələbin təkcə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Plenum Qərarına əsasən əşya hüquqi münasibətlərdən irəli gələn bu mübahisədə dövlət oqanının sahibkarlıq subyekti ilə olan münasibətinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət etməm işdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)6914/2022 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə qaytarılsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar