Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2311/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı ilk, "xxxx" MMC-nin İddiaçı, X X qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mübahisənin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı icarə müqaviləsinin, torpaq sahəsinin planı və ölçüsü sənədinin bərpa edilməsi və sair barədə ilk, "xxxx" M MC-nin İddiaçı, X və X qarşı torpaq müsabiqəsinin keçirilməsi barədə iclas protokolunun və bununla bağlı verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi və sair barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin (hakim Pərviz Əhmədov) 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, X kəndi ərazisində yerləşən 72,73 hektar torpaq sahəsinin icarə hüququnun qismən - 6 hektar hissədə "xxxx" MMC-yə satılması hissəsində "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun aiqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin icarə hüququna dair seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - 6 hektar hissədə ləğv edilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin İddiaçı və X arasında 33 illik müddətə bağlanan 15 sentyabr 2014-cü il tarixli, 2 nömrəli bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan 6 hektar torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiasının rədd olunması, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğdə pul vəsaitinin cavabdehlər X MMC-dən, "xxxx" MMC-dən və X müştərək qayda da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər: M.Həsənov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və O.İsmayılov) Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı onunla Xi arasında 33 illik müddətə 15.09.2014cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, Səmədabad bələdiyyəsinin 25.02.2014-cü il t arixli, 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X1 24.04.2014-cü il tarixli, xxx nömrə ilə uçota alınan xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, X sədri Cavabdeh1 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui- istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün X tərəfindən 03.07.2 014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, X 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X idarəsinə və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin və X ilə İddiaçı arasında bağlanmış 15.09.2014-cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçot a alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, VÖEN-ni olsa da mübahisə predmeti olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı əsassız olduğundan ləğv edilməli və hazırkı iş mahiyyəti üzrə baxılma sı üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək onunla X arasında 33 illik müddətə 15.09.2014-cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, X 25.02.2014-cü il tarixli, 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün X X1 24.04.2014-cü il tarixli, xxx nömrə ilə uçota alınan xx nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, X s ədri Cavabdeh1 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən suiistifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün X tərəfindən 03.07.2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, Ax 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC İddiaçı, X və BXə qarşı qarşılıqlı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək X torpaq müsab iqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, xx nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin və X ilə İddiaçı arasında bağlanmış 15.09.2014-cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçota alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim Pərviz Əhmədov) 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, X kəndi ərazisində yerləşən 72,73 hektar torpaq sahəsinin icarə hüququnun qismən - 6 hektar hissədə "xxxx" MMC-yə satılması hissəsində "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun aiqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin icarə hüququna dair seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - 6 hektar hissədə ləğv edilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin İddiaçı və X arasında 33 illik müddətə bağlanan 15 sentyabr 2014-cü il tarixli, 2 nömrəli bələdiyyə torpaqlarının icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan 6 hek tar torpaq sahəsindən çıxarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddiasının rədd olunması, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğdə pul vəsaitinin cavabdehlər X MMC-dən, "xxxx" MMC-dən və X müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər: M.Həsənov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və O.İsmayılov) Cavabdeh "xxxx" MMC-nin a pellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(022)-12/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı onunla Xi arasında 33 illik müddətə 15.09.2014cü ildə bağlanan 2 saylı bələdiyyə torpaqlarının icarə müqaviləsinin, Səmədabad bələdiyyəsinin 25.02.2014-cü il tarixli, 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Xn Dövlət X1 24.04.2014-cü il tarixli, xxx nömrə ilə uçota alınan xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona verilən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, X sədri Cavabdeh1 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui- istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün DX tərəfindən 03.07.2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olubolmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, X 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrə li iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin və X ilə İddiaçı arasında bağlanmış 15.09.2014-cü il tarixli, 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçota alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı qanunla müəyyən edilmiş qayda da fərdi sahibkar statusu əldə edən fiziki şəxs, ilk iddia üzrə cavabdehlər X, X və "xxxx" MMC isə hüquqi şəxslərdir. İş faktiki hallarından göründüyü kimi, tərəflərin mübahisəli torpaq sahəsində hüquq münasibətlərinin xarekteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı, qismən - İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və X 15 saylı X ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.201 8-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçota alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə icraata xitam verilməli, qərardad qal an hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdehlər Xə, X və "xxxx" MMC-yə qarşı X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və X 15 saylı CX ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçota alınmış xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələbləri torpaq sahəsinin ilkin qeydiyyatı ilə bağlı münasibətlərdən irəli gəlir və bu cür mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət re yestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materaillarından göründüyü kimi qeyd edilən tələblər torpaq sahəsi üzərində ilkin qeydyatla bağlı olduğundan inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrdir və həmin tələblərə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadının digər hissələri ilə bağlı qeyd edilməlidir ki, həmin hissələrə münasibətdə kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəli llər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının qalan hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələ r baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmi ndə köklü dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd). O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin istinad olunan 1-ci, habelə 25-ci və 28-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyy əti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehiak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehiak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11 -ci bənd). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birini n deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd). Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər (20-ci bənd). İş materiallarından görünür ki, İddiaçı qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdehlər X və "xxxx" MMC isə hüquqi şəxslərdir və təflərin mübahisəli torpaq sahəsində hüquq münasibətlərinin xarekteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı, qismən - İddiaçı cavabdehlər X, Xə və "xxxx" MMC-yə qarşı X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və X 15 saylı CX ərazi torpaq müsabiqə və hərrac komi ssiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxx nömrə ilə uçota alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməli, həm in hissələrdə iş üzrə icraata xitam verilməli, qərardad qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkara çıxarıldığı halda iş üzrə xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsi məhkəmənin vəzifəsi olduğuna görə məhkəmə kollegiyası X sədri Cavabdeh1 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui-istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi və 6 hektar torpaq sahəsi üçün X tərəfindən 03.07.2014-cü il tarixdə verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüq uqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi məsələlərini iddia tələbi kimi qəbul etmir və qeyd edilən hallara görə həmin məsələlərə münasibətdə məhkəmə aidiyyətini müəyən etmir. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərardadı, qismən İddiaçı cavabdehlər X, X və "xxxx" MMC-yə qarşı X tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair 21.05.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və X 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 05.04.2018-ci il tarixli, 135 nömrə li iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin İddiaçı, X və X qarşı X torpaq müsabiqəsinin keçirilməsi barədə 05.09.2014-cü il tarixli, 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 08.09.2014-cü il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və X tərəfindən tərtib edilmiş 24.04.2014-cü il tarixdə xxxx nömrə ilə uçota alınmış xxx nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2014-cü il tarixdə verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə icraata xitam verilsin. Qərardad qalan hissələrdə dəyişdirilm
Məhkəmə qərarları › İş №2(102)-2311/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2311/2022
15.03.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver