Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2319/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-8783/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı və Cavabdeh1 qətnamədə n apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Məmmətağı oğlunun apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Həmin qətnamədən iddiaçı “xxxxxxxxx” ASC kasasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bundan sonra apelyasiya instansiyası məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixli məktub göndərilərək Cavabdeh2 kasasiya şikayəti daxil olduğu göstərilərək işin Bakı Apellyasiya Məhkəməsinə g öndərilməsi xahiş olunmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində k asasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti baxışdan çıxarılmalı və Cavabdeh2 kasasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxx” ASC-nin kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. “xxxxxxxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti baxışdan çıxarılsın və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2319/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2319/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver