Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2322/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-718/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 120.000 manat məbləğində pul borc vermişdir. Müqaviləyə görə, borclu krediti xx.xx.2021ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsi iradələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müddətində qaytaracağını, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 598/2019 nömrəli hökmündən və həmin iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan İddiaçı verdiyi ifadəsində təqsirləndirilən şəxs X3 şikayətçi olmamış və ondan hər hansı məbləğdə pul tələb etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən ödənilməmiş 120000 manat məbləğində borc və 410 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 120410 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc olaraq aldığı 120000 manat məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq göndə rilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarındakı kredit müqaviləsi Firudin və qardaşı Aqil arasında razılaşmaya uyğun olaraq barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burda əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X5 yüngül cəza almağı, daha sonra cəzasını çəkib bitirdikdən sonra İddiaçı olan borcunu ödəməyi idi. Kredit müqaviləsi sadəcə formal olaraq bağlanmışdır. Odur ki, iddia tələbinin tam əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir.
7. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi (hakim: Xaliq İmanov) ilə iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh bağladığı müqaviləni uydurma hesab edirsə, qardaşının iddiaçıya olan borcunu bağlamalı və mübahisələndirilən kredit müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmalı idi. Halbuki, 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi bağlanarkən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsinin iradələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müddətində qaytaracağı, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır. Məhkəmə araşdırması zamanı bir daha müəyyən edildi ki, hazırki iddia ərizəsi məhkəməyə daxil olana kimi və sonrakı müddətdə cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamışdır
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.2, 337.4, 337.5, 340.1, 340-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamə dən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının altında, daha doğrusu 1-ci mərtəbəsində yerləşən 125 kv.metr ölçülü qeyri yaşayış sahəsi ilk öncə X2 mülkiyyətində olmuşdur. Sonradan Maqsudun təklifi ilə həmin mağaza İddiaçı adına formal olaraq keçirilmişdir. X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2., 29.178.3.2., 308.2,313 və 320.1-ci maddələri ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq aparıla n zaman İddiaçı da şikayət ərizəsi ilə müraciət etmiş və o zərərçəkmiş şəxs kimi tanınmışdır. X1 İddiaçı 50.000 ABŞ dolları yəni 85.000 manat borcu olmuşdur. Həmin pul məbləği X9 tərəfindən borc olaraq 2014-ci ildə alınmışdır. Ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşımla İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmişik. Həmin razılaşmaya uyğun olaraq və qardaşımın göstərişinə əsasən hazırki kredit müqaviləsinə qol çəkmişdir. Məhkəmə tərəfindən təqdim olunan sənədlər və sübutlar nəzərə alınmamış, eyni zamanda qiymətləndirilməmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-718/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər –X4 (sədrlik edən və məruzəçi), X8 və X6) iddiaçının apellyasiya şikayət i təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(106)718/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, müqavilənin yalan əqd olması (cavabdeh bu ifadəni iddia tələbinə etirazında həm də, formal əqd kimi dəyərləndirir) səbəbindən əqd üzrə öhdəliyinin olmamasını bildirməsi onun müqavilə üzrə öhdəliyi yerinə yetirməsindən azad etmir. Çünki mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığ ını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Baxmayaraq ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin formal (yalan əqd) əqd kimi bağladıqlarını və bu müqavilə üzrə onun heç bir öhdəliyinin olmamasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərur ət görməmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin və məhkəmə icraatı zamanı verdiyi vəsatətin dəlillərində-cavabdehin qardaşı X5 məhkəmə icraatında iştirakının təmin edilməsi və izahatının alınması dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla X9 iş üzrə tərəf deyil, ikincisi sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdehin-onun qardaşı Aqil Qədirovun şahid qismində iştirakın ın təmin edilərək dindirilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-718/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya məhkəməsi işin təxirə salınması ilə bağlı vəsatətlərini təmin etməmiş və işə vəkili və nümayəndəsinin i ştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etiraz
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
28. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə
740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
31. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əml ak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
33. Maddə 324.1. Mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
34. Maddə
324. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
36. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil,həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
39. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellya siya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Kassasiya şikayətinin dəlillərindən biri də məhkəmə iclasının təxirə salınması barədə verilmiş əsaslı vəsatətin məhkəmə kollegiyası tərəfindən təmin edilməməsi və işə onların iştirakı olmadan baxılması ilə bağlı olmuşdur.
57. Məh kəmə kollegiyası bu dəlili də əsassız hesab edir və bununla bağlı ilk növbədə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi vəsatətin təmin edilməməsi ilə bağlı qərarını kifayət qədər əsaslandırmışdır. Həmçinin qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
58. Hazırkı halda kassator belə bir pozuntunun olması ilə bağlı hər hansı dəlil təqdim etməmişdir.
59. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiy ası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-718/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.