Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2328/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(103)2853/2023 saylı qərardadından İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi və çıxarışın verilməsi və sair” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2(001)170/2023 saylı qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(103)2853/2023 saylı qərardadı ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, F.Abdıyev və F.Qa sımov) İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, apelyasiyası şikayətini nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (MPM-nin 361.1.5-ci maddəsi); şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir (MPM-nin 361.1.6-cı maddəsi). Apellyasaiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Belə ki, apellyasiya şikayətinin formasına Əlavə 2-nin 7-ci bəndində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər bölməsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralamaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki işdə, iddiaçı apellyasiya şikayətinin formasına Əlavə 2-də nəzərdə tutulmuş qrafalara istinad etsə d ə, hər bir nomanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət oluduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından, o qəbul edilməmiş hesab edilməklə, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 361, 363-cü maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin Bakı Şəhəri, Bi nəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən Mülki Prosessual Məcəllənin 361, 363.1.1-1-ci maddələrinin tələblərini pozmuş, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Kassasiya şikayətinə dair etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyindən, qərardad tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, düzgün tətbiq etmədiyini və apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi t ərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi və çıxarışın verilməsi və sair” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi, apelyasiyası şikayətini nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində və apellyasiya şikayəti nin formasına Əlavə 2-də nəzərdə tutulmuş formada verməmişdir. Belə ki, mülki prosessual qanunverciliyə görə, apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (MPM-nin 361.1.5-ci maddəsi), o cümlədən şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir (MPM-nin 361.1.6-cı maddəsi). Apellyasaiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Apellyasiya şikayətinin formasına Əlavə 2-nin 7-ci bəndində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər bölməsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralamaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki işdə, iddiaçı apellyasiya şikayətinin formasına Əlavə 2-də nəzərdə tutulmuş qrafalara istinad etsə də, hər bir nomanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət oluduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, apell yasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığı üçün, onu qəbul edilməmiş hesab edib, apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirmədən mülki işi apellyasiya şikayəti ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM- nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etmiş və mülki işi həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrin in tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(103)-2853/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2328/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-2328/2023
01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver