Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-233/2021 25.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası XXXi Bankının Cavabdeh1 XXX qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-233/21 Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin tətbiqi, borcu etiraf etməyi göstərən hərəkətlər, müddətdən sonra faizlərin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, id diaçının nümayəndəsi Məmmədov Rasim Rafiq oğlunun və vəkili Bayramov Anar Şakir oğlunun, cavabdehin vəkili Vəkil, 3-cü şəxsin vəkili Rəsulova Aysel Ələddin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13762/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası XXXi Bankı və Cavabdeh1 XXX qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası XXXi Bankı (bundan sonra – iddiaçı və ya XXXi Bank) ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Borcalan) arasında bağlanmış xx.xx.2008-ci il tarixli 1087-180-08 saylı kredit müqaviləsinə əsasən X12 180 gün müddətinə 500.000 manat, xx.xx.2008-ci il tarixli 1103-180-08 saylı kredit müqaviləsinə əsasən 180 gün müddətinə 500.000 manat, xx.xx.2008-ci il tarixli 1110-180-08 saylı kredit müqaviləsinə əsasən 180 gün müddətinə 500.000 manat və xx.xx.2010-cu il tarixli KBQ10-1307 saylı kredit müqaviləsinə əsasən 88 gün müddətinə 1.600.000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Bütün kredit müqavilələrinin təminatı olaraq XXXi Bank, Borcalan və Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında üçtərəfli ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli 1087-180-08 saylı və xx.xx.2008-ci il tarixli 1103-180-08 saylı kredit müqavilələri üzrə, xx.xx.2008-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli 10-180-08 sayl ı kredit müqaviləsi üzrə, xx.xx.2010-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən isə xx.xx.2010-cu il tarixli KBQ10-1307 saylı kredit müqaviləsi üzrə cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, XXX rayonu, XXX kəndində istifadədə olan 0,03027 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78,6 kv.m yaşayış, 324,3 kv.m köməkçi sahədən ibarət 847a saylı bağ evi (bundan sonra – ipoteka predmeti) XXXi Bank qarşısında yüklü edilmişdir. Hər üç ipoteka müqaviləsi üzrə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Borcalan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)940/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə müflis elan olunmuşdur. XXXi Bank kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində kreditor tələblərini Borcal anın ləğvedicisinə xx xxxxxxxx 2016-cı il tarixli, 05-00745-2016 nömrəli məktubla təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan X6rşısında xx xxxx 2008-ci il tarixli, 1087-180-08 nömrəli kredit müqaviləsi üzrə 27680,60 manat faiz borcu, xx xxxxxx 2008-ci il tarixli, 1103-180-08 nömrəli kredit müqaviləsi üzrə 28750,04 manat faiz borcu, xx xxxxxxxx 2008-ci il tarixli, 1110-180-08 nömrəli kredit müqaviləsi üzrə 35625,04 manat faiz borcu və xx xxxxx 2010cu il tarixli, KBQ10-1307 nömrəli kredit müqaviləsi üzrə 120865 manat əsas, 56346,77 manat faiz borcunun, ümumilikdə 120865 manat əsas, 148402,45 manat faiz borcu olmaqla, cəmi 269267,45 manat kredit borcu nun ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi, həmin daşınmaz əmlakın Borcalanın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – üçüncü şəxs) tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Borcalanın qeyd olunan kredit müqavilələri üzrə XXXi Bank qarşısında borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka müqavilələrinin hər birində qeyd olunmuşdur ki, bankın vəsaitinin olmaması səbəbindən borc ödənilməmişdir. Buna görə də XXXi Bank təminatlı kreditor və ipoteka saxlayan hüququna əsaslanaraq tələbini ipoteka əmlakına yönəltmişdir. Bundan başqa, cavabdeh qarşılıqlı i ddia ərizəsi və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iş üzrə yalnız birinci kredit müqaviləsi üzrə ona məxsus bağ evinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir, sonrakı kredit və ipoteka müqavilələrindən onun və ailə üzvlərinin məlumatı olmamış, onlar heç bir müqaviləyə imza etməmiş, iradə ifadələrini bildirməmişlər. Həmçinin, iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq borcun tutulması tələbini irəli sürmədən birbaşa tut manın ipoteka predmetinə yönəldilməsini istəmişdir. Cavabdeh, həmçinin ilk iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, iddiaçı həmin ərizəyə etiraz edərək bildirmişdir ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, eyni zamanda XXXi Bank qarşısında Borcalanın kredit borcu bankın maliyyə hesabatlarında öz əksini tapmış, ləğvedici tərəfindən qeydə alınmış və məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Bakı Şəhəri XXX Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3240/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehə məxsus olan ipoteka predmetinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüy ündən azad edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər və üçüncü şəxs arasında müvafiq kredit, ipoteka müqavilələrinin mövcud olmasını, X6rşısında sözügedən kredit müqavilələrindən yaranan öhdəliyini tam və lazımınca yerinə yetirməməsini müəyyən etsə də belə qənaətə gəlmişdir ki, iddiaçının Borcalanı cavabdeh qismində işə cəlb etmədən, ona qarşı tələb yönəltmədən ipoteka qoyana qarşı hazırkı tələbi qanunsuz və əsassızdır. Belə ki, ipoteka müqaviləsi əlavə öhdəlikdir. Qanunvericiliyin mahiyyətinə görə kreditor tələbin əlavə öhdəliyə yönəldilməsini tələb edənə qədər əsas borcludan borcun ödənilməsini tələb etməlidir. Əsas borc tələb edilmədən tələbin əmlaka yönəldilməsi həm də ipoteka qoyanın mənafeyinə zidd olmaqla hüquq larını pozur. Bundan başqa, Məhkəmə ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi hissədə qarşılıqlı iddianı əsaslı hesab etmiş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı sayaraq qeyd etmişdir ki, əsas öhdəlik üzrə üç illik iddia müddəti keçdiyindən ipoteka müqavilələri üzrə də iddia müddəti keçmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, sözügedən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi (müqavilənin müddəti xx.xx.2008-ci ildə bitmişdir) üzrə son ödəniş xx.xx.2009-cu ildə; xx.xx.2008-ci il tarixli kredit müqaviləsi (müqavilənin müddəti xx.xx.2009-cu ildə bitmişdir) üzrə son ödəniş xx.xx.2009-cu ildə; xx.xx.2008-ci il tarixli kredit müqaviləsi (müqavilənin müddəti xx.xx.2009-cu ildə bitmişdir) üzrə son ödəniş xx.xx.2009-cu ildə və xx.xx.2010-cu il tarixli kredit müqaviləsi (müqavilənin müddəti xx.xx.2010-cu ildə bitmişdir) üzrə son ödəniş xx.xx.2014-cü ildə olmuşdur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, əvvəla borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi nəticəsində iddia müddətinin axımının kəsilməsi mülki qanunvericiliyinin mənasına görə həmin hərəkətlərin iddia müddəti ərzində edilməsini ehtiva edir. İşin hallarına görə X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2014-cü ildə iddia müddəti keçdikdən sonra olmuşdur. Həmin müqavilənin müddətinin xx.xx.2010-cu il tarixdə bitdiyi nəzərə alınsa həmin müqavilə üzrə iddia müddəti xx.xx.2013-cü il tarixədək olmuşdur. Borclunun etiraf edici hərəkətləri isə iddia müddəti keçdikdən sonra, yəni xx.xx.20 14-cü il tarixdə qeydə alınmışdır. Ona görə də Məhkəmə hesab etmişdir ki, Borcalanın göstərilən tarixdə ödəniş etməsi iddia müddəti daxilində olmadığından həmin hərəkət iddia müddətinin axımının kəsilməsinə əsas olan hal kimi qəbul edilə bilməz. Digər tərəfdən, kreditor tələblərinin qeydə alınması üçün Borcalanın ləğvedicisinə xx.xx.2016-cı il tarixdə müraciət etmiş və onun tələbləri xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Müəyyən edilən tarixlərdən göründüyü kimi, kreditorun tələblərinin qeydə alınması (xx.xx.2016-cı il tarix) iddia müddəti daxilində olmamışdır. Odur ki, həmin hal da iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 60, 61, 269.1. 269.5, 319.1, 319.6, 373.2, 375, 376, 377.2, 380.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 46.1-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 62.3, 72.1.3, 76-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3103/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5265/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməklə ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunvericilikdə tutmanı n ipoteka predmetinə yönəldilməsi üçün tələbin ilk növbədə borcluya qarşı yönəldilməsi, borclunun öhdəliyi lazımi qaydada icra etməməsi halının müəyyən edilməsindən sonra ipotekaya tutma yönəldilməli olması barədə iddia qaldırmalı olması kimi istisnalıq nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsinin nəticəsi qanunla müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hansı maddi hüquq normasında nəzərdə tutulmasını göstərməmişdir. Qanunun mənasına görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anından ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldə bilər. İş üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddələrində nəzərdə tutulmuş əsaslar baş vermişdir. İşdən göründüyü kimi eyni zama nda iddiaçı borcun Cavabdeh2 ASC-dən tutulması üçün də lazımi olan bütün hərəkətləri etmişdir. XXXi Bank cavabdehə qarşı mövcud qanunvericilik normalarının tələblərinə uyğun olaraq iddia irəli sürmüş və ipoteka hüququ aksessor xarakter daşıdığından ilk növbədə tələb müflis bankın ləğvedicisinə yönəldilmiş, öhdəliyin icrası borclunun ödəmə qabiliyyətinin itirilməsi səbəbindən mümkün olmadığından, iddia borcların təminatı qismində çıxış edən ipoteka əmlakının sahibinə qarşı yönəldilmişdir. Ona görə də tələbin borcluya irəli sürmədən birbaşa ipotekaya yönəldilməsi barədə qarşılıqlı iddiada göstrilən dəlil həqiqəti əks etdirmir və XXXi Bankın iddiasının rədd edilməsinə əsas hesab oluna bilməz. Eləcə də “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.4cü maddəsinə əsasən təminatlı kredi torların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Həmin normanın məzmunundan göründüyü kimi bankın müflis olmasından asılı olmayaraq, təminatlı kreditlər üzrə təminatın satılması qaydasında tələblər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 399.3 və 399.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, məhkəmə kollegiyasının iddia müddətinin tətbiqinə dair gəldiyi nəticə ilə də aşağıdakı səbəblərdən razılaşmaq olmaz. Belə ki, tərəflər arasında bağlanmış bütün ipoteka müqavilələrində müvafiq kredit müqaviləsi üzrə öhdəlik tam icra olunana kimi qüvvədə qalma sı müəyyən olunmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, ötən dövr ərzində XXXi Bank qarşısında Cavabdeh2 ASC-nin kredit borcu hissə-hissə icra edilmiş və qalıq borc bankın maliyyə hesabatlarında daim öz əksini tapmışdır. Əks halda, XXXi Bankın kreditor tələbləri “Banklar haqqında” Qanuna uyğun olaraq iflas proseduru çərçivəsində ləğvedici tərəfindən qeydə alınmaz və bankın kreditorlarının sırasında həmin tələblər məhkəmənin qərarı ilə təsdiq edilməzdi. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mübahisələndirilən ipoteka predmeti ilə təmin olunan kredit öhdəlikləri üzrə bank tərəfindən son ödəniş xx.xx.2014-cü il tarixdə edilmiş olsa da, məhkəmə kollegiyası bunu borclu şəxs tərəfindən borcun etirafı kimi qiymətləndirməmiş və iddia müddəti keçdikdən sonra hər hansı ödənişin edilməsini iddia müddətinin axımının kəsilməsinə əsas ola bilmədiyini göstərmişdir. Halbuki, işə əlavə olunmuş XXXi Bankın maliyyə arayışından görünür ki, hazırda borclunun təmin edilmiş kredit öhdəlikləri üzrə cəmi 269.267,45 manat qalıq borcu (120.865 manat əsas borc, 148.402,45 manat faiz borcu) vardır. Bundan, əsas borcun tam məbləği və 56 346.77 manat faiz borcu xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə aiddir ki, həmin kredit müqaviləsi üzrə ödənişlər 2010-cü, 2012-ci, 2013-cü və sonuncu dəfə xx.xx.2014-cü il tarixlərində aparılmışdır. Mülki Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddi a müddətinin axımı kəsilir. Burada “habelə” bağlayıcısı hər iki hadisənin baş verməsi məcburiliyini deyil, onlardan hər hansı birinin olması halında da iddia müddətinin axımının kəsilməsinə səbəb olduğunu bildirir və maddənin ikinci hissəsində müəyyən edilir ki, fasilədən sonra iddia müddəti yenidən başlanır. Göründüyü kimi, borcalan bank borcu daim etiraf etdiyindən və borcla bağlı ödənişlər etdiyindən (sonuncu dəfə xx.xx.2014-cü il tarixində) iddia müddətinin tətbiqinə dair dəlillər və apellyasiya məhkəməsinin bununla əlaqədar gəldiyi nəticə işin hallarına və qanuna uyğun deyildir. X7rşısında kredit öhdəliklərinin icrasını qismən həyata keçirsə də, etiraf etdiyi borcları tam ödəyə bilməmişdir. Bundan başqa, “Banklar haqqında” Qanunun 76.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasın a dair tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır və iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. Borcalan xx xxx 2016-cı ildə müflis elan olunmuş, iddiaçı bankın ləğvedicisinə x xxxxxxxx 2016-cı ildə borc tələbinə dair ərizə təqdim etmişdir. Yəni sonuncu ödəmədən (xx.xx.2014) 3 il müddət ötməmiş tələb irəli sürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı 11.06.08-ci ildə 180 gün müddətinə qaytarmaq şərti ilə Borcalana 50.000 manat, 17.08.08-ci ildə yenə 180 günə qaytarmaq şərti 50.000 manat kredit vermiş və cavabdeh əsas kredit məbləğlərini kreditora ödəmiş, lakin 11.06.08-ci il tarixli müqavilə üzrə 27.680,6 manat faiz borcu, xx xxxxxx 2008-ci il tarixli müqavilə ü zrə 28.750,04 manat faiz borcu qalmışdır. “İpoteka haqqında” Qanunun 10-cu maddəsinin məzmunundan göründüyü kimi əsas öhdəliklər mövcuddursa onun təminatı olan ipoteka mövcuddur. Borclu əsas öhdəliyi qəbul edirsə və bunu mübahisələndirmirsə, ipoteka qoyanın borca dair iddia müddətinin ötməsi barədə mübahisə açmasının hüquqi cəhətdən əsaslı olub-olmaması apelyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə kollegiyası mübahisə tərəfi dedikdə borclunun, yaxud ipoteka qoyanın ərizə verməli olmasını araşdırmamış, borclu iddianı qəbul etmişdirsə ipoteka qoyanın iddia müddətinin tətbiqi tələbinə müraciət etməsinin Mülki Məcəl lənin 375.2-ci maddəsinin tələblərinə uyğun olub-olmamasına münasibət bildirməmişdir. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlişdir ki, apellyasiya məhkəməsi mübahisəni həll edən zaman maddi hüquq normalarını pozmuş, eləcə də maddi hüquq normalarını işin faktik hallarına münasibətdə düzgün təfsir etməmişdir. Bununla da məhkəmə iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməklə ipotekaya xitam verilməklə əmlakın ipoteka yüklülüyündən azad edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Ona gör də işə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, mübahisəli hüquq münasibətinin baş verdiyi zaman qüvvədə olan “İpoteka haqqında” Qanununun 33, 34-cü, “Banklar haqqında” Qanunun 81.4-cü maddələrinin, Mülki Məcəllənin 380-cı maddəsinin tələbl ərinə uyğun qərar qəbul edilməsi təmin edilməli, ipotekaya tutma yönəldilməsinə və iddia müddətinin tətbiqinə hüquqi əsasların olub-olmaması ətraflı araşdırılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-13762/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində ləğv edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 120865 manat əsas, 7733.32 manat faiz borcunun ödənilməsi üçün ipoteka p redmeti olan və cavabdehə məxsus bağ evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının əsas borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmədən borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsini məhdudlaşdıran hər hansı norma mövcud deyil. Cavabdeh tərə findən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bütün müqavilələr üzrə ödənişlərə dair sənədlərin təqdim olunması təklif olunsa da iddiaçı tərəfindən yalnız sonuncu xx.xx.2010cu il tarixli KBQ10-1307 saylı kredit müqaviləsi üzrə ödənişə dair sənədlər təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2008-ci il tarixli, xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə iddia müddəti ötürülsə də, sonuncu xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir. İş materiallarına iddiaçı tərəfindən kredit müqavilələri üzrə borca dair iki dəfə arayış təqdim edilmişdir. xx.xx.2010-cu il tarixli KBQ10-1307 saylı kredit müqaviləsi üzrə birinci təqdim edilən arayışda qeyd edi lir ki, faiz borcu xx.xx.2016-cı il tarixədək hesablanmış və hazırda sistemdə əsas borc üzrə qalıq 120865 manat, faiz borcu üzrə qalıq 56346.77 manat təşkil edir. İkinci təqdim edilən arayışda qeyd edilir ki, xx.xx.2010-cu il tarixinə qədər faiz borcu 7733.32 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2008-ci il tarixdə bağlanmış hər üç müqavilə üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən, iddiaçı tərəfindən 2008-ci il tarixli kredit müqavilələri üzrə ödənişlərə dair sənədlər təqdim edilmədiyindən, həmçinin iddiaçının təqdim etmiş olduğu arayışlarda hesablamaların 2009-cu ilə qədər aparıldığı müəyyən edildiyindən, Mülki Məcəllənin 373.2, 375.1, 375.2, 377.2 və 380.1-ci maddələrini tətbiq etməklə 2008-ci il tarixli kredit müqaviləl ərinə münasibətdə iddia müddəti ötürülmüşdür. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən 2008-ci il tarixdə bağlanmış kredit müqavilələri üzrə də Borcalan müflis elan edildikdən sonra Borcalanın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş olmasına və fond tərəfindən kreditor tələblərinin qəbul edilərək qeydə alınması barədə cavab verilsə də həmin müraciət 2008-ci il tarixli kredit müqavilələri üzrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti ötürüldükdən sonra həyata keçirilmişdir. İddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xi tam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. xx.xx.2010-cu il tarixli KBQ10-1307 saylı kredit müqaviləsinə münasibətdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Borcalan tərəfindən 2012, 2013 və sonuncu olaraq xx.xx.2014-cü il tarixdə 30.000 manat ödəniş həyata keçirilmiş, iddiaçı tərəf indən sonuncu ödənişdən sonra 3 illik iddia müddəti ötürülmədən xx.xx.2016-cı il tarixli məktubla Borcalanın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunaraq kredit öhdəlikləri üzrə kreditor tələblərinin siyahısında qeydə alınması xahiş olunmuş və sonuncu tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçının kreditor tələbləri qeydə alınmışdır. Yəni Borcalanın ləğvedicisi tərəfindən borc məbləğləri iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli məktubla da etiraf edilmiş, iddiaçı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında qeyd etdiyi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixə qə dər faiz borcunu hesablamaqda haqlı olmamışdır. Ona görə xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə münasibətdə iddia tələbi qismən təmin edilməli, 120865 manat əsas, 7733.32 manat faiz borcunun ödənilməsi üçün ipoteka predmeti olan bağ evinə tutma yönəldilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti isə xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə uyğun olaraq 2 150 000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” qanunun 47.4-cü maddəsinə uyğun olaraq ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə nəticəyə gələrkən kredit müqavilələri üzrə, yəni əsas öhdəlik üzrə iddia müddətinin ötürülməsi səbəbindən, əlavə (aksessor) öhdəlik üzrə də iddia müddətinin keçməsinə səbəb olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilkin iddia üzrə yuxarıda qeyd edilənləri, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməməsi səbəbindən həmin kredit müqaviləsinə münasibətdə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilən “ipotekaya xitam verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Bayramov Anar Şakir oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunu bank müflis elan olunan vaxtadək deyil, xx.xx.2010-cu il tarixədək hesablamaqla “Banklar haqqında” Qanunun 72.1.6-cı maddəsinin, Mülki Məcəllənin 399.3, 449.4-cü maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 399.3, 399.4, 445 və 449.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının tələblərini pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Dəlilləri əsasən qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinə görə apellyasiya məhkəməsi kreditorun tələblərinin iddia müddəti keçmədən qeydiyyata alınmasını əsas g ötürsə də nəzərə alınmalı idi ki, kreditorun tələblərinin qeydiyyata alınması vətəndaşın hüquqlarının pozulmasına səbəb ola bilməz və bu hala şamil edilə bilməz. Belə ki, iddia müddətinin məqsədi hüquqi müəyyənlik olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – xx.xx.2010-cu il tarixli k redit müqaviləsi üzrə faiz borcunun müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili iddiaçının kassasiya şikayətinin təmin olunmamasını, cavabdehin kassasiya şikayətinin təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Üçüncü şəxsin vəkili iddiaçının kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə iddiaçı və cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən, habelə əvvəlki kassasiya baxışının nəticəsində apellyasiya instansiyası məhkəməsinin birinci qətnaməsi qismən ləğv olunduğundan məhkəmə aktı ilkin iddianın təmin edilmiş, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunun təmin edilməmiş hissələrində; qarşılıqlı iddianın ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi tələblərinin rədd edilmiş hissələrində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.2). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380). Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (maddə 399.3). Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (maddə 399.4). “İpoteka haqqında” Qanun İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (maddə 10). Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər (maddə 33 – hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada (hazırki redaksiyada 34cü maddə)). “İpoteka haqqında” Qanun (mübahisəli hüquq münasibətinin yarandığı gün qüvvədə olan). İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin bdənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdı r (maddə 33, 34). “Banklar haqqında” Qanun Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir (maddə 81.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən (baxılan) hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndiriləm (baxılan) hissədə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun kassasiya şikayətində də istinad edilmiş xx xxxxxx 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, kreditin verilməsi müddətinin bitdiyi gündən sonrakı dövr üçü n kreditorun həmin müqaviləyə uyğun faiz tələbinin maddi hüquqi əsası yoxdur. Bu cür müqavilələr üzrə yalnız müqavilədə pulun verilməsi müddətinin bitdiyi günədək müqavilə üzrə hesablanmış faiz borcu tələbi təmin oluna bilər. Baxılan iş üzrə iddiaçı müqavilə üzrə pulun verilməsi müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələbi irəli sürməmişdir. Bu baxımdan borcalanın üzərinə götürdüyü öhdəliyə görə faizlərin müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə olması barədə şikayətin dəlili əsassızdır. İddiaçı kassasiya şikayətində, həmçinin Mülki Məcəllənin 449-cu maddəsinə istinad etsə də, baxılan iş üzrə i ddiaçı tərəfindən həmin maddənin tənzimləmə predmetinə (özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma) dair tələb irəli sürmədəyi üçün Məhkəmə kollegiyası bu dəlil üzrə araşdırma aparılmasına zərurət görmür. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə işə baxmış əvvəlki kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunmuş hüquqi mövqeləri və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Cavabdehin şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinad etməsi də əsassızdır. Çünki həmin qərar kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqavilələri ilə bağlı münasibətləri tənzimləyir. Baxılan iş üzrə isə ipoteka müqaviləsi kredit xətti müqaviləsinin deyil, konkret məbləğdə konkret faizlə və konkret müddətə pulun verilməsi barədə kredit müqaviləsinin təminatı qismində bağlanmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən (baxılan) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası XXXi Bankı və Cavabdeh1 XXX qızı tərəfində n verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13762/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisləndirilən (baxılan) hissədə - ilkin iddianın təmin edilmiş, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunun təmin edilməmiş hissələrində; qarşılıqlı iddianın ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi tələblərinin rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-233/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-233/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver