Məhkəmə qərarları › İş №2(102)-233/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-233/2023

03.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-233/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinə dair mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra BOKT MMC) və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 BOKT MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 970 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya illik 25 faiz olmaqla 36 ay müddətinə 70.000 manat kredit vermişdir. Eyni tarixdə eyni tərəflərin arasında bağlanmış ipoteka müqaviləsinə görə kreditin qaytarılmasının təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7 saylı evin 211 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən ona məxsus, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən əmlakına tutma yönəldilməsi barədə reyestrdə 8İ9060 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 BOKT MMC-nin müraciətinə əsasən, xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixl i icra qeydinə əsasən, öhdəliklə müəyyən edilmiş 970 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55.437,83 manat əsas borc, 20.765,64 manat faiz, 7.277 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı pul məbləğinin 76.276,24 manat olduğu qeyd edilərək, bu tutmanın ona məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən əmlaka yönəldilməsi qeyd edilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi aparılması üçün tələbkar Cavabdeh1 BOKT MMC tərəfindən qanunun tələblərinə riayət edilməmiş və bu da notarius tərəfindən nəzərə alınmamışdır. Belə ki, tələbkarın icra qeydi alınması üçün notariusa təqdim etdiyi sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmir. Tələbkar tərəfindən müqavilə üzrə ödənişlər təqdim edildiyi təqdirdə icra qeydində göstərildiyi vaxt ında ödənilməmiş öhdəliyin 76.276,24 manat olmadığı müəyyən olunur. Belə olan halda, notarius tərəfindən mübahisəli hallar üzrə öhdəliklərə dair icra qeydi verildiyi məlum olur. Bundan əlavə, qanunun tələblərinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciətindən əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir. Belə ki, bu barədə onlara tələbkardan hər hansı bildirişə dair məktub daxil olmamışdır. Əksinə, onun tərəfindən tələbkara 2021-ci ilin iyun ayında rəsmi məktub göndərilərək, öhdəliklər barədə məlumatın verilməsinə dair məlumat istənildiyi halda heç bir cavab verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 BOKT MMC-nin müraciətinə əsasən, aparmış olduğu xx.xx.2021-c i il tarixli icra qeydi əsassız və mübahisəli olmuşdur.

4. Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçının həmin ünvanda qeydiyyatda olduğunu və həmin ünvana 3-4 dəfə bildiriş göndərildiyini, 4-cü ayda isə artıq işi icraya göndərdiklərini, iddiaçının öhdəliklərini vaxtı-vaxtında icra etmədiyini, qiymətləndirmənin qanunauyğun şəkildə olduğunu bildirmişdir.

5. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(006)-882/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli (hakim Səməd Cəfərov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, borc məbləği iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir.

7. Birinci instansiya mə hkəməsi öz mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci və 9-cu hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 1.1-ci bəndinə, «İpoteka haqqında» Qanunun 34.1.1 və 38.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbkarın icra qeydi alınması üçün notariusa təqdim etdiyi sənədlərlə borcun mübahisəsiz olduğu təsdi q edilmir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd edib. Belə ki, İddiaçı ilə Cavabdeh1 BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 970 nömrəli kredit müqaviləsi üzrə kredit alan kredit öhdəliyini pozmuşdur. Ona görə də, kredit verən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün notariusa müraciət etmişdir. Həmin müraciətin əsasında Bakı şəhəri 43 saylı Nota riat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixli, 8İ-9060 reyestr nömrəli icra qeydi verilmişdir. İcra qeydinə görə əsas borc kimi 55.437,83 manat, faiz borcu kimi 20.765,64 manat, dəbbə pulu kimi 72,77 manat, cəmi 76.276,24 manat məbləğində pul tələbi üzrə tutma ipoteka predmeti olan mənzilə yönəldilməlidir. İcra qeydi ilə tutulan məbləğə dair təfsilatlı maliyyə arayışı notariusa təqdim olunmuşdur. Bu isə borcun mübahisəsiz olduğunun təsdiqi kimi qiymətləndirilməlidir.

12. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilib işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbkar tərəfindən borcluya bildiriş və məktub göndərilməmiş, məhkəməyə təqdim edilmiş poçt bildirişi isə saxtalaşdırılmışdır. Həmin bildiriş nə borclu, nə də onun ailəsi tərəfindən qəbul edilməmişdir. Eyni zamanda, notariusun məhkəməyə təqdim etdiyi icra qeydinə dair sənədlərə kredit müqaviləsi əlavə edilməmiş və iş materiallarında da mövcud olmamışdır. Tələbkar tərəfindən faizlər və peniya düzgün hesablanılmamışdır. Bu xüsusatın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olmuş, lakin məhkəmələr müvafiq ekspertizanı təyin etmədən hesablamanın düzgün olduğu qənaətinə gəlmişlər. Borclu olaraq respublika hüdudlarından kənarda olduğu üçün məhkəmə baxışında iştirak etmədiyindən bu barədə məhkəməyə vəsatət təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu

16. Maddə 76 İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. «İpoteka haqqında» Qanun

17. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir h issəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır.

18. Maddə 38.1 Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı 19. 1.1-ci bənd ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyy atını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

32. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, apellyasiya məhkəməsi qətnaməsində həmin dəlillərə ətraflı qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, sübutlar ı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, mübahisələndirilən icra qeydi notyarius t ərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun ləğvi üçün hər hansı qanuni əsas mövcud olmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

38. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

40. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar