Məhkəmə qərarları › İş №2(102)-2332/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2332/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2332/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, http://supremecourt.gov.az/static/view/94X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilm iş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia ərizəsi qismən təmin olunmuş, xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 4660,99 ABŞ dolları, faiz borcuna görə 7644,46 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları olmaqla, ümumilikdə 12805,45 (on iki min səkkiz yüz beş dollar qırx beş sent) ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), xx.xx.2015-ci il tarixli, 002R**********saylı kredit müqaviləsi üzrə əsas borca görə 30175,21 ABŞ dolları, faiz borcuna görə 14822,57 ABŞ dolları, cərimə borcuna görə 700 ABŞ dolları olmaqla, ümumilikdə 45697,78 (qırx beş min altı yüz doxsan yeddi dollar yetmiş səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddiaçının tələblərinin ödənilməsi üçün tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutma Cavabdeh3 məxsus mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, cavabdehlərdən 19 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərcindən 125 manatın cavabdehlərdən, 75 manatın isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ekspertiza tədqi qatının dəyəri olan 200 manat ekspertiza xərcindən 125 manatın cavabdehlərdən, 75 manatın isə iddiaçıdan tutularaq «X7» MMC-nin hesabına ödənilməsi qət olunmuşdur.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və F.Talışinski) qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. KASA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə y önəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 002R********** saylı kredit razılaşması üzrə 4660,99 ABŞ dolları kredit borcu, 7737,13 ABŞ dolları faiz borcu, 14099,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26497,36 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 30175,21 ABŞ dolları kredit borcu, 14822,57 ABŞ dolları faiz borcu, 21638,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 66636,03 ABŞ dolları, hər iki kredit razılaşması üzrə ümumilikdə 93133,39 ABŞ dolları məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən q aydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, 002R********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə borcalan bankdan 1,75 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 45000 ABŞ dolları məbləğində kredit almışdır. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, 002R**********saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə borcalan bankdan 1,6667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit almışdır. Eyni zamanda kredit müqavilələrindən irəli gələn öhdəliyin təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinəgötürmüşlər. Bundan başqa kredit müqavilələrindən irəli gələn öhdəliyin təmini üsulu olaraq, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzili kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi ipoteka qoyulmuşdur. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, borclu Cavabdeh1 müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspe rt rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı QSC-yə olan əsas borcu 23481,26 ABŞ dolları, faiz borcu isə 7644,46 ABŞ dolları müəyyən olunur. Həmçinin, həmin ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı QSC-yə olan əsas borcu 30175,21 ABŞ dolları, faiz borcu isə 14822,57 ABŞ dolları müəyyən olunur. Məhkəməyə təqdim olunmuş “X7” MMC-nin ekspert rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablama lar nəticəsində məlum olmuşdur ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 220.000 manat təşkil edir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər apelyasiya şikayətində onlardan əsassız olaraq artıq pul vəsaitinin tutulmasını göstərsələr də, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq, Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı QSCyəolan əsas borcu 23481,26 ABŞ dolları, faiz borcu isə 7644,46 ABŞ dolları, həmçinin xx.xx.2015-ci il tarixli, 002R********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı QSC-yə olan əsas borcu 30175,21 ABŞdolları, faiz borcu isə 14822,57 ABŞ dolları müəyyən olunur. Eyni zamanda, işdə olan «X7» MMC-nin rəyindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 15 saylı evin 16 saylı mənzilinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 220.000 manat təşkil edir. MPM-in 77.1-ci maddəs inə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzər inə götürür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllə sinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf apelyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza və mütəxəssis rəyinə münasibət bildirməmiş, onlarla razılaşmamalarının əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı isə rəylərin mötəbərliyinə şübhə yaranmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra cavabdeh tərəfin həyata keçirdiy i ödənişlər icra zamanı nəzərə alına bilər və bu hal qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq müddətlə bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə Razılaşmalar (kredit məbləğlərinin verilməsi) xx xxxxxxx 2014-cü il tarixdə və xx xxxxxx 2015-ci il tarixdə bağlanmış, sonradan həmin Razılaşmalara dəyişikliklər edilmiş, kreditlərin qaytarılması müddətləri bitdikdən sonra isə qanunla nəzərdə tutulmuş 3 illik müddətlər keçmədən iddiaçı hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. MM-nin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini r əhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar