Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2333/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğluna qarşı “evin boşaldılması və evdən çıxarılma” tələbinə dair ilk və iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması və əldən çıxmış faydanın tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: hərracdan alınan yaşayış sahəsindən əvvəlki mülkiyyətçilərin istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)1**/2021 nömrəli qətnaməsindən Cavabdeh2 prosessual hüquq varisi Atayeva Aygün Musa qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilmiş, Cavabdeh2 28 iyul 2**6-cı il tarixli kredit müqaviləsinə əsasən 92246,57 manat, "xxxx" MMC-dən 09 oktyabr 2**6-cı il tarixli kredit müqaviləsinə əsasən 63495,42 ABŞ dolları və 17 mart 2**8-ci il tarixli kredit müqaviləsinə əsasən 119747 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmeti ola Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, 130 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, borc üzrə ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin ipoteka qoyanlara - Cavabdeh2, Cavabdeh3, X2, X1 və Cavabdeh4 ödənilməsi qət edilmişdir.
2. İpoteka predmeti olan Gəncə şəhəri, D.Bünyadzadə küçəsi (hazırda Turan küçəsi) 130 nömrəli fərdi yaşayış evi 55**** manat dəyəri ilə hərraca çıxarılmış və 06 iyul 2011-ci il tarixdə keçirilmiş hərracda ev 25% aşağı dəyərlə 350625 manata "xxxx" ASC-yə satılmış və həmin ASCnin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qis mən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə uyğun olaraq Gəncə şəhəri İcra idarəsinin sifarişi ilə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 06 iyul 2011-ci il tarixli, 45/1-01 nömrəli protokol və 06 iyul 2011-ci il tarixli bağlanmış əmlakın alqısatqısı barədə müqavilə ləğv edilmiş, tələbin yönəldiyi əmlakın sərhədləri yenidən müəyyən edildiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş sərhədlər daxilində Gəncə şəhəri, Nizami rayonu, D.Bünyadzadə küçəsi 130 saylı fərdi yaşayış evinin (yeni sərhədlərlə 246,0 kv.m torpaq sahəsinə aid edilmiş, 118,1 kv.m 4 yaşayış otağı, 69,4 kv.m köməkçi sahəsi, 145,8 kv.m yarımz irzəmi) yenidən qiymətləndirilməsi, yeni qiymətlə sözügedən əmlakın yenidən hərracdan satışının həyata keçirilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə və Cavabdeh2 "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və başqalarına qarşı “hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin ləğvi və s.” tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh2 "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, "xxxx" ASC-dən 14793,7 manat məbləğində pul vəsaitinin paylı mülkiyyətçilər Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh4 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı fərdi yaşayış evinin boşaldılması, bütün ev əşyalarının çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab olunaraq həmin evdən çıxarılmaları və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İdd ia onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan fərdi yaşayış evini hərracdan almışdır. Cavabdehlər həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamırlar. Cavabdehlərin banka məxsus olan evdə qeydiyyatda qalmaları bankın əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur.
7. İddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğlu cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 114532 manat pulun ödənilməsinin təmin edilməsi, cavabdehin həmin pulu özündə qanunsuz saxlamaqla öz maraqları naminə istifadə etdiyindən əldə etdiyi gəlirdən faizlərin, əldən çıxmış fayda olaraq dəymiş zərərin ödənilməsi, fərdi yaşayış evinə çəkilmiş 8**** manat təmir xərcinin tutulması, cavabdehlərdən tutulm alı olan 114532 manat pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ipoteka predmeti olan sahələrdə əhəmiyyətli əsaslı təmir işləri aparılmaqla xərc qoyulmuş, əsaslı təmir işləri onlar tərəfindən ev hərracda satıldıqdan sonra qoyulmuş və həmin xərcin cavabdehdən tələb olunması əsaslıdır. İpoteka saxlayan tərəfindən əsaslı təmir işlərinin aparılması üçün heç bir etiraz edilməmişdir. Əsaslı təmir işlərinə 8**** manat xərc çəkilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi 2011-ci il tarixdən satıldıqdan sonra onun satışından artıq qalmış 114532 manat pul onlara ödənilməmiş, bank tərəfindən saxlamaqla özünün dövriyyəsi vəsaiti kimi ondan gəlir əldə etmişdir.
9. İş üzrə birinci i nstansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 14 avqust 2018-ci il tarixli hesabatına əsasən Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində “İddiaçı2-nin mülkiyyətində olan 0,0185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 146,9 kv.m ümumi, 99,3 kv.m yaşayış, 47,6 kv.m yardımçı sahədən ibarət 130 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətdə ilkin satış (real bazar) qiyməti 15**** manat təşkil edir.
10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(044)988/2018 nömrəli qətnaməsi ilə (hakim A.M.Eyvazov) ilk iddia tələbi təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı evdə olan ev əşyaların çıxarılaraq boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 oğlunun, X3, Cavabdeh 2 və Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı evə dair istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları, ilkin iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 oğlundan, Cavabdeh2 və Cavabdeh5 alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 152.4, 228.2, 228.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi 130 saylı ev xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin mülkiyyətində olmaqla, mülkiyyətində olan əmlakdan istifadə etmək hüququ dövlət tərəfindən tan ınan və qorunan hüququdur. Cavabdehlərin mübahisəli ev üzərində qanundan və ya müqavilədən irəli gələn hər hansı bir hüquqlarının olması müəyyən edilməmişdir. Cavabdehlərin mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli evdə qeydiyyatda qalmaları sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, 02 mart 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, D.Bünyadzadə 130 ünvanda yerləşən ünvanla əlaqədar borcluya çatan fərq kimi Gəncə İcra Şöbəsinin hesabına 65104,50 manat ödəniş edilmişdir.
13. Bundan başqa məhkəmə qeyd etmi şdir ki, "xxxx" MMC-nin 14 avqust 2018-ci il rəyində isə mübahisəli mülkün ilkin satış qiyməti 15**** manat müəyyən edilmişdir. Həmin mülk "xxxx" ASC tərəfindən 06 iyul 2011-ci il tarixdə 350625,** manata alınmasına baxmayaraq, hazırki vəziyyətdə mülkün 15**** manat müəyyən edilmişdir ki, belə vəziyyətdə qarşılıqlı iddia təmir xərcinin tutulması hissəsində əsaslı deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(044)-988/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)-1**/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(044)-988/2018 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin mübahisəli əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, cavabdehlər mübahisəli əmlakı kreditin qaytarılması üçün ipotekaya qoymuşlar. Kredit müqaviləsi üzrə yaranmı ş öhdəlik lazımınca icra edilmədiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilmiş, əmlak açıq hərraca çıxarılmış və bank tərəfindən əldə edilmişdir. Cavabdehlərin mübahisəli mənzilin üzərində qanundan və ya müqavilədən irəli gələn hüquqları qalmamışdır.
17. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərində göstərilmiş 14532 manat pulun ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, ipoteka predmetinin satışından əldə edilmiş puldan borc məbləği, 7 % icra xərci və hərrac təşkilatının depozit hesabına ödənilən pul çıxıldıqdan sonra qalan pul vəsaiti cavabdehlərə ödənilməsi üçün icra qurumunun depozit hesabına köçürülmüşdür. İpoteka predmetinin satışından artıq qalmış pul məbləği cavabdehlə rə ödənilməsi üçün icra qurumunun depozit hesabına köçürüldüyündən əldən çıxmış fayda ilə bağlı onlara hər hansı ziyan dəyməsi mümkünsüzdür.
18. Mübahisəli daşınmaz əmlakın təmir xərci ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə göstərmişdir ki, apellyasiya icraatında keçirilmiş və “Alternativ” Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin daxilində müəyyən konstruktiv dəyişikliklər edilmiş, yarı zirzəmi sahələri yaradılmışdır. Lakin evin xarici ölçülərindən kənara çıxmalar, o cümlədən əlavə tikililərin inşa edilməsi müəyyən olunmamışdır. Evə dair tərtib olunmuş texniki pasportda öz əksini tapmış fərdi yaşayış evinin mövcudluğu və texniki pasportun göstəricilərindən kənar hər hansı əlavə ti kililərin olunmadığı müəyyən edilmişdir.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan mübahisəli əmlak "xxxx" MMC-nin hərracın yekunları barədə 06 iyul 2011-ci il tarixli protokoluna və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 06 iyul 2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən açıq hərracdan alınmışdır. Buna görə də, 06 iyul 2011-ci il tarixdən sonra cavabdehlərin həmin əmlaka dair hər hansı sərəncam vermək, həmin yaşayış sahəsində təmir-tikinti işlərini aparmaq hüquqları olmamışdır. Tərəflər arasındakı ipoteka predmeti 29 mart 2017-ci ildə tərtib edilmiş, reyestr nömrəsi 201013**7483-10301 olan texniki pasportda öz əksini tapmış fərdi yaşayış evinə dair bağlanmışdır. Təqdim edilmiş ekspert rəyi ilə cavabdehlər tərəfindən ipoteka müqaviləsi b ağlandıqdan sonra 29 mart 2017-ci ildə tərtib edilmiş, reyestr nömrəsi 201013**7483-10301 olan texniki pasportda öz əksini tapmış fərdi yaşayış evinin daxilində müəyyən konstruktiv dəyişikliklərin edilməsi, yarımzirzəminin bəzi sahələrinin yaradılması müəyyən edilsə də, ipoteka müqaviləsi bağlandıqdan sonra ipoteka predmeti bankın mülkiyyətinə keçənə kimi predmetdə hər hansı təmir-bərpa işlərinin aparılması ipoteka saxlayanın müvafiq razılığı ilə olmalıdır. Belə bir razılığın olması iş materialları ilə müəyyən edilmir. Cavabdehlər ipoteka predmetində təmir-bərpa işlərinin görüldüyü halda ipoteka predmetinin mövcud bazar dəyərini mübahisələndirə bilərdilər. İş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilm əsi üçün ekspertiza təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2018ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabat ilə Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində "xxxx" ASC-nin mülkiyyətində olan 0,0185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 146,9 kvm ümumi, 99,3 kvm yaşayış, 47,6 kvm yardımçı sahədən ibarət 130 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətdə ilkin satış (real bazar) qiymətinin 15**** manat təşkil etdiyi müəyyən edilmişdir ki, bu məbləğ də ipoteka predmetinin satıldığı qiymətlə müqayisədə aşağıdır. Mülki qanunvericiliyin tələbinə əsasən, mülkiyyətçi ipotekada dəyişikliklər və ya əlavələr etmişsə və bu zaman onları da tələbin təminatı kimi verməyə borclu deyilsə, həmin dəyişiklikləri və əlavələri geri götürərək əşyanın əv vəlki vəziyyətini bərpa edə bilər. Odur ki, apellyasiya məhkəməsi bu hissədə də, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)-1**/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 448, 449-cu maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsi 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə "Rabitəbank” ASC tərəfindən 07 sentyabr 2012-ci il tarixdən 08 aprel 2015-ci il tarixədək 2 il 7 ay ərzində illik 5 faiz dərəcəsi ilə bank tərəfindən ipoteka qoyanlara qaytarılmamış 114532 manat pul üzrə 14793,7 manat pulun "xxxx" ASC-dən tutulmasını nəzərə almamışdır. İddiaçı "Rabitəbank” ASC üzərinə düşən öhdəliyi təkrarən yerinə yetirməmiş və 114532 manat puldan bir manat da olsun qaytarmamışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirdiyi hissədə maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ri ayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdehlərdən Cavabdeh2 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızı tərəfindən mübahisələndirildiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət h üququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunver icilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalan mağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları y aşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxsl ər ipoteka qoyulmuş yaşayış sahəsindən məcburi qaydada çıxarılırlar.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsi nə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, həmin dəlillərə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
33. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən yaşayış sahəsinin hazırda iddiaçının mülkiyyətinə olması işin mübahisəsiz halıdır. Cavabdehin şikayətinin dəlili qarşılıqlı iddia üzrə tələb təmin olunacağı halda, onun fərdi yaşayış evindən çıxarılmasına yönəldilmişdir.
34. Lakin cavabdeh bank tərəfindən hərracın keçirilməsindən sonra borc məbləğindən artıq qalan evin dəyərinin mülkiyyətçilərə qaytarılmadığını bildirsə də, apell yasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bank qeyd olunan pul vəsaitini icra şöbəsinin depozit hesabına köçürmüşdür.
35. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 07 iyul 2011-ci il tarixli ödəniş tapşırıqları ilə (hərrac keçirildikdən sonra) 7012,50 manat və 42050 manat məbləğində pul vəsaitləri "xxxx" MMC-nin, 02 mart 2017ci il tarixdə isə (yəni Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2016-cı il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra) 65104,50 manat məbləğində pul vəsaiti Gəncə rayon İcra Şöbəsinin hesabına ödənilmişdir.
36. Beləliklə, müəyyən olunmuşdur ki, bank tərəfindən ipoteka predmetinin hərracdan satış qiyməti ilə məhkəmə qətnaməsi ilə müəyyən olunan borc arasında fərq səlahiyyətli orqanın hesabına ödənilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan tarixdən sonra bankın MM-in 449-cu maddəsinə əsasən faiz ödəmək öhdəliyi yaranmamışdır.
37. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)-1**/2021 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 prosessual hüquqi varisi Atayeva Aygün Musa qızı tərəfindən mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.