Məhkəmə qərarları › İş №2(102)-2337/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2337/2023

11.07.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2337/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi X2nun Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin, etibarnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2023-cü iltarixli, 2(103)432/2023 saylı qətnaməsindən İddiaçı hüquqi varisi X2nun verdiyi kassasiya şikayəti üzrə işə işə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İşin halları İddiaçı 28 fevral 2017-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh2 “04 yanvar 2003cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili satmağı, buna dair müqaviləni imzalamağı, pulu almağı, adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” etibar etmişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında 03 mart 2017ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilindən bir hissəsini (tam hissədən- 1-ci mərtəbə və 2-ci mərtəbədən 9,5 kv.metr olan 1 otaq, 5.0 kv.metr olan dəhliz) 40.000 manata Cavabdeh1 satılmışdır. İddiaçı ilə X2 arasında 07 yanvar 2021-ci il tarixdə bağlanmı ş alqı-satqı müqaviləsinə əsasən əsasən İddiaçı mübahisəli mənzilin bir hissəsini (3-cü mərtəbə və 2-ci mərtəbədən 10,2 kv.metr) alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 14.600 manat pul vəsaitini satıcıya verməyi öhdəsinə götürmüşdür. Mənzil üzərində Cavabdeh1 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 aprel 2017-ci il tarixdə X2nun xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23 yanvar 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 05 may 2017-ci il tarixdə bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə 08 oktyabr 2019-cu il tarixdə vəsiyyət edənin ərizəsinə əsasən ləğv edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə İddiaçı ölən günədək ona məxsus olan, harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq büt ün daşınar və daşınmaz əmlakını X1 vəsiyyət etmişdir. İddiaçı 20 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Hazırkı işdə iddia İddiaçı tərəfindən qaldırılmış, lakin onun məhkəmə baxışının gedişində vəfatı ilə əlaqədar olaraq o, prosessual hüquq varisi ilə, yəni vəsiyyətnamə üzrə vərəsə X2 ilə əvəz olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 2 saylı Bakı Cavabdeh3 notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş 28 fevral 2021-ci il tarixli etibarnamə, həmin etibarnamə əsasında bağ lanılmış 03 mart 2021-ci il tarixli, AN-İ № ******* nömrəli, 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında X adına aparılmış 11 aprel 2017-ci il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Qeyd olunan mənzildə Cavabdeh1 kirayəçi olaraq bir müddət yaşamışdır. Kirayədə yaşadığı dövrdə Cavabdeh1 ilə mülkiyyətçi İddiaçı arasında mübahisələr yaranmış, cavabdeh iddiaçının yaşlı və tək yaşayan qadın olduğundan suiistifadə edərək, onun mənzilini ələ keç irmək niyyətində olmuşdur. Bununla bağlı Cavabdeh1 İddiaçı təzyiqlər göstərməyə başlamış və yaşlı qadını qorxutmaq məqsədilə 45.000 ABŞ dolları məbləğində borc pulun geri ödənilməsi barədə uydurma tələblə 03 oktyabr 2016-cı ildə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 13 dekabr 2016-cı ildə iddia ərizəsini geri götürmüş və Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra, Cavabdeh1 İddiaçı mənzilin idarə edilməsi ilə bağlı etibanamə verilməsi üçün 2 saylı Bakı Cavabdeh3nə aparmışdır. İddiaçı Asan Xidmət Mərkəzində Cavabdeh1 etibarnamə vermiş, lakin onun Azərbaycan dilini bilməməsi və notarius tərəfindən müvafiq tərcüməçi ilə təmin edilməməsi səbəbindən etibarnamənin məzmunu ilə tan ış ola bilməmişdir. Etibarnamə verilməsindən sonra mənzilin mülkiyyət və digər sənədləri Cavabdeh1 saxlanılmışdır. 07 yanvar 2021-ci il tarixində qeyd olunan mənzilin başqa şəxsə satılması zamanı İddiaçı məlum olmuşdur ki, ona məxsus mənzilin bir hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Məlum olmuşdur ki, 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mənzil üzərindəki hüquqları dövlət qeydiyyatında alınmışdır. Notariat ofisinin təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, 28 fevral 2017-ci ildə İddiaçı Cavabdeh2 adlı şəxsə Bakı şəhəri, S.Quliyev küçəsi, ev 9 ünvanında yerləşən 5 nömrəli mənzilin satılması ilə bağlı etibarnamə vermişdir. Bununla bağlı iddiaçı bildirir ki, İddi açı Cavabdeh2 adlı şəxsi tanımır və heç vaxt heç bir münasibəti olmamışdır. Daha əvvəl qeyd olunduğu kimi, İddiaçı Cavabdeh1 ilə birlikdə Asan Xidmət mərkəzinə getmiş və ona mənzilin idarə edilməsi ilə bağlı etibarnamə vermək niyyətində olmuşdur. Yuxarıda göstərilənlərdən aydın şəkildə görünür ki, mənzilin qanunsuz olaraq ələ keçirilməsi Cavabdeh1 tərəfindən təşkil olunmuş və İddiaçı aldadılmışdır. Belə ki, ilk növbədə əssasız iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq yaşlı və Azərbaycan dili bilməyən xanım olan İddiaçı təzyiq göstərilmiş, daha sonra isə iddia ərizəsi geri götürələrək etibarnamə vasitəsilə İddiaçı məlumatı olmadan mənzil ələ keçirilmişdir. Etibarnamədən cəmi 3 gün sonra- 03 mart 2017-ci il tarixində Cavabdeh2 mənzili Cavabdeh1 40.000 manat əvəzində satmışdır. Mənzilin qanuni mülkiyyətçisi olan İddiaçı mənzilin “guya” satışı ilə bağlı pul vəsaiti də təqdim olunmamış, həmin pul vəsaiti Cavabdeh1 tərəfindən notariat deposit hesabına köçürülmüş və onunla əlbir olan Cavabdeh2 ilə birgə həmin hesabdan götürülmüşdür. İddiaçının mülkiyyətində olan mənzili satmaq niyyətinin olmaması onun mübahisəli alğı-satqı müqaviləsini şəxsən bağlamamasından aydın olur. Belə ki, iddiaçının belə bir niyyəti olduğu halda bu məqsədlə etibarnamə verməz, 3 gün sonra şəxsən notariat kontorunda yaxınlaşıb əqdin bağlanmasında iştirak edə bilərdi. Notariat kontoru tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələr tam icra olunmamış, açıq-aydın şəkildə azərbaycan dilini bilməyən yaşlı qadın tərcüməçi ilə təmin olunmamış, ona etibarnamənin məzmunu izah edilməmişdir. İddiaçı 20 avqus t 2021-ci il tarixdə öldüyündən, məhkəmənin 18 may 2022-ci il tarixli iclasında X3 Kazımovanın hüquq varisi olaraq tanınaraq işə cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(011)-134/2022 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən etibarnamənin İddiaçı iradə ifadəsinə zidd olması, onun şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı sübut olunmadığından, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərinə tam əməl olunaraq mərhum İddiaçı mənzilə görə razılaşdırılmış pul vəsaitini almış, əvəzində ona məxsus olan daşınmaz əmlakı Cavabdeh1 təhvil vermişdir. Həmin müqavilənin ba ğlanmasında iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 mənzilə görə pulu götürməsi həmin alqı-satqı müqaviləsinin formal bağlanması anlamına gəlmir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 321.3, 337.1, 362.1, 404.1-ci maddələrinin tələblərinə və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçının hüquqi varisi X apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə hər hansı sübut olmadan iş üzrə əlyazma olaraq məhkəməyə təqdim edilən və iddiaçı tərəfindən yazıldığı iddia edilən 05 dekabr 2016-cı il tarix li sənədin iddiaçı tərəfindən yazıldığını və iddiaçının 45.000 ABŞ dollarının cavabdeh X borcun etirafı haqqında sənəd olduğunu müəyyən edir. İddiaçının cavabdehə hər hansı borcu olmamışdır və məhkəmə bu kimi faktı hansı əsaslarla müəyyən etməsini qətnamədə əsaslandırmamışdır. İş materiallarından cavabdeh x izahatlarından aydın olur ki, tərəflər, yəni iddiaçı ilə X dəfələrlə vəsiyyətnamə və sair sənədləşmə məsələləri ilə bağlı notariusa müraciət etmişlər. Belə olduğu təqdirdə və iddiaçının cavabdeh x 45.000 ABŞ dolları borcunun olduğu təqdirdə niyə bu borc münasibətini rəsmiləşdirməmələrini məhkəmə araşdırmamışdır. Bundan əlavə, x anası, iş üzrə hər hansı tərəf olmayan X iş üzrə iddiaçıya qarşı ‘pulun qaytarılması’ tələbinə dair 15 mart 2017-ci il tarixində Bakı şəhər, Səbail rayon Məhkəmə sinə müraciət etdiyi, daha sonra X Bakı şəhəri, Səbail rayon məhkəməsinə ərizə yazaraq guya ki, cavabdeh İddiaçı ilə razılaşdıqlarından ərizəni baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh X isə məhkəmədə izahatında bildirmişdir ki, həmin razılıq evin həmin pulun əvəzində verilməsi ilə bağlı olmuşdur. Belə olduğu halda qarşı tərəfə məhkəmə zalında ünvanladığı “o zaman niyə məhkəmədə sözügedən razılaşmanı barışıq sazişi ilə təsdiq etmirdiz?” sualına isə cavabdeh tərəf hər hansı cavab vermədi. Ümumiyyətlə, cavabdeh tərəf iddiaçı ilə aralarında borc münasibətini olduğunu hər hansı mötəbər sübutlarla məhkəmədə təsdiq etmədi. Borcun nə vaxt, hansı şəraitdə, hansı miqdarda, hansı üsulla verilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(103)432/2023 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və M.Ə.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə konkret olaraq mübahisəli mənzili satmaq niyyəti, həmin mənzilə görə ödənilmiş pulun alınması və sair səlahiyyətlər qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, həmin borc münasibətlərindən irəli gələrək, iddiaçı mənzili Cavabdeh1 satmışdır. Alqı-satqının hər hansı təzyiq, aldatma və sair nəticəsində b ağlanması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyətinin olmaması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı mənzilin bir hissəsinin 03 mart 2017-ci il tarixdə Cavabdeh1 satılmasından, yəni alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, işin faktiki halları belə qənaətə gəlməyə əsas vermir. Hazırkı işdə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən tərəflər hansısa əqdi pərdələmək niyyətində olmamışlar. Tərəflərin məqsədi alqı-satqı müqaviləsi bağlamaq olmuş və müqavilə onların iradəsinə uyğun olaraq rəsmiləşdirilmişdir. Başqa sözlə, iddiaçının niyyəti mülkiyyətində olan mənzilin bir hissəsini borclu olduğu 40 000 manatın əvəzində cavabdehin adına keçirmək olm uşdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 362.1, 324.3, 337.1, 404-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətini iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun olaraq əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı X tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya ş ikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məc əllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə

404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının hüquqi varisi X kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçının hüquqi varisi X kassasiya şikayətində apellyasiya instansiyası məh kəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi). Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə, qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanun suz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinəəsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərləəsaslandıra bilməz (M ülki Prosessual Məcəllənin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə konkr et olaraq mübahisəli mənzili satmaq niyyəti, həmin mənzilə görə ödənilmiş pulun alınması və sair qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, həmin borc münasibətlərindən irəli gələrək, iddiaçı Cavabdeh1 mənzili satmışdır. Alqı-satqının hər hansı təzyiq, aldatma və sair nəticəsində bağlanması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Mülki qanunvericilikdə əqdin etibarsızlığı dedikdə- mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edil ən şərt; əqdin məzmununa aid edilən şərt; əqddəiradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyə tinin olmaması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı mənzilin bir hissəsinin 03 mart 2017-ci il tarixdə Cavabdeh1 satılmasından, yəni alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, işin faktiki halları belə qənaətə gəlməyə əsas vermir. Çünki İçərişəhər Dövlət X5 İdarəsinin 25 yanvar 2017-ci il tarixdə İddiaçı ünvanlandırdığı cavab məktubundan görünür ki, iddiaçının belə niyyəti olmuş, mübahisəli mənzili satmaq niyyəti ilə o, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş və Qoruq mənzili özü almaqdan imtina edərək kənar şəxsə satılmasına icazə vermişdir. Bundan əlavə, iddiaçı mübahisəli mənzilin bir hissəsini (3-cü mərtəbə və 2-ci mərtəbədən 10,2 kv.metr) hissəsini X satmazdan əvvəl 10 iyun 2020-ci il tarixdə mənzil i almaqda üstünlük hüququ olan şəxs kimi Cavabdeh1 rəsmi məktubla təklif etmişdir. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərindən biri də, hazırki mübahisəyə Mülki Məcəllənin 340.2-ci maddənin tətbiq edilməli olması və alqısatqı müqaviləsinin yalan əqd olmaqla başqa bir əqdi pərdələmək məqsədilə bağlanması barədədir. Apellyasiya instansiyası məhkəməsi bu dəlili də əsassız sayaraq qeyd etmişdir ki, yalan əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) pərdələyir, maskalayır. Bir sözlə, yalan əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: pərdələnən əqddən və pərdələyən əqddən. Pərdələnən əqd tərəflərin hüquqi nəticəəldə etmək məqsədilə həqiqətən bağladıqları əqddir (h üquqi əqd). Pərdələyən əqd isə həqiqi əqdin mahiyyətini vəəsl xarakterini üçüncü şəxslərdən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırki işdə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən tərəflər hansısa əqdi pərdələmək niyyətində olmamışlar. Tərəflərin məqsədi alqı-satqı müqaviləsi bağlamaq olmuş və müqavilə onların iradəsinə uyğun olaraq rəsmiləşdirilmişdir. Başqa sözlə, iddiaçının niyyəti mülkiyyətində olan mənzilin bir hissəsini borclu olduğu 40 000 manatın əvəzində cavabdehin adına keçirmək olmuşdur. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikay ətinin dəlilləri ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də qətnamə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı hüquqi varisi X2nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(103)-432/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar