Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması barədə ilkin; Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15062 nömrəli iş üzrə 17.12.2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100000 ABŞ dolları əsas borc və 10000 ABŞ dolları faiz borcu, cəmi 110000 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, aralarında 19.04.2016-cı il tarixdə bağlanmış, 2 saylı Bakı Asan xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş kredit müqavil əsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla iş idarəsi tərəfindən o, fərdi sahibkar kimi ********** VÖEN ilə qeydiyyata alınmış, sahibkarlıq məqsədləri üçün iddiaçı ilə kredit müqaviləsi bağlamışdır. Lakin iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyinə əməl etmədiyindən biznes layihəsini icra edə bilməmiş, ziyan çəkmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək onunla birlikdə notariusa gedib, kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Buna cavab olaraq iddiaçı bildirmişdir ki, həmin müqavilənin h eç bir əhəmiyyəti yoxdur, çünki ona pulun alınması barədə iltizam verməmişdir və müqavilə icra olunmayıb. İddiaçının bu sözlərinə inanaraq müqavilənin ləğvi barədə iddia qaldırmamışdır. Lakin iddiaçı əsassız varlanmaq üçün hazırda həmin kredit müqaviləsinə istinad edərək, ondan külli miqdarda pul almağa çalışır. Buradan görünür ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinə bağlıdır və bu səbəbdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23.10.2019-cu il tarixli qərardadı ilə (hakim M.Bağırova; iş № 2(009)2694/2019) mülki işin aidiyyəti üzrə göndərilməsi barədə cavabdehin ərizəsi təmin edilməmiş, eyni tarixli qətnamə ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 17.12.2019-cu il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayəti vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə cavabdeh aralarındakı mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranığını əsas götürərək mübahisəni kommersiya (iqtisad) mübahisəsi hesab edir. Birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) işə baxıldığı dövrdə qüvvədə olmuş 24.2 və 25.1-ci maddələrinə istinadla belə qənaətə gəlmişlər ki, mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, ona görə də işə ümumi məhkəmədə baxılmalıdır. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı işin birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyi 12 sentyabr 2019cu il tarixdə MPM-in 25.1-ci maddəsi nəzərdə tuturdu ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiz iki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Baxılan iş üzrə cavabdeh vergi ödəyicisi olduğunu bildirsə də, iddiaçı fiziki şəxsdir, onun sahibkarlıq subyekti olması barədə iş materiallarında sübut (məlumat) yoxdur. Mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən qüvvədə olan normaları baxımından da hazırkı iş kommersiya mübahisəsi kimi qəbul oluna bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət etməklə qəbul etmişdir. Həmin dövrdə və hal-hazırda qüvvədə olan mülki porsessual qaydalara əsasən işə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. Hazırk ı iş kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayəti əsasında daxil olsa da, Məhkəmə kollegiyası həmin işə hazırda qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq baxılmasını qanuni hesab etmişdir. Belə ki, MPM-in qüvvədə olan redaksiyasına görə kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pulun tutulması barədə ilkin; Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15062 nömrəli iş üzrə 17.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2339/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2339/2020
02.07.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver