Məhkəmə qərarları › İş №2(102)-2342/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2342/2023

06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X12 (prosessual hüquq varisi Cavabdeh) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X7 ibarət tərkibdə, İddiaçı cavabdeh X12 qarşı “payın naturada bölünməsi, cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş ərazinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)213/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətin ə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən “B” tikilisini AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2.

2. MH seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.02749 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 4 otaqlı 59.29 kv.m yaşayış, 59.68 kv.m köməkçi sahədən ibarət olan 2608 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə X6 “A” tikilisi 3 otaq (42.89 kv.m), X8 “B” tikilisi 1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İddiaçı 12 mart 2019-cu il tarixdə notariat qaydasın da təsdiq edilmiş ərizəsində ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X3, gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 2 sahəsində “B” tikilisi xx.xx.2006-cı il tarixində X8, “A” tikilisi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bağ evinin yerləşdiyi 0,1125 ha torpaq xüsusi mülkiyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində olan cavabdeh X12 məxsus yaşayış sahəsinin, həmin yaşayış sahəsinə iki metr enində yo l verilməklə mərzin çəkilməsi qaydasında ona məxsus mülkiyyətində olan ərazi ilə naturada ayrılması, mülkiyyətində olan ərazi hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş ərazinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, 7 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olmuş ünvan 1 evinin texniki pasportda göstərilən “B” tikilisi adlı bir otaqlı hissəsini cavabdehə satmışdır. Cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün iddiaçı mülkiyyətində qalmış ərazidən ümumi girişdən başlamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə raz ılaşmışdır və bu gün də iddiaçı buna razıdır. Həmin yola itən ərazinin pulunu belə cavabdeh iddiaçıya ödəməmişdir.

7. Cavabdeh hazırda iddiaçı ilə öz arasında sərhədlərin çəkilməsinə nəinki razılıq vermir, hətta iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini də əlavə tikintilərlə zəbt edib.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 170.1 və 170.2, 176.3-cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə xx.xx.2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X12 məxsus yaşayış sahəsinə yol veril məklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.

11. Məhkəmə icraatı gedişində cavabdeh X16 öldüyündən, onun əri Cavabdehin prosessual hüquq varisi kimi cəlb işə edilmişdir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (2(003)-77/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə həmin sahənin İddiaçı naturada ayrılması qət edilmişdir. (hakim Sabit Bəhrəmzadə)

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyriyaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsinin mülkiyyətçisidir.

14. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsasən müəyyən edib ki, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X12 məxsus yaşayış sahəsinə yol verilməklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.

15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı ünvan 1 evinin “A” tikilisinin (torpaq sahəsilə birlikdə) mülkiyyətçisidir və həmin torpaq sahəsində yerləşən “A” literli yaşayış evinin arxasında hasar çəkilməklə onun payının naturada ayrılması texniki cə hətdən mümkün olduğu üçün iddia təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 213, 220.1, 220.2, 220.3, 1243.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehin prosessual hüquq varisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı iddia edir ki, guya cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün onun mülkiyyətində qalmış ərazidən ümumi girişdən başlamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə razılaşmışdır və bu gün də buna razıdı r. Belə bir razılaşma olmamışdır və bunun olması mümkün deyil, həqiqətən də belə hal mövcud olmuş və daha sonra pozulmuşsa onda iddiaçı 2006-cı ildə bağı satdıqdan sonra bu iddia tələbini irəli sürə bilərdi. Bu fakt onu göstərir ki, belə bir razılaşma mövcud olmamışdır və bunu sübut edən hər hansı bir sübut məhkəməyə təqdim olunmayıb; - işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum Nailə Əsədovaya verilmiş **********90 saylı arayışdan bəlli olur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evinin qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlər toplusunda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1038 nömrəli qərarına əsasən 246 nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan bağlar sahəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 2608 nömrəli bağ sahəsinin ayrılmasına dair X14 adına verilmiş 28 nömrəli order mövcuddur. X9 mülkiyyətində olmuş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evi Bakı şəhəri, 9 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 4-Ə-5/873 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən bağ evinin bir hissəsi – A tikilisi iddiaçının, digər B tikilisi isə cavabdeh Nailə Əsədovanın mülkiyyətinə verilmişdir; - iş üçün ən vacib hallardan biri odur ki, iddiaçı notarial qaydada rəsmi ərizə verərə k bildirmişdir ki, Mərdəkan qəsəbəsi, 2608 saylı bağ ünvanında yerləşən 0,045 ha torpaq sahəsini və üzərində olan B tikilisini X5 və gələcəkdə bu barədə heç bir iddia qaldırmayacaq. İddiaçı bununla aktiki olaraq öz iradə ifadəsini bildirmişdir; - bundan başqa, iddiaçı hazırda cavabdehə qarşı ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “A” literli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədə iddia qaldırmaqla torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edir; - iddiaçının cavabdeh X12 qarşı iddia ərizəsinə baxılan zaman cavabdeh, yəni Nailə Əsədova ölmüşdür. Məhkəmə iş üzrə hüquq varis müəyyən edilənədək iş üzrə icraatı dayandırmalı olduğu halda məhkəmə baxışını davam etdirmişdir; - torpaq sahəsinin təxminən 0.075 ha hissəsi id diaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin paylı mülkiyyət olmasına baxmayaraq iddiaçı qanunsuz olaraq həmin torpaq sahəsinin təxminən 0.02 ha hissəsini bacısı X1. Həmin şəxs orada ev tikmişdir; - X16 vəfat etdikdən sonra həmin torpaq sahəsi sonuncunun əri Cavabdeh və onun övladlarının adına keçmişdir. Bu haqda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. Həmin Çıxarışda qeyd olunduğu kimi daşınmaz əmlakın ümumi sahəsi 119.20 kv.m, torpaq xüsusi, torpaq sahəsinin ölçüsü 0.1125 hektardır. Hazırda Çıxarışa əsasən B tikilinin 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi övladları X13 və 1/3 hissəsi X15 mülkiyyətindədir; - iddiaçı tərəfindən notarial qaydada verilmiş ərizə, ümumiyyətlə, nəzərə alın mamışdır. Hansı ki, iddiaçı burada 0.045 ha torpaq sahəsindən cavabdehin xeyrinə imtina edir və gələcəkdə bununla bağlı hər hansı bir iddia qaldırmayacağını təsdiq edir; - həmçinin, torpaq sahəsinin çox hissəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçının özünə məxsus torpaq sahəsindən evinə ayrıca giriş-çıxışı vardır və illərdir oradan heç bir problem olmadan istifadə edir. Bundan əlavə, torpaq sahəsi paylı mülkiyyətdə olduğu halda, iddiaçı qanunsuz olaraq 0.02 ha torpaq sahəsini bacısına satmış və onun tərəfindən qanunsuz olaraq ev inşa edilərək tikilmişdir.

19. Apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi 10 iyun 2022-ci tarixli qərardadla mühəndis-texniki ekspertizası təyin edərək, ekspert qarşısında ünvan 1 ünvanında B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahə sinin koordinatlarının müəyyən edilməsi barədə sual qoymuşdur.

20. Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/6591 saylı rəyi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerləşmə sxeminə əsasən, ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsi ümumi ərazinin şimal-şərq küncündə (A literli evin arxasında) yerləşməklə eni 9.48 metr (9.65 metr), uzunluğu 19.24 metr (20.15 metr) təşkil edir və koordinatları müəyyən edilmişdir.

21. Apellyasiya baxışında ekspert X17 bildirb ki, rəy mütəxəssis rəyi əsasında tərtib edib. B tikilisi təxminən 100 kv.metr ərazidə yerləşir. Vətəndaşa torpağın satılması barədə sxem yoxdur. Koordinatlar mübahisəli ərazinin koordinatlarıdır.

22. Apellyasiya baxışında 1 saylı Bakı Ərazi İdarəs inin mütəxəssisi X19 bildirib ki, hasar daxili onun istifadəsindədir. Bu torpaq uzun müddətdir ki, B tikilisinin istifadəsindədir. İddiaçı B tikilsini vətəndaşa satan zaman onun mülkiyyəto olmayıb, dövlət istifadəsi olub, buna görə təkcə B tikilsini satıb. B tikilisi mənzil deyil, fərdi yaşayış sahəsi kimi onun giriş və çıxışı olmalıdır. Girişdə 2,30 metr verilib. Mübahisəli əraziyə baxış keçirillməsi nəticəsində müəyyən edilib ki, A tikilisinin arxasındakı həyətyanı sahə B tikilsi ilə birlikdə 0,045 ha deyil, 0,047 ha-dır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təm in edilmiş, ünvan 1 evinin yerləşdiyi torpaq sahəsində “B” literli yaşayış evinə giriş çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, “A” literli yaşayış evinin arxasında (ona bitişik) 20 kv. metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) İddiaçı naturada ayrılması qət edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız 2608 saylı bağ evinin “A” tikilisinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə payın naturada ayrılmasının mümkünlüyünə qiymət vermişdir. Lakin, B tikili sinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını nəzərə almamışdır.

25. Apellyasiya instansiya məhkəməsi müəyyən edib ki, AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X11 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2608 saylı bağın B tikilisinin ümumi sahəsi 37.08 kv.m., yaşayış sahəsi 16.40 kv.m., Köməkçi sahə 20.68 kv.m. olan bir otağı alıcı X8 mülkiyyətinə verir. Həmçinin MH seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.02749 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 4 otaqlı 59.29 kv.m yaşayış, 59.68 kv.m köməkçi sahədən ibarət olan 2608 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə X6 A tik-3 otaq (42.89 kv.m), X8 B tik-1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan B tikilisini X4 və gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.

26. Apellyasiya instansiya məhkəməsi sonuncu ekspert rəyinə, həmçinin ekspert və mütəxəssisin izahatlarına əsasən hesab edib ki, iddiaçı tərəfindən cavabdehə satılmış 0.045 ha ərazi yalnız B tikilisinin sahəsi ilə məhdudlaşmır, həmçinin B tikilisinin önündə və A tikilisinin arxasındakı həyətyanı sahəni də özündə ehtiva edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin yalnız B tikilisinə getmək üçün yol qoyulması və yerdə qalan A tikilisinin arxasındakı torpaq sahəsinin iddiaçı üç ün ayrılması əsaslı olmamış, cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Çünki, iş materiallarında olan alqı-satqı müqaviləsi və iddiaçı tərəfindən notariat qaydasında verilmiş ərizəyə əsasən, B tikilisi və 0.045 ha torpaq sahəsi cavabdehə satılmışdır.

27. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə, ekspert və mütəxəssisin məhkəmə iclasında verdiyi dəqiqləşdirmələrə əsasən qeyd edib ki, B tikilisinin önü və A tikilisinin arxasındakı 0.045 ha torpaq sahəsi (B tikilisi də daxil olmaqla) cavabdehə məxsusdur. Lakin əraziyə ekspertin baxışı zamanı müəyyən edilmişdir ki, həmin sahə 0.045 ha-dan 20 kv.metr artıqdır. Ekspert rəyindəki cizgiyə əsasən B literli tikiliyə giriş-çıxış üçün 23 metr uzunluğunda yol qoyulması zəruridir.

28. Apellyasiya instansiya məhkəməsi sadalanan xüsusatlara əsasə n hesab edib ki, 0.045 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə satıldığından və 0.045 ha torpaq sahəsi B tikilisinin sahəsi ilə deyil, həmçinin onun önündəki torpaq sahəsi ilə ehtiva edildiyindən, 20 kv. metr sahə 0.045 ha torpaq sahəsindən artıq olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, “B” litirli yaşayış evinə giriş-çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, A tikilisinin arxasında 20 kv. metr (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) torpaq sahəsi naturada İddiaçı ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.3-cü və 385.2-ci maddələrinin tələbini pozaraq olmayan tələbi – guya cavabdehə 0,045 ha torpaq sahəsini satdığına dair tələbi dolayısı yolla təmin etmiş və həqiqi olmayan hala istinad edərək birinci instansiya məhkəməsinin, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini ləğv edib, iddiaçının mülkiyyətinin qanunsuz azaldılmasına səbəb olan yeni qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı ilə mərhum Nailə Əsədovanın arasında, 07 iyun 2006-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsindən də görünür ki, iddiaçı cavabdeh tərəfə “B” tikili adlanan, ümumi ərazisi 37,08 kvadrat metr olan bir yaşayış otağından ibarət tikilini satmışdır. Cavabdehin də ona qarşı bu barədə, yəni 4,5 sot ölçüdə torpaq sahəsini ona satmağına dair ona qarşı hər hansı tələb iddiası olmayıb və yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülk iyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

36. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxşında ekspertiza təyin edərkən ekspert qarşısında yalnız ünvan 1 ünvanında B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə sual qoymuş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/6591 saylı rəyində də B tikilisinin yerləşdiyi 0,045 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Lakin həmin koordinatlara uyğun torpağın naturada bölünməsinin mümkünlüyü ekspert rəyində müəyyən edilib.

37. Qətnamə ilə Mərdəkan qəsəbəsi, 2608 saylı bağ evinin yerləşdiyi torpaq sahəsində “B” literli yaşayış evinə giriş çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, “A” literli yaşayış evinin arxasında (ona bitişik) 20 kv.metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9. 50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) İddiaçı naturada ayrılması qət edilsə də, naturada bölgünün bu qaydada mümkünlüyünün nə ilə müəyyən edilməsi işdən görünmür. Halbuki qeyd edilən hal xüsusi bilik tələb edən ekspertiza tədqiqatının sahəsidir.

38. Apellyasiya instansiyası məhkəməsi naturada bölgünün qeyd edilən qaydada mümkün olub-olmamasını araşdırmadan iddianı yuxarıda göstərilən formada qismən təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə də şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (MPM, 15.2-ci maddə)

39. Apellyasiya instansiyası məhkəməsi bölgünün öz qətnaməsində göstərilən qaydada aparılmasını ekspert və mütəxəssisin məhkəmə iclasında verdiyi dəqiqləşdirmələrə əsasən müəyyən etidiyini göstərsə də, nə ekspertin, nə də mütəxəssisin izahatlarında bu yöndə hər hansı açıqlama veriməmişdir.

40. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yalnız 2608 saylı bağ evinin “A” tikilisinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə payın naturada ayrılmasının mümkünlüyünə qiymət verməsi, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını nəzərə almaması ilə razılaşmayaraq, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlar ının müəyyən edilməsini də zəruri sayıb, belə olan halda, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə torpaq sahəsini naturada hansı qaydada ayrılmasının mümkünlüyünü də müəyyən etməli idi.

41. Bundan əlavə, mübahisəyə Mülki Məcəllənin paylı mülkiyyətdə olan əmlakla bağlı münasibətləri nizama salan normalar tətbiq edilsə də, işdə olan Çıxarışlara əsasən (i.v.10, 76) torpaq sahəsinin tərəflərin ümumi paylı mülkiyyətdə olub-olmamasına qiymət verilməyib. Ümumiyyətlə, torpaq sahəsinin tərəflərin hər birinin ayrıca, yaxud birgə və ümumi paylı mülkiyyətdə olması məsələsi araşdırılmayıb.

42. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 176.3-cü maddəsinə görə əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların fakti k sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.

43. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin tərəflərin ümumi paylı mülkiyyətdə olub-olmamasına qiymət verməklə yanaşı, iddia üzrə hər hansı nəticəyə gəlmək üçün işin müəyyən edilən hallarına əsasən hazırki mübahisəyə Mülki Məcəllənin 176.3-cü maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirməli idi.

44. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsas landırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin hallarını işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikay əti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-213/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar