Məhkəmə qərarları › İş №2(102)-2342/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2342/2025

19.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə 19.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(103)-1655/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini n xx.xx.2021-ci il tarixli 2(001)835/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 18 mart 2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 426 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 11 iyun 2010-cu il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanması, aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il ta rixli, 2(001)-835/2021 saylı qərardadının nəzərə alınması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, 01 sentyabr 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanmasının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)113/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan 2007-ci il istehsallı, ağ-mirvari rəngli, mühərrik nömrəsi 1GR5540324, ban nömrəsi J TEBU25J485114247 olan “Toyota Land-Cruiser minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi, avtomobil üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə paylarının müəyyən edilməsi, avtomobilin dəyəri olan 25000 manatın ½ hissəsini təşkil edən 12500 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 237/69 nömrəli qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli fərdi yaşayış evində olan, ümumi dəyəri 16670 manat təşkil edən əşyaların İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi, əşyaların üzərində İddiaçı v ə Cavabdeh hərəsinin ½ hissədə paylarının müəyyən edilməsi, əşyaların dəyərinin ½ hissəsini təşkil edən 8335 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsi ilə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə E kspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilkin iddia üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(001)-113/2022 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməyən “Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən torpaq sahəsinin bölünməsi” hissəsində ləğv olunaraq, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin mübahisələndirilən həmin hissədə təmin olunmaması, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cəmi ümumi sahəsi 10.5002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan - “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin dəyərinin tərəflər arasında bölünməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)1245/2023 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qə tnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)158/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və 130000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilmiş evin dəyərinin yarısı olan 65000 manatın və birgə nikah dövründə İsmayıllı rayonu, Kəlbənd kəndində bağ salmaq məqsədilə alınmış 10 ha torpaq sahəsinin dəyəri olan 50000 manat pulun yarısı olan 25000 manat pulun, cəmi 90000 manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qətn aməsi ilə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu, himayəsində olan uşaqları - 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə keçmiş əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən, lakin dövlət qeydiyyatına alınmamış, hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülməsi və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, ev əşyalarının aralarında bölüşdürülməsi barədə qərar qəbul edilsə də, evin birgə nikah dövründə tikilməsini sübut edə bilmədiyinə görə evin tikilməsinə çəkilən xərcin bölünməsi barədə verdiyi pul tələbinə dair iddiyaya baxılaraq xx.xx.2023-cü il tarixli 2(001)-158/2023 saylı qətnamə ilə iddiası təmin edilməmişdir. Onu əri döyüb evdən qovduqdan sonra müxtəlif ünvanlarda anası və iki qızı ilə birlikdə kirayələrdə yaşamağa başlamışdır. Sonradan anası öz evini satıb pulunu qardaşı ilə böldükdən sonra özünə qeyd etdiyi ünvanda 42 kv/metr sahəsi olan mənzil almışdır. O da anasının yanında yaşamağa başlamışlar. Hazırda qızları böyüyür və yaşayış evinin sahəsi az olduğundan artıq həmin evdə yaşamaqları çətinləşmişdir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından 3 uşaqları var, məhkəmə qətnaməsi i lə oğlu cavabdehin himayəsində, qızlar isə onun himayəsində saxlanmışdır. Böyük qızı cavabdehin istəyi ilə anasının yanında yaşayır, məktəbə yaxın olduğu üçün. Həmçinin bildirmişdir ki, o, iki qızı ilə birlikdə çıxdıqdan sonra cavabdeh həmin evdə yaşayır. O, istəyir ki, övladları bir yerdə yaşasınlar. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini, eləcə də iddiaçının göstərdiyi dəlilləri müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli mənzilə dair yalnız torpaq sənədi var. Əvvəlki məhkəmə iclaslarında sübut edə bilmədilər ki, həmin ev birgə nikan dövründə tikilib. İddia tələbinin təmin edilərək iddiaçını, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X1 əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən lakin dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh elektron kabinet vasitəsi ilə iddia tələbinə dair etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, sözügedən evlə bağlı artıq məhkəmə mübahisəsi olmuş və bu hal məhkəmədə öz həllini tapmışdır. İddiaçının yenidən həmin evlə bağlı hər hansı iddia irəli sürməyi əsassızdır. Yuxarıda qeyd olunan məhkəmə qərarı ilə iddiaçının həmin evdə hər hansı hüququnun olmadığı, yalnız evdə olan əşyaların birgə nikah dövrünə aid olar aq bölünməsi qərara alınmışdır. Məhkəmə qərarları ilə iddiaçı iki uşağa görə ondan aliment alır. Bundan başqa 16670 və 8335 manatın ondan alınaraq ona verilməsi qət edilmişdir. Lakin bunlar iddiaçını qane etmir və onunla prinsip aparır. İddiaçının bu iddiası da onun onunla prinsipial mövqedə olmasını sübut etməkdən başqa bir şey deyil. Çünki iddiaçı nikah pozulandan etibarən anasının evində yaşamışdır və bu illər ərzində onun sözügedən evə köçməsi marağında olmamışdır. Lakin artıq onunla prinsip aparmaq üçün iddia tələbi bitdiyinə görə indi də evə köçürülmə ilə bağlı iddia vermişdir. Bildirir ki, iddiaçının həmin evdə hər hansı hüquq yoxdur. Həmçinin bu iddianı qaldırmaq üçün də subyektiv hüququ yoxdur. Göstərdiklərini nəzərə alaraq İddiaçı ona qarşı onun, 21 mart 2009-cu il təvəllüdlü X4 və 11 İyun 2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən, lakin dövlət qeydiyyatına alınmamış, hər mərtəbəsi 143 kv.m olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri tələbinə dair iddiası əsassız hesab olunaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5036/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və onların həmin evdən istifadə etmələri qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikah dövründə Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayınadək hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan, müvafiq dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli ev inşa edilmiş, tərəflər həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar.

13. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən evdə yaşamasını cavabdehdə inkar etməməklə yanaşı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-113/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş iddiaçının əşyalarının həmin evdə olması bu faktı bir daha təsdiq edir.

14. İddia tələbi dövlət r eyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtlər i ilə uzlaşır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

15. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun ailəsi tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır.

16. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir.

17. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna ist inad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

18. Cavabdeh mübahisəsi gedən evə dair mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməmişdir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

20. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

21. Cavabdehin ev üzərində belə hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.

22. Hazırkı işdə yuxarıda qeyd olunan hər üç halın mövcudluğu iş üzrə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 18, 27.1, 228.1-ci, xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü maddlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, sözügedən evlə bağlı artıq məhkəmə mübahisəsi olmuş və bu hal məhkəmədə öz həllini tapmışdır. İddiaçının yenidən həmin evlə bağlı hər hansı iddia irilə sürməyi əsassızdır. Məhkəmə qərarı ilə iddiaçının həmin evdə hər hansı hüququnun olmadığı, yalnız evdə olan əşyaların birgə nikah dövrünə aid olaraq bölünməsi qərara alınmışdır. Məhkəmə qərarları ilə iddiaçı iki uşağa görə ondan aliment alır. Bundan başqa 16670 və 8335 manatın ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin bunlar iddiaçını qane etmir və onunla prinsip aparır. İddiaçının bu iddiası da iddiaçının onunla prinsipial mövqedə olmasını sübut etməkdən başqa bir şey deyil. Çünki iddiaçı nikah pozulandan etibarən anasının evində yaşamışdır və bu illər ərzində onu n sözügedən evə köçməsi marağında olmamışdır. Lakin artıq onunla prinsip aparmaq üçün iddia tələbi bitdiyinə görə indi də evə köçürülmə ilə bağlı iddia vermişdir. Bildirir ki, iddiaçının həmin evdə hər hansı hüquq yoxdur. Həmçinin bu iddianı qaldırmaq üçün də subyektiv hüququ yoxdur.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1655/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5036/2024 nömrəli iş üzrə 20 dekabr 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüd lü X6 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kv.mdən ibarət olan 3 mərtəbəli evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumarının onu ödəyən tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə Mülki Məcəllənin 228.1-ci maddəsinə uyğun qiymət vermişdir, bu hal isə qətnamənin ləğvi üçün əsasdır.

28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-113/2022 nömrəli xx.xx.202 2ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı birgə nikah dövründə - 2009-cu ildə birgə gəlirləri hesabına mübahisəli evi inşa etməyə başladıqlarını bildirsə də, cavabdeh tərəf bu halı inkar etmiş, əksinə torpaq sahəsinin xx.xx.2006-cı ildə Rəsulzadə qəsəbə Bələdiyyəsinin qərarı ilə cavabdehə ayrıldığını və evin 2008-ci ilədək, yəni tərəflər nikaha daxil olanadək inşa edildiyini bildirmişdir. İddiaçı evin onunla Cavabdeh birgə nikahda olduğu dövrdə inşa edilməsinə dair sübut təqdim edə bilməmiş, bu səbəbdən də evin dəyərinin bölünməsi hissəsində iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1245/2023 nömrəli qərarı ilə həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır.

29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158 /2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə, İddiaçı evin dəyərinin yarısını təşkil edən 65000 manat pulun tutulması barədə tələbi də, əvvəlki işdə həmin evin tərəflər nikaha daxil olanadək inşa edilməsinin müəyyən edilməsi əsası ilə rədd olunmuşdur.

30. Kollegiya hesab etmişdir ki, qeyd edilən məhkəmə aktlarının preyudisial əhəmiyyətini prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlər çərçivəsində mümkündür, həm subyektiv, həm də obyektiv həd baxımından hazırki mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

31. Göründüyü kimi, torpaq sahəsi tərəflər nikah münasibətlərinə daxil olmamışdan əvvəl əldə edilmişdir. İddiaçı daha öncə mübahisəli evin, sonra isə dəyərinin bölünməsi barədə tələblərlə məhkəməyə müraciət etsə də, mübahisəli evin 2009-2014-cu illərdə i nşa olunması barədə dəlilləri təsdiq olunmadığından iddiası təmin edilməmişdir.

32. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi həmin evin 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayınadək inşa edilməsi kimi səhv nəticəyə gəlmişdir.

33. Beləliklə, yaranan mənzərə ondan ibarətdir ki, cavabdeh nikaha daxil olanadək mübahisəli evi inşa etmiş və 2008-ci ildə tərəflər nikaha daxil olduqdan sonra iddiaçı hazır evə köçərək, həmin evdə yaşayıb, təsərrüfatı cavabdehlə birgə idarə etmişdir. Həmin evdə tərəflərin üç uşağı doğulmuşdur.

34. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt özbaşına tikililər və ya özbaşına tikili olmasa da qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qa ydası mülki və mənzil qanunvericiliklərində nəzərədə tutulmamışdır. Ancaq belə evlərin çoxluğu, bununla da həmin evlərdən istifadə (istifadə etmək) hüququ ilə bağlı mübahisələrin qaçılmaz olduğu da inkar oluna bilməz. Bu kateqoriyadan olan evlərdən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həllinə yönəlmiş maddi-hüquq normasının olmaması həmin məsələdə analogiyadan istifadə etməyi zəruri edir.

35. Hazırki iş üzrə iddiaçı və cavabdeh xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Belə olduqda isə tərəflər arasında olan mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 36. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsin in icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

37. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı i lə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

38. Cavabdeh mübahisəli yaşayış evinin icarədarı qismində görən kollegiya hesab etmişdir ki, uzun müddət onunla birlikdə yaşayan və təsərrüfatı birgə idarə edən arvadı həmin evdən istifadə hüququ əldə etmişdir və hazırda da bu hüquqlar mövcuddur.

39. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmi şdir ki, tərəflər arasında daha əvvəl olan məhkəmə mübahisələrinin predmeti fərqli olmuş və hazırki tələbi əhatə etməmişdir.

40. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlmişdir ki, iddiaçının, himayəsində olan uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələbi təmin edilməlidir.Mənzilə köçürülmə həmin yaşayış sahəsindən istifadəni ehtiva etdiyindən, “həmin evdən istifadə etmələri barədə” tələbin təmin olunmasına zərurət qalmır.

41. Məhkəmə xərclərinə aid hissədə kollegiya qeyd etmişdir ki, bu barədə müvafiq tələb olmadığından xərcləri onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 11.5, 180.1, 180.2, 180.3, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsin in 53, 54, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1655/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən evlə bağlı artıq məhkəmə mübahisəsi olmuş və bu hal məhkəmədə öz həllini tapmışdır. İddiaçının yenidən həmin evlə bağlı hər hansı iddia irəli sürməyi əsassızdır.

45. Məhkəmə qərarı ilə iddiaçının həmin evdə hər hansı hüququnun olmadığı, yalnız evdə olan əşyaların birgə nikah d övrünə aid olaraq bölünməsi qərara alınmışdır.

46. Məhkəmə qərarları ilə iddiaçı iki uşağa görə ondan aliment alır. Bundan başqa 16670 və 8335 manatın ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin bunlar iddiaçını qane etmir və prinsip aparır. İddiaçının bu iddiası da onunla prinsipial mövqedə olmasını sübut etməkdən başqa bir şey deyil. Çünki iddiaçı nikahları pozulandan etibarən anasının evində yaşamışdır və bu illər ərzində onun sözügedən evə köçməsi marağında olmamışdır. Lakin artıq onunla prinsip aparmaq üçün iddia tələbi bitdiyinə görə indi də evə köçürülmə ilə bağlı iddia vermişdir. İddiaçının həmin evdə hər hansı hüquq yoxdur. Həmçinin bu iddianı qaldırmaq üçün də subyektiv hüququ yoxdur. Bu halları apellyasiya şikayətində bildirsə də, apellyasiya məhkəməsi bu hallara hü quqi qiymət verməmiş, qətnaməni yalnız bir cümlə ilə əsaslandırmış, “tərəflər arasında daha əvvəl olan məhkəmə mübahisələrinin predmetinin fərqli olduğunu və hazırki tələbi əhatə etmədiyini” bildirərək ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.

47. Nəhayət, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olmuşdur ki, bu da qətn amənin ləğv edilməsi üçün əsasdır.

48. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 372.6, 384.0.2, 386, 390, 416.1, 416.2,418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

51. Maddə 1 1.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

52. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

53. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

54. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüquq u əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

55. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

56. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İca rədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

57. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayı ş sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməs i maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu MPM-in 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olduğu barədə dəlili ilə razılaşmır.Əvvəla, kassasiya şikayətində məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı irəli sürülən mövqe əsaslandırılmamış, yəni qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə hansı i zahlarına, habelə MPM-in 418-1.3cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hansı hüquqi mövqeyinə necə zidd olduğu göstərilməmişdir.Digər tərəfdən məhkəmə kollegiyası tərəfindən də yoxlanılan hissə üzrə bu xarakterli pozuntu müəyyən edilməmişdir.

70. Azərbaycan Respublikasının MPM-in 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

71. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırı lması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1655/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar