Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 2(025)-582/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Bankın xeyrinə 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11.841.88 ABŞ dolları əsas, 14.990.34 ABŞ dolları faiz, 4683.78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1337.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, üm umilikdə cəmi 32.853.8 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdehlərin mülkiyyətində olan Qəbələ şəhəri, İmran Mahmudov küçəsində yerləşən fərdi yaşayış evinə 0.07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 noyabr 2021-ci il t arixli qərardadı ilə (hakim E.İsayev, iş № 2(025)-582/2021) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.1, 24.2, 26.1, 26.2, 31.1, 32.3, 32.4, 32.7-ci maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə əsas borclu olan Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir ("xxxx" ASC - VÖEN **********, Cavabdeh1 VÖEN **********). Bundan əlavə, işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 krediti sahibkarlıq məqsədi ilə götürmüş və müqavilədə qeyd olunan kredit məbləği onun ssuda hesabına köçürülmüşdür. Məhkəmə hesab etmi şdir ki, tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik fiziki şəxs olduğundan, tərəflər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan, mülki işə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 21 fevral 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, krediti fiziki şəxs olaraq istehlak məqsədi ilə götürmüşdür. Ondan başqa işdə digər fiziki şəxslər də vardır ki, onların heç biri sahibkarliq fəaliyyəti ilə məşğul deyildir. Lakin məhkəmədə bu hallar aydınlaşdırılmamışdır. Məhkəmə onun VÖEN-inin olduğuna əsaslanaraq işi Kommersiya Məhkəməsinə göndərmişdir. VÖEN-dən məlumatı yoxdur, 10 ildən çoxdur ki, ondan istifadə etmir, sahibkarliq fəaliyyəti ilə məşğul deyildir. Hesab edir ki, işə Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predm eti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM -in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 fərdi sahibkar statusuna (VÖEN-ə) malik fiziki şəxs, iddiaçı isə Bankdır (hüquqi şəxsdir). İş materiallarında olan, tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsində kreditin dövriyyə vəsaitinin artırılması məqsədi ilə verildiyi qeyd olunmuşdur. Həmçinin, işdə olan kredit müqaviləsində kreditin növü – “biznes standart“ müəyyən edilmişdir. İş üzrə borcalan olmayan digər cavabdehlərin vergi ödəyicisi olmaması işin komm ersiya mübahisəsi olmadığı barədə qənaətə gəlməyə əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 30-cu maddəsinə müvafiq olaraq bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmişdir. Qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahat ları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-582/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2348/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2348/2022
17.03.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver