Məhkəmə qərarları › İş №2(102)-2348/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2348/2025

25.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Bəhram oğlunun və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürülmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2025-ci il tarixli, 2(103)-2448/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, NZS qəsəbəsi Xətai rayonu Aşıq Qurban 25 ünvanı üzrə elektrik enerjisi, su, qaz təchizatı üzrə abonent hesabları İddiaçı1 adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:45-də birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzildə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən anası Cavabdeh bədəninin müxtəlif nahiyələrin dən vurmaqla ona döş qəfəsinin və sol bazunun dərialtı hematomaları, boyun nahiyəsinin qançırları, sağ gözaltı nahiyəsinin və hər iki yuxarı ətrafın sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, NZS qəsəbəsi Xətai rayonu, Aşıq Qurban 25 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə evlənməzdən əvvəl ünvan 4 ünvanında yerləşən 19 nömrəli 1 otaqlı mənzili olmuşdur. 1999-cu ildə cavabdehlə evləndikdən sonra b ir müddət 1 otaqlı mənzildə yaşamışlar. Övladları doğulduqdan sonra 2006-cı ildə həmin mənzili satıb hazırda yaşadıqları Bakı şəhəri, NZS qəsəbəsi, Xətai rayonu, Aşıq Qurban 25 nömrəli fərdi yaşayış sahəsini almışlar. Tərəflər və onların iki övladları orada yaşayıb, ümumi təsərrüfat idarə etmişdir. Lakin cavabdehlə iddiaçının münasibəti pozulduğu üçün xx.xx.2024-cü ildə nikahları pozulmuşdur. Bundan sonra cavabdehlə iddiaçının münasibəti daha da pisləşmişdir. İddiaçıların mənzildə rahat yaşamasına imkan verməmişdir. Hətta ailə münaqişəsi zəmnində aralarında olan mübahisə məhkəmə aktı ilə nəticələndi. Cavabdeh hazırda iddiaçıları evə buraxmır. İddiaçının bütün geyim əşyaları, sənədlər və s. əmlakı mənzildədir. Hazırda iddiaçıların başqa yaşayış yeri olmadığı üçün məhkəməyə müraciət etməli o lmuşdurlar. Bütün kommunal xidmətlərin xərcləri iddiaçı tərəfindən ödənmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2024 nömrəli, 27 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir (hakim Ə. Abbasova).

6. Məhkəmə ilk növbədə məhkəmə araşdırılması zamanı müəyyən edilmiş halları qeyd etmişdir. Belə ki, İddiaçı1 ilə cavabdeh 1999-cu il tarixdə ailə qurmuşlar. Tərəflər ailə qurduqdan bir müddət sonra, yəni 2006-ci il tarixində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, iki övladları ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin münasibətləri pozulduğundan tərəflərin nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Münasibətlərinin pozulmasına baxmayaraq bir müddət, yə ni xx.xx.2024-cü il tarixinədək mübahisəli mənzildə birlikdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə ailədaxili münaqişə zəmnində baş vermiş mübahisə nəticəsində İddiaçı2 anası, hazırkı iş üzrə Cavabdeh bədəninin müxtəlif nahiyələrinə zərbə vurmaqla ona bədən xəsarəti yetirmiş, atası İddiaçı1 ilə birlikdə mübahisəli mənzili tərk etmişdirlər. Hazırda iddiaçılar ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər.

7. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, mübahisəli tikili İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ mövcuddur. Nəzərə alınmalıdır ki, hü quqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrumetmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər yaşayış sahələri üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı1 ilə Cavabdeh 19 99-cu ildə rəsmi nikaha daxil olmaqla, ailə münasibətləri yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşadıqlarından Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 fərdi yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına maneə yaratmaq üçün hər hansı bir hüququ yoxdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 33, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 164, 165, 180, 225.1, 425.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

9. Cavabdeh (vəkili Vəkil2 Əbülfət qızı) apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinin tətbiqi iddianın predmeti ilə hüquqi əlaqəyə malik deyil. İddia əsassız olmuşdur. Məhkəmə tərəflər arasındakı münasibətlərin kəskin xarakter daşımasını nəzərə almamışdır. Halbuki, onların eyni evdə birgə yaşamaları yeni bir cinayət hadisəsinin baş verməsini qaçılmaz edir. Həmçinin cavabdeh, mübahisəli tikilinin alınmasına sərf olunmuş vəsaitdə öz payının müəyyən edilməsi məqsədilə ayrıca məhkəmə iddiası qaldırmış, həmin iş hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Bu səbəbdən cavabdeh həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi bu vəsatətə məhəl qoymamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2448/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov).

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddianın təmin edilməsinə iki hüquq norma əsas verir. Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində göstərilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hazırda mübahisəli ev iddiaçıların faktiki yaşayış yeri olmuşdur. Tikili özbaşına inşa olunmuş ob yekt olsa da, cavabdehin iddiaçıları həmin yaşayış sahəsindən çıxarmaq və ya ora buraxmamaq üçün hər hansı hüquqi əsası yoxdur. Bu səbəbdən də qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, yəni iddiaçılar əvvəlki kimi həmin evə köçürülməlidirlər.

13. İkincisi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma “qadağan edilmiş özbaşınalıq” hesab olunur. Mövcud iş üzrə ev cavabdehlə yanaşı iddiaçıların da sahibliyində olub. Belə ki, Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik, əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. İddiaçı1 nikah dövründə həmin ev üzərində faktiki sahiblik hüququ qazanmışdır. Evin alınması da nikah dövrünə təsadüf etdiyindən və cavabdeh həmin evin alınmasına sərf olu nan vəsaitin ona məxsus olduğunu sübut etmədiyindən, bu vəsait Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Lakin ev özbaşına tikinti obyekti olduğuna görə, onun ümumi birgə mülkiyyət kimi tanınması mümkün deyil. Buna baxmayaraq, sahiblik hüququnun qorunması hüquqi baxımdan mümkündür. İddiaçıların bu tikilidən çıxarılması və ya oraya buraxılmaması yalnız səlahiyyətli orqan - məsələn, bələdiyyə və ya yerli icra hakimiyyəti – tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada (məsələn, özbaşına tikilinin sökülməsi ilə bağlı) həyata keçirilə bilər. Cavabdeh isə belə bir səlahiyyətə malik deyildir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159, 164.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və ona müdaxilə qadağan edilmiş özbaşınalıq hesab olunur. Hər bir faktiki sahib, bu cür özbaşınalıqdan müdafiə məqsədilə müəyyən çərçivədə güc tətbiq etmək hüququna malikdir. Lakin bu zaman mütənasibliyə riayət olunmalı, qeyri-mütənasib güc tətbiqindən çəkinməlidir. Sahiblikdən məhrum edilmiş şəxs, on u qanunsuz sahiblik edən şəxsdən tələb edə bilər. Lakin əgər sahiblik, məhrumetmədən əvvəlki bir il ərzində əldə edilmiş və ya faktiki sahib və ya onun hüquqi sələfinə qarşı yönəlmişsə, bu halda iddia qanunla istisna edilir. Cavabdeh hesab edir ki, bu maddənin məzmunu konkret mübahisə predmetinə aid deyil və tətbiqi əsasızdır.

17. Cavabdeh həmçinin bildirmişdir ki, məhkəmələr iş üzrə bütün halları obyektiv araşdırmamışdır. Belə ki, tərəflər arasında cinayət xarakterli hadisə baş vermiş, cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və mənəvi zərər çəkmişdir. Belə bir vəziyyətdə onların birlikdə yaşaması mümkün deyil və gələcəkdə daha ağır cinayət hadisələrinin baş verməsinə səbəb ola bilər. Birinci instansiya məhkəməsi, yalnız kommunal xidmətlərin (elektrik enerjisi, su və qaz təchizatı) abonent hesablarının İddiaçı1 adına olması faktını əsas götürərək qətnamə çıxarmışdır ki, bu yanaşma hüquqi baxımdan qəbuledilməzdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikili iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. İddiaçının cavabdehləri qeyd edilən tikilidə yaşamalarını məhdudlaşdıra bilməz. Bu məhrumetmənin kökündə qanuni müdaxilə dayanmalıdır. Əslində iddia əsassız olmuşdur. Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Bu hallar apellyasiya instansiyası məhkəməsində də araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində q ətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 2 17 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

36. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticəl ər əsaslandırılmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2448/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar