Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2349/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1, vəkili X5 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5293/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "İddiaçı” ASC ilə “xxxx” MMC arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli, 50 K/10 nömrəli kredit müqaviləsinə əsasən sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə "İddiaçı” ASC “xxxx” MMC-yə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 130.728 manat məbləğində kredit vermişdir. Maliyyə arayışına əsasən 17 yanvar 2018-ci il tarixə 15.561,74 manat məbləğində əsas, 20.374,74 manat məbləğində faiz, 21.202,06 manat məbləğində cərimə borcunun yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq a lınmış 28 mart 2019-cu il tarixli ekspert rəyinə əsasən 06 oktyabr 2010-cu il tarixli, 50 K/10 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 17.01.2018-ci il tarixə “xxxx” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 15.561,57manat, faiz borcu 20.374,74 manat, 25.05.2018-ci il tarixə 15.561,57 manat əsas, 21.582,49 manat faiz borcu, 27.07.2018-ci il tarixə 15.561,57 manat əsas, 22.172,10 manat faiz borcu olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 08 noyabr 2019-cu il tarixli rəyə əsasən “xxxx” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə 06.10.2013-cü il tarixə 32.781,28 manat əsas, 3.786,24 manat faiz borcu yaranmışdır. Eyni zamanda, 20.02.2014-cü il tarixdən 25.06.2014-cü il tarixədək “xxxx” MMC-nin cari hesabın a 15.000 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlərin silinmə tarixi göstərilməmişdir. Həmçinin, hesabdan çıxarış məlumatlarına əsasən 08.01.2014-cü il tarixli sərəncama əsasən 08.01.2015-ci il tarixdə 27.500 manat əsas borcundan silinmişdir. Lakin banka olan borc məbləği 06.10.2013-cü il tarixə hesablandığından həmin tarixdən sonrakı ödənişlər və 08.01.2014-cü il tarixli sərəncama əsasən 08.01.2015-ci il tarixli silinmə nəzərə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 06 oktyabr 2010-cu il tarixli, 50K/10 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 15.561,74 manat, faiz borcu üzrə 20.374,74 manat, cərimə borcu üzrə 21.202,06 manat, cəmi 57.138,37 manat borcun tutulması, tutmanın “xxxx” MMC-nin mülkiyyətində olan ** TG *** və ** TG *** dövlət nömrə nişanlı DAEWOO BS 090 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli, 50K/10 saylı Təminatlı kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə 2 ədəd DAEWOO BS 090 markalı avtobusların alınması üçün 36 ay müddətinə illik 22% olmaqla, 130,728 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi “xxxx” MMC mülkiyyətində olan həmin avtobuslar girov kimi banka təqdim olunmuş bu barədə 06 oktyabr 2010-cu il tarixli, 50K/10 saylı girov müqaviləsi imzalanmışdır. Bundan əlavə qeyd olunan kreditlə əlaqədar “xxxx” ASC ilə Cavabdeh2 arasında 06 oktyabr 2010-cu il tarixdə 50ZA/10 saylı zaminlik müqaviləsi də imzalanmışdır. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə “xxxx” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunmasına baxmayaraq, borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “x xxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli, 50K/10 saylı kredit müqaviləsinə əsasən 17.01.2018-ci il tarixə cavabdeh “xxxx” MMC-nin ləğv prosesində olan “xxxx” ASC qarşısında əsas borc üzrə 15.561,74 manat, faiz borcu üzrə 20.374,74 manat, cərimə borcu üzrə 21.202,06 manat, cəmi 57.138,37 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən “xxxx” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəlmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalnması Fondu “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-75/2020) iddianın təmin edilm əməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 06.10.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 06.10.2013-cü il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə 27.03.2013-cü il tarixdə olmuşdur. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 06.10.2016-cı tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və yalnız 25.05.2018-ci il tarixdə qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Həmin müqavilə üzrə sonuncu ödənişin 08.01.2015-ci il tarixdə aparıldığı (halbuki, iddiaçı bu halı qəbul etmir) təqdirdə belə iddia müddəti ötürülmüş olur. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsalı hesab edir və belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, 08 noyabr 2019-cu il tarixli rəyə əsasən “xxxx” MMC-nin hesabından 20.02.2014cü il və 25.06.2014-cü il tarixdə ümumilikdə 15.000 manat məbləğində pul silinmişdir. Həmin pulun silinmə təyinatı göstərilməmişdir. Bu məbləğlə hazırda mövcud olan əsas kredit borcu demək olar ki, eynilik təşkil edir. Bu da öz növbəsində həmin məbləğin 06.10.2010-cu il tarixli kredit müqavi ləsi üzrə mövcud olan borcdan silinməsini də istisna etmir. Hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh2 qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit müqaviləsi üzrə kredit müddəti 06 oktyabr 2013-cü il tarixdə bitmişdir. İddia isə artıq qeyd edildiyi kimi 25.05.2018-ci il tarixdə qaldırılmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, X.Sarıyev, iş № 2(103)-5293/2020) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 06.10.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 06.10.2013-cü il tarixdə bitmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfin qəbul etdiyi son ödəniş isə 27.03.2013-cü il tarixdə olmuşdur. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 06.10.2016-cı tarixdən başlansa da, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ya lnız 25.05.2018-ci il tarixdə iddia qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini xeyli ötürmüşdür. Həmçinin, iddiaçı qəbul etməsə belə, cavabdehin bildirdiyi həmin müqavilə üzrə sonuncu ödənişin 08.01.2015-ci il tarixdə aparıldığı təqdirdə belə iddia müddəti ötürülmüş olur. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdeh tərəfin ərizəsinə əsasən hazırki iddiaya iddia müddətini tətbiq etməklə iddianı rədd edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” ASC (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə d ə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5293/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul olunması və ya yenidən baxılması üçün geri qaytarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X1 və vəkili X6 izahatlarında kassasya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz ə şyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsin ə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar ın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsini n qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi borcun əsassız olaraq tutulmaması və iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınması ilə maddi hüquq normalarının tələb inin pozulması ilə bağlı olmuşdur. İddiaçı eyni dəlillərlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq subyektiv hüquqla bağlı müvafiq araşdırmanın aparılmasını kifayət hesab edərək, sonuncu ödənişin edilmə vaxtını nəzərə alaraq iddia müddətinin tətbiqin düzgün olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci madd əsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5293/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2349/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2349/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver