Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3281/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-na qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)-2514/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 08 aprel 2011-ci il tarixdə "xxxx" MTK ilə aarsında bağlanmış 34 saylı müqavilə üzrə mülkiyyətçi olduğu, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 11 M ünvanında yerləşən 85 kv.m dən ibarət olan, 243 saylı mənzili ona təhvil verilməsi, ona vurulmuş maddi ziyana görə cavabdehdən 2000 manat pulun tututlması, ailəsi ilə birlikdə bu illər ərzində keçirdiyi mənəvi iztirablaar görə 5000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)- 2514/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 11 M ünvanında yerləşən 85 kv.m dən ibarət olan, 243 saylı mənzil İddiaçı təhvil verilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
3. Maraqlı şəxs həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
6. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs iş üzrə ərizəçi və ya maraqlı şəxs olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişlər. Belə olan halda, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir.
7. Onu da qeyd etmək zəruridir ki, MPM-nin 364.2-ci maddəsində apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmənin qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlaması, bunun nəticəsinə dair qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanı da göstərilmişdir. Yəni, birinci instansiya məhkəməsi bu məsələyə qiymət verməməklə işdə iştirak edən şəxslərin şikayət vermə imkanını da məhdudlaşdırmışdır.
8. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)-2514/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və birinci instansiya məhkəməsi onun qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə müvafiq qərardad qəbul etmədiyindən, adı çəkilən şəxsin apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)- 2514/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev