Məhkəmə qərarları › İş №2(102)-2357/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2357/2022

10.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2357/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillərə görə artıq ödənilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2229/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 saylı, 31 may 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “xxxx” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 manat müəyyən edilmişdir. "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağ lanmış Q(b)/047 saylı, 16 iyul 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” E saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən İddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəmişdir, borc qalığı yoxdur. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərə görə artıq ödənilmiş pulun qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxxx” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödədiyi 6955 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq 1 otaqlı və 2 otaqlı olmaqla iki qonşu mənzillər əldə etmişdir. O, 31 may 2014-cü il tarixli müqaviləyə əsasən “xxxx” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45 kv.m olan 1 otaqdan ibarət 9 saylı mən zili 29,250 manat pul ödəməklə, “xxxx” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzili 46,800 manat ödəməklə əldə etmişdir. Mənzillərin hər kvadrat metrini 650 manatdan almışdır. Azaldılmış əmsallara vurulmaqla hesablanmalı olan sahələrdə həmin əmsallara vurulmadan hesablanmış, nəticədə ona 19 kvadrat metr olan balkon 0,3 azalma əmsalına vurulmaqla ümumi sahəyə hesablanmalı olduğu halda elə tam olaraq ümumi sahəyə əlavə edilmişdir. Həmin sahə 5,7 kvadrat metr sahədə ümumi sahəyə əlavə edilməli idi. Lakin o, yerdə qalan 13,3 kvadrat metr sahəyə hər kvadrat üçün 650 manat olmaqla, 8,645 manat məbləğində artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyas ının 09 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar) – 0,1 azalma əmsallarına vurulmaqla hesablanır. Lakin cavabdeh şirkət ona mənzilləri verərkən əskik sahədə təhvil vermişdir. O özü təxmini hesablama apa raraq E-da yerləşən mənzillərə görə əlavə ödədiyi 8645 manat və ona vurulmuş 2000 manat maddi ziyana görə, 5000 manat mənəvi ziyana görə məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxx” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması qət olunmuşdur. Mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan "xxxx" MMC-yə məxsus Esaylı küçə, ev 1, 9 nömrəli mənzilin və Esaylı küçə, ev 1, 8 nömrəli mə nzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsınin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, onunla "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il ta rixli l(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən, Esaylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi – 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilir. Kommunikasiya xətlərinin keçdiyi sahələr (şaxta) mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi "hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar- 0.5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad edilən tikinti norma və qaydalarının tələbləri nəzərə alınaraq, tədqiq olunan 8-9 saylı mənzilin, mövcud daxili ölçülər üzrə, ümumi sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: yaşayış otağının sahəsi – 11.6 kv.m (4,85x2,40m); yaşayış otağının sahəsi 8,3 kv.m (3,80x2,20m); yaşayış otağının sahəsi - 15,4 kv.m (4,0x3,85m); yaşayış otağının sahəsi – 19.4 kv.m (6,05x3,20m); dəhlizi n (girişin) sahəsi 14,0 kv.m (2,40x3,10+1,80x2,80+1,15x1,30m); mətbəxin sahəsi - 12,6 kv.m (4,15x3,0,5m); hamamın sahəsi - 4,8 kv.m (2,50x1,90m); ayaq yolunun sahəsi - 1,5 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 4,0 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 1,4 kv.m (1,60x2,9)x0,3; cəmi 93,0 kv.m–dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarının 3,8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, E saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsinin 93,0 kv.m, o cümlədən yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsini n 38,3 kv.m olduğu müəyyən edilmişdir. Buradan da belə hüquqi nəticəyə gəlmək olur ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 31 may 2014-cü il tarixli i(b) 095 saylı və 16 iyul 2014-cü il tarixli Q(b) 047 nömrəli alqı-satqı müqavilələrinə əsasən E saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmamışdır. Göründüyü kimi, ona verilən mənzillərin əskik olan hissəsinin faktiki olaraq 24 kv.m olmasına baxmayaraq o, iddia qaldırarkən təxmini hesablama ilə daha az hesablamışdır. Ona görə də o, E-da yerləşən mənzillərə görə əlavə ödədiyi 6955 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 aprel 2021ci il tarixli, 2(012)-1917/2021 saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə yerləşən 8 və 9 saylı mənzillərə görə əlavə ödənilmiş 6.955 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehd ən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, istinad olunan ekspertiza rəyinə, eləcə də digər sübutların tədqiqinə və aidiyyəti maddi hüquq normalarının tələblərinə müvafiq olaraq müəyyən olundu ki, cavabdeh şirkət iddiaçıya mənzilləri verərkən əskik sahədə təhvil vermiş, iddiaçı bu artıq sahələrə görə əlavə pul ödəməli olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı və digər sakinlər bir binada yerləşən mənzillərini təmir edərək orada yaşayırlar, iddiaçıya müqavilələrdə öz əksini tapmış və ekspertiza rəyində göstərildiyi kimi mənzillərin ümumi sahəsi hesablanarkən azalma əmsalına vurulmadan hesablandığından yaranmış sahənin dəyişdirilməsi qeyri-mümkündür, mülkiyyətçi hesab olunan sakinlərin hüquqlarının qorunması baxımından ədalətli və qanuni olmazdı. Belə ki, bu sahənin digər şəxslərin mənzil sahələri və ya sakinlərin ümumi istifadəsində olan sahələr hesabına artırılması gələcəkdə yersiz mübahisələrin yaranması ilə nəticələnə bilər ki, bu da son nəticədə sosial ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli yalnız iddiaçı tərəfindən ödənilmiş artıq vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması yolu ilə mümkün və daha ədalətli olar. Bu baxımdan iddia əsaslı hesab olunaraq təmin edilməli, iddiaçının 10,7 kv.m sahəyə hər kvadrat metr üçün 650 manat olmaqla artıq ödədiyi cəmi (10,7x650=6,955) 6,955 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki M əcəlləsinin 152.1-152.3, 157.8, 178.8-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 106.1, 119.1, 217.3, 217.4, 218.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin yolverilməz elan edilməklə məhkəmə baxışına xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev, G ülnarə Tağızadə) 14 dekabr 2021-ci il tarixli, 2(105)2229/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(012)-1917/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspertiza rəyinə əsasən iddiaçıya satılan mənzillərin ümumi sahəsi cəmi 93,0 kv.m təşkil edir. iş materiallarında ola iddiaçı ilə cavabdeh arasında mənzillərin alqı-satqısına dair müqavilələrə əsasən iddiaçıya satılmış mənzillərin sahəs müvafiq olaraq 45 və 72 kv.m, cəmi 117 kv.m təşkil edir. Belə olduqda iş materiallarından müəyyən olunur ki, müqavilə və ekspert rəyi arasında 24 kv.m fərq vardır. Bundan başqa iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08.10.2020ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, E-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin iddiaçıya vurulmuş 2000 manat maddi ziyan və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pulun "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı təxmini hesablamalara görə ona satılmış mənzillərin sahəsinin 13,3 kv.m. artıq hesablandığını qeyd edərək artıq hesablanmış pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Hazırkı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya satılan mənzillərin sahəsi cəmi 24 kv.m artıq hesablanmışdır, 13,2 kv.m artıq hesablanmış sahənin pulu isə qaytarılmışdır. Yəni cavabdehin artıq hesabladığı 10,01 kv.m sahənin pulu iddiaçıya qaytarılmamışdı. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kolegiyası hesab edir ki, məhkəmə iş üzrə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ləğv edilməli, iddianın yolverilməzliyinə görə iş üzrə ic raata xitam veilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər eyni olsa da iddia tələbi başqadır. Belə ki, əvvəlki qətnamə üzrə iddiaçının tələbi mənzillərə görə əlavə artıq ödədiyi 8645 manat, ona vurulmuş 2000 manat maddi ziyana görə, 5000 maat mənəvi ziyana görə məbləğin cavabdehdən tutulması barədədir. Hazırkı idda tələbi isə həmin məbləğdən əlavə ödənilmiş 6955 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədədir. Belə ki, əvvəlki iddia tələbində 13,2 kv.m sahəyə görə əlavə ödənilmiş 8645 manat tələb edilmiş, bundan sonra müəyyən edilmişdir ki, əlavə sahə 13,2 kv.m deyil, 24 kv.m-dir. Hazırdaki tələbdə isə 24 kv.m sahədən qalan digər sahə üçün tələb edilmişdir. O na görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmi oluna bilməz. Bununla da apelyant apelyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasının tələbini pozaraq, iş üzrə təqdiqat və ya araşdırma aparmadan, digər, 2(105)1657/2021 nömrəli mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 30716 nömrəli, 12.05.2020-ci il tarixli ekspert rəyinə istinad etmək lə kifayətlənmişdir. Halbuki 2(105)-1657/2021 nömrəli mülki iş üzrə Mülki Kollegiya tərəfindən 26.05.2021-ci il tarixli qərardadla əlavə ekspertiza təyin edilmiş və hazırda ekspertiza keçirilir. Bu da mübahisələndirilən iş üzrə apellyasiya instansiyasının hərtərəfli və obyektiv baxılmamasının nəticəsidir. 16.07.2014-cü il tarixli Q(b)/047 nömrəli və 31.05.2014-cü il tarixli İ(b)/095 nömrəli alqısatqı müqavilələri bağlanan zaman alıcı İddiaçı daşınmaz əmlakları alaraq qəbul etmiş, təmir edərək yaşamış və təsərrüfat yürütmüşdür. Əmlakı qəbul etməsi və uzun müddət (altı il) ərzində hər hansı bir tələb irəli sürməməsi və ya geri qaytarmaq tələbinin tətbiq edilməməsi daşınmaz əmlakı qəbul etmək və razılaşma kimi qiymətləndirmək olar. Azərbaycan Respublikasında inşa edilən yeni tikililərin hamıs ında hesablanma qaydası daşınmaz əmlakın çöl ölçülərindən müəyyən edilməsi kimi formalaşmışdır. Bu ümumqəbul edilmiş faktdır. Alqı-satqı müqavilələri üzrə daşınmaz əmlakların MMC tərəfindən alıcı İddiaçı təhvil verilməsi və sonuncunun sərəncam verməsi hallarını məhkəmə nəzərə almamışdır. Bundan başqa, iş üzrə iddia Əsgərov tərəfindən MMC-nə heç bir bildiriş və ya xəbərdarlıq göndərilməmişdir. Prosessual normanın müəyyən edilməsinə baxmayaraq apellyasiya instansiyası tərəfindən nəzərə alınmamışdır. (152.1.6.) Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. Apelyasiya instansiyası m əhkəmə aktında iddianın yolverilməzliyinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər eyni olsa da iddia tələbi başqadır. Halbuki 2(105)-1657/2021 və 2(105)-2229/2021 nömrəli mülki işlər üzrə iddia tələbi, tərəflər, iddianın əsası və predmeti tam eynilik təşkil edir. Xüsusilə vurğulamaq istərdik ki, hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Səyyad Qafarinin icraatında baxılan 2(105)1657/2021 nömrəli mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilib və hazırda da keçirilir. Həmin mülki iş üzrə iddiaçı Əsgərov eynilik təşkil edən, cavabdeh MMC ilə bağlanmış 16.07.2014-cü il tarixli Q(b)/047 nömrəli və 31.05.2014-cü il tarixli İ(b)/095 nömr əli alqı-satqı müqavilələri üzrə mübahisələndirilən daşınmaz əmlakların sahələri müəyyən olunur. Belə olan halda apellyasiya instansiyası ən son halda 2(105)-2229/2021 nömrəli mülki işin icraatını dayandırmalı və yaxud sözügedən mülki işləri birləşdirməsi barədə qərardad qəbul etməli idi. Qeyd olunan hallar məlum olan məhkəmə kollegiyası öz təşəbbüsü ilə prosessual hərəkəti həyata keçirə bilərdi. Bununla da Kollegiya ciddi prosessual pozuntuya yol vermişdir. Çünki Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Səyyad Qafarinin icraatında baxılan 2(105)-1657/2021 nömrəli mülki iş üzrə iddia ilkindir və 2(105)-2229/2021 nömrəli mülki iş üzrə iddiaçı Əsgərovun tələbinin əsasını ilkin iddia təşkil edir. Mülki işin materiallarından göründüyü kimi MK-nın hakimi L.Məmmədova məhkəmə aktında apellyasiya şikayətinin dəlilllərinə və hüquqi məsələlərlə yanaşı, əsasənda İddiaçı ilkin iddia tələbi üzrə 2(012)-3972/2019 saylı mülki iş üzrə sübutlara istinad edir. Halbuki həmin mülki iş üzrə məhkəmə aktı hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Səyyad Qafarinin icraatında olan 2(105)-1657/2021 nömrəli mülki işdə cavabdeh MMC tərəfindən mübahisələndirilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin icraa tında olan 2(105)-1657/2021 və 2(105)-2229/2021 nömrəli mülki işlər üzrə tərəflər eyni, əsaslar və predmeti eynidir. Məhkəmə baxışı və sübutara hüquqi qiymət verilməsi zamanı mübahisələndirilən ancaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30716 nömrəli, 12.05.2020-ci il tarixli ekspert rəyinə və sözügedən alqı-satqı müqavilələrinə istinad etməsi və heç bir araşdırma aparmaması birbaşa ədalət mühakiməsinin əsasını təşkil edən çəkişmə və tərəflərin bərabərliyi prinsipinin pozulmasıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şi kayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahi ş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkə məsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında olan apelyasiya şikayətindən də görünür ki, cavabdeh apelyasiya şikayətində də birinci instansiya məhkəməsinin istinad etmiş olduğu iddiaçının mənzillərinə görə artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə daha əvvəl baxılmış iş üzrə hazırda mübahisələndirmə olduğunu, işin apelyasiya baxışında və hakim Səyyad Qafarinin icraatında olduğunu vurğulamışdır. Lakin apelyasiya kollegiyası bu hala əhəmiyyət verməmiş, hazırki işin hakim Səyyad Qafarinin icraatında olan işlə bir icraatda birləşdirilmə halının mümkünlüyünü müzakirə etməmiş, hər hansı münasibət bildirməmişdir. Halbuki hər iki iş bir biri ilə əlaqəli işdir və hər iki iş üzrə iddiaçı cavabdehdən mənzillərin sahəsi ilə bağlı əlavə ödənilmiş pul vəsaitin in ödənilməsini tələb etməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilən normanın məzmunundan da aydın olur ki, işlərin bir icraatda birləşdirilməsinin məqsədini qanunvericilik ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə əlaqələndirm işdir. Hazırki işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə qeyd edilən prosessual normanın tələbləri üzrə məhkəmə araşdırmasını tam həyata keçirmədən, yəni işlərin ibr icraatda birləşdirilmə imkanını dəyərləndirmədən, hər hansı münasibət bildirmədən yekun məhkəmə aktı qəbul etməklə göstərilən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Bundan başqa, hazırki mübahisə üzrə işə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələblərinin pozuntusuna yol verməsinə əhəmiyyət verməyərək özü də həmin normanın pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslə r tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki işdən isə görünür ki, iddiaçının ilkin tələb üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin məhkəmə aktı hazırda apelyasiya qaydasında mübahisələndirilməkdədir və həmin məhkəmə aktı qanuni qüvvəsini almamışdır. Göstərilən məhkəmə aktının qəbul edildiyi iş üzrə əldə edilmiş ekspert rəyi isə mübahisənin araşdırmasının davamı olaraq tam mötəbər sübut kimi dəyərləndirilməmiş, hakim Səyyad Qafarinin sədrliyi ilə həmin iş üzrə 26.05.2021-ci ildə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd edilən məhkəmə qərardadı qəbul edildikdən sonra hazırki mübahisə üzrə cavabdehin apelyasiya şikayəti apelyasiya məhkəməsinin icraatına daxil olmuşdur. Hazırki işə birinci instansiya məhkəməsində baxılarkən belə iddiaçının ilkin tələbi üzrə qəbul edilmiş məhkəmə aktının qanuni qüvvəsini almadığı məlum olmuşdur. Bununla belə hazırki iş üzrə həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəsini almamış məhkəmə aktı üzrə əldə edilmiş ekspert rəyinə istinad etmişlər. Halbuki, tərəflərin izahatları da digər sübutlarla yanaşı, dəyərləndirilməli və hüquqi qiymət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında və düzgün həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl pri nsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2021-ci il tarixli, 2(105)-2229/2021 nömrəli qətnaməsi ləğv ed ilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14.12.2021-ci il tarixli, 2(105)2229/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar