Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2358/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(*02)-2358/2023 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması) Bakı şəhəri, *0 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və 10.05.2023 Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-də təsisçi, iştirakçı olmaq la sürücü işi ilə təmin edilməsi, müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə dair iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-87*/2023 nömrəli, *3 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-də təsisçi, iştirakçı olmaqla sürücü işi ilə təmin edilməsi, müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-87*/2023 nömrəli, *3 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim Tural Ələkbərov) işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. İddiaçı həmin qərardaddan şikayət vermişdir və şikayət baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir.
4. İddiaçı tərəfindən verilmiş şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayətə vəkilin orderi əlavə olunsa da, şikayət vəkil tərəfindən tərtib olunmamış və imzalanmamışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-*.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.* – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
6. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən i mzalanmalıdır.
7. Həmin Məcəllənin 403-*.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
8. MPM-in 404-*.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 404-*.2 və 407-ci maddələrini rəhbər tutaraq, Qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Goranboy Rayon Məhkəməsinin 2(045)-87*/2023 nömrəli, *3 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayə t qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.