Məhkəmə qərarları › İş №2(102)-2359/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2359/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2359/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, dəbbə pulunun azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6736/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 faiz olmaqla 60 ay müddətinə 26758 manat məbləğində kredit verilir, müqavilənin 2-ci bəndinə görə, Bank müqavilədə nəzərdə tutulan müddətdə və qaydada krediti “borc alana” verməyi, “Borc alan” isə bu müqavilənin bütün şərtlərini əməl etməyi və üzərinə götürdüyü öhdəlikləri pozmamağı, bütün ödənişləri vaxtında həyata keçirməyi, faizləri ödəməyi və kreditin əsas məbləğini qaytarmağı, gecikmə halında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi və x x.xx.2016-cı il tarixli xx.xx.2013-cü il tarixli NZNPT-0001 saylı ipoteka müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2, 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı zaminlik müqaviləsi ilə, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı ASC ilə X5 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik xx.xx.2016-ci il tarixli NZNPT-0026 saylı kredit müqaviləsindən irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası X8 Komitəsi yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2, 33 saylı mənzil üzrə xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı ASC-nin Nizami filialı, hüququ yüklü edilən şəxs isə Cavabdeh1dır. Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 2, 33 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı İstehlak krediti müqaviləsi ü zrə 11771,03 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 794,7 manat məbləğində faiz borcu və 3457,16 manat məbləğində dəbbə borcu, cəmi 16022,89 manat, X8 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 60 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 68,73 kvadrat metr. ümumi sahəsi, 46,73 kvadrat metr yaşayış, 18 kvadrat metr yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT0026 saylı İstehlak kredi ti müqaviləsi üzrə cəmi 16022,89 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 68,73 kvadrat metr. ümumi sahəsi, 46,73 kvadrat metr yaşayış sahəsi, 18 kvadrat metr yardımçı sahədən ibarət mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan əsas borcu 11771,03 manat, faiz borcu 794,7 manat, cərimə borcu 3457,16 manat, cəmi borcu 16022,89 manat təşkil edir. xx.xx.2019-cu il tar ixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə olan əsas borcu 10504,5 manat, faiz borcu 473,56 manat, cərimə borcu 4470,52 manat, cəmi borcu 15448,58 manat təşkil edir. xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan əsas borcu 8684,5 manat, faiz borcu 994,84 manat, cərimə borcu 5351,6 manat, cəmi borcu 15030,94 manat təşkil edir. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixə borc məbləği kimi 10714,89 manat qalması göstərilmişdir. Ödənişin yerinə yetirilməsi barədə kreditin tarixi cədvəlindən görünür ki, xx.xx.2019cu il tarixdə cavabdehin borcu 1177 1,03 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 06/4563 saylı xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 32144 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka olan borcu əsas borc üzrə 11592,95, faiz borcu üzrə 21025 manat, xx.xx.2019-cu il tarixdən sonra 2372,0 manat məbləğində pul vəsaiti ödənilməsi müəyyən o lunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/526 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2016-cı il tarixli, NZNPT0026 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 9142,74 manat, o cümlədən əsas kredit borcu 9137,16 manat, faiz borcu 5,58 manat məbləğində müəyyən edilir. Həmin Rəylərə əlavə olunmuş ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat və 150 manat olmaqla ümumilikdə 270 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MB13/373 sayl ı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 33 saylı mənzilinin xx xxxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 80000 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-452/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı İstehlak Kredit Müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və X2 müştərək qaydada əsas borc üzrə 8684 manat 05 qəpik, faiz borcu üzrə 05 manat 58 qəpik, cərimə borcu üzrə 200 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat, ümumilikdə 8918 manat 63 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat tutularaq İddia çı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilin dəyəri 80000 manat müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 33 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılsın və evin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdehlər tərəfindən həmin qətnamə mübahisələndirilməmişdir. İddiaçı bank qətnamədən apellyasiya şikayəti v ermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 530 manat cərimənin tutulması qət olunmuş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışsır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə ünvanlanmış xx.xx.2019-ci il xəbərdarlıq tarixinə cavabdehin müqavilə öhdəlikləri üzrə borcu ümumilikdə 10714,89 manat olmalı olduğu halda, onun həmin tarixə borcunun məbləği 12232,95 manat təşkil etmiş, həmin tarixdən sonrakı dövrlərdə də ödəmələrin həyata keçirilməsi cədvəlinə uyğun olaraq ödənişlər vaxtında icra olunmamaqla şərtləşdirilmiş öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirilməmişdir, onun hazırda müqavilə tarixinə olan əsas borcu üzrə 8684,5 manat, faiz borcu üzrə isə 5,58 manat qalmışdır. Məhkəmə borcu məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə hissəsində dəyişdirilərək cərimə əsas borca adekvat şəkildə olmaqla 530 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspert rəy verərkən bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar nəzərə alınmamışdır. Məhkəmə də ekspert rəyini sübut kimi qəbul edərkən bu halı nəzərə almamış, təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Məhkəmə faiz borcunun hesablanması hissədə də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və g əlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredi torun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MAddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən hissələri mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi həmin hissələrdə xahiş edildiyindən həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin ekspertin rəy verərkən bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar nəzərə almaması barədə dəlili əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi rəydə ekspert iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2016-cı il tarixli, NZNPT-0026 saylı kredit müqaviləsi şərtlərini nəzərə alınmaqla rəy vermişdir. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçı kassasiya şikayətində təkrar mə hkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İş üzrə keçirimiş ekspert rəyləri arasındakı fərqlə ekspertlərin ayrı-ayrı dövrlər üçün borcun məbləği barədə rəy vermələri olmuşdur. Belə ki, birinci rəy xx.xx.2020-ci il tarixə, ikinci rəy isə xx.xx.2019-cu il tarixə olan borcu hesablamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6736/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar