Məhkəmə qərarları › İş №2(102)-2361/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2361/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ Açar sözlər: maddi zərər, sübutetmə yükü, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X9 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “sökülmüş evin əvəzinə mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1609/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) atası X6 ailə üzvləri (arvadı A.Əliyeva, oğlu (iddiaçı), gəlini S.Əliyeva və nəvəsi İddiaçıa) ilə birlikdə Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23 (bundan sonra – Yataqxana binası) ünvanında yerləşən 19 saylı mənzilə dair 012242 saylı yaşayış orderi verilmişdir.

2. Sonradan məlum hadisələrlə əlaqədar Yataqxana binasında məcburi köçkünlər məskunlaşmışdır. İddiaçının atası X10 14 oktyabr 2010-cu ildə vəfat etmişdir. 3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 113 saylı, xx.xx.2001-ci il tarixli Qərarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan Yataqxana binası Azərbaycan R espublikasının Fövqəladə Hallar Nazirliyinin, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə xx.xx.2018-ci ildə kəskin qəzalı elan edilmişdir.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və girişçıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən Yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin 2018-2021-ci illər ərzində Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşmələri məqsədilə Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülmüş və tikili istismar müddətinin başa çatması ilə əlaqədar sökülmüşdür. Bakı şəhərinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyi nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh Yataqxana binasının yerində müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmişdir.

5. Yataqxana binası söküldükdən sonra 23 ailə yataqxanadakı otaqlara dair orderlərinin olmasını bildirmiş və həmin şəxsdən beş nəfəri Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddialar qismən təmin olunaraq, Yataqxana binasındakı mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat kompensasiyanın ödə nilməsi Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir (iş materiallarında qətnamənin qanuni qüvvəyə minibminmədiyi barədə məlumat yoxdur). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yataqxana binasında yerləşən yaşayış sahəsinin sökülməsinə görə həmin yerdə cavabdeh tərəfindən tikilən yeni çoxmərtəbəli binadan ona və ailə üzvlərinə mənzil verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atasına order verilmiş bina yataqxana olduğu üçün ora əsaslı təmir edildikdən sonra sakinlərin istifadəsinə verilməli olub. Həmin təmir işlərində ora köçəcək bütün şəxslərlə bərabər iddiaçının atası da əziyyət çəkmiş, işləmişdir. Bu illər ərzində iddiaçının ailə üzvlərinin sayı 7 nəfər də artmışdır. Evin sahəsi 59,4 kv.metr təşkil edir. İddiaçı və ailə üzvləri uzun illər həmin ünvanda yaşayıblar. Lakin bina cavabdeh tərəfindən sökülmüş, orada çoxmənzilli yaşayış binası inşa edilməyə başlanmışdır. Əvəzində isə cavabdeh iddiaçıya nə kirayə pulu, nə kompensasiya nə də mənzil verməmiş, ailəni çətin vəziyyətdə qoymuşdur. Buna görə də, cavabdeh tərəfindən inşa edilən çoxmənzilli binadan iddiaçıya və ailə üzvlərinə mənzil verilməsi labüddür.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən ünvanda yeni çoxmənzilli binanın tikinti işləri həqiqətən də cavabdeh tərəfindən aparılsa da, həmin ərazidə əvvəllər mövcud olmu ş binanı onlar sökməmişlər. Sözügedən binanın yerləşdiyi torpaq sahəsi dövlət tərəfindən onlara tikinti işləri aparılması üçün verilmiş, onlar da bina inşa edib, mənzil satırlar. Söküntü işlərinin onlara heç bir aidiyyəti yoxdur. Cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-4134/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddia ərizəsində göstərilən, iddiaçının ailə üzvləri ilə birlikdə sökülənədək yaşadıqları binanın cavabdeh tərəfindən sökülməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin məktubundan müəyyən edilir ki, sökülmüş binanın yerində tikinti işlərinin aparılması cavabdehə həvalə edilmişdir. Cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması iş üzrə müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin (binanın) sökülməsi, habelə, cavabdehin iddiaçıya mənzil verməsi ilə bağlı öhdəliyinin olması işin faktiki halları və iş materialları ilə sübuta yetirilmədiyindən, iddia rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində i craat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianı təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və X1) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin (binanın) sökülməsi, habelə, cavabdehin iddiaçıya mənzil verməsi ilə bağlı öhdəliyinin olması işin faktiki halları və iş materialları ilə sübuta yetirilmədiyindən, cavabdeh iddi açı qarşısında hər hansı mülki hüquq məsuliyyəti daşıya bilməz.

16. Bundan başqa xx.xx.1993-cü il tarixli order iddiaçının deyil, onun atasının adına digər ailə üzvləri ilə birlikdə verilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən atası Pərviz Əliyevin vərəsəsi olmasını təsdiq edən sənədi (vərəsəlik şəhadətnaməsini) və orderdə qeyd edilən digər şəxslərin razılıq ərizəsini əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, iddianın hazırkı halda təmin edilsə belə orderdə göstərilən digər şəxslərin hüquqlarının itirilməsi ilə nəticələnmiş olardı. Həmçinin hazırkı iddia üzrə iddiaçı və orderdə adları qeyd edilən şəxslərin X5 vərəsəsi olduğu təsdiq edildiyi halda, onlar kompensasiyanın ödənilməsi tələbi ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ilə müvafiq məhkəməyə m üraciət edə bilərlər.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1-ci və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona sökülmüş mənzilin əvəzinə 20.000 manat təklif etmişdir. Təklif edilən məbləğ çox az olduğu üçün iddiaçı razı olmamışdı r. Cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıqaşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsi mülki iş materialları ilə istisna olunmur. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, əlavə sənədlərin tələb olunmasını təmin etməmiş, işi tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə

29. İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin no rmalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

26. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə

416. Kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Belə ki, baxılan iş üzrə iddiaçı yerli icra hakimiyyətinin ailə üzvləri ilə birlikdə onun atasının istifadəsinə verdiyi mənzilin cavabdehin törətdiyi mülki-hüquq pozuntusu (delikt) nəticəsində sökülməsi nəticəsində ona maddi zərər vurduğunu iddia edir və cavabdeh tərəfindən ona və ailə üzvlərinə yeni yaşayış sahəsi verilməklə, dəymiş zərərin kompensasiya olunmasını tələb edir. Qeyd olunan tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1 096-cı və 1097.1-ci maddələri təşkil edir (§ 24-25).

39. Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: əmlaka zərərin vurulması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

40. İşə baxılarkən məhkəmələr tərəfindən mübahisəli yaşayış sahəsinin yerləşdiyi Yataqxana binasının cavabdehin təqsirli hərəkətləri nəticəsində söküldüyü müəyyən edilmədiyi üçün iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçının atasından mirası qəbul etdiy i, həmçinin orderdə adları qeyd olunan digər ailə üzvlərinin hazırkı iddia ilə razı olduqları barədə sübutlar təqdim etməmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, qüvvədə olan MPM-də qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla apellyasiya baxışında yeni sübutların təqdim edilməsinin yolverilməz olduğu barədə qayd a həmişə mövcud olmuşdur (MPM-in 372-ci maddəsi). xx.xx.2021-ci il tarixdə MPM-ə edilmiş dəyişikliklərlə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməsi ilə bağlı yeni qayda müəyyən edilmişdir. Bu tənzimləməyə əsasən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, o cümlədən, apellyasiya baxışı zamanı yeni sübutların təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar (MPM-in 78.1-ci maddəsi).

43. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, MPM-də əks olunmuş çəkişmə prinsip inə görə sübutları təqdim etmək vəzifəsi birbaşa tərəflərin üzərində olmaqla, məhkəmənin prosessual hüquqi əsas olmadan bu vəzifəni öz üzərinə götürməsi çəkişmə prinsipinin pozulmasına səbəb ola bilər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqan lardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütü nlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1609/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar