Məhkəmə qərarları › İş №2(102)-2367/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2367/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2367/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nurəddin qızının cavabdeh “Akademik C.M.Abdullayev adına X1” X15nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)2238/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı “Akademik C.M.Abdullayev adına X1” X15nin “İdarəetmə aparatı/xroniki ürək çatışmazlığı şöbəsi” bölməsində həkim-kardioloq vəzifəsinə işləmiş və 09 sentyabr 2024-cü il tarixli 519-k saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə istinad edilməklə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X1” X15nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09 sentyabr 2024-cü il tar ixli 519-k nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.X12 X2” PHŞ-nın 19 yanvar 2009-cu il tarixli 4 №-li əmri ilə X3 Şöbəsinin həkim-kardioloqu vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi uzun müddət ərzində əmək intizamına riayət etmiş, barəsində heç bir intizam tənbehi tətbiq olunmamışdır. İnstitutda işlədiyi müddət ərzində onu daim işdən çıxarmağa cəhd etmişlər. Belə ki, İnstitutun 17 aprel 2019-cu il tarixli 114K №-li əmri ilə işdən çıxarılmış, lakin əmr əsassız olduğundan Bakı şəhər i Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə işə bərpa olunmuş və məcburi şəkildə buraxdığı iş dövrünə görə ona əmək haqqı ödənilmişdir. Oxşar hadisə bu yaxınlarda da baş vermişdir. Belə ki, institutun Həmkarlar İttifaqı Komitəsinin sədri X7 tərəfindən ona “Bildiriş” göndərilmişdir. Həmin bildirişdə İnstitutun direktoru vəzifəsini icra edən R.L.Daşdəmirov tərəfindən komitəyə təqdimat ünvanlandığı qeyd olunmuşdur. Bildirişə əsasən, təqdimatda müdiriyyət tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair komitə tərəfindən rəy verilməsi qeyd olunmuşdur. Məsələnin müzakirəsi və müvafiq rəyin verilməsi üçün iclas 03 sentyabr 2024-cü il tarixinə təyin olunmuş və iştirak üçü n dəvət olunmuşdur. Qeyd olunan tarixdə iclasda iştirak etmişdir. Direktorun inzibati məsələlər üzrə müavini bildirdi ki, “öz xahişinlə işdən çıxma barədə ərizə yaz, könüllü şəkildə işdən çıx, əks halda səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağıq”. İddiaçı buna qəti şəkildə etiraz etmişdir. İclasda komitənin üzvlərinin hər biri barəsində müsbət fikir səsləndirmiş və sonra bildirdilər ki, “İnstitutun direktoru xaricdədir, gözləyək gəlib qərar versin”. Direktorun xaricdə olmasını əsas gətirərək iclasda heç bir qərar qəbul edilməmişdir. Daha sonra direktorun köməkçisi ona zəng edərək barəsində əmrin hazırlandığını bildirmişdir. Bir neçə gün sonra komitənin yazılı qərarı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” b əndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 09 sentyabr 2024-cü il tarixli 519-k №-li əmr çıxarılmışdır. Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla tərtib olunmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən komitəyə təqdimat təqdim olunsa belə, komitənin üzvlərinin razılığı əldə olunmamışdır. İclas zamanı müqavilənin ləğvi və ya ləğv edilməməsi barədə komitə üzvləri arasında səsvermə keçirilməmiş, yazılı qərar qəbul etməmişlər. Əksinə, komitənin üzvləri iddiaçının haqqında müsbət fikirlərini bildirmişlər. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 09 sentyabr 2024-cü il tarixli, 519-K nömrəli əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası kimi iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi v ə bununla da əmək vəzifələrini kobud şəkildə pozması qeyd olunmuşdur. Hazırkı iş üzrə cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə əmək müqaviləsinin məhz Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi növündə intizam tənbehi tətbiq olunmuşdur. Lakin intizam tənbehi tətbiq olunarkən qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya izahat verməsi bildirilməmişdir. İddiaçıdan yazılı izahat verməsi tələb olunmadığından nə izahatı alınmış, nə də izahat verməkdən imtinaya dair münasibətini bildirmişdir. Qeyd olunan normalara əsasən işçi barəsində intizam tənbehi intizam xətasının törədilmə faktının aşkar edildiyi vaxtdan 1 ay müddətində verilə bilər, lakin belə xətanın törədildiyi vaxtdan 6 ay keçməməlidir. İddiaçının əmək müq aviləsinə xitam verilməsi barədə əmrdə nəzərdə tutulmuş iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi 2017-ci ilə təsadüf etmişdir. Qanunvericiliyin tələbinə əsasən intizam xətasının törədildiyi vaxtdan 6 ay ərzində işçi barəsində intizam tənbehi tətbiq oluna bilər. Göründüyü kimi İnstitut intizam xətasının törədildiyi vaxtdan 7 ildən çox müddət keçəndən sonra şəxsə cinayət əməlinə görə intizam tənbehi tətbiq edərək qanunsuz olaraq onu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışdır. Həmkarlar İttifaqı Komitəsinin İnstitutun direktorunun təqdimatı əsasında iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə dair qəbul etdiyi qərarda komitənin müsbət rəy verməsi qeyd olunmuşdur. Nəzərə alınsa k i, komitə müəssisə daxilində işçilərin hüquqlarını müdafiə edən bir qurumdur, burdakı “müsbət rəy” ifadəsi işçinin hüquqlarının müdafiəsinə dair müsbət rəyin verildiyi anlamına gəlir və iddiaçının hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e2(005)-633/2025 nömrəli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu, iş üzrə müəyyən edilən hallar, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli hökmü ilə təsdiq edilir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən sui-istifadə) törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə 4.000 manat cərimə cəzası təyin edilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdi rilmədən saxlanılması, mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh İddiaçı 58.748,6 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsə ödənilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, İddiaçı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş 4.000 manat cərimə cəzası yüngülləşdirilərək 3.000 manat cərimə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxla nılmışdır. Qeyd olunan qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə iddiaçının “işdən azad olunması üçün həmkarlar ittifaqı komitəsinin razılığının alınmaması, Komitənin müsbət rəy verməsi” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına X1” X15 Həmkarlar İttifaqı Komitəsi X11 03 sentyabr 2024-cü il tarixli 8 №-li Protokolu ilə təkzib edilir. Belə ki, həmin protokoldan görünür ki, cavabdehin direktor vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən 28 avqust 2024-cü il tarixdə həmin X8 X5 Komitəsinə ünvanlanmış yazılı təqdimatına əsasən, qanunvericiliklə müəy yən olunmuş qaydada (10 gün müddəti ərzində) 03 sentyabr 2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin iclası keçirilmişdir. İclas zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.X12 X2 Publik Hüquqi X5 Komitəsi tərəfindən müsbət və ya mənfi rəy verilməsi xahiş edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsinin üzvləri tərəfindən müzakirə olunmuş, həmçinin işçi İddiaçı iclasa dəvət edilmiş və dinlənilmişdir. Təqdimatın müzakirəsi nəticəsində Həmkarlar İttifaqı Komitəsinin üzvləri verilən təqdimata müsbət rəy (hamı - lehinə) bildirmişlər.

7. Həmçinin, məhkəmə qeyd etmişdir ki, komitə tərəfindən müsbət rəy verilməsi iddiaçının iddia etdiyi kimi “İddiaçı işçinin hüquqlarının müdafiəsinə dair müsbət rəyin v erildiyi” kimi şərh oluna bilməz. Belə ki, protokoldan görünür ki, iclasın nəticəsi olaraq, işçiyə deyil, onun işdən çıxarılmasına dair verilmiş təqdimata müsbət rəy bildirilmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı qabaqcadan Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır.

8. Birinci instansiya məhkəməsi belə olan halda hesab etmişdir ki, iddiaçının bu barədə dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz.

9. Məhkəmə bununla yanaşı qeyd etmişdir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. İşəgötürən tərəfindən iş çinin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə mübahisələri yekunlaşdıqdan, işçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən sui-istifadə) törətməkdə təqsirli olması birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli qərarı 09 avqust 2024-cü il tarixdə işçi tərəfindən işəgötürənə təqdim edilmişdir) 09 sentyabr 2024-cü il tarixdə işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, intizam tənbehinin verilməsi müddəti pozulmamışdır.

10. Birinci instansiya məhkəməsi şərh edilənlərə əsasən hesab etmiş dir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1” PHŞ-nın 09 sentyabr 2024-cü il tarixli 519-k nömrəli əmrinin ləğv edilməsi” barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz.

11. Digər tərəfdən qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsasları nı pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

12. Birinci in stansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 62-ci maddəsinin “c” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü hissələri, 80ci maddəsinin 1 və 2-ci hissələri, 83-cü maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 2-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2 və 218.3-cü maddələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə si və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-2238/2025 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqovdan və S.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e2(005)-633/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. O dur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məh kəmə kollegiyası daha sonra qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

17. Məhkəmə hesab etmişdir ki, iş üzrə müəyyən edilən hallar, yəni iddiaçının əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi və bununla da əmək vəzifələrini, əmək qanunve riciliyinin tələblərini kobud şəkildə pozması qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edilir.

18. Apellyasiya kollegiyası iddiaçının barəsində əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək növündə intizam tənbehi tətbiq edilərkən onun nə izahatı alınmış, nə də bundan imtina etdiyinə dair hər hansısa aktda qeyd aparılmamasına dair dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev Adına X1” X15 Həmkarlar İttifaqı Komitəsi X11 03 sentyabr 2024-cü il tarixli 8 №-li protokolundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsi üzvləri tərəfindən müzakirə olunmuş, həmçinin o, iclasa dəvət edilmiş və dinlənilmişdir.

19. Həmçinin, ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, komitə tərəfindən müsbət rəy verilməsi iddiaçının iddia tələbində eləcə də apellyasiya şikayətində iddia etdiyi kimi “İddiaçı işçinin hüquqlarının müdafiəsinə dair müsbət rəyin verildiyi” kimi şərh oluna bilməz. Belə ki, protokoldan görünür ki iclasın nəticəsi olaraq, işçiyə deyil, onun işdən çıxarılmasına dair verilmiş təqdimata müsbət rəy bildirilmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı qabaqcadan Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

20. Bundan başqa, apellyasiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişd ir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. Belə ki, iş materiallarından görünür ki, 15 avqust 2023-cü il tarixli 359 nömrəli əmr ilə iddiaçı iş vaxtı ərzində, bilavasitə iş yerində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həmin tarixdə verilmiş əmrlə işdən kənar edilmişdir. İddiaçı 09 avqust 2024-cü il tarixində instituta ərizə ilə müraciət etmiş və onun təqsirləndirilən şəxs kimi açılmış cinayət işi üzrə məhkəmə proseslərinin başa çatmasını bildirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarix li qərarı surətini ərizəsinə əlavə etmişdir. İşəgötürən tərəfindən işçinin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə mübahisələri yekunlaşdıqdan, işçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən suiistifadə) törətməkdə təqsirli olması birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra 09 sentyabr 2024-cü il tarixdə işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən intizam tənbehinin verilməsi müddəti pozulmamışdır.

21. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun tərəfindən törədildiyi qeyd olunan cinayət əməli 2017-ci ildə törədilmiş və həmin vaxtdan 8 ildən çox müddət keçdi kdən sonra işçi barəsində intizam tənbehinin tətbiqi yolverilməzdir. Belə ki, bəhs olunan cinayət işi üzrə icraat 2023-cü ildə başlanmışdır. Lakin cari işdə məhkəmə xətanın törədildiyi vaxtdan uzun müddət (illər) keçməsinə, eləcə də xətanın törədildiyi vaxtdan 6 ay ərzində həmin cinayət işi üzrə icraat aparılmamasına baxmayaraq maddəni düzgün təfsir etməyərək cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi müddətinin pozulmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cinayət əməlini törətməsini göstərdiyi tarix və ya bu barədə icraatın başlanılması onun təqsirinin təsdiq edilməsi demək deyil. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədi lməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

22. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (vəzifə səlahiyyətlərindən sui-istifadə) törətməkdə təqsirli olması birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra 09 sentyabr 2024-cü il tarixdə işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində qeyd edilən normanın məzmununda göstərilən cinayət tərkibi olan ictimai-təhlükəli əməllər iş vaxtı ərzində bilavasitə iş yerində yol verilmişdir ki, bu da iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsasdır.

23. Göründüyü kimi iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır.

24. Apellyasiya kollegiyası hesab etmişdir ki, qeyd edilən əmr verilən zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh əmrdə əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulması müəyyən edilməmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbinin əsassız hesab edilməklə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş 20 günlük prosessual müddəti ötürməsinə baxmayaraq məhkəmə etirazı və etiraza əlavə edilən sənədləri sübut kimi qəbul etmişdir. Halbuki MPMin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Hazırda da cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra müəyyən edilmiş 20 günlük müddəti ötürmədən iddiaya etirazını təqdim etmişdir. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, iddia ərizəsi 18 oktyabr 2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş, 21 oktyabr 2024-cü il tarixində isə məhkəmə tərəfindən təhvil alınmışdır. Həmin vaxtdan iki ay ərzində məhkəmə tərəfindən iş tam, hərtərəfli araşdırılaraq yekun məhkəmə ak tı qəbul edilməli olsa da, məhkəmə işi uzadaraq 15 yanvar 2025-ci il tarixində təyin olunmuş baxış iclasında yekun məhkəmə aktını qəbul edərək elan etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə də razılaşmamış və hesab etmişdir ki, sadalanan halların mövcudluğu halında belə, bu mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə hüquqi əsas vermir.

27. Həmçinin, iddia üzrə “işə bərpa” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin olunub olunmamasının bilavasitə “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası iddia tələbi “məcburi iş bura xmaya görə əmək haqqının hesablanıb verilməsi” hissəsində də təmin edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İddiaçının iddia ərizəsində eləcə də apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 11, 62, 70, 71, 80, 83, 186-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

29. İddiaçı Nurəddin qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-2238/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 14-cü maddəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 187-ci maddəsi, 189-cu maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.1-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddələrinin tələbləri pozulmuşdur.

31. Belə ki, işəgötürən tərəfindən eyni vaxtda və eyni əmək funksiyasının icrası zamanı törədilmiş bir intizam xətasına görə iddiaçıya bir neçə dəfə intizam t ənbehi tətbiq olunmuşdur. İddiaçıya həmin dövrdə yol verdiyi eyni xarakterli pozuntuya görə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsi ilə töhmət verilmiş, sonradan yenidən eyni əsasla, yəni eyni intizam xətasına görə intizam məsuliyyəti qaydasında əmək müqaviləsinə xitam verilməsi formasında yeni bir intizam tənbehi tətbiq edilmişdir. İddiaçı həmkarlar ittifaqının üzvü olduğu halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, lakin bu zaman qanunla tələb olunan həmkarlar ittifaqının qabaqcadan açıq-aşkar razılığı alınmamışdır. Cavabdeh “Akademik C.M.Abdullayev adına X1” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli təqdimatla müəssisənin həmkarlar komitəsinə müraciət edilmiş, cavab olaraq isə 03 sentyabr 2024cü il tarixli 8 saylı protokol tərtib olunmuşdur. Həmin protokolda “müsbət rəy verilməsi” ifadəsinə yer verilsə də, bu ifadənin konkret olaraq əmək müqaviləsinin xitamına açıqaşkar razılığın verilməsi mənasını daşıdığı nəticəsi çıxarılmamalıdır. Belə ki, həmkarlar ittifaqı təşkilatının məqsədi yalnız işəgötürənin təqdimatına cavab vermək yox, eyni zamanda işçinin əmək hüquqlarının müdafiəsini təmin etmək və bu sahədə qanunvericiliyin düzgün tətbiqinə nəzarət etməkdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinin pozulmasını düzgün qiymətləndirməmiş, həmkarlar komitəsinin “müsbət rəy” ifadəsini razılıq kimi qəbul etməklə, hüquqi səhvə yol vermişlər. Həmkarlar komitəsi belə bir açıq və əsaslandırılmış qərar qəbul etmədiyindən, təqdimat əsasında verilmiş cavab qanunun tələb etdiyi “qabaqcadan razılıq” kimi qiymətləndirilə bilməz. İddiaçıya dair təqdimat üzrə qəbul edilən protokolda nə təqdimatın qanunvericiliyin tələblərinə uyğun hazırlandığına dair təsbit, nə də əmək müqaviləsinə xitam verilməsinə dair açıq razılıq ifadəsi mövcuddur. Məhz bu səbəbdən həm birinci instansiya, həm də apellyasiya instansiyası tərəfindən qəbul olunmuş məhkəmə qətnamələri Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə ziddir və bu maddənin tətbiqi zamanı mövcud hüquqi təcrübə və qanunun məqsədi nəzərə alınmamışdır. Məhkəmələr bu normanın mahiyyətini yalnız formal razılıq kimi deyil, işçinin hüquqlarının qorunması baxımından tələb kimi dəyərləndirməli idilər. Təqdim olunan sənədlər və protokol razılığın verilməsi kimi qiymətləndirilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, işə baxmış müvafiq məhkəmələr cavabdeh tərəfindən işçinin izahatı alınmadan barəsində intizam tənbehinin tətbiq edilməsini və bu tənbehin qanunla müəyyən olunmuş müddətlərə riayət edilmədən verilməsini hüquqa uyğun hal kimi qiymətləndirmiş, pozulmuş hüququn bərpası istiqamətində qanunvericiliyə uyğun heç bir tədbir görməmiş, əksinə cavabdehin mövqeyini əsaslı sayaraq öz vəzifəsini qanunun tələblərinə zidd şəkildə yerinə yetirmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən onun izahatı alınmamış, həmçinin izahatdan imtina etməsinə dair hər hansı akt və ya qeyd tərtib olunmamışdır. Digər mühüm hüquqi pozuntu isə intizam tənbehinin qanunla müəyyən edilmiş müddətlər çərç ivəsində tətbiq olunmamasına baxmayaraq, məhkəmənin bu halı hüquqi cəhətdən əsaslı hesab etməsidir. Belə ki, iddiaçının törətdiyi iddia olunan cinayət əməlinin 2017-ci ildə baş verdiyi bildirilmiş və bu tarixdən 8 ildən artıq vaxt keçdikdən sonra intizam tənbehi tətbiq edilmişdir ki, bu da qanunla müəyyən edilmiş müddət çərçivəsini ciddi şəkildə pozur. Cinayət işinin 2023-cü ildə başlandığı və törədilmiş əməl 2017-ci ilə aid olduğu halda, həmin tarixdən işdən azad olunan günədək işçi (iddiaçı) tərəfindən heç bir intizam pozuntusuna yol verməməsinə baxmayaraq məhkəmənin bu müddətin pozulmadığı nəticəsinə gəlməsi hüquqi baxımdan əsassızdır.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Kassasiya ş ikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozul masına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ed ilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürə nə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək növündə intizam tənbehi verə bilər. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edil diyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən ha kim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 15-27). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

40. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində cinayət əməli törətməsi işin mübahisəsiz halı olmaqla, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən olunur. Odur ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (72-ci maddəsinin “f” bəndinə istinad olunmaqla) iş əgötürən tərəfindən ləğv edilməsi üçün əsas mövcud olmuşdur.

41. İddiaçının dəlilləri mübahisələndirilən əmrin qəbulu zamanı işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən olunan prosedur pozuntulara yol verilməsi ilə bağlıdır.

42. Halbuki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, iddiaçının qanundan irəli gələn əmək hüquqlarının müdafiəsinə yönələn bütün təbdirlər görülmüş, o cümlədən, işəgötürən tərəfindən müəssisənin müvafiq həmkarlar ittifaqı təşkilatına müraciət edilərək razılığı alınmışdır. Həmçinin, iddiaçı özü bu təşkilatın iclasında iştirak etdiyini iddia ərizəsində qeyd etmişdir.

43. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının ona istinad olunan cinayət əməlini törətməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2024-cü il tarixli yekun qərarı ilə təsdiq edildiyindən, həmin qərar 09 avqust 2024-cü il tarixdə instituta təqdim edildiyindən və mübahisələndirilən əmr işəgötürən tərəfindən 09 sentyabr 2024-cü il tarixdə qəbul edildiyindən, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini düzgün tətbiq edərək, cavabdehin hərəkətlərinə pozuntu müəyyən etməmişdir.

44. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nurəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il i tarixli, 2(103)-2238/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar