Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2368/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1620/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2005-ci il tarixdə Cavabdeh Şirkətinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “mexaniki sexin quyuların təmirə hazırlanması üzrə operatoru” işindən azad edilmiş və bu barədə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı əmr verilmişdir. 2. xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirkəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddi açı xx.xx.2022-ci il tarixdən QYƏTS-nə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ayı sınaq müddəti olmaqla 1 il müddətinə bağlanmışdır. Onun növbəli iş rejimində əmək haqqı saat başı 3,69 manat təşkil etmişdir. 3. xx.xx.2023-cü il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bu barədə işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmr verilmişdir. Əmək kitabçası işçiyə işdən çıxarıldığı gün təqdim edilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası məhkəmənin xx.xx.2024-cü il tarixli, 2 -1(112)-6729/2024 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2268/2024 saylı qərardadı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı İsa oğlunun işdən öz xahişi ilə azad edilməsi barədə Cavabdeh Şirkətinin baş direktoru Sergey Naymışevin qəbul etdiyi HRR-171/22 saylı xx.xx.2022-ci il və HRR 37/2 saylı, xx.xx.2023-cü il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, xx.xx.2023-cü ildən işə bərpa olunduğu anadək məcburi işbura xma dövrü üçün hər ay 500 manat əmək haqqının ödənilməsi, bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji streslər nəticəsində 10000 manat mənəvi zərərin Cavabdeh Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixli, 107/K saylı əmri ilə "Binəqədi" neft qaz çıxarma idarəsində quyuların təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı və əsaslı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmiş, həmin tarixdən, xx.xx.2022-ci il tarixli ƏMR OHRR 174 saylı, xx.xx.2022-ci il tarixli, HRQ201/22 saylı və xx.xx.2023-cü il tarixli № HRR-3/72 saylı Əmrlərlə, guya, öz xahişi ilə işdən azad edildiyi tarixlərədək " X2" şirkətində qüsursuz, şirkətin daxili nizamintizamlarına əməl etməklə işləmişd ir. 35 il ərzində bir dəfə də olsun hər hansı təqsirli hərəkətə, xətaya yol vermədiyi səbəbindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bu faktın təsdiqi olaraq, nəticədə, həmin şirkətdə 29 il qüsursuz xidmətlərini nəzərə alıb, həmin şirkətin Baş direktoru cənab Sergey Neymışevin xx.xx.2017-ci il tarixində 128 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş peşə bayramı Neftçilər günü münasibəti ilə Azərbaycan Neft sənayesinin inkişafında böyük xidmətlərinə işinə olan layiqli münasibətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Baş direktor cənab Sergey Neymışevin ona göstərdiyi bu etimadından güc-qüvvət alıb, sonrakı illərdə də yüksək həvəslə işini qüsursuz davam etdirmişdir. Bu faktlara rəğmən 2023-cü ilin yanvar ayının 31-dək həmin şirkətdə vicdanla, iş rejiminə əməl etməklə işləmişdir. 2023-cü ilin yanvar ayının 31-də soyadını bilmədiyi Qahir adlı sex rəisi onu yanına çağırıb, “icazəsiz olaraq şirkətdə yük maşınına mil turbalar yükləyərkən nəzarət kameralarına düşdüyünü” dedi. Həmin gün Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə ondan izahat tələb etdi, halbuki, milləri və digər şirkətə məxsus materialları maşına yükləmək onun gündəlik işi idi. Millərin oğurlanıb-oğulanmamasına nəzarət etmək isə onun işi, vəzifə borcu deyildir! Qahir adlı sex rəisinin şirkət işçisini vəzifədən çıxartmaq səlahiyyətinə malik olub-olmaması barədə məlumatı yox idi. Yuxarıda qeyd etdiyi şirkətə məxsus millərin tərəfindən maşına yüklənilməsi faktının oğurluq hadis əsi olduğunu təsdiqləyən Qahir bəy, həmin faktdan təzyiq vasitəsi kimi istifadə edib, yaranmış vəziyyətdən çıxış yolu kimi ona öz xahişi ilə ərizə yazıb, işdən çıxmağı təklif etdi. O, isə onun bu təklifinin nəticələrini qısa zaman kəsiyində təhlil etmədən, hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmadan onun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb, işdən çıxmağı barədə ərizə yazıb, ona təqdim etmişdir. Bu ərizəsi əsas kimi qəbul edib, pensiyaya çıxmağına 2-3 il qalmış 35 il şirkətdə qüsursuz işlədiyi halda hansı sağlam məntiqlə, illərlə qüsursuz gördüyü işlərə görə yük maşınına şirkətə məxsus milləri yüklədiyi faktını Qahir bəyin oğurluq hadisəsi kimi qiymətləndirdiyi səbəbindən işdən öz xahişi ilə çıxmağı barədə ərizə yazmağının tam əsassız və yanlış olduğu qənaətinə g əlmişdir. Hesab edir ki, məhz bu səbəbdən də işdən çıxmağı barədə şirkətin rəhbərliyi tərəfindən iki ay müddətində xx.xx.2022-ci ildən və xx.xx.2023-cü ilədək iki dəfə əmr vermişdir. Bu fakt o, anlama gətirir ki, o iki dəfə-2022-ci ilin noyabr və 2023-cü ilin yanvar aylarında işdən azad edilməyi barədə şirkətin baş direktoru cənab Sergey Neyimşevdən iki dəfə xahiş etmişdir. Yuxarıda qeyd etdiyi faktlar onun xx.xx.2022-ci ildə işdən öz xahişi ilə işdən azad edilməyi, həmin günün səhəri, yəni, xx.xx.2022-ci ildə isə şirkətin "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə" qəbul edilməyi barədə əmrin verilməsi və bu əmrin verildiyi tarixdən iki ay sonra, şirkətin Baş direktoru cənab Sergev N eymışevə ikinci dəfə 2023-cü ilin yanvar ayının 31-də işdən azad olunmağı barədə ərizə ilə müraciət etməyi faktları, işdən azad edilməyi barədə iki ay müddətində tərtib etdiyi-xx.xx.2023-cü il tarixli, HRR-37/2 saylı əmrini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi, 39cu maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 4-cü hissəsi, 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinin tələblərini qəsdən pozmaqla qəbul edilmişdir. Hesab edir ki, məhz bu səbəbdən də şirkətin Baş direktoru cənab Sergey Neymışev "Korrupsiya və Qanun" qəzetinin növbəti sorğusuna göndərdiyi xx.xx.2023-cü il tarixli cavabında İddiaçı tutduğu vəzifəsindən öz xahişi ilə, yalnız, xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı əmri ilə şirkətdə tutduğu vəzifəsindən azad edil diyini qeyd etdiyi halda, həmin günün səhərisi, yəni, xx.xx.2022-ci ildə İddiaçı adına verilən əmək kitabçasında "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, HRRQ 204/22 saylı əmrini, daha sonra, yəni, İddiaçı növbəti dəfə öz xahişi ilə yazdığı ərizə əsasında iki ay keçdikdən sonra ikinci dəfə xx.xx.2023-cü il tarixli işdən azad edilməsi barədə verdiyi əmri qeyd etmir, gizlədir. Əgər sex rəisi Qahirin barəsində onun dediyini-yəni, tərəfimdən iş vaxtı şirkətə məxsus millər oğurlanmışdırsa və ya oğurlamağa cəhd göstərilmişdirsə, belə olan halda, bu oğurluq hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermək onun həm vəzifə, həm də vətə ndaş borcu idi. Nə üçün o, bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Belə olan halda, mən işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə deyil, 72-ci maddənin "f" bəndi ilə işdən azad edilməli idi. Bundan başqa işdən azad edilməyi barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etdiyi halda, Əmək Məcəlləsinin 69cu maddəsinin tələblərinə uyğun bir ay müddətinə ona vaxt verilməli idi, həmin bir ay müddətində istənilən vaxt onun ərizəsini geri götürmək hüququ olduğu halda, bu hüququ da Şirkətin rəhbərliyinin "öz xahişi ilə" işdən azad edilməyi barədə iki ay ərzində, yuxarıda qeyd etdiyi tarixlərdə qəbul etdiyi əmrlərlə kobud şəkildə pozulmuşdur. Bundan savayı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində vətəndaşın xahişi ilə işdən azad edilməsi barədə iki ay müd dətində iki dəfə əmr verilməsi kimi norma nəzərdə tutulmamışdır. Onun şirkətin Qahir adlı vəzifəli şəxsi tərəfindən şirkətə məxsus mil boruları oğurlamağı faktı ilə bağlı şərlənərək, təhdid edilərək, işdən azad edilməyi barədə xahişimlə bağlı şirkətin rəhbərliyi Sergey Neyimşevə ünvanladığı ərizəsi əsasında qəbul edilən əmrlərlə əlaqədar "Korrupsiya və Qanun qəzeti tərəfindən üç dəfə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində həmin qəzetin xx.xx.2023-cü il tarixli, 05(97) saylı tarixinin 14cü səhifəsində "Binəqədi neft şirkəti 35 ilin qüsursuz işçisini necə şərləyir" və xx.xx.2023cü il tarixli, 06(98)-ci nəşrinin 11-ci səhifəsində isə "Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə göz yumur?!" başlıqlı materiallar əlavə edilməklə, sorğular göndə rilsə də, həmin jurnalist sorğularına, yalnız, bir dəfə 02.1196 saylı, xx.xx.2023-cü il tarixli " X2 " şirkətinin baş direktoru cənab Sergey Neymışevin imzası ilə redaksiyaya cavab məktubu ünvanlanmışdır. Lakin, həmin cavab məktubunda isə şirkətin sex rəisi Qahir adlı vəzifəli şəxs tərəfindən şirkətə məxsus mil borularının şirkətin işçisi İddiaçı tərəfindən oğurlanması və ya bu cinayət faktının baş verməsinə cəhd göstərilməsi barədə heç nə yazılmamışdır.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, məlum olduğu kimi həm Əmək Məcəlləsinin tələbinə, həm də illərlə formalaşmış məhkəmə təcrübəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu a şkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin, həm iddia ərizəsindən, həm də tərəfimizdən təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı Şirkətin 2022 və 2023-cü illərinin əmrlərini mübahisələndirərək onların ləğvini və həmin əmrlərin ləğvindən irəli gələ biləcək öhdəliklərin Şirkətin üzərinə qoyulmasını məhkəmədən tələb edir. Yəni, iddiaçı Şirkətin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli əmrlərini hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində mübahisələndirməli olduğu halda, bu əmrlərin qəbul olunmasından 1 il 6 aydan artıq vaxt keçdikdən sonra onların qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu maddəni n birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-ci bəndinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin - (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Şirkət tərəfindən təqdim olunan "xxxx" ASC-nin əmək haqqı üzrə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı AZ83PAHA41010AZNFK********** nömrəli hesabına Şirkət tərəfindən 69.51 AZN məbləğin də vəsait (son haqq hesab) köçürülmüşdür (Əmək haqqı üzrə çıxarışın surəti əlavə olunur). Bundan başqa, Şirkətin Kadrlar şöbəsinin qeydiyyat kitabından çıxarışdan göründüyü kimi, İddiaçı HRR 37/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətini və əmək kitabçasının əslini elə həmin tarixdə, yəni xx.xx.2023-cü ildə sözügedən kitaba imza etməklə almışdır (Qeydiyyat kitabından çıxarışın surəti əlavə olunur). Beləliklə, Əmək Qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq hesab edirik ki, Ə.İ. Fərzəliyevin hüququnun pozulduğunu aşkar etdiyi gün Şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün xx.xx.2023-cü il tarixi olduğundan, o, həmin vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, göstərilən müddəti ötürməklə 1 il 6 a ydan artıq müddətdən sonra Şirkətin sözügedən əmrlərini məhkəmədə mübahisələndirmişdir. Qeyd olunan səbəbdən də iddiaçı Ə.İ. Fərzəliyev iddia müddətini ötürmüşdür. Bundan başqa, Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2023-cü il tarixdən öz xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" əsasən QYƏTS-nin quyuların təmirə hazırlanması üzrə operatoru vəzifəsindən azad edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5752/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbinin rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işçi fərdi əmək mübahisəsinin həllində iddia müddətini ötürmüş, işəgötürən isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilir ki, həqiqətən də iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, işçinin hüquqlarının pozulduğu gün, ona həmçinin əmək kitabçasının təqdim edildiyi gün hesab edilir. Hansı ki, işçiyə əmək kitabçası işdən çıxarıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir və işdən çıxarılma barədə əmr ona təqdim edilməsə də, əmək kitabçasında bu barədə ətraflı qeydiyyat aparılmışdır. Yəni işçiyə ona əmək kitabçasının təqdim edildiyi vaxtdan işdən azad edilmənin səbəbləri aydın olmuş və həmin vaxtdan da işçi hüquqlarının pozulduğunu aşkar etmişdir. Bununla belə, işçi hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan 1 il 7 ay sonra mediasiyaya, daha sonra isə məhkəməyə müraciət etm işdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi əmək mübahisəsinin həlli ilə bağlı polis, prokurorluq orqanlarına müraciət etməsi, hər hansı mətbuat orqanından yardım gözləməsi, səhv məhkəmə aidiyyəti üzrə iddia verməsi 1 aylıq iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Odur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2022- ci il tarixli, HRR 171/22 saylı və xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmrlərinin ləğv edilməsi və bundan irəli gələn hüquqi nəticələrin təmin edilməsi və sair barədə iddiaçının tələbi iddia müddəti ötürüldüyündən əsassız hesab edilməlidir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, ko llektiv arasında gözdən salınması ilə bağlı işəgötürən tərəfindən hər hansı hərəkət edilməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən iddia mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 75, 76, 83, 290 və 296-cı Mülki Prosessual Məcəllə-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi ) 2(103)-1620/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və X.A.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.
15. Məhkəmə işin hallarına əsasən qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiqi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tə tbiqi ilə bağlı hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilov un şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
17. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). 18. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
19. Hazırkı halda, iş materi allarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli əmrləri ilə işdən azad edilmişdir. Cavabdeh sözügedən əmrləri, əmək kitabçasını və xx.xx.2023-cü il tarixdə qeydiyyat kitabına imza etməklə qəbul etmişdir. Həmin tarixdən də iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuşdur. İddiaçı isə mediasiya təşkilatına 2022-ci ilin 12 dekabrında müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü ildə göndərilmiş, ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış isə 15 avqust 2024-cü il tarixində verilmiş, lakin iddiaçı yalnız 02 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsini göndərmişdir. Qeyd edilməlidir ki, əmrin surətini 31 yanvar 2023-cü il tarixdə aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuş və müddətin axımı başlamışdır. Lakin iddiaçı yalnız bundan 1 il 6 ay sonra ilk dəfə ilkin mediasiya prosesinin tətbiqi ba rədə müraciət etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal isə məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Halbuki, hazırki iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı tərəf keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini də sübuta yetirə bilməmişdir.
22. Məhkəmə koll egiyası beləliklə hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddətinin ötürüldüyü təsdiq edildiyindən, birinci instansiyası məhkəməsi iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
23. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 296-cı, MPM-nin 14.2, 77.1, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 35 və 125ci, Əmək Məcəlləsinin 83 və 296-cı, MPM-nin 417.1.3 və 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, əmək mübahisəsi üzrə hüquqların pozulduğu gün işçiyə əmrin, əmək kitabçasının, haqq-hesab sənədinin, yəni qeyd olunan sənədlərin üçünün verildiyi gündür. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Əmək kitabçası iddiaçıya sonuncu iş günü verilmiş, müvafiq əmr isə məhkəməyə təqdim olunanda sonra tanış olmuşdur. Hüquq pozulduğu günü məhkəmələr müəyyən edərkən yanlış nəticəyə gəlmişlər. Məhkəmə Şirkətin Qahir adlı sex rəisinin İddiaçı aldadaraq, işdən azad olması barədə ərizə yazdırmasını araşdırmadan, ona işdən azad olunması barədə işəgötürənin imzası olan əmr təqdim edilməməsini araşdırmadan, qeydiyyat kitabında iddiaçının imzasının əmrin təhvil almasını təsdiq etmədiyini araşdırmadan iddia müddətinin ötürülməsi barədə Dövlət adından qərar verilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmək kimi tələbinə tam zidd olmuşdur. Məhkəmə hüquqlarını araşdırarkən əsassız olaraq iddia müddətini tətbiq etməməli, məhkəmə icraatı həqiqəti müəyyən etməli idi. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona sonuncu iş günü təqdim e dilməmişdir, O, əmrlə cavabdeh tərəfindən məhkəməyə təqdim olunanda tanış olmuş və tanış olarkən əmrdə Baş direktorun adı yazılsa da qarşısındakı imza baş direktor tərəfindən imzalanmadığını bilmişdir. Məhkəmədə bu hallar araşdırılmaq əvəzinə iddiaçının qeydiyyat kitabına əmrləri təhvil alması barədə imza etmədiyi halda, yanlış olaraq imza edərək əmrləri götürdüyünü və bununla da iddia müddətinin ötürüldüyünü əsas tutaraq, ədalətsiz qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını pozmuş və düzgün tətbiq etməmişdir. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 68, 2-ci hissə, “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqavi ləsinə xitam verilməsinin əsaslarındandır.
28. Maddə 296, 2-ci hissəsi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
29. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
30. Maddə 296, 7-ci hissəsi. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətinə və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları düzgün tətbiq etmiş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunması barədə qənaət gəlmiş, apellyasiya məhkəməsi i də haqlı olaraq bu qənaətlə razılaşmışdır.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhk əməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1620/2025 nömrəli iş ü zrə 5 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.