Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2369/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)- 1263/2025 nömrəli qətnamə sindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2019-cu il 12 dekabr tarixli, BPM**********85 nömrəli tam kart çərçivə müqaviləsi ilə "xxxx" ASC tərəfindən X3 illik 24% dərəcəsi ilə 48 ay müddətinə 7.000 manat məbləğində kredit verilmiş və illik 22% dərəcəsi ilə 36 ay müddətinə 1.000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. X4 17 dekabr 2020-ci il tarixdə vəfat etmiş və Cavabdeh onun vərəsəsi olmaqla, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. X2 vəfat etməsi ilə əlaqədar miras əmlak kimi 1.371,24 manat məbləğində pul vəsaiti olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" A SC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.783,3 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 5.783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1.001,88 manat borcun, ödənilmiş 87,86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, cavabdeh mərhum anası X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 2023-cü il 8 noyabr tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlikləri bu günədək tam şəkildə yerinə yetirilməmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsində i ddia tələbinə etiraz edərək qeyd etmişdir ki, mərhum anasının bankdan kredit götürməsindən və həmin kredit üzrə ödənilməmiş öhdəliklərin mövcud olmasından xəbərsiz olmuşdur. Cavabdeh, mərhumun yeganə vərəsəsi olduğunu təsdiq etsə də, iddiaçı tərəfindən ona qarşı hər hansı rəsmi xəbərdarlıq və ya bildiriş göndərilmədiyini vurğulamış, maddi imkansızlıq səbəbindən borcu ödəyə bilmədiyini, kirayədə yaşadığını və iki azyaşlı övladının himayəsində olduğunu bildirmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2(008)1821/2024 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilərək, cavabdehdən 1.371 manat məbləğində kredit borcunun, dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissə də təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etməklə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh miras əmlakdan 1/1 (tam) hissədə pay almış və həmin miras əmlakda ödənilməli olan 1.371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi, ona çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıması və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ona çatan miras payı həcmində kredit borcu olan 1.371 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaiti tut ulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 427.3, 428.4, 739.1, 739.2, 741, 742.1, 743, 1146, 1255 və 1306-cı; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsaslandırmışdır. 04 iyun 2018-ci il tarixli Qərarına istinad edərək b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(103)-4619/2024 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadı qov və M.Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, MM-in 1306-cı maddəsinə uyğun olaraq, cavabdehin iddiaçı qarşısında məsuliyyətinin 1.371 manat məbləğində müəyyən edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanuna uyğun və əsaslandırılmış şəkildə həyata keçirilmişdir.
13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 425.1, 427.3, 739, 1146, 1255 və 1306.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(103)-3729/2024 nömrəli qərarı ilə (hakim A.Abbasovun məruzəsi ilə, hakimlər M.Əhmədova və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir.
17. Apellyasiya məhkəməsi mübahisələ ndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən (iddianı qismən təmin edərkən) MM-in 1306.1-ci maddəsinə düzgün istinad etsə də, həmin Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış, faktiki olaraq borcun mirasdan çox olduğunu sübut etmək yükünü iddiaçının üzərinə qoymuşdur.
18. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notariu s tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
19. İşdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normasını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını – Mülki Məcəllənin 1307-ci maddə sini pozmuşdur.
20. Halbuki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi üçün elə həmin Məcəllənin 1307-ci maddəsində göstərilən hal – mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilməli, bundan çıxış edərək sübut etmə yükü düzgün bölüşdürülməklə iddiaya qiymət verilməli idi.
21. Kassasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 425.1, 427.3, 739, 1146, 1255, 1306.1 və 1307-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı Qərarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəmə sindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1263/2025 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər S.Bəhrəmzadə və F.Babayev) apellyasiya şikayət təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunaraq, həmin hissədə iddia tələbi təmin edilmiş, cavabdehdən 5.414,19 manat məbləğində kredit borcunun iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun tutulmamış 54,55 manat hissəsinin cavabdehdən tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun isə apellyatorun özünə aid edilməsi qət olunmuşdur.
23. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın 1.371 manat hissəsində təmin olunması barədə mövq eyi ilə tam razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MM-in 1307-ci maddəsinin tələbinə əsasən, mərhum Solmaz Namazovadan qalmış mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması məsələsini araşdırmamış və sübutetmə yükünün düzgün bölüşdürülməməsi səbəbindən işə tam qiymət verməmişdir.
24. Təkrar apellyasiya baxışı zamanı Bakı şəhəri 4 saylı Notariat Ofisindən tələb olunmuş sənədlərdən məlum olmuşdur ki, mərhumun mirası yalnız 1.371,24 manat məbləğində pul vəsaiti üzrə şəhadətnamə ilə təsdiqlənmiş, digər əmlak siyahıya alınmamışdır. Bundan əlavə, mərhumun hər hansı bir nəqliyyat vasitəsi və daşınmaz əmlakı aşkar edilməmişdir.
25. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, notariat tərəfindən miras siyahıya alınmadığı halda, vərəsə, yəni hazırkı iş üzrə cavabdeh mər humun borclarının mirasdan artıq olduğunu sübut etməli olmasına və bu məqsədlə məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq, cavabdeh tərəfindən sübut təqdim olunmamışdır.
26. Belə ki, cavabdeh həmin kredit və faizləri ödəmək öhdəliyini yerinə yetirməmiş, buna görə də, mərhum Solmaz Namazovanın nağd kredit üzrə 5.783,31 manat və kart limiti üzrə isə 1.001,88 manat borcu cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin təmin etdiyi 1.371 manat çıxıldıqdan sonra, cavabdehdən tutulmalı məbləğ 5.414,19 manat olmaqla müəyyən edilmişdir.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425.1, 427.3, 739, 1146, 1255, 1306.1 və 1307-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 218.1, 372.1, 384.0.2, 385.1.1-2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
28. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1263/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən Mülki Məcəllənin 1306, 1307-ci, Mülki Prosessual Məcəllənin 2.1, 8.1, 9, 14-cü maddələrinin tələblərini pozmuşdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əsas faktları – mərhum Solmaz Namazovadan heç bir miras qalmaması barədə dövlət orqanlarının verdiyi rəsmi cavabları nəzərə almamışdır. Notariat və digər müvafiq dövlət qurumların dan alınmış sənədlər əsasında mərhumun adına nə daşınmaz əmlak, nə də nəqliyyat vasitəsi qeydə alındığını, yəni mirasın mövcud olmadığı tam sübut edilmişdir. Buna baxmayaraq, məhkəmə MM-in 1307-ci maddəsini tətbiq edərək, cavabdehin miras kütləsinin borcdan az olduğunu sübut etmək öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlmiş və əsassız olaraq iddianı təmin etmişdir. Bu yanaşma MPM-in 2, 8, 9 və 14-cü maddələrində nəzərdə tutulmuş ədalət mühakiməsi prinsiplərinə, işin tam, hərtərəfli və obyektiv araşdırılması tələbinə, tərəflərin bərabərliyi və faktlar əsasında qərar qəbul edilməsinə ziddir.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxış ının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini cavabdehin şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsin də əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1306.1- ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kass asiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçi vəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 23-27), cavabdehin miras qoyanın iddiaçı qarşısında öhdəliyinə görə tam məsuliyyət daşıması nəticəsinə gəlmişdir.
39. Hazırkı mübahisə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlıdır.
40. Ali Məhkəmənin əvvəlki icraatı nəticəsində qəbul edilən qərarda da izah olunduğu kimi, prosessual qanunvericilik ümumi prinsip olaraq sübutetmə yükünü iddia edən tərəfin üzərinə qoymuşdur.
41. Lakin, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər.
42. Hazırkı mübahisənin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1307-ci maddəsi ilə isə mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda miras qoyanın borclarının mirasdan çox olmasının sübut olunması vəzifəsi vərəsənin üzərinə qoyulmuşdur. Cavabdeh isə bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
43. Sübutların nəzərə alınmaması, işin faktiki hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi ü çün qanuni əsas deyildir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(103)-1263/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.