Məhkəmə qərarları › İş №2(102)-2371/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2371/2021

09.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2371/2021 09.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-861/2020 saylı qətnaməsindən cavabdeh X3 və vəkili X2 verdikləri kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: Cavabdeh X3 və vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-861/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-861/2020 saylı qətnaməsinin surəti cavabdeh X1 xx xxxx 2020-ci il tarixli qəbzə əsasən verilmişdir (i/v 100). Cavabdeh həmin qətnamədən xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi cavabdeh X3 və vəkili X2 verdikləri kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyas ı məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinin uyğunluğunu yoxlayır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərara alıram: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-861/2020 saylı qətnaməsindən cavabdeh X3 və vəkili X2 verdikləri kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar