Məhkəmə qərarları › İş №2(102)-2373/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2373/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2373/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” BOKT MMC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh4 İddia tələbi: “kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz və dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-3172/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Kredit verən “xxxx BOKT” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinə əsasən, bank kredit alana kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə təqdim edilmiş layihənin maliyyələşdirilməsi məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən “xxxx BOKT” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əl avələr edilməsi haqqında 17.12.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər bu müqavilə üzrə verilməsi ehtimal olunan kreditin maksimal məbləğinin bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər illik 30%-dən artıq olmamaqla 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit verilməsinin mümkünlüyünü müəyyən etmişlər. Kredit verən “xxxx BOKT” MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 08.02.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər bu müqavilə üzrə verilməsi ehtimal olunan kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər illik 30%-dən artıq olmamaqla 120 ay müddətinə 500.000 ABŞ dolları və 258.600 manat məbləğində kre dit verilməsinin mümkünlüyünü müəyyən etmişlər. “xxxx BOKT” MMC tərəfindən Cavabdeh1 258.600 manat kredit vermişdir. Kreditor “xxxx BOKT” MMC, borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 09.02.2017-ci il tarixli, *******+BAKU1-28097 saylı zaminlik müqaviləsinə əsasən, zaminliklə təmin edilən öhdəliyin yaranması üçün əsas kreditorla borcalan arasında bağlanmış 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsidir, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün öhdəlik götürmüşlər. İpoteka saxlayan “xxxx BOKT” MMC, ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2 16,6 kv.m., yaşayış sahəsi 101,2 kv.m., yardımçı sahə 115,4 kv.m. olan 6 otaqlı fərdi yaşayış evi və onun fəaliyyətini təmin edən 0,05916 ha torpaq sahəsi ilə birlikdə ipoteka saxlayan qarşısında yüklü etmiş, ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatına və ipoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə də şamil edilir. İpoteka saxlayan “xxxx BOKT” MMC ilə ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.12.2015-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər 09.09.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhd əliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500.000 ABŞ dolları kreditin verilməsinin mümkünlüyünü nəzərdə tutan 09.09.2015-ci il tarixli, BAKU1-28095- 11806 saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxx BOKT” MMC ilə ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 08.02.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər 09.09.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500.000 ABŞ dolları və 258.000 manat kredit verilməsini nə zərdə tutan 08.02.2017-ci il tarixli sazişə əsasən dəyişikliklər edilmiş 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxx BOKT” MMC, ipoteka qoyan-borc alan Cavabdeh1 arasında bağlanmış 17.12.2015-ci il tarixli, BAKU1-280095-12226+C********** saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan X. ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı 106,12 kv.m. yaşayış 115,95 kv.m. köməkçi səhədən ibarət fərdi yaşayış evini onun yerləşdiyi və fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka saxlayan qarşısında yüklü etmiş, ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatına və ipoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, m əhsula və gəlirə də şamil edilir. Cavabdeh4 03.02.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh1 mülkiyyətində olan X. ünvanında yerləşən fərdi yaşayış evininin ipotekaya qoyulmasına etiraz etməyərək, ipotekaya qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz evi tərk edəcəyini öhdələrinə götürmüşdür. İpoteka saxlayan “xxxx BOKT” MMC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış 17.12.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 08.02.2017-ci il tarixli sazişdən müəyyən olunur ki, tərəflər 17.12.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsini və aşağıdakı redaksiyada verilməsini müəyyən edirlər: 3.1. ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası borcalana illik 30% artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500.000 ABŞ dolları və 258.000 manat kredit verilməsini nəzərdə tutan 08.02.2017-ci il tarixli sazişə əsasən dəyişikliklər edilmiş 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsidir. İpoteka saxlayan “xxxx BOKT” MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 08.02.2017-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən müəyyən olunur ki, tərəflər arasında bağlanılmış və 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan 08.02.2017-ci il tarixli sazişə əsasən məbləğ dəyişdirilərək illik 30 faizdən artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 500.000 ABŞ dolları və 258.600 manat məbləğində kredit verilməsi müəyyən edilmiş, kredit müqaviləsinə bu dəyişikliklərin edilməsi ipoteka müqaviləsinə də dəyişikliklərin edilməsini zəruri etmişdir və nəticədə tərəflər 17.12.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə dəyişiklik edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 mülkiyyətində olan X. ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin, habelə Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Hüseyn Cavid küçəsi 8 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydə alınmışdır. “xxxx” MMC-nin əml akın qiymətləndirilməsi ilə bağlı 27.06.2019-cu il tarixli, 62/1 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus X. ünvanında yerləşən fərdi yaşayış evinin hazırki şəraitdə satış qiyməti 120.000 manat təşkil edir. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 27.06.2019-cu il tarixli, 62 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki şəraitdə satış qiyməti 125.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2019-cu il tarixli, 21765 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları 09.02.2015-ci il tarixli, BAKU1- 28095-11806 saylı kredit müqaviləsinin qe yd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 iddiaçı “xxxx BOKT” MMC-yə olan borcu iddia verilən tarixə, yəni 17.05.2018-ci il tarixə əsas borc üzrə 212.052,64 manat, faiz borcu üzrə 29.740,38 manat, məhkəmə ekspertizası təyin olunan tarixə, yəni 27.07.2018-ci il tarixə əsas borc üzrə 212.052,64 manat, faiz borcu üzrə 40.873,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.11.2019cu il tarixli, 11384 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə “xxxx BOKT” MMC arasında bağlanmış 09.02.2017-ci il tarixli, ******* saylı kredit razılaşması üzrə borcalanın “xxxx BOKT” MMC-yə ödənilməli olan əsas kredit borcu 212.052,64 manat, f aiz borcu 76.497,99 manat müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx BOKT MMC” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə 09.09.2015-ci ildə imzalanmış kredit müqaviləsi, əsas öhdəliyin ölçüsünün dəyişdirilməsi barədə 17.12.2015-ci il və 08.02.2017-ci il tarixli sazişlər daxil olmaqla və 09.02.2017-ci il tarixli, ******* saylı razılaşmanın ləğv edilməsinə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Hümbət oğlundan, Cavabdeh1 müştərək qaydada əsas borca görə 212.052,63 manat, faiz borcuna görə 119.438,07 manat, dəbbə puluna görə 131462 manat olmaqla cəmi 462.952,7 manat məbləğində kredit borcunun, 721,00 manat sığorta haqqının və bildirişlərin DƏDRX -də qeydə alınması üçün ödə nilmiş 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının və məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına, Cavabdeh3 Hümbət oğluna məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 131 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınan ünvan 3 ünvanında mülkiyyətində olan 0,05916 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 216,6 kv.m., yaşayış sahəsi 101,2 kv.m. və yardımçı sahəsi 115,4 kv.m. olan 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat və Cavabdeh1 məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınan X. ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m. yaşayış, 115,95 kv.m. köməkçi s ahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsinə, ipoteka predmetlərinin boşaldılmasına, Cavabdeh4 X. ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 106,12 kv.m. yaşayış, 115,95 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra həmin evdən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2019 saylı iş üzrə 24.12.2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia qismən təmin edilərək, “xxxx BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış 09.09.2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinin və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməs inə dair bağlanan 17.12.2015-ci il tarixli və 08.02.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, “xxxx BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2017-ci il tarixli, ******* saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3 Hümbət oğlundan və Cavabdeh1 müştərək qaydada əsas borca görə 212.052,63 manat, faiz borcuna görə 119.438,07 manat, dəbbə puluna görə 1.000 manat olmaqla cəmi 332.490,7 manat borc, sığorta haqqına görə 721 manat, ödənilmiş rüsumlara görə 90 manat olmaqla cəmi 333301,7 manat pulun “xxxx BOKT” MMC-nin xeyrinə tutulması, Cavabdeh2, Cavabdeh3 Hümbət oğlundan və Cavabdeh1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 300 manat pulun dövlət nəfinə tutulması, Cavabdeh2, Cavabdeh3 Hümbət oğlundan və Cavabdeh1 müştərək qaydada ipoteka predm etlərinin qiymətəndirilməsi ilə bağlı çəkilən xərclərə görə “xxxx” MMC-nin xeyrinə 300 manat pulun tutulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 125.000 manat, Cavabdeh1 mülkiyyətində olan X. ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 120.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların hazırkı qətnamə ilə müəyyən olunan borclarının və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 4 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin və X. ünvanın da yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, X. ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh4 evdən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-3172/2020 saylı qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Cavabdeh2 və X.Ə.Sarıyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2019 saylı iş üzrə 24.12.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavab deh1 qarşı təmin olunmuş faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu olaraq 119.438,07 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv olunmasına və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası faiz borcunun müəyyən edilməsi ilə bağlı mübahisələndirilən hissədə işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kol legiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb et mək hüququ vardır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca i cra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 442 və 472.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1 və 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı faiz borcunun tutulması hissəsində təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2020-ci il tarixli, * ***saylı rəyinə əsasən Cavabdeh1 ilə iddiaçı «xxxx» BOKT Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 09.09.2015-ci il tarixli, Bakul-28095-11806 saylı kredit müqaviləsi, həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan 17.12.2015-ci il tarixli və 08.02.2017-ci il tarixli sazişlər, 09.02.2017-ci il tarixli, Bakul-28095-13106 saylı kredit razılaşması üzrə borcalanın iddiaçı banka 12 dekabr 2019-cu il tarixinə 212.052,64 manat əsas kredit borcu, 119.597,69 manat faiz borcu müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspert rəyini şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəf li araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-3172/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar