Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “əmək haqqı və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-226/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsind ən Cavabdeh1 MMC (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının 30 noyabr 2021-ci il tarixli qərarı ilə MMC-nin direktoru X3 tutduğu vəzifədən azad edilmiş, Cəmiyyətdə direktor vəzifəsinə İddiaçı təyin edilmiş, direktorun dəyişdirilməsi ilə əlaqədar dəyişikliyin dövlət qeydiyyatına alınması İddiaçı etibar edilmişdir.
2. İddiaçı ilə Cavabdeh1 MMC arasında 08 dekabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin MMC-də direktor vəzifəsinə təyin olunmuş, işçinin aylıq əmək haqqının məbləği 400 manat, əmək müqaviləsinin qurtardığı tarix isə 08 dekabr 2022-ci il olaraq müəyyən edi lmişdir.
3. Cavabdeh1 MMC-nin işçinin vəzifə maaşının artırılması barədə 25 yanvar 2022-ci il tarixli, 3 nömrəli əmri ilə Cəmiyyətin baş direktorunun vəzifə maaşı artırılaraq 900 manat məbləğində müəyyən edilmişdir.
4. Cavabdeh1 MMC-nin yeganə təsisçisi Cavabdeh2 02/22 saylı, 8 avqust 2022-ci il tarixli qərarı ilə MMC-nin baş direktoru İddiaçı səlahiyyətlərinə vaxtından əvvəl xitam verilərək onunla bağlanılmış əmək müqaviləsinin ləğv olunması və sonuncuya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq son haqq-hesabın ödənilməsi qərara alınmış, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən – tərəflərdən birinin təşəbbüsü əsasında xx.xx.2022-ci ildə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İd diaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı (bundan sonra cavabdeh və ya, ad, soyad, MMC) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməyən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 8 aylıq əmək haqqının, cəmi 8.253 manat pulun və əmək haqqının ödənilməsinin gecikdirildiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödəncin, cəmi 18.899 manat pulun, son haqq-hesabın, əmək münasibəti zamanı cavabdehlərin iddiaçıdan aldığı 2.441 manat pulun, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehlər MMC-dən və onun direktoru təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilsə də, hələ də iddiaçının çalışdığı həmin 8 aylıq müddətə aid ştat cədvəlinə uyğun olaraq təyin olunmuş və hesablanmış əmək haqqı və son haqq-hesab cavabdehlər tərəfindən ödənilməmişdir. Həmin tarixdən iddianın verildiyi xx.xx.2023-cü ilə qədər 229 gün ötmüşdür. Gecikdirilmiş əmək haqqının 1 faizi isə 67 manatdır. Belə olan halda cavabdehdən gecikdirilmiş 229 gün üçün işçinin əmək haqqının azı bir faizi məbləğində ödəncin tutularaq iddiaçıya ödənilməsi qanunun tələbidir. Bundan əlavə, iddiaçı cavabdeh MMC-nin təsisçisi və indiki direktoru Cavabdeh2 hiyləsinə məruz qalaraq öz şəxsi pulu hesabına cavabdeh MMC-nin torpaq vergisini (1.000 manatı) ödəmiş və həmin MMC üçün kompüter və digər avadanlıqlar alınması üçün 1.441 manat öz şəxsi vəsaitini sərf etmişdir. MMC-nin təsisçisi və indiki direktoru Cavabdeh2 iddiaçıdan xahiş etmişdir ki, həmin vəsaitləri ödəsin, o, özü şəxsən həmin pulu qısa bir zamanda iddiaçıya qaytaracaq. İddiaçı da buna inanaraq şəxsi pulundan 2.441 manat pulu MMC-nin işləri üçün sərf etmişdir. Lakin hələ də həmin pul ona qaytarılmamışdır. İddiaçı cavabdeh ilə aralarındakı əmək mübahisəsinin həll oluna bilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlməmişdir. Bu səbəblə də mediasiya təşkilatı iddiaçıya arayış vermişdir. 7. “X4” MMC-nin İddiaçı ünvanlanmış 03 iyul 2023-cü il tarixli 003 saylı məktubdan görünür ki, iddiaçı ilə MMC (VÖEN **********) arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli xxxxxxx000100 saylı və 12 yanvar 2022-ci il tarixli xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişlərinə əsasən 08 dekabr 2021 - 09 avqust 2022-ci il tarixləri aralığında müvafiq aylar üzrə tam iş günləri işləndiyi halda ödənilməli olan əmək haqqı 12.2021-ci il tarixdə 400, 01.2022-ci ildə 900, 02.2022-ci il 900, 03.2022-ci il 900, 04.2022-ci il 900, 05.2022-ci il 900, 06.2022-ci il 900, 07.2022-ci il 900 və 08.2022-ci il 900 manat göstərilməklə yekun olaraq 6.495,76 manat göstərilmişdir.
8. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(022)-562/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən iddiaçını n xeyrinə əmək haqqı qismində 6.495,76 manat ödənilməyən əmək haqqının, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manatın, cəmi 25.394,76 manat pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlər MMC-yə və onun direktoru- təsisçisi Cavabdeh2 qarşı əmək haqqı tələbinə dair iddiları qismən təmin edilməli, cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqı qismində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər cəmi 6.495,76 manat ödənilməyən əmək haqqı, əmək haqqının ödənilməsinin 229 gün gecikdirilməsinə görə cəmi 18.899 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
10. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə öz mövqeyi ni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində işdən azad edilməsi zamanı son haqqhesabının ona ödənilmədiyini və cavabdehlərlə əmək münasibətində olduğu zaman ondan 2441 manat pul aldıqlarını və həmin pulun ona qaytarılmadığını göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172 (1-ci bənd) və 172-ci (5-ci bənd), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 89.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdeh MMC-nin direktoru Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələb inin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasınıi xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinad etsə də, maddənin qeyd hissəsini nəzərə almamış və maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, adı çəkilən normanın qeyd hissəsində bildirilir ki, “Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayd a müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir”. Göründüyü kimi, qanunverici əlavə ödəncin verilməsi üçün işəgötürənin təqsirinin olması faktını müəyyən etmiş və təqsirin özündə nəyi ehtiva etdiyini dəqiq göstərmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, həmin ma ddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürəni əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mah iyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İş materiallarında işəgötürənin təqsirini müəyyən edən heç bir sübuta rast gəlinmədiyindən, məhkəmə qeyd edilən maddi hüquq normasını pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının MMC-nin direktoru vəzifəsində işləməsini, yuxarıda qeyd edilən funksiyaların hamısını özü həyata keçirməli olduğunu nəzərə almamış və MMC və ya onun təsisçisinin təqsirini sübut edəcək heç bir sübut tələb etməmiş, iddiaçını sübutetmə yükündən azad edərək prosessual hüquq normasını pozmuşdur.
14. Apellyasiya məhkəmə sinin iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, əvvəllər Cavabdeh2 tanımamışdır. O, hərbi xidmətdən təxris olunduqdan sonra hərbçi yoldaşı Murad Həmidov onunla əlaqə saxlayaraq işləmək istəyib-istəmədiyini soruşmuşdur. O işləmək istədiyini bildirdikdən sonra cavabdeh MMCyə gedərək müqavilə bağlamışdır və ona direktor olduğunu bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, direktor həmin MMC-nin bütün fəaliyyətinə görə cavabdehlik daşıyır. Bir müddət həmin MMC-də işləsə də, sonradan mübahisələr yaranmış və o, öz ərizəsi əsasında işdən çıxmışdır. Lakin onun işlədiyi müddət ərzində almalı olduğu əmək haqqı hələ də ödənilməmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab etmişdir ki, birinci instansiya mə hkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə qanuni və əsaslıdır. Bundan əlavə, Cavabdeh2 aralarında mübahisə yarandıqdan sonra X1 Əbu-Dabi şəhərinə getmiş və orada həbs olunmuşdur.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-226/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh MMC-də 08 dekabr 2021-ci ildən 08 avqust 2022-ci ilədək əmək müqaviləsi əsasında direktor vəzifəsində çalışmış, lak in həmin dövrdə əmək haqqı almamışdır. İddiaçının əmək haqqı 2021-ci ilin dekabr ayında 400 manat, 2022-ci ilin yanvar-avqust aylarında isə 900 manat olmuş, tutulmalı olan məbləğlər çıxıldıqdan sonra iddiaçıya ödənilməli olan yekun əmək haqqı məbləği isə 2021-ci ilin dekabr ayında 287,54 manat, 2022-ci ilin yanvar ayında 761,11 manat, 2022-ci ilin fevral-iyul aylarında 801,5 manat, 2022-ci ilin avqust ayında isə 719,25 manat təşkil etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tutulmalar çıxıldıqdan sonra iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ümumi məbləği 6.495,76 manat təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi əmək haqqı qismində ödənilməmiş 6.495,76 manat əmək haqqının cavabdeh MMC-dən iddiaçının xey rinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Həmçinin, iddiaçı müəssisənin direktoru olmasına baxmayaraq, onun özünün də MMC ilə işəgötürən-işçi münasibətində olduğundan öz təqsirinə görə özünə verilməli olan əmək haqqı məbləğinin ödənilməsini gecikdirməsi ağlabatan deyil. Bundan əlavə, hazırkı iş materiallarından göründüyü kimi, iddiaçının əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar təqdim olunmamış, əksinə apellyasiya şikayətinin dəlillərindən də aydın olmuşdur ki, cavabdeh MMC iddiaçıya əmək haqqının ödənilməmiş olması və gecikdirilməsi halını təkzib etmir, yalnız bu cür gecikdirmənin iddiaçının özünün təqsiri ucbatından baş verdiyini qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh MMC iddiaçının əmək haqqının ödənilməsinin gecikdirilməsinin MMC-nin təqsiri ucbatından baş verməməsinə dair hər hansı sübut təqdim etməmiş, ödənişlərin məhz hansı səbəbdən gecikdirilmiş olmasına dair dəlil irəli sürməmiş, sadəcə bunu iddiaçının özünün həyata keçirməli olduğunu qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh MMC öz etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün də hər hansı sübut təqdim etməmiş, əmək haqqı ödənişlərinin verilməsi üz rə iddiaçının müstəqil səlahiyyətlərə malik olmasını və bunu etmək üçün sərəncamında pul vəsaitinin olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə iddiaçının xeyrinə cavabdeh MMC-dən pul tutmaqda haqlı olmuşdur.
18. Məhkəmə kollegiyası bu yerdə bir daha xatırlatmışdır ki, cavabdeh MMC apellyasiya şikayətində ondan tutulması qət edilmiş pulun məbləğinin düzgün hesablanmamasına dair hər hansı dəlil irəli sürməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 9 (d bəndi), 12 (1-ci hissənin a bəndi), 83 (2-ci hissə), 154 (1-ci hissə), 156 (1-ci hissə), 172 (1, 2, 4 və 5-ci hissələr), 178 (1-ci hissə) və X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvens iyasının 12-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə, həmçinin Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
20. Qətnamədən cavabdeh MMC (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir k i, apellyasiya məhkəməsi qətnaməsində cavabdeh MMC-nin apellyasiya şikayətində ondan tutulması qət edilmiş pulun məbləğinin düzgün hesablanmamasına dair hər hansı dəlil irəli sürməməsini qeyd etməklə apellyasiya şikayətinin dəlillərini təhrif etmiş, iddiaçının MMC-nin direktoru olması, MMC-nin idarəçiliyində sərbəst olması və özünə əmək haqqı ödəməsinə mane olan halın olmaması, belə olan halda isə cavabdehin təqsirinin müəyyən edilməsi və dəbbə pulunun hesablanmasının MMC tərəfindən qanunvericiliyin tələblərinə zidd hesab edilməsi apellyasiya şikayətində qeyd edilsə də, işə baxan məhkəmə kollegiyası bu istiqamətdə hər hansı bir araşdırma aparmamış və mübahisələndirilən qətnaməni dəyişdirilmədən saxlanılmalı olması qənaətinə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki M əcəlləsi.
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yara nmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi.
25. Maddə 9 (d bəndi). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
26. Maddə 12 (1-ci hissə). Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir.
27. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəməl ər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
28. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
29. Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
30. Maddə 172 (1-ci, 2-ci və 4-cü hissə). Aaylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən ço x olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
31. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
32. Maddə 178 (1-ci hissə). İşəgötürən maliyyə vəziyyətindən asılı olmayara q işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı.
33. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” mü ddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
48. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə qismənyoxlanılması təşkil edir. Kasasiya instansiyası məh kəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. instansiya
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manatın, cəmi 25.394,76 manatın tutulması” hissədə maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan qətnamə “cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manat (cəmi 25.394,76 manat) pul vəsaitinin tutulması” hissəsinə ləğv edilməli və həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul ed ilməklə, iddia tələbi cavabdeh MMC-yə qarşı olan həmin hissədə təmin edilməməlidir.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdeh MMC-də 08 dekabr 2021-ci ildən 08 avqust 2022-ci ilədək əmək müqaviləsi əsasında direktor vəzifəsində çalışmış, lakin həmin dövrdə əmək haqqı almamışdır. İddiaçının əmək haqqı 2021-ci ilin dekabr ayında 400 manat, 2022-ci ilin yanvar-avqust aylarında isə 900 manat olmuş, tutulmalı olan məbləğlər çıxıldıqdan sonra iddiaçıya ödənilməli olan yekun əmək haqqı məbləği isə 2021-ci ilin dekabr ayında 287,54 manat, 2022-ci ilin yanvar ayında 761,11 manat, 2022-ci ilin fevral-iyul aylarında 801,5 manat, 2022-ci ilin avqust ayında isə 719,25 manat təşkil etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tutulmalar çıxıldıqda n sonra iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ümumi məbləği 6.495,76 manat təşkil edir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdeh MMC tərəfindən ona ödənilməyən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 8 aylıq əmək haqqının, cəmi 8.253 manat pulun və əmək haqqının ödənilməsinin gecikdirildiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödəncin, cəmi 18.899 manat pulun, son haqq-hesabın, əmək münasibəti zamanı cavabdehlərin iddiaçıdan aldığı 2.441 manat pulun, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehlər MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
54. Məhkəmə kollegiyası, iddia tələbini qismən t əmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini “cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqı qismində 6.495,76 manat ödənilməyən əmək haqqının tutulması” hissəsində dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdeh MMC-nin kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hissədə işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin bununla bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.
55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
56. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı cavabdeh MMC-nin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi üçü n əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqı qismində 6.495,76 manat ödənilməyən əmək haqqının tutulması” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
57. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manatın (cəmi 25.394,76 manat) tutulmasına münasibətdə dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissəd ə düzgün qətnamə qəbul etməmişdir.
58. Məhkəmə kollegiyası bununla bağlı ilk öncə qeyd edir ki, iddiaçı iddia tələbində əmək haqqının ödənilməsinin gecikdirildiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödənci, ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 8 aylıq əmək haqqı kimi ödənilməmiş 8.253 manata görə hesablanmış məbləğ kimi 18.899 manat həddində tələb etdiyi halda, məhkəmələr iddiaçıya ödənilməli əmək haqqının məbləğinin 6.495,76 manatadək azaldılması barədə nəticəyə gəlsələr də, əmək haqqının ödənilməsinin gecikdirildiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğini, 6.495,76 manata görə deyil, təmin etmədikləri 8.253 manata görə hesablamaqla maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişlər.
59. Bundan başqa məhkəməl ər cavabdeh MMC-dən iddiaçının xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manatın tutulması barədə nəticəyə gələrkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad etsələr də, həmin normanı, habelə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyini hazırki işin hallarına uyğun olaraq düzgün təfsir etməmişlər.
60. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. B u hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
61. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
62. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürəni n təqsiri üzündən baş verməlidir.
63. Hazırki işdə iddiaçıya ödənilməli olan əmək haqqının verilməsi işin halları ilə təsdiqini tapdığı halda, əmək haqqının verilməsinin gecikdirilməsinin işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarla bağlı olması, yəni işəgötürənin təqsiri üzündən baş verməsi işdə olan sübutlarla təsdiqini tapmır. Belə ki, iddiaçı əmək haqqının verilməsinin gecikdirilməsinə görə əmək haqqının azı 1%-i məbləğində ödəniş tələb etsə də, bu gecikdirmənin işəgötürənin təqsiri üzündən baş verməsi barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
64. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh MMCnin təsisçilərinin ümumi yığıncağının 30 noyabr 2021-ci il tarixli qərarı ilə Cəmiyyətdə direktor vəzifəsinə təyin edilmiş və həmin vəzi fədə işlədiyi müddət ərzində ona əmək haqqının vaxtında ödənilmədiyini bildiyi halda bununla bağlı müvafiq tədbirlər görmək imkanından istifadə etməməklə zərərin yaranmasına şərait yaratdığından, iddia tələbi əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə əmək haqqının azı 1%-i məbləğində 18.899 manatın iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz.
65. Həmin nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 66. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Resp ublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübu tların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
67. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
68. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunve riciliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
69. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, “Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə ödənilməyən əmək haqqının, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manatın, cəmi 25.394,76 manat pul vəsaitinin tutulması” hissəsinə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-226/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi “Cavabdeh1ndən İddiaçı xeyrinə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18.899 manat (cəmi 25.394,76 manat) pul vəsaitinin tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.