Məhkəmə qərarları › İş №2(102)-2380/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2380/2025

25.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2380/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb), özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbi"nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2285/2025 nömrəli 14 apre l 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)3683/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(103)- 364/2010 saylı qətnaməsi ilə cavabdehlər X8 və X1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)3683/2010 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1902/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 4. “1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu N.M.Səmədov tərəfindən verilmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnaməyə əsasən Yusifov İmanverdi harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsi mi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana aid olan iddiaçının mərhum qaynatası X3 qaldığı yaşayış sahəsinə daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildə nikaha daxil olmaqla sabiq və mərhum həyat yoldaşı X4 ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı iki mərtəbəli evdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Bu evlilikdən iki övladları Vidadi və Əliəkbər adlı iki oğlu anadan olmuşdur. İddiaçı X4 ilə nikahları pozulmuş, həmin evdə yaşayan mərhum qayınatası Yusifov İmamverdi Əbil oğlu və sabiq mərhum yoldaşı X4 tərəfindən yaşayı ş yerindən çıxarılmağı ilə əlaqədar onlara qarşı mənzilə köçürülməyə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiaçının ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. X10 və Qafar Yusifov tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında, Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İmamverdi Yusifov və Qafar Yusifov tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/11 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 20 10-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli ev iki mərtəbədən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 29 iyun 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, M.Əlizadə küçəsi, 46/48 saylı ünvandakı ev özbaşına tikintidir və evin kirayəşini X2. Hazırda iddiaçı qeyd olunan M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yaşayır. Evin kirayəşini İmamverdi Yusifov və iddiaçının sabiq həyat yoldaşı Qafar Yusifov dünyalarını dəyişmişlər. 02 mart 2018-ci il tarixli, 2 V-136 reyestr nömrəli vəsiyyətnamə ilə iddiaçının mərhum qayınatası İmamverdi Yusifov harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölüm gününədək ona məxsus olan bütün əmlakını, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etməsini bildirmişdir. Hazırda Cavabdeh iddiaçının yaşadığı M.Əlizadə küçəsi, 46/48 ünvana aid olan özbaşına tikilinin alt qatında yerləşən X10un oturduğu otağın qapısını bağlayaraq həmin hissənin vəsiyyət üzrə ona məxsus olduğunu bildirir.

7. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, iddianı tam olaraq qəbul etdiyini bildirmişdir. Eyni zamanda, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 nömrəli 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması v ə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbinin təmin edilməsinə razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.3, 191.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi atasına məxsus olduğundan onun, digər qardaş və bacılarının ümumi istifadəsindədir və eyni zamanda hamısı orada qeydiyyatdadır. Məhkəmə hazırki mülki işə baxarkən onları məhkəmə prosesinə cəlb etməli olduğuna baxmayaraq məhkəmə prosesinə maraqlı şəxs kimi cəlb etməmişdir. Ola bilsin ki, iddiaçı onların barəsində məhkəməyə məlumat verməmiş və buna görə də məhkəmənin onlar barədə məlumatı olmamışdır. Mübahisələndirdiyi qətnamə iki dəfə icra olunmuş, y əni 2023-cü il tarixində akt tərtib edilmişdir, guya maneə aradan qaldırılmış, iddiaçı birinci mərtəbəyə köçürülmüşdür. Bundan sonra, ikinci dəfə 2024-cü ilin iyun ayında iddiaçı köçürmə barədə İcra Şöbəsinə müraciət edərək köçürmə tələbi qoymuş, iddiaçı qanunsuz olaraq mənzilə (mübahisəli) köçürülmüşdür. Köçürmə zamanı o və qardaşı Aydın məcbur olaraq həmin mənzildən zor tətbiq etməklə çıxarmışlar. Qeyd olunanlardan məlum olduğu kimi İradənin (iddiaçı) əsas niyyəti atalarından miras qalmış əmlakı mənimsəmək olmuşdur. Bundan əlavə, İddiaçı artıq bir dəfə Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə istifadə hüququnun tanınması və qeydiyyata alınması barədə iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb üzrə cavabdeh atası X9 və qardaşı X5 olmuşdur. Bu mübah isə üzrə birinci instansiya məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli qətnaməsini ləğv olunmuş, Ali Məhkəmənin 12 avqust 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni, İddiaçı M.Əlizadə, ev 46/48-ə hüququnun tanınması hissəsində iddiası rədd edilmişdir. Bundan başqa, İddiaçı eyni iddia tələbi ilə cavabdeh o və qardaşı Yusifov Aydın olmaqla cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, xx.xx.2023-cü il tarixd ə Nəsimi Rayon Məhkəməsi iddia tələbini rədd etmişdir. Apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. İddiaçı iddia qaldırdığı şəxs Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 48 saylı evdə qeydiyyatda olsa da, onun başqa mənzili olduğundan qeyd olunan mənzildə faktiki olaraq yaşamır və oradan istifadə etmir. Qeyd olunan mənzil onun və qardaşı Yusifov Aydının istifadəsindədır. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı icranın geriyə dönüşü təmin olunmalıdır.

13. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs və nümayəndəsi X6 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib məhkəmədən təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd e dilməsini xahiş etmişlər.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmidir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2285/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3058/2022 nömrəli 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. (X15 Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X17 oğlu və X7 ibarət tərkibdə)

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə çıxarılan qətnamə ilə İddiaçı təkrarən köçürüldüyü hissənin mərhum keçmiş qaynatası İmanverdi Yusifova məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı mərhum İmanve rdi Yusifovun 02 mart 2018-ci il tarixli vəsiyyətnaməsinə əsasən ölən günədək özünə məxsus bütün əmlaklarının ona(Cavabdeh) vəsiyyət etməsinə və mərhumun oturduğu otağın qapısını bağladığına görə Cavabdeh kimi göstərərək hazırkı iddianı irəli sürüb. Düzdü həmin vəsiyyətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3809/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilib(cild 4.i.v.56-60). Ancaq Cavabdeh da qətnamənin çıxarıldığı tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində iddianı tam etiraf etdiyini göstərmişdir.

16. Birinci instansiya məhkəməsi iddianın etiraf edilməsinin qanuna zidd olmasını və mərhum İmanverdi Yusifovun vərəsələrinin, o cümlədən apellyasiya şikayəti verən Maraqlı şəxs vərəsəlik hüquqlarını və qanunla qorunan ma raqlarını pozduğunu görməli idi. Belə ki, iddiaçının ikinci dəfə köçürülməsini istədiyi tikilinin birinci mərtəbəsi də qeydə alınmayan tikilidir və vərəsəlik münasibətlərinin predmeti olması mübahisəli ola bilər. Ancaq işin halları ilə açıq-aşkar təsdiq olunur ki, əslində mübahisənin əsl səbəbi iddiaçının artıq köçürülərək yaşadığı tikilinin ikinci mərtəbəsi ilə yanaşı, birinci mərtəbəsindən də istifadə ilə bağlı deyil, yəni iddiaçının birinci mərtəbədən də istifadə etməyə ehtiyacı ilə əlaqədar olmamışdır. Əsl səbəb həm iddiaçının, həm də onun keçmiş qayınları arasında mərhum İmanverdi Yusifova aid tikilinin gələcəkdə söküləcəyi təqdirdə alacaqları kompensasiya görədir və onlar arasında çoxsaylı mübahisələr də bununla bağlı olub və davam edir. Demək ki, söküntü nəticəsində veriləcək kompen sasiyanın vərəsəlik münasibətlərinin predmeti olacağı real olduğundan qeyd olunan şəxslər məhz bunun uğrunda uzun müddətdir ki, çoxsaylı məhkəmə mübahisələrinin, həmçinin cinayət təqibi üzrə araşdırmanın iştirakçılarına çevrilib. İşdə olan çoxsaylı, müxtəlif xarakterli məhkəmə aktları, eləcə də cinayət təqbi orqanının qərarları da məhkəmə tərkibinin bu qənaətini birmənalı təsdiq etmiş olur.

17. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı artıq bir dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)3683/2010 saylı qətnaməsi mübahisəli tikilinin ikinci mərtəbəsinə köçürülüb və 10 ildən artıq müddətdə həmin hissədən istifadə edib. Demək ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs və onun nümayəndəsinin mərhum qardaşının keçmiş arvadı olsa da hazırkı iddia ilə köçmək istədiyi özbaşına tikilinin birinci mərtəbəsinin yaşayış sahəsinə ehtiyacı da olmamışdır. Çünki apellyasiya baxışı zamanı da iddiaçı hazırkı iddia ilə köçmək istədiyi yaxud köçdüyü(işdən mübahisələndirilən qətnamənin artıq iki dəfə icra olunduğu məlum olur) özbaşına tikilinin birinci mərtəbəsində heç vaxt yaşamadığı, iki nci mərtəbədə yaşadığı təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Yəni, iddiaçının bu iddia üzrə köçmək istədiyi və ya köçdüyü tikilinin birinci mərtəbəsində heç vaxt yaşamadığı açıq-aşkar təsdiq olunur. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcuddur və mərhum əri ilə sağlığında nikahı pozulmuş, münasibətləri davam etməmiş və tikilinin eyni hissəsində yaşamayıblar. Ona görə də iddiaçı bu cür iddiası və davranışı ilə ikinci dəfə köçmək istədiyi tikilinin birinci mərtəbəsində həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün özbaşına tikilinin birinci mərtəbəsinə yenidən köçürülməsi üçün zərurət də olmamışdır.

18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı ilə mərhum qaynatasının vərəsələri olan keçmiş ərinin qardaşları arasında xoş olmayan münasibətlər mövcuddur. Belə ki, iddiaçının ikinci dəfə köçmək istədiyi mübahisəli özbaşına tikilinin birinci mərtəbəsi ilə bağlı müxtəlif icraatlarda (mülki, izibati, cinayət) çoxsaylı məhkəmə mübahisələri, eləcə də cinayət təqibi üzrə araşdırmalar getmiş və bu gün də davam edir. Demək iddiaçının həmin özbaşına tikilinin birinci mərtəbəsində ehtiyac və zərurət olmadan, sırf hüquqdan sui-istifadə etdiyinə görə köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə istifadə edəcəkləri də inandırcı və ağlabatan görünmür. Ona görə də, iddianın təmin edilməməsi həm də onların qarşılıqlı gərgin münasibətləri baxımından düzgün hesab edilməlidir.

19. Məhkəmə kolle giyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11, 13, 146, 152, 157, 158, 159, 160, 163, 164, 165, 166, 180, 385, 425, 560cı, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2285/2025 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qanunun (hüququn) analogiyasını tətbiq etməkdə səhvə yol vermişdir. Özbaşına tikili miras kütləsinə daxil olmadlğına görə vərəs əlik hüququnun predmeti deyil.

22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 180, 1151-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 13-cü maddələrinə istinad edilmişdir.

23. İddiaçı həmçinin vəsatət verərək, işin hallarının araşdırılması üçün şifahi məhkəmə baxışının təyin edilməsini xahiş etmiş, lakin məhkəmə kollegiyası bu vəsatətin təmin edilməsi üçün əsaslar müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Maraqlı şəxs İmamverdi oğlu kassasiya şikayətinə qarşı etiraz vermiş, halhazırda işdə cavabdeh kimi göstərilmiş şəxsə verilmiş vəsiyyətnamənin məhkəmə tərəfindən etibarsız hesab edildiyini və onun bu iş üzrə cavabdeh ola bilmədiyini göstərmiş, iddiaçının həmin evin 2-ci mərtəbəsinə 10 il əvvəl köçürüldüyünü və orada bu günədək eti razsız yaşadığını, onun atasına məxsus olan birinci mərtəbəyə köçmək ehtiyacının mövcud olmadığına istinad edərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu

25. Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericil iklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

27. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

29. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

30. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir.

31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

32. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

33. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüqu qları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

35. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

36. Maddə

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

37. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

38. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvv əlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

39. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərənc am vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

42. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Ha zırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflə rin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2285/2025 nömrəli 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar