Məhkəmə qərarları › İş №2(102)-2383/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2383/2023

19.06.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2383/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsa oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Balakən rayon Notariat Kontoru) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Balakən rayon Notariat Kontoru) “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-278/2023 nömrəli mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Balakən rayonunun Talalar kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci i l tarixli, 02 nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. 2. 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 özünə və yazılı razılıqlarına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonunun Talalar kəndində yerləşən 1,10 ha torpaq sahəsinin 1,0479 ha hissəsini 1500 manata Cavabdeh satmışdır.

3. Həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 15 mart 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ № ******* saylı, 12 may 2012ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh qarşı sonuncunun Balakən rayonunun Talalar kəndində yerləşən ailə üzvlərinə məxsus 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin iş üzrə araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini Balakən rayon Dövlət notariat Kontorunda bağlanmış 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi i lə satın almışdır.

6. İddiaçılar İddiaçı2 və İddiaçı3 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, İddiaçı2 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə imza etməmiş, əri X3 həmin vaxt Rusiyada olmuş və Ramazan onun adından müqaviləni imzalamaq üçün etibarnamə və müvafiq səlahiyyət verməmişdir.

7. Cavabdeh İsa oğlu məhkəməyə ərizə ünvanlayaraq hazırki iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü qeyd etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli №4/1531 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 247-249- cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X3” qrafasındakı “Suleymanov” yazısı və imza – İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “Satıcı: X3”qrafasındakı imzada-imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı.

9. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 dekabr 2021-ci il tarixli 2(019)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavil əsinin qismən-alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğluna satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsa oğluna verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişd ir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdəki sübutlar əsasında müəyyən edilmişdir ki, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsini satıcı kimi qeyd olunmuş X1 əvəzinə onun arvadı və torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı2 imzalamış, bu zaman onun X3 tərəfindən onun əvəzinə əqdi imzalamağa səlahiyyət verilən etibarnaməsi olmamış, həmçinin həmin vaxt, yəni 12 may 2012-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı3 yetkinlik yaşına çatan şəxslər olmuş və onlardan həmin əqdin bağlanmasına dair müvafiq razılıq alınmamışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı3 1,0479 ha torpaq sahəsinin alqı-satqısına razılıq verməmiş, notariat qaydada bu müqavilə bağlanarkən onlar dəvə t edilməmiş, onlardan yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti belə müəyyən edilməmişdir.

12. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsini almış Cavabdeh İsa oğlu da iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddiaçıları tanıyır, həmçinin alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh İsa oğlunun iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X9 isə alqı-satqının predmeti olan 1,0479 ha torpaq sahəsinin daxil olduğu 1,10 ha torpaq sahəsinin X3, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh İsa oğlu həmin 1,10 ha torpaq sahəsinə daxil olan 1,0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X10 əsasən X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 üm umi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin X1 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzandığını, bu zaman ümumi mülkiyyətin digər subyektlərininSüleymanovRamazan Həsrət oğlunun, İddiaçı1 və İddiaçı3 notariat orqanında iştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasına onların şifahi və ya yazılı qaydada razılığının olmadığını və İddiaçı2 onların adından və onların razılığı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilirdi və ya ən azından bilməli idi.

13. Qeyd olunanlar İddiaçı1 və İddiaçı3 torpaq paylarına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz və əsassız bağlandığı göstərir. Ona görə də alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəs inin İddiaçı1 payına düşən 1/4 hissəsinin və İddiaçı3 payına düşən 1/4 hissəsinin alqı-satqısı hissəsində 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

14. Bundan başqa, mübahisə predmetini təşkil edən çıxarış 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verildyindən və məhkəmə tərəfindən həmin müqavilənin qismən-İddiaçı1 və İddiaçı3 torpaq paylarının alqı-satqısı hissəsində etibarsız sayılması qənaətinə gəlindiyindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış da qismən-1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissədə və İddiaçı3 payına düşən ¼ hissədə Cavabdeh İsa oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, X3 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsa oğluna verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışı 1,0479 ha torpaq sahəsinin özünə çatan 1/4 hissəsi üzrə mübahisələndirməmiş, öz torpaq payına münasibətdə həmin müqavilənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürməmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 isə X1 adından 1,0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin eti barsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, X3 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş qaydada onlara bu subyektiv hüququ verməmişdir. İddiaçıların X1 alqı-satqı predmeti olmuş torpaq sahəsinin ona düşən torpaq payına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur.

16. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin imzalayıb, 1,0479 ha torpaq sahəsindən ona düşən payın (1/4 hissə) Cavabdeh İsa oğluna satılması barədə öz iradə ifadəsini həyata keçirmiş, həmin pay üzərində sərəncam verməklə öz mülkiyyət hüquqlarını reallaşdırmış və alqı-satqı müqabilində Cavabdeh 1500 manat pul almışdır. İşdə İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamaması, 1,0479 ha torpaq sahəsindən ona düşən payını Cavabdeh İsa oğluna satmaması, payını özgəninkiləşdirərkən öz iradə ifadəsini həyata keçirməməsi və ya qarşı tərəfin onu aldatması, onu hədələməsi, pis niyyətlə onunla razılığa gəlməsi, onun ağır vəziyyətindən istifadə etməsi, bunun vacib əhəmiyyətli yanılmanın təsiri alt ında və ya başqa əqdin etibarsızılığı üçün nəzərdə tutulmuş digər əsaslardan baş verməsini təsdiq edən heç bir sübut yoxdur və iddiaçı tərəf də belə sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddia İddiaçı2 1,0470 ha torpaq sahəsinin öz payına düşən 1/4 hissəsinin alqı-satqısına dair 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi və X1 1,0470 ha torpaq sahəsindən 1/4 hissə payı ilə əlaqədar 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi və həmin hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir.

18. İddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. İddiaçılar, o cümlədən İddiaçı1 və İddiaçı3 mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olmuşlar və onların hazırki iddia tələbləri onların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə də belə tələblərə də iddia müddəti şamil edilmir. Digər tərəfdən, işdə iddiaçıların iddia müddətinin ötürülməsi, o cümlədən kəsici müddətin ötürülməsi barədə heç bir sübut yoxdur və cavabdeh də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsindən və sözügedən çıxarışdan məhkəməyə müraciət edilən vaxt xəbər tutduqlarını bildirir və bu hal iş üzrə cavabdeh tərəfindən təkzib olunmamışdır, həmçinin işdə bunun əksini təsdiq edən heç bir sübut yoxdur.

19. Məhkəmə qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 28.1, 28.2, 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 144.1, 144.2, 144.2-1, 144.3, 144.5, 146.1, 146.2, 146.8, 149.2, 152.1, 213.1, 213.2, 214.1, 215.4-215.6, 220.1, 220.2, 220.3, 220.4, 221, 222.1, 2 22.2, 222.3, 222.4, 223.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 340, 347.1, 347.2, 352, 354.1, 354.2 və 567-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli, F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli, M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti ilə 27 avqust 2012-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 Siracəddin qızı torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirmişdir. Lakin, İddiaçı2 məhkəməyə torpaq sahəsini icarəyə verdiklərini bildirmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçılar torpaq sahəsinin satılmasından məlumatlı olmuşlar. Eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında verdikləri izahatlarında mübahisəli torpaq sahəsini Cavabdeh İsa oğluna icarəyə verdi kləri göstərmişlər. Lakin, qətnamədə iddiaçıların izahatları göstərilməmiş, nə də ki, qətnamənin əsaslandırıma hissəsində həmin izahatlara - “mübahisəli torpaq sahəsini Cavabdeh İsa oğluna icarəyə verdikləri göstərmişlər”- hüquqi qiymət verilməmişdir. İddia müddəti də ötürülmüşdür. Belə ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi 12 may 2012- ci il tarixdə bağlanmışdır. Həmin müqavilə əsasında Dövlət reyestrindən çıxarış xx.xx.2013-cü il tarixdə verilmişdir. Yəni əqdin icrasına başlanıldığı müddət xx.xx.2013-cü il olduğunu nəzərə alsaq iddia qaldırılma müddəti xx.xx.2014-cü il tarixdə bitmiş olur.

23. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçilərindən X5 Federasiyasında olduğunu, İddiaçı1 Hərbi Xidmətdə o lduğunu, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyini məhkəmə iclasında bildirmişdir. Vermiş olduğu ifadə bir daha onu təsdiq edir ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmişdir. Bunun üçün məhkəmə tərəfindən iddianın rədd edilməsi hissəsi də təmin olunmalı idi.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) iddiaçıların apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin 12 may 2012 -ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən - alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən – 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsinə aid təmin olunmuş hissədə də rədd edilməsi, qətnamənin iddianın təmin olunmamış mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar 8 il öncə bağlanmış torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin həmin müqavilənin bağlanmasında iddiaçılardan biri olmuş İddiaçı2 şəxsən iştirak etdiyi və həmin müqaviləni təsdiq etdiyi birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı tam sübuta yetirilmişdir. Həmçinin, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 X1 adından 1,0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin in Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının olmaması da sübuta yetirilmişdir. Çünki, X3 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş başqa qaydada da onlara bu subyektiv hüquq verilməmişdir.

26. Bütün bunlarla yanaşı iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən öncə Balakən Rayon Məhkəməsində 1,10 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə onların hüquqlarının bərpa olunması ilə bağlı qaldırdıqları iddiada torpaq sahəsini 2010-cu ilin sonlarında cavabdehə müvəqqəti istifadəyə verdiklərini göstərdiklərindən, həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçılardan İddiaçı1 və İddiaçı2 verdikləri izahatlarında torpaq sahəsini cavabdehə 5 il müddətinə icarəyə verdiklərini bildirdiklərindən aydın olur ki, onlar bağlanmış alqı-satqı müqaviləsindən məlumatlı olmuşlar. Ən azı həmin müqaviləni iddiaçılardan biri olan İddiaçı2 bağlamışdır. Belə olan halda, iddiaçıların 12 may 2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən 31 may 2020-ci ildə məhkəməyə iddia verdikdən sonra məlumat almaları barədə göstərdikləri inandırıcı deyil və işin halları ilə təsdiq olunmur. Ona görə də, iddiaçıların apellyasiya şikayəti təmin edilməməlidir.

27. Cavabdeh apellyasiya şikayətində iddiaçıların faktiki olaraq torpaq sahəsinin satılmasından məlumatlı olmaları, İddiaçı2 Siracəddin qızının torpaq sahəsinin alqısatqısını notarial qaydada rəsmiləşdirməsi, lakin, İddiaçı2 məhkəməyə torpaq sahəsini icarəyə verdiklərini bildirməsi, bu halın iddiaçıların torpaq sahəsinin satılmasından məlumatlı olmalarını təsdiq etdiyi, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında verdikləri izahatlarında mübahisəli torpaq sahəsini Cavabdeh icarəyə verdiklərini göstərmələri, lakin, qətnamədə iddiaçıların izahatlarının göstərilməməsi, nə də ki, qətnamənin əsaslandırma hissəsində həmin izahatlara hüquqi qiymət verilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsində aparılan araşdırmalar zamanı yuxarıda göstərilən qaydada tam sübuta yetirilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddianın alqı-satqı müqa viləsinin etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb etmək hüququnu itirmişlər. Bu isə, alqı-satqı müqaviləsinin etibarlı olmasını təsdiq edir. Etibarlı alqı-satqı müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsi üçün də əsaslar mövcud deyildir.

28. Apellyasiya instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 28.2, 139.1, 139.3, 140, 144.1, 144.2, 144.2-1, 144.3, 146.1, 146.2, 146.8, 149.2, 152.1, 213.1, 213.2, 214.1, 215.4-215.6, 222.1, 222.2, 222.3, 222.4, 223.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 339.2, 347.1, 347.2, 352, 354.1, 354.2 və 567-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 4.1 və 4.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kas sasiya instansiya məhkəməsindəki birinci icraat

29. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 329.1, 337.1, 384.0.4-cü, Mülki Prosessual Məcəllənin 9.3 və 88-ci maddələrin tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsi, qarşılıqlı razılığı mövcud olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçilərindən X6 Federasiyasında olduğunu, İddiaçı1 hərbi xidmətdə olduğunu, İdd iaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyini bilmişdir. İddia tələbləri iddiaçıların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə bu tələblərə iddia müddəti şamil edilmir. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələyə iddia müddətinin şamil edilməsi qənaətinə gəlməklə Mülki Məcəllənin qeyd olunan maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad edərək qərar qəbul etməsi tam əsassız olmuşdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(102)-4337/2022 saylı qərarı ilə (hakimlər – E.Şamayev (məruzəçi), A.Abbasov və E.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianı n iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

32. İşi yenidən apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi 4 nəfərin ümumi mülkiyyətində olsa da, həmin müqavilə bütün mülkiyyətçilərinin adından müvafiq səlahiyyəti olmadan İddiaçı2 tərəfindən imzalanmışdır. İddiaçı2 hazırki işdə iddiaçı kimi çıxış etsə də, apellyasiya məhkəməsi əsaslı olaraq müqavilənin həmin iddiaçının iradəsinə uyğun olmasını müəyyən etmiş və iddianın torpaq sahəsin in sonuncunun payına aid hissəsində etibarsız hesab edilməsi üçün əsaslar olmadığını qeyd etməmişdir. İddiaçının belə tələb irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

33. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıların X1 adından iddia verməyə subyektiv hüquqları olmamış və hazırki halda iddia torpağa dair alqı-satqı müqaviləsinin sonuncunun payına aid hissədə də etibarsız hesab edilə bilməz.

34. Bununla belə, Ali Məhkəmə hesab etmişdir ki, iddianın İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi əsaslandırılmamış və bu zaman maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qeyd olunduğu kimi apellyasiya məhkəməsi mövqeyini həmin iddiaçıların alqı-satqı müqaviləsi barədə məlumatlı olmaları və M ülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə əsaslandırmışdır. Halbuki, apellyasiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 qeyd olunan müqavilənin mövcudluğundan xəbərdar olmalarını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Əksinə, aparılmış araşdırmalarla müqavilənin onların əvəzinə anaları tərəfindən imzalanması müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi bağlanmış müqavilənin qeyd olunan iddiaçıların iradəsinə uyğun olması istiqamətində hər hansı araşdırma aparmamışdır.

35. Məhkəmə kollegiyası müqavilənin iddiaçılar İddiaçı1 və İddiaçı3 adından səlahiyyətsiz şəxs tərəfindən imzalansa da, onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Lakin apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 357 və 358.2-ci maddələrinə uyğun da əsasla ndırmamışdır.

36. Digər tərəfdən məhkəmənin Mülki Məcəllənin 354.2-ci maddəsinə istinadı düzgün olmamışdır. Belə ki, həmin maddə mübahisələndirilən əqdlərin etibarsızlığı üçün kəsici müddətləri müəyyən etmişdir. Lakin hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 müqavilənin bağlanmasına iradə ifadəsinin bildirmələri müəyyən edilmədiyi halda, əqd əhəmiyyətsiz hesab olunmalıdır. Bu zaman isə Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq olunmalıdır ki, həmin maddədə əqdin etibarsızlığına dair tələbi irəli sürülməsi üçün deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında tələbin verilməsi üçün müddətləri müəyyən etmişdir. Belə ki, qanunvericiliklə əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmiş dir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın İddiaçı1 və İddiaçı3 tələblərinin rədd olunması hissəsində iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və bununla da, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

38. Apellyasiya instansiya məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(107)278/2023 saylı (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), G.Cavadova və E.Hüseynov) qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti qismən təmin edilmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğluna satılması hissəsində etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsa oğluna verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən-1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilmiş, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən-alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha)-cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğluna satılması hissəsində etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsa oğluna verilmiş xx.xx.2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarış qismən-1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payı na düşən 1/4 hissəsinin (0,261975 ha)- cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsa oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilmişdir.

39. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh İsa oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddialarının təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir.

40. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı3 iddialarının təmin olunmuş hissəsi istisna olmaqla qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Mübahisələndirilən 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iradə ifadəsinin, buna qarşılıqlı razılıqlarının mövcud olmaması, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasında qanunvericiliyin tələblərinin pozulması, iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən iradə ifadəsinin bildirilməməsi, cavabdehin əmlakı vicdanlı şəkildə əldə etməməsi barədə göstərdikləri hallar öz təsdiqini tapmışdır. 41. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmununda İddiaçı1 və İddiaçı3 da 1,0479 ha torpaq sahəsinin mülkiyyətçiləri olmaları qeyd edilsə də, İddiaçı1 və İddiaçı3 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hər hansı bir etibarnamə ve rmələrinə istinad edilməmişdir. Müqavilədə torpaq satıcısının X3 olması, digər mülkiyyətçilərin torpaq satışında X2 razılıq vermələri əksini tapsa da, həmin müqavilə satıcı X1 əvəzindən İddiaçı2 tərəfindən imzalanmışdır. Beləliklə İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan torpağın özgəninkiləşdirilməsində İddiaçı2 səlahiyyət və razılıq verən hər hansı bir sənədin olması halı müəyyən edilməmişdir. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh İsa oğlunun adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir.

42. Göründüyü kimi 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında İddiaçı1 və İddiaçı3 məxsus torpaq sahəsi onların iştirakı olmadan və həmin şəxslərin iradəsi ziddinə satılmışdır.

43. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin həllində əqdin etibarsız hesab edilməsinin əsası kimi ümumilikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4 və 337.5, 339, 339.2, 340.1, 340.2, 347.1, 347.2, 354.1, 354.2ci maddələrinə istinad etsə də, həmin normaları sadalamaqla kifayətlənmiş, istinad edilən normaların ayrıca tənzimləmə qaydalarının olmasını diqqətə almamış, beləliklə mübahisəli hüquq münasibətini nizama salan konkret maddi hüquq normasına istinad etməməkdə səhvə yol vermişdir.

44. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən mübahisələndirilməklə yanaşı onlar həmin müqaviləni sonradan bəyənmələri barədə hər hansı bir təşəbbüs irəli sürməmişlər. Əksinə məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və iddiaçıların vəkili Vəkil1 iddiaçılar tərəfindən 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bəyənilmədiyini göstərmişlər.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsi mümkün süzdür. Notariat əməliyyatının nəticəsi üzrə Cavabdeh İsa oğluna təqdim edilmiş 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan da əqdin legitimsizliyi açıqaydın müəyyən edilmiş, beləliklə də Cavabdeh İsa oğlunun vicdanlı alıcı kimi qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı2 Sacəddin qızı tərəfindən müqavilənin digər iddiaçılar İddiaçı1 və İddiaçı3 razılığı olmadan bağlanması mümkün deyild ir, buna baxmayaraq müqaviləni qismən etibarsız hesab edərək məhkəmə hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi məsələsində də səhvə yol vermiş, cavabdehin “İddia müddətinin tətbiqinə dair” ərizəsinə düzgün qiymətləndirməmiş, iddiaçıların 10 ildən sonra alqı-satqı müqaviləsinin etibarsiz etmək istəklərinin qərəzli olmasını nəzərə almamışdır. Apellyasiya məhkəməsi torpaq sahəsinin alqı-satqı müqaviləsini qismən etibarsız hesab edərkən torpaq sahəsinə görə iddiaçının cavabdehin ödədiyi 1500 (min beş yüz) manat pulu almasına 10 il özündə qanunsuz saxlmasına və əgər müqavilə qismən etibarsız hesab edilirsə həmin pul məbləğinin hansı hissəsinin, hansı məbləğdə kimdən və kimin xeyrinə tutulmasına ümumiyyətlə qiymət verməmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

50. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

52. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

53. Maddə 560.3 və 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

54. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

55. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

56. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

57. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

58. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtər əfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

61. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

62. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

63. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyy ətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

64. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 65. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

66. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 67. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

68. Maddə 52. 1.Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 2.İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülk iyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aş ağıdakı əsaslara cavabdehin kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Mülki kollegiyasının qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

78. Belə ki, işin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonunun Talalar kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar X3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Həmin şəxslər bir ailənin üzləri olmaqla Ramazan Süleymanov ata, İddiaçı2 ana, İddiaçı1 və İddiaçı3 onların uşaqlarıdır. 1,10 ha torpaq sahəsinin 1,0479 ha hissəsi 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1500 manata Cavabdeh satılmış, həmin tarixdən etibarən də 1,0479 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir, onun tərəfindən istifadə olunur, onun torpaq sahəsinə mülkiyyət hüququ 15 mart 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

79. Torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin və həmin torpaq sahəsi ilə bağlı cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə etibarsız və ləğv edən apellyasiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin satılmasında İddiaçı1 və İddiaçı3 iştirakı olmamış, onlar tərəfindən müqavilə imzalanmamış, habelə yazılı razılıqları olmamış, torpaq sahəsi həmin şəxslərin iradəsi ziddinə özgəninkiləşdirilmişdir. Müqavilə əhəmiyyətsiz əqd olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı3 həmin müqaviləni sonradan bəyənmələri barədə hər hansı bir təşəbbüs irəli sürməmiş, əksinə məhkəmə iclasında iştirak etmiş İddiaçı1 müqavilənin bəyənilmədiyini göstərmişlər. Cavabdeh isə iddiaçılarla bir kəndd yaşamaqla və onları yaxından tanımaqla göstərilən halları bilmiş, bununla da cavabdehin torpaq sahəsinin vicdanlı alıcısı kimi qəbul olunması üçün əsaslar müəyyən edilməmişdir.

80. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

81. İş materiallarına görə iddiaçılar İddiaçı1 və İddiaçı3 alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılıqları olmamışdır. Onların adından həmin hərəkətləri anaları İddiaçı2 buna səlahiyyəti olmadan yerinə yetirmişdir. Belə olan halda həmin müqavilə İddiaçı1 və İddiaçı3 aid hissədə etibarsız sayılmalıdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 12 may 2012-ci il tarixdən torpaq sahəsi Cavabdeh təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar uzun müddət bu vəziyyətə etiraz etməmiş, nə torpaq sahəsi üzərində onların adından sərəncam vermiş anaları İddiaçı2, nə də bir kənddə yaşamalarına və bir-birini yaxından tanımalarına baxmayaraq Cavabdeh hər hansı bir iradları olmamışdır.

82. Cavabdehin Torpaq sahəsindən istifadə etməsinin digər əsaslarla, yəni icarə hüququ əsasında olması barədə də iddiaçıların hər hansı sübut təqdim etməsi də iş materiallarından görünmür.

83. Göründüyü kimi İddiaçı1 və İddiaçı3 torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılıqları olmasa da, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 həmin müqaviləni sonradan bəyənmələri barədə hər hansı bir təşəbbüs irəli sürməmələri, əksinə məhkəmə iclasında iştirak etmiş İddiaçı1 müqavilənin bəyənilmədiyini göstərməsini qeyd etməklə kifayətlənmiş, onların uzun müddət hərəkətsiz qalmalarına, mövcud vəziyyətlə razılaşmalarına qiymət verməmiş, hə min məsələ ilə bağlı işin halları tam və hərtərəfli araşdırmamış, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb ola biləcəyini nəzərə almamışdır.

84. İş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qərarında müqavilənin iddiaçılar İddiaçı1 və İddiaçı3 adından səlahiyyətsiz şəxs tərəfindən imzalansa da, onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etməməsi, apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 357 və 358.2-ci maddələrinə uyğun da əsaslandırmaması barədə göstərişlər də olmasına baxmayaraq, məhkəmə həmin göstərişlər üzrə tərəflərin təqdim etdikləri sübutl ara tam və hərtərəfli baxmaqlə qiymətləndirməmişdir.

85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-278/2023 nömrəli mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar