Məhkəmə qərarları › İş №2(102)-2384/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2384/2022

01.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2384/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilkin; Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ № 2(102)-2384/2022 Açar sözlər: mənzil münasibətləri üzrə mübahisələr Bakı şəhəri, 1 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “ mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, mənzildən istifadəyə yaradılan maneçiliyin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi barədə” ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin əvəzində daha böyük sahəli mənzilin verilməsi barədə müqavilənin bağlanması və yaşayış binası istifadəyə verilənədək müvəqqəti kirayədə yaşamaq üçün kirayə xərcinin ödənilməsi barədə” qarşılıqlı tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10530/2021 nömrəli mülki iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzil 28 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir.

2. Cavabdeh MTK (bundan sonra-cavabdeh və ya MTK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının MTK-ya yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə MTK-nın xx.xx.2018ci il tarixli 01 nömrəli müraciəti əsa sında Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün kooperativə icazə verilmişdir.

3. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə yaşayış binasının tikintisinə 3 saylı icazə verilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin “ünvan 1 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin texniki vəziyyəti haqqında” xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən 1, 3 və 9 saylı mənzillərin uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəldiyi, texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsi) cavabdeh tərəfindən ərazidə söküntü işləri başlamazdan əvvəlki vəziyyətə bərpa edilməsi, sözügedən mənzildən istifadə hüquqlarına maneçiliyin aradan qaldırılması və mənzilə giriş-çıxış yolunun düzəldilməsi, tikintinin mülkiyyətində olan əmlakla ara məsafəsi gözlənilməklə aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 8500 manat icarə haqqının əvəzi olaraq maddi ziyanın və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia belə əsaslandırılmışdır ki, ilkin iddiaçı, mənzili aldığı gündən etibarən qeyri-yaşayış sahəsi kimi istifadə etmiş və icarəyə vermişdir. Lakin, 2020-ci ilin mart ayından etibarən mənzil MTK tərəfindən qəzalı vəziyyətə salındığından, icarəçi icarədən çıxmışdır. O, 700 manat olan aylıq icarə haqqını 500 manata endirsə də, yenə də icarəçi bununla razılaşmamış və beləliklə də, o, icarədən gələn gəlirdən məhrum olmuşdur. Qanunsuz hərəkətlərinə son qoyması üçün dəfələrlə cavabdehin nümayəndəsi ilə görüşmüş, ona xəbərdarlıqlar etmiş, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə də məlumat vermişdir. Bunlara baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərini dayandırmamış və onun mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur.

7. İddiaçı ilkin tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Kons titusiyasının 13, 29.1, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasina dair 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad etmişdir.

8. Cavabdeh MTK ilkin İddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi vermiş, daha sonra qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən, tikililərinin xarici ölçüləri nəzərə alınmaqla, 65.6 kv.m, daxili ölçüləri nəzərə alınmaqla, 49.9 kv.m təşkil edən mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, sözügedən mənzilin əv əzinə MTK tərəfindən həmin ünvanda inşa olunacaq on bir mərtəbəli yaşayış binasının 2-ci girişindən 5-ci mərtəbədə yerləşən tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 86,0 kv.m., daxili ölçüləri nəzərə alınmaqla 71,7 kv.m. təşkil edən 2 otaqlı təmirli mənzilin iddiaçıya verilməsi barədə müqavilənin bağlanması, hazırkı tələbin təmin edilməsi barədə qətnamə qüvvəyə mindiyi andan başlayaraq, MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında inşa olunacaq on bir mərtəbəli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün iddiaçıya hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, iddiaçı mənzilin qeyri-yaşayış sa həsi olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Odur ki, mənzil yaşayış sahəsi kimi qəbul edilməlidir. İddiaçı iddia ərizəsində ona məxsus mənzilin cavabdeh tərəfindən süni şəkildə qəza vəziyyətinə salındığını bildirsə də, halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən ərazilərdə olan binalar qəzalı vəziyyətdə olduğu üçün orada olan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həmin qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Bundan başqa, MTK tərəfindən iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıracaq hərhansı hərəkətlərə yol verilməmişdir. Həmin ünvanda MTK tərəfindən yeni yaşayış binası tikilənədək binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi külli miqdarda maliyyə vəsaiti tələb edir. Sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi müddətinin uzanması MTK tərəfindən süni surətdə artırılmış maliyyə vəsaitinin ödənilməsinə və yeni layihələndirilən çoxmərtəbəli binaların inşasının ləngiməsinə səbəb olacaqdır ki, bu da həm Nazirlər Kabinetinin qərarının, həm müvafiq rayon İcra Hakimiyyətinin sərəncamının, habelə yeni binanın tikilərək mənzillərinin təhvil verilməsinə dair MTK-nın üzərinə götürdüyü öhdəliyin icrasının qeyri-müəyyən müddətə ləngiməsinə səbəb olur. Daha öncə təqdim edilmiş qarşılıqlı iddia tələbin digər tərəf münasibət bildirərkən, aylıq 350 manat kirayə haqqının az olmasını qeyd edərək etiraz etmişdir. Lakin cavabdeh etiraza humanist yanaşma nümayiş etdirərək, qeyd olunan 350 manat aylıq kirayə haqqı məbləğinin 500 manata qaldırılması qərara almışdır.

10. Məhkəmə iclasında izahat verən ilkin iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında izahat verən qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddianı müdafiə edərək, onun təmin edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etmişdir.

12. Məhkəmə araşdırması zamanı "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvanında və ona yaxın ətrafda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 50 kv.m. olan 2 otaqlı mənzilin 2020-ci və 2021-ci il tarixinə orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 550 - 600 manat təşkil etdiyi müəyyən olunm uşdur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsinin) tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 65,6 kv.m. daxili ölçülər nəzər alınmaqla 49,9 kvm təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsinin) daxili konstruksiyasının üzərində (linoliumun cırılması, kafelin qoparılması, elektrik naqilin, giriş qapısının, əl üz yuyanın sökülməsi, divarların üzərinin cırılması, divarların bir hissəsinin sökülməsi) kimi qüsurların olduöunu nəzərə alaraq, qüsurların təbii aşınmadan yox, kənar təsi rlər nəticəsində əmələ gəldiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 53 ünvanında yerləşən mənzilin (faktiki olaraq qeyri-yaşayış sahəsinin) yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətinə uyğun dəyəri təqribən 5201,0 manat məbləğində müəyyən edilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-199/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) ilkin iddia tələbi təmin olunmamış, qarşılıqlı iddia tələbi təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri icra Hakimiyyəti Başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamına əsasən, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında cavabdeh tərəfindən köçürülərək, həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi cavabdehə icarəyə ayrılmış, ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəl ləsinin 10, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 4.1, 4.2, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İlkin iddiaçı apellyasiya şikayəti və ona əlavə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilərək, MTK tərəfindən tikinti təhlükəsizlik qaydalarına uyğun olaraq, əmlakın təhlükəsizliyinin təmin edilməsi və kommunal xətlərin saz vəziyyətdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, 5600 manat əmlaka vurulmuş ziyan, 8500 manat icarə haqqının əvəzi olaraq, maddi ziyanın və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Ş ikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli mənzilin hazırki vəziyyətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilərək, mənzildəki fəsadların kənar müdaxilə nəticəsində yaranması və onun aradan qaldırılması üçün 5201,0 manat məbləğin tələb olunduğu müəyyən olunsa da, nə bu barədə, nə də ümumiyyətlə ekspertizanın keçirilməsi barədə qətnamədə məlumat göstərilməmişdir. Bundan əlavə, qətnamə yalnız qarşı tərəfin sübut və dəlilləri qiymətləndirilməklə qəbul olunmuşdur. Qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində nəzərdə tutulan mənzil iddiaçının hal-hazırkı mənzilinə adekvat deyildir və onun tələbatlarını qarşılamır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-105 30/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunmuş, ilkin iddia qismən təmin olunaraq, İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən, sahəsi xarici ölçüləri nəzərə alınmaqla 65,6 kv.m, daxili ölçüləri nəzərə alınmaqla 49,9 kv.m təşkil edən mənzildə yaranmış qüsurların orta keyfiyyətli inşaat metariallarından istifadə edilməklə orta keyfiyyətli təmir-tikinti işləri ilə cavabdeh tərəfindən aradan qaldırılması, qüsurların aradan qaldırılması üçün aşağıdakı materiallardan istifadə edilməklə aşağıdakı təmir-tikinti işlərinin görülməsi: 1) zədələnmiş divarın kərpic materialı ilə hörülməsi, 30 kv.m sahə, kərpic 1680 ədəd, sement 5 kisə, qum 1 kisə; 2) daxili və xarici divarların sement məhlulu ilə suvanması, 60 kv.m sahə, sement 10 kisə, qum 2 kisə; 3) divardan köhnə divar kağızının qaşınması, 55 kv.m sahə; 4) divar səthinin şpaklyovkalanması və divar kağızının yapışdırılması, 55 kv.m sahə, divar kağızı 10 rulon, divar kağızının yapışqanı 2 qutu, şpaklyovka 2 kisə; 5) divar səthinin şpaklyovkalanması və boya ilə rənglənməsi, 125 kv.m sahə, boya 50 qutu, şpaklyovka 4 kisə; 6) divarın kafellə üzlənməsi, 2 kv.m sahə, kafel 2 kv.m, mata 1 kisə; 7) damın ruberoidlə qırlanması, 30 kv.m sahə; 8) döşəmədən köhnə linoliumun sökülməsi və yenisinin vurulması, 40 kv.m sahə, linolium 40 kv.m; 9) su kranı 1 ədəd; 10) əl-üz yuyan 1 ədəd; 11) plastik qapı 1 ədəd; 12) jalüz qapı (metal) 1 ədəd; 13) elektrik xəttinin yenidən çəkilməsi; 14) su və istilik sistemin dəyişdirilməsi, qarşılıqlı iddia təmin edilməməsi, ekspertiza xərci olan 100 manatın Cavabdeh MTK-dan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mənzil üzərində mülkiyyət hüququna xitam verilməsini tələb etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Lakin həmin qərarda qəza vəziyyətdə olan tikilidən bəhs olunur. Müvafiq olaraq Mənzil Məcəlləsinin 28- ci maddəsində qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasından bəhs olunur. “Qəza vəziyyəti” anlayışı isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2008-ci il tarixli, 68 nömrəli əmri ilə təsdiq edilmiş “AzDTN 1.7-1. Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”nda müəyyən olunub. Qaydaların 3-cü bəndinə görə “qəza vəziyyəti” deyildikdə yükgötürmə qabiliyyətinin tükənməsinə və dağılma təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə və deformasiyalarla xarakterizə olun an tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası başa düşülür. Hazırkı işdə mənzillə bağlı verilmiş, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən təsdiq edilmiş rəydə evin qəza vəziyyətində olduğu təsdiq edilməyib, həmin rəydə ümumiyyətlə “qəza” sözü yoxdur.

21. İlk iddia barədə isə məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyinə görə tikililərinin xarici ölçüləri nəzərə alınmaqla mənzilin sahəsinin 65,6 kv.m, daxili ölçüləri nəzərə alınmaqla mənzilin sahəsinin 49,9 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilin daxili konstruksiyaları üzərində linoliumun cırılması, kafelin qoparılması, elektrik naqilinin, giriş qapısının və əl-üz yuyanın sökülməsi, dirvarların üzərinin cızılması və divarların b ir hissəsinin sökülməsi kimi qüsurların olduğu nəzərə alınaraq, həmin qüsurların təbii aşınmadan yox, kənar təsirlər nəticəsində əmələ gəldiyi müəyyən olunur. Bundan başqa rəydə qeyd olunub ki, mənzilin çöl divarnın bir hissəsi zədələnib. Rəydə daha sonra qeyd olunub ki, yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 5.201 manat müəyyən olunur. Rəyə həmçinin müvafiq smeta əlavə olunub.

22. Göründüyü kimi, ekspert rəyində qüsurların kənar təsir nəticəsində əmələ gəldiyi qeyd olunub. İddiaçı iddia edir ki, qüsurlar cavabdehin həyata keçirdiyi söküntü tikinti işləri nəticəsində əmələ gəlib. Cavabdehin qarşılıqlı iddia verməsi onu təsdiq edir ki, qüsurlar cavabdehin həyata keçirdiyi söküntü-tikinti fəaliyyəti nəticəsində yaranıb. Cavabdehin bu hərəkəti delikt sayılır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. İddiaçı zərərin əvəzinin naturada ödənilməsini, yəni mənzilin ərazidə tikintisöküntü işlərinin başlanmasından əvvəlki vəziyyətdə bərpa olunmasını tələb edir. Mülki Məcəllənin 1115-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəm ək öhdəliyi qoyur. Odur ki, cavabdehin üzərinə mənzildəki qüsurları aradan qaldırmaq vəzifəsi qoyulmalıdır. Qüsurların aradan qaldırılması üçün ekspert rəyinə əlavə edilmiş smetada göstərilən təmir-tikinti işləri görülməlidir. Həmin işlər bu qətnamənin nəticə hissəsində göstərilib.

24. Təmir-tikinti işləri orta keyfiyyətli inşaat metariallarından istifadə edilməklə orta keyfiyyətdə həyata keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 436-cı maddəsinə görə əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Bu qayda müqavilədən əmələ gələn öhdəliklərə aid olsa da zərər vurmadan əmələ gələn öhdəliklərə də şamil oluna bilər. Belə ki, Mülki Məcəllənin 396-cı maddəsinə görə öhdəliyin xarakterindən ayrı ha l irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Söküntü-tikinti işlərindən əvvəl mənzilin hansı vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkün deyil, ona görə də orta keyfiyyət əsas götürülməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Qətnamədən cavabdeh TK (vəkili Vəkil3) kassasiya şikayəti verərək, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmunlu olub, onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan rəyə düzgün qiymət verməmişdir. Belə ki, rəydə “qəza” sözü olmasa belə, eyni mənalı hesab olunan ifadələrdən istifadə edilmi şdir. Bundan əlavə, məhkəmə kifayət qədər araşdırma aparmadan, natamam rəyə istinad edərək, cavabdehi zərərvuran şəxs qismində müəyyən etmişdir, lakin zərərvuranın MTK olması və rəydə qeyd olunan “kənar təsir”lərin konkret nədən ibarət olması qeyri-müəyyəndir. Əlavə olaraq, qeyd edilmişdir ki, apellyasiya icraatı zamanı təqdim olunmuş məlumatdan aydın olur ki, iddiaçı evinin 270.000 manat qarşılığında sökülməsinə razı olacağını bildirsə də, evin halhazırkı bazar dəyəri 125.000 manat təşkil edir. Buna baxmayaraq, MTK 150.000 manat ödəyəcəyini bildirmiş, lakin iddiaçı kompromisə getməmişdir, bu da onun iddiasının formal xarakterli olduğunu sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, kassasiy a şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

28. Etiraz ərizəsi apellyasiya şikayətinin məzmununa uyğun olub əlavə olaraq, onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi qərar və sərəncamlara əsasən, tikintisöküntü işlərinin aparılması yalnız tərəflərin qarşılıqlı razılığı əsasında mümkün ola bilər. Bundan əlavə, 28 iyul 2020-ci il tarixli, 10/1570 nömrəli ekspert rəyinə əsasən, cavabdehin apardığı tikinti işlərinin “Tikinti təhlükəsizlik qaydaları”-na əməl etmədən aparılması təsdiq olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri i lə bağlıdır.

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10530/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv vəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar