Məhkəmə qərarları › İş №2(102)-2389/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2389/2022

27.04.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2389/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov ilqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10614/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Puş kin küçəsi, 26, qapı 1-də yerləşən qeyriyaşayış sahəsi mülkiyyət hüququ əsasında X1 məxsus olmuş və 06 iyun 2018-ci il tarixdə S.A.Məmmədova həmin qeyri-yaşayış sahəsini icarəyə vermək üçün Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnamə üzrə verilmiş səlahiyyətdən istifadə etməklə Cavabdeh qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin müddəti 01 aprel 2019-cu il tarixdən 01 aprel 2021-ci il tarixə kimi müəyyən olunmuş və bununla əlaqədar hər aya görə 2500 manat olmaqla İddiaçı tərəfindən Cavabdeh əvvəlcədən 60.000 manat ödənilmişdir. 2020-ci ilin fevral ayında icarə obyekti olan qeyri - yaşayış sahəsinin Cavabdeh məxsus olmaması iddiaçıya məlum olmuş və mülkiyyətçi onunla icarə müqaviləsinin bağlanmasını təklif etdiyi üçün iddiaçı Saidə Məmmədov a ilə İddiaçı arasında 03 mart 2020-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı Cavabdeh artıq ödədiyi pul məbləğini geri qaytarmasını tələb etməsi ilə əlaqədar tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icarə haqqı kimi əvvəlcədən cəmi 60.000 manat ödəməsini, lakin onunla cəmi 10 ay ərzində icarə münasibətində olmasını, ondan sonra icarə müqaviləsinin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlamasını, belə olduqda cavabdehə hər ay üçün 2500 manat olmaqla artıq ödədiyi 35.000 manatın cavabdehdən alınıb ona qaytarılmalı olmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 35.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini x ahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-516/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10614/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxa rılmaqla iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 35.000 manat tutulması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək icarə müqaviləsini mülkiyyətçi Saidə Məmmədovanın verdiyi etibarnamə əsasında bağlamaqla onun üçün həmin müqavilədən törəyən hüquq və vəzifələr yaratmasını və həmin etibarnamənin indiyə kimi qüvvədə olmasını, belə olduqda icarə müqaviləsi üzrə ödənilmiş icarə haqqının ondan tələb edilməsinin qanunsuz olmasını, qalan icarə haqqının (35.000 manat) mülkiyyətçiyə ödənilməməsini mülkiyyətçi ilə onun arasında olan məsələ olmasını, onun həmin pul məbləğini özünə götürməklə əsassız varlanması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin iş materiallarına uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 -ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirıldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Saidə Məmmədova ona məxsus əmlakı icarəyə vermək barədə Cavabdeh etibarnamə vermiş, lakin sonuncu etibarnamə üzrə ona verilmiş səlahiyyətlər da xilində hərəkət etməyərək icarə müqaviləsini öz adından bağlamış, iddiaçı ilə danışıqları öz adından aparmaqla özünü qeyri-yaşayış sahəsinin sahibi kimi aparmışdır. İşin həmin halları müqavilənin məzmunundan və tərəflər arasında baş vermiş danışıqların səs yazısından aşkar göründüyü üçün apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilə qeyri-yaşayış sahəsinin mülkiyyətçisi üçün heç bir hüquq və vəzifə yaratmamışdır. 2020-ci ilin fevral ayında qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olması ona məlum olduqdan və qeyri-yaşayış sahəsini tərk etməsi ondan tələb edildikdən sonra 03 mart 2020-ci tarixdə iddiaçı tərəfindən həmin sahəyə dair yenidən icarə haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə icarə müqaviləsinin bağlanarkən cavabdehə əvvəlcədən 60.000 man at ödənilmiş, lakin həmin pul məbləğinin onun tərəfindən mülkiyyətçiyə verilməsi sübuta yetirilməmişdir. Cavabdeh həmin pul məbləğini özündə saxlamaqla iddiaçının hesabına varlanmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1-ci maddələrinə əsaslanmışdır. Mülki Məcəllənin 1091 -ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2.) Həm in Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10614/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar