Məhkəmə qərarları › İş №2(102)-239/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-239/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-239/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 cavabdeh X qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-239/21 (Açar sözlər: barışıq sazişinin təsdiq olunması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin nümayəndəsi Cavabdeh1, cavabdehlərin Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, "xxxx" Şirkətinə qarşı "kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4573/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, X1, Cavabdeh6 oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, "xxxx" Şirkətinə qarşı "kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-43/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim B.Qasımov) iddia qismən təmin edilərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh 1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907-1-16313/2/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 40413,69 (qırx min dörd yüz on üç dollar 69 sent) ABŞ dolları məbləğində faiz borcu, 45000 (qırx beş min) ABŞ dolları məbləğində cərimə üzrə borc, ümumilikdə isə 536042,69 ABŞ dollar pul məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh4 və "xxxx" Şırkətindən "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmas ı, tutmanın ilkin satış qiyməti 350000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, ilkin satış qiyməti 62000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə və ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməklə Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsi, Cavabdeh1, Cavabdeh4 və "xxxx" Şırkətindən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş x ünvanında yerləşən ümumi sahəsi x nömrəli mənzilə, x ünvanında x torpaq sahəsində istifadədə olan, ümumi sahəsi x otaqlı fərdi yaşayış evinə, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi x mənzilə yönəldilməsi və mənzillərin açıq hərracdan s atılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 ünvan 2 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh4 ünvan x ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh2 x şəhəri, x rayonu, x küçəsi x saylı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar mənzildən məcburi qaydada çıxarılması, və evin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269, 319, 385, 386, 421, 442, 448, 470, 472 və 739-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 39.3, 59.3, 59.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-4573/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)43/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 və "Cavabdeh5" münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabd eh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 və "Cavabdeh5" MMC qətnamədən kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdehlər Cavabdeh2, X1, Cavabdeh6 Əkbər oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək mübahisəni barışıqla yekunlaşdırdıqlarını bildirərək sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işin i barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə ə sasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilməlidir. Beləki, İddiaçı və cavabdehlər Cavabdeh2, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən: 1. “Bank” ilə “Borclu” arasında bağlanmış 147907-1-16313/2/1 saylı, xx.xx.2016-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu və “Zamin”lərin xx xxxxxx 2021-ci il tarixinə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: 2. 450.629 ABŞ dolları məbləğində əsas borc, 40.413.69 ABŞ dolları məbləğində faiz borcu və 90.548.00 ABŞ dolları məbləğində cərimə, cəmi 581,590.69 (beş yüz səksən bir min beş yüz doxsan ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində borc.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc məbləği - 581,590.69 (beş yüz səksən bir min beş yüz doxsan ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, cərimələrin çıxılması şərti ilə 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları alt mış doqquz sent) ABŞ dolları müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Bundan əlavə borclular müştərək qaydada 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları altmış doqquz sent ) ABŞ dolları borcun 450.629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları hissəsini ilkin 50.000 (əlli min) ABŞ dolları olmaqla qalan hissəsini 60 ay ərzində, hər ay üzrə isə 6,678 (altı min altı yüz yetmiş səkkiz) ABŞ dollarına bölünmüş hissələrlə hər təqvim ayının 25-dən gec olmayaraq ödənildiyi təqdirdə 40,413.69 (qırx min dörd yüz on üç ABŞ dolları altmış doqquz sent) məbləğində vəsait borclulara güzəşt olunacaq. Bununla da Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predme ti yüklülükdən azad olunacaq.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə (fors major halları istisna olmaqla) və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. 4.1. Borclulardan müştərək qaydada 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğindəki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 (əlli min manat) manat müəyyən edilməklə, borcluların borcu ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57.4 kv.m, mənzilinə, İpoteka predmetinin ilkin satış qiyməti 350.000 (üç yüz əlli min manat) manat müəyyən edilməklə x ünvanında yerləşən ümumi sahəsi 176.9 kv.m, iki mərtəbəli fərdi yaşayış evinə və İpoteka predmetinin ilkin satış qiyməti 57.000 (əlli yeddi min manat) manat müəyyən edilməklə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 44.2 kv.m, mənzilinə yönəldilir, əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3 İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd olunan Borclunun Banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4 İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ B orclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar İcra haqqında Azərbaycan Respublikasının qanuna (bundan sonra mətndə İcra haqqında qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir. Barışıq sazişinin şərtl ərindən göründüyü kimi tərəflər borc öhdəliyinin icrası ilə bağlı razılığa gələrək müxtəlif vəziyyətlərdə borcun qaytarılması şərtləri, qarşılıqlı güzəştlər, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiyməti, borc sazişdə nəzərdə tutulan qaydada vaxtında qaytarılmadığı təqdirdə tutmanın həyata keçirilməsi və.s. zəruri hallarla əlaqədar razılığa gəlmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd olan, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan hallar yoxdur. Ona görə barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ilə cavabdehlər Cavabdeh2, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6 Əkbər oğlu, Cavabdeh7 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1. “Bank” ilə “Borclu” arasında bağlanmış 147907-1-16313/2/1 saylı, xx.xx.2016-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu və “Zamin”lərin xx xxxxxx 2021-ci il tarixinə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: 2. 450.629 ABŞ dolları məbləğində əsas borc, 40.413.69 ABŞ dolları məbləğində faiz borcu və 90.548.00 ABŞ dolları məbləğində cərimə, cəmi 581,590.69 (beş yüz səksən bir min beş yüz doxsan ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində borc.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişi n 2-ci bəndində göstərilən cəmi borc məbləği - 581,590.69 (beş yüz səksən bir min beş yüz doxsan ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, cərimələrin çıxılması şərti ilə 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları altmış doqquz sent) ABŞ dolları müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Bundan əlavə, borclular müştərək qaydada 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları altmış doqquz sent ) ABŞ dolları borcun 450.629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları hissəsini ilkin 50.000 (əlli min) ABŞ dolları olmaqla qalan hissəsini 60 ay ərzində, hər ay üzrə isə 6,678 (altı min altı yüz yetmiş səkkiz) ABŞ dollarına bölünmüş hissələrlə hər təqvim ayının 25-dən gec olmayaraq ödənildiyi təqdirdə 40,413.69 (qırx min dörd yüz on üç ABŞ dolları altmış doqquz sent) məbləğində vəsait borclulara güzəşt olunacaq. Bununla da Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaq.

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə (fors major halları istisna olmaqla) və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. 4.1. Borclulardan müştərək qaydada 491,042.69 (dörd yüz doxsan bir min qırx iki ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğind əki borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 (əlli min manat) manat müəyyən edilməklə, borcluların borcu ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57.4 kv.m, mənzilinə, İpoteka predmetinin ilkin satış qiyməti 350.000 (üç yüz əlli min manat) manat müəyyən edilməklə x ünvanında yerləşən ümumi sahəsi 176.9 kv.m, iki mərtəbəli fərdi yaşayış evinə və İpoteka predmetinin ilkin satış qiyməti 57.000 (əlli yeddi min manat) manat müəyyən edilməklə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 44.2 kv.m, mənzilinə yönəldilir, əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3 İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bənddə qeyd olunan Borclunun Banka ol an borcunun qalığının bağlanmasına, qalan hissə isə İpoteka qoyana ödənilir. 4.4 İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndə qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ Borclulara məxsus digər daşmar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar İcra haqqında Azərbaycan Respublikasının qanuna (bundan sonra mətndə İcra haqqında qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək dir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında qanuna əsasən icra edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4573/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar